Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 66

Maddə 66. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

66.1. Bankın kreditorları bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verdikdə məhkəmə istənilən vaxt həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində göstərilən əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə bilər. Ərizə rədd edildikdə məhkəmə ərizəçilərin üzərinə ərizənin verilməsi nəticəsində bankın və/və ya Mərkəzi Bankın çəkdiyi xərcləri və zərəri ödəmək vəzifəsini qoyur.

66.2. Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində təqsirli sayılmış şəxs Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver