“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.4-cü, 34.5-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası” 2023-cü ilin 01 dekabr tarixindən qüvvəyə minsin və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2009-cu il 20 noyabr tarixli qərarı (33 nömrəli protokol) ilə təsdiq edilmiş və 2009-cu il 01 dekabr tarixli 3484 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar” ləğv edilsin.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.4-cü və 34.5-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və banklarda, habelə xarici bankların yerli filiallarında (bundan sonra - banklar) likvidlik riskinin idarə edilməsinə dair minimum tələbləri və likvidlik göstəricilərini müəyyən edir.
1.2. Banklarda likvidlik riskinin idarə edilməsinin təşkilati strukturu, o cümlədən likvidlik riskinin idarə edilməsinə dair bu Qayda ilə müəyyən edilməyən digər məsələlər Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir.
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. likvidlik – bankın balans və balansdankənar öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və (və ya) gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə gözlənilməz xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyəti;
2.1.2. likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimum zərərlə dərhal satılması üzrə imkanların azalması riski;
2.1.3. likvidlik risk iştahası – bankın strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi likvidlik riskinin həcmi;
2.1.4. likvidlik “qəpi” – eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqi. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik “qəpi” yaranır;
2.1.5. ani likvidlik əmsalı - cari aktivlərin orta gündəlik məbləğinin cari öhdəliklərin orta gündəlik məbləğinə nisbəti;
2.1.6. likvidliyin örtülmə əmsalı - yüksək keyfiyyətli likvid aktivlərin cəmi xalis nağd məxariclərə nisbəti;
2.1.7. overnayt depozit - bir gün müddətinə yerləşdirilmiş depozit;
2.1.8. yüksək keyfiyyətli likvid aktivlər – balans və balansdankənar əməliyyatlar üzrə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən, dərhal və mümkün qədər az zərərlə nağd vəsaitə çevrilə bilən, istifadəsinə hüquqi və ya bankdaxili məhdudiyyətlər olmayan aktivlər;
2.1.9. stres-test – bir və ya bir neçə şokun bankın maliyyə vəziyyətinə potensial təsirinin qiymətləndirilməsi aləti.
2.2. Bu Qaydada istifadə olunan “bank metalları” anlayışı “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda, “sərbəst dönərli valyuta”, “qapalı valyuta” anlayışları “Mərkəzi Bankın İdarə Heyətinin 2025-ci il 23 dekabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi Qaydası”nda, “risklərin idarə edilməsi”, “risk iştahası”, “risk limiti”, “risk profili”, “riskgötürmə qabiliyyəti”, “risk iştahası bəyannaməsi”, “bank məhsulu” anlayışları Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nda nəzərdə tutulan mənaları ifadə edir.
3.1. Bankda likvidlik riskinin idarə edilməsi sistemi aşağıdakı elementlərdən ibarətdir:
3.1.1. likvidlik riskinin idarə edilməsi üzrə risk iştahası, siyasət və daxili qaydalar;
3.1.2. likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
3.1.3. likvidlik riskinin azaldılması tədbirləri;
3.1.4. likvidlik riskinin monitorinqi, hesabatlıq və likvidlik riskinə daxili nəzarət;
3.1.5. likvidliyin idarə edilməsi üzrə fövqəladə hallar planı;
3.1.6. likvidlik riskinin idarə edilməsinin təşkilati strukturu.
4.1. Hər bir bankda bankın ümumi məqsədləri, strateji hədəfləri, bank sistemində mövqeyi və ümumi risk iştahası nəzərə alınmaqla likvidlik risk iştahası müəyyən edilir. Likvidlik risk iştahası bankın risk iştahası bəyannaməsində öz əksini tapmalıdır.
4.2. Bank, fəaliyyətinin xüsusiyyətinə və əməliyyatlarının həcminə uyğun olaraq likvidlik riskinin idarə edilməsi üzrə siyasətini və daxili qaydaları işləyib hazırlamalıdır. Siyasət və daxili qaydaların hazırlanması zamanı likvidliyə təsir göstərən kredit, bazar, əməliyyat və digər risklər nəzərə alınmalıdır.
4.3. Bankın ümumi strategiyası nəzərə alınmaqla likvidlik riskinin idarə edilməsi siyasətində bankın aktiv və öhdəliklərinin tərkibi, müddəti və idarə olunması metodları, maliyyələşdirilmə mənbələrinin müxtəlifliyi və sabitliyi, müxtəlif valyutalarda likvidliyin idarə olunmasına yanaşma, gün ərzində likvidliyin idarə olunmasına yanaşma, bank məhsullarının çeşidi, aktivlərin realizasiyasına dair fərziyyələr öz əksini tapmalıdır.
4.4. Daxili qaydalar bankın likvidlik riski yaradan fəaliyyətini və likvidliyin idarə olunması prosesini hərtərəfli tənzimləməli və bankın likvidlik riskinin idarə edilməsi siyasətinin həyata keçirilməsi zamanı rəhbər tutulmalıdır. Daxili qaydalarda likvidliyin idarə olunması üzrə bankın likvidlik mövqeyinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən struktur bölmə müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, habelə hesabatların təqdim edilməsi prosedurları və bankın digər struktur bölmələri ilə əlaqələri müəyyən olunmalıdır.
4.5. Likvidlik riskinin idarə edilməsi üzrə bankın risk iştahası, siyasəti və daxili qaydaları Müşahidə Şurası tərəfindən təsdiq edilməli, ən azı ildə bir dəfə yenidən nəzərdən keçirilməli və tələb olunduqda müvafiq dəyişikliklər edilməlidir.
5.1. Likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi metodları bankın risk profilinə və əməliyyatlarının mürəkkəbliyinə uyğun tətbiq edilir. Tətbiq olunan metodlar və onlara dair fərziyyələr mütəmadi olaraq nəzərdən keçirilir və tələb olunduqda müvafiq dəyişikliklər edilir.
5.2. Likvidlik riskinin qiymətləndirilməsi tezliyi bankın fəaliyyətindən yaranan risklərin həcmi və xüsusiyyətlərinə uyğun olmalıdır.
5.3. Likvidlik riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ən azı “qəp” təhlili, cəlb olunmuş vəsaitlərin mənbələrinin konsentrasiyası, likvidlik riski üzrə normativlər (ani likvidlik əmsalı və likvidliyin örtülmə əmsalı), stres-testlər və erkən xəbərdarlıq sistemi vasitəsi ilə həyata keçirilir.
5.4. “Qəp” təhlili ayda bir dəfədən az olmamaq şərtilə aşağıdakı qaydada aparılır:
5.4.1. bankdaxili “qəp” təhlili üçün eyni dövrə düşən aktiv və öhdəliklərin ödəniş müddətləri ən azı ani, 1-7, 8-14, 15-30, 30 gündən bir ilədək aylıq dövrləri, həmçinin 1-2, 2-3, 3-5 və 5 ildən çox olan illik dövrləri əhatə etməlidir. Bu bölgü bank tərəfindən daha qısa müddətlərlə müəyyən edilə bilər;
5.4.2. aktiv və öhdəliklərin ödəniş müddətlərinin bölgüsü onların qalıq müddətinə əsaslanmalı və müqavilədə müəyyən edilmiş həcmdə hesablamaya daxil edilməlidir;
5.4.3. bankın milli və xarici valyutada olan nağd vəsaitləri, habelə Mərkəzi Bankda və digər banklarda olan müxbir hesabları, banklarda yerləşən “overnayt” depozitləri kimi aktivlər və bankda digər bankların müxbir hesabları, hüquqi və fiziki şəxslərin tələbli depozitləri, qaytarılma müddəti bitmiş öhdəliklər, bankların “overnayt” depozitləri kimi öhdəlikləri tam məbləğdə “ani” ödəniş müddətinə aid edilməlidir;
5.4.4. bankın investisiya portfeli “qəp” təhlilində aşağıdakı ödəniş müddətlərinə aid edilməlidir:
5.4.4.1. beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik hüquqi şəxslərin kapitalına investisiyalar – maksimum 15 (on beş) günədək olan ödəniş müddəti;
5.4.4.2. bu Qaydanın 5.4.4.1-ci yarımbəndinə aid edilməyən və minimum investisiya reytinqinə malik hüquqi şəxslərin kapitalına investisiyalar - “15 - 30” günlük ödəniş müddəti;
5.4.4.3. bu Qaydanın 5.4.4.2-ci yarımbəndinə aid edilməyən digər hüquqi şəxslərin kapitalına investisiyalar - sonuncu (ən uzunmüddətli) ödəniş müddəti;
5.4.5. vaxtı keçmiş kreditlər, əsas vəsaitlər, qeyri-maddi aktivlər, digər müddətsiz aktivlər və bankın kapitalının tərkib maddələri “qəp” təhlilində sonuncu (ən uzunmüddətli) ödəniş müddətinə aid edilməlidir;
5.4.6. bank xarici valyutada olan likvidlik mövqeyinə nəzarəti həyata keçirmək məqsədilə xarici valyuta üzrə ayrıca “qəp” təhlili aparmalı, ödəniş müddətlərinin bölgüsü cədvəlində Mərkəzi Bankın hesabat tarixinə olan məzənnəsinə uyğun olaraq manat ekvivalentində əks etdirməli, habelə xarici valyutaya olan ümumi tələbatı qiymətləndirməlidir. Xarici valyuta üzrə “qəp” təhlilinin nəticələrini nəzərə alaraq bank xarici və daxili bazarlardan borc vəsaitlərini əldə etmə imkanına, bir valyutanın digər valyutaya dərhal konvertasiya edilməsi imkanlarına, məzənnənin dəyişməsinə və bununla bağlı aktivlərin dəyərində baş verən mənfi meyllərə daimi monitorinqi həyata keçirməlidir;
5.4.7. “qəp” təhlili aparılarkən fərdi (hər hansı dövr üzrə) və kumulyativ (bütün dövrlər üzrə) mənfi likvidlik qəpləri təhlil olunmalı və bank tərəfindən bu Qaydanın tələblərinə əsasən müəyyən edilmiş limitlərlə müqayisə edilməlidir;
5.4.8. “qəp” təhlilinin nəticələri sənədləşdirilməli, təhlilin nəticələrinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər risklərin idarə edilməsi bölməsi tərəfindən hazırlanaraq bankın Müşahidə Şurası, Risklərin idarə edilməsi komitəsi (bundan sonra – RİK) və İdarə Heyətinə təqdim edilməlidir. “Qəp” təhlilinin nəticələrinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər İdarə Heyəti tərəfindən (Müşahidə Şurası və RİK-in səlahiyyətlərinə aid məsələlər istisna olmaqla) təsdiq edilir.
5.5. Cəlb olunmuş vəsaitlərin mənbələrinin konsentrasiyası bankın fəaliyyətinin xüsusiyyətlərindən, məhsullarının və fəaliyyət göstərdiyi bazarların növündən asılı olaraq hesablanmalıdır. Bu zaman aşağıdakılar nəzərə alınır:
5.5.1. cəlb olunmuş vəsaitlərin mənbələrinin ən azı aşağıdakı istiqamətlər üzrə konsentrasiyası hesablanmalıdır:
5.5.1.1. öhdəliklərin müxtəlif növləri üzrə;
5.5.1.2. əmanətçilər/kreditorlar (fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları), banklar və digər maliyyə institutları və s.) və onların fəaliyyət sahələri üzrə;
5.5.1.3. ödəniş müddətləri üzrə;
5.5.1.4. coğrafi yerləşmə yeri üzrə (məsələn, ölkə, region və s);
5.5.1.5. vəsaitin məbləği və faiz dərəcəsi və (və ya) digər ödənişlər) üzrə;
5.5.2. cəlb olunmuş vəsaitlərin mənbələrinin konsentrasiyası Herfindal-Hirşman İndeksi (HHİ) vasitəsilə müəyyən oluna bilər. HHİ-nin 1-ə yaxınlaşması maliyyələşmə mənbələrində konsentrasiyanın artmasını, 0-a yaxınlaşması isə diversifikasiyanı göstərir. HHİ aşağıdakı düsturla hesablanır:
Burada: Xi – i-ci maliyyələşmə mənbəyi və ya müddət üzrə analiz aparıldıqda maliyyələşmə müddəti (məsələn, əmanətçi,kreditor, ödəniş müddəti və s.).
5.6. Likvidlik riski üzrə normativləri (ani likvidlik əmsalı və likvidliyin örtülmə əmsalı) bank bu Qaydanın 6-cı və 7-ci hissələrinin tələblərinə uyğun hesablamalıdır.
