Qanunvericilik › Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Azərbaycan xalça sənətinin təbliği

Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Azərbaycan xalça sənətinin təbliği məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

6.1.1. Azərbaycan Respublikasında və xaricdə sərgilər, müsabiqələr, hərraclar təşkil edilir və bu cür tədbirlərdə iştirak edilməsinə şərait yaradılır;

6.1.2. ənənəvi "Xalça bayramı" keçirilir;

6.1.3. elmi nəşrlərdə, mediada Azərbaycan xalçasının xüsusiyyətləri barədə ətraflı məlumatlar verilir.

6.2. Azərbaycan xalça sənətinə dair bilgiləri genişləndirmək və ənənəvi xalça sənətini yaşatmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində məşğələlər və dərnəklər təşkil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver