3.1. Azərbaycan Respublikasının ərazisində kredit təşkilatları bank fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilə bilər.
3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü, 5.1-ci, 35.4-cü və 42-ci maddələri istisna olmaqla digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunları və Mərkəzi Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. B
3.5. Mərkəzi Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görür.