Azərbaycan Respublikasının Milli Bankının İdarə Heyətinin 03.11.2004-cü il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 16.11.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-3039) “Bank hesablarının açılması və bağlanması Qaydaları”nın qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin 18 mart 2002-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 29 mart 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-2764) “Bank hesablarının açılması qaydaları haqında Təlimat” qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin 03.11.2004-cü il tarixli 19 nömrəli qərarı, Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin xidməti məktubu.
Azərbaycan Respublikasının
I dərəcəli Dövlət ədliyyə
müşaviri F.F.Məmmədov