8.0. Dövlət Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində aşağıdakı iqtisadi tədbirləri həyata keçirir:
8.0.1. xalçaçılıqda istifadə olunan xammalın, təbii boyaların istehsalı və tədarükü üçün əlverişli iqtisadi şəraitin yaradılması;
8.0.2. məqsədli investisiya siyasətinin həyata keçirilməsi və güzəştli kreditlərin verilməsi;
8.0.3. xalçaların idxalı və ixracı sahəsində məqsədli gömrük siyasətinin həyata keçirilməsi;
8.0.4. xalça istehsalının ilk növbədə milli xalça sənəti ənənələrinin yayıldığı ərazilərdə təşkili;
8.0.5. Azərbaycan xalçalarının xaricdə satışının təşkil edilməsi.