Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).
3. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının yeni dövlət məvacibinin məbləği müəyyən edilənədək onlara dövlət məvacibinin ödənilməsi bu Fərmanın tətbiqinədək qüvvədə olan qaydada və məbləğdə davam etdirilir.
5. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşlarına əlavə pul təminatının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2935 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 646 (Cild I) ləğv edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
7. Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2026-cı il
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi
İdarə rəisinin müavini
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.1.1-ci və 14.2.1.2-ci maddələrində təsbit olunan xarici işlər nazirinin və onun müavinlərinin diplomatik vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanı ilə müəyyən edilir.
Fövqəladə və səlahiyyətli səfir
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Birinci dərəcəli müşavir
İkinci dərəcəli müşavir
Birinci dərəcəli birinci katib
İkinci dərəcəli birinci katib
Birinci dərəcəli ikinci katib
İkinci dərəcəli ikinci katib
1. Diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Nazirlik üzrə baza aylıq vəzifə maaşlarının (birinci ödəniş pilləsi) 0,8 misli həcmində vəsait Nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir.
2. Aylıq vəzifə maaşına diplomatik rütbəyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.
3. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi artırıldıqda əvvəlki diplomatik rütbəyə görə əlavə haqqın verilməsi növbəti ayın 1-dən dayandırılır.
4. Diplomatik xidmət əməkdaşının əvvəlki diplomatik rütbəsi bərpa olunduqda, həmin diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir.
5. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi aşağı salındıqda, əvvəlki diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi dərhal dayandırılır.
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi
İdarə rəisinin müavini
1. Diplomatik xidmət əməkdaşlarının (xarici işlər naziri və onun müavinləri istisna olmaqla) aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
2. Aylıq vəzifə maaşına təmsilçiliyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin ilk dəfə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.