Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi elmi tədqiqat işləri aparıldıqdan sonra həyata keçirilir.

13.2. Balıqartırmaya və balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

13.3. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Bu fəaliyyətə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

13.4. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xüsusiyyətlərini, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər Biotexnoloji Layihə Sənədinə daxil edilir.

13.5. Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilə bilər.

13.6. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya və qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

13.7. Balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən (invaziv) balıq və digər su bioresurslarının su obyektlərinə buraxılmasına və yayılmasına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver