“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamının 3-cü hissəsinin icrası və banklarda informasiya sistemlərinin təhlükəsizliyi ilə bağlı minimum tələblərin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-civə 44.5-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddələrinə əsasən
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2006-cı il 13 mart tarixli qərarı ilə (07 nömrəli protokol) təsdiq edilmiş (31.03.2006-cı il tarixli 3217 nömrəli şəhadətnamə) “Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydaları” və 2006-cı il 9 oktyabr tarixli qərarı ilə (32 nömrəli protokol) təsdiq edilmiş (31.10.2006-cı il tarixli 3244 nömrəli şəhadətnamə) “Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydaları”na əlavə ləğv edilsin;
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1. 14 iyul 2021-ci il tarixli 20/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202107140201, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2021-ci il)