64.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən sonra məhkəmə Mərkəzi Bank, bütün digər ərizəçiləri və bankın özünü, Mərkəzi Bank tərəfindən ərizə verildikdə isə həmçinin bankın müvəqqəti inzibatçısını ərizəyə baxılması üzrə qapalı iclasda iştiraka dəvət edir. Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalıdır.
64.2. Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.