Qanunvericilik › Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin su hövzələrində balıq və digər su bioresurslarından istifadə hüququ

Balıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində ovlanmış və emal edilmiş balıqçılıq obyektləri idxal məhsulları hesab edilmir.

27.2. Xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində balıq və digər su bioresurslarından istifadə qaydası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə digər beynəlxalq hüquq normaları ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver