Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı—“Qızıl Ulduz” medalı təsis edilsin.
2. “Qızıl Ulduz” medalının şəkli və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyul 1992-ci il
“Qızıl Ulduz” medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır.
Arxa tərəfi hamar səthlidir, ortasında “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmışdır. Arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə ölçüsü 37 mm x 50 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıldan ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan qəlib əlavə olunur. Qəlibin üzərində 5 mm ölçüdə, qızılı rəngli ay və ulduz təsvir olunmuş dairəvi element vardır.
1. 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141)
2. 18 dekabr 2015-ci il tarixli 65-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 yanvar 2016-cı il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 32)
1 oktyabr 2018-ci il tarixli 1243-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2185)