Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 91

Maddə 91. İflas prosedurunun başa çatması

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

91.1. Ləğvedici bankın ləğvini başa çatdırdıqdan və müvafiq hesabatı məhkəməyə təqdim etdikdən sonra o, məhkəmənin qərarı ilə öz vəzifələrindən azad edilir. Həmin qərarda məhkəmə bankın mühasibat və digər sənədlərinin qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə təhvil verilməsi barədə göstəriş verir.

91.2. Bankın aktivlərinin satışından əldə edilən vəsait bankın kreditorlarına ödənildikdə və ya bu Qanunun 87.4-cü maddəsinə müvafiq surətdə Mərkəzi Bankda depozitə qoyulduqda bank barəsində iflas proseduru məhkəmənin qərarı ilə başa çatmış hesab edilir.

91.3. Bank barəsində iflas prosedurunun başa çatmasına dair məhkəmənin qərarı məhkəmə tərəfindən Mərkəzi Banka və dövlət qeydiyyatı orqanına göndərilir, habelə mediada dərc edilir. Ləğv olunmuş bank hüquqi şəxslərin dövlət qeydiyyat reyestrindən çıxarılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver