Qanunvericilik › Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində dövlət təminatı

Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində dövlət aşağıdakılara təminat verir:

4.1.1. Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi üzrə Dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsinə;

4.1.2. Azərbaycan xalçası reyestrinin tərtib edilməsi və aparılmasına;

4.1.3. itirilmə təhlükəsi olan nadir Azərbaycan xalçalarının və xalça məmulatlarının müasir üsullarla bərpasına;

4.1.4. xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılmasına;

4.1.5. təhsil müəssisələrində xalça sənəti üzrə kadrların hazırlanmasına;

4.1.6. xalça sənətinə dair elmi tədqiqat işlərinin əlaqələndirilməsi və medodiki tədbirlərin həyata keçirilməsinə;

4.1.7. ölkə daxilində və xaricdə muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalçaları barədə kataloqun hazırlanmasına;

4.1.8. yüksək keyfiyyətli, bədii əhəmiyyətli xalçaların satın alınmasına;

4.1.9. xalça sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki işləmə üsullarının, xalça çeşnilərinin bərpa edilməsi və dirçəldilməsi, boyaq tərkiblərinin sirlərinin qorunmasına;

4.1.10. ənənəvi çeşnilər əsasında və bölgənin ənənəsinə müvafiq olaraq naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki işləmə üsullarının öyrənilməsinə;

4.1.11. Azərbaycan xalçalarının xarici dövlətlərin ərazisində hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa.

4.2. Bələdiyyələr, hüquqi və fiziki şəxslər Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi tədbirlərinin həyata keçirilməsində iştirak edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver