Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 86

Maddə 86. Kreditorların ümumi yığıncağı və komitəsi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

86.1. Kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin Mərkəzi Bank tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

86.2. Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi yalnız o halda yaradıla bilər ki, ləğvedicinin Mərkəzi Bank tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə komitənin yaradılmasını kreditor qruplarının mühüm mənafelərinin təmsil və müdafiə edilməsi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

86.3. Kreditorların ümumi yığıncağının keçirilməsinə və ya kreditorlar komitəsinin yaradılmasına icazə verən məhkəmə qərarlarında yığıncağın və ya komitənin vəzifələri və səlahiyyət dairəsi müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver