«Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. «Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 735) qüvvədə olma müddəti 2007-ci il yanvarın 1-dək uzadılsın.
2. Bu Qanun 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2003-cü il