70.1. Bankın səhmdarları və ya Müşahidə Şurası, habelə Mərkəzi Bank bankın müflis elan olunmasına dair məhkəmənin qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır.
70.2. Bank tərəfindən məhkəmənin qərarından şikayət verilməsi ləğvedicinin bankın iflası prosedurunun həyata keçirilməsi çərçivəsində öz səlahiyyətlərinin icrası üzrə hərəkətlərini dayandırmır.
70.3. Mərkəzi Bankın məhkəmə qərarından şikayət verməsi bankın aktivlərinin satışı və köçürülməsi üzrə ləğvedicinin hərəkətlərini məhkəmədə mübahisəyə baxılanadək dayandırır.