5.7. Stres-testlər bankın stres şəraitində potensial likvidlik riskinin mənbələrini müəyyənləşdirmək, likvidlik mövqeyinin likvidlik risk iştahasına uyğunluğunu qiymətləndirmək, ehtimal olunan likvidlik tələbini ölçmək, habelə pul axınlarına, qısa və uzun müddətli likvidlik mövqeyinə, mənfəətliyə ehtimal olunan neqativ təsirləri qiymətləndirmək üçün Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 16 fevral tarixli 06/05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda stres-testlərin aparılması Qaydası”nın tələblərinə uyğun həyata keçirilməlidir.
5.8. Erkən xəbərdarlıq sistemi bankın likvidlik mövqeyi və ya potensial maliyyələşmə mənbələri üzrə risklərin və ya həssaslığın artımını müəyyən edən və izləyən sistemdir. Erkən xəbərdarlıq sistemi daim nəzarət altında olan kəmiyyət və keyfiyyət meyarlarından ibarət olmalıdır. Erkən xəbərdarlıq sistemi ən azı aşağıdakı meyarları əhatə etməlidir:
5.8.1. aktivlərin, xüsusən də geri çağrılma ehtimalı yüksək olan öhdəliklər hesabına maliyyələşən aktivlərin izafi artımı;
5.8.2. aktiv və öhdəliklərin növləri üzrə cəmləşmənin artımı;
5.8.3. likvidlik “qəp”lərinin artımı;
5.8.4. öhdəliklər üzrə ödənişlərin orta ölçülmüş müddətinin azalması;
5.8.5. müəyyən edilmiş limitlərdə mütəmadi müşahidə olunan yaxınlaşma, daxili və bu Qayda ilə müəyyən edilmiş limitlərin pozulması;
5.8.6. bankın əsas məhsulları üzrə neqativ halların müşahidə olunması (məsələn, komplayens riskinin artması);
5.8.7. bankın gəlirlik göstəricilərinin kəskin aşağı düşməsi, aktivlərin keyfiyyətinin və ümumi maliyyə vəziyyətinin pisləşməsi;
5.8.8. bankın buraxdığı səhmlərinin və istiqrazlarının, habelə bankın investisiya etdiyi qiymətli kağızların qiymətlərinin aşağı düşməsi;
5.8.9. bank tərəfindən vəsaitlərin cəlb olunması ilə bağlı xərclərin artması;
5.8.10. bankın kreditorları tərəfindən əlavə təminat barədə tələbin irəli sürülməsi;
5.8.11. banka açılmış kredit xətlərinin bağlanması və ya kredit xətti üzrə limitin azaldılması;
5.8.12. müddətləri başa çatmamış depozitlər də daxil olmaqla depozitlərin geri çağırılması;
5.8.13. uzunmüddətli vəsaitlərin cəlb edilməsində çətinliklər;
5.8.14. qısamüddətli öhdəliklərin yerləşdirilməsində çətinliklər;
5.8.15. banka mənfi təsir göstərə bilən ictimai məlumat;
5.8.16. banka beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin aşağı düşməsi;
5.8.17. bankın reputasiyasının pisləşməsi.
6.1. Likvidliyin örtülmə əmsalı məcmu halda və milli valyutada ayrılıqda 100 (yüz) faizdən aşağı olan bank ani likvidlik əmsalını 30 (otuz) faizdən az olmayan səviyyədə saxlamalıdır.
6.2. Ani likvidlik əmsalının hesablanması aşağıdakı düsturla həyata keçirilir:
6.3. Cari aktivlərə ani likvidlik əmsalının hesablanması zamanı aşağıdakı aktiv növləri daxil edilir:
6.3.1. milli və sərbəst dönərli xarici valyutada olan nağd vəsaitlər;
6.3.2. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar;
6.3.3. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya həmin ölkələrin mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar;
6.3.4. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) buraxdığı təmin edilmiş qiymətli kağızlar;
6.3.5. məcburi ehtiyatların məbləği istisna olunmaqla, bankın Mərkəzi Bankdakı müxbir hesabında olan vəsait;
6.3.6. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik xarici banklarda olan müxbir hesablardakı vəsait və “overnayt” depozitlər;
6.3.7. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar;
6.3.8. 7 (yeddi) gün müddətinə yerləşdirilmiş və bu Qaydanın 6.3.1 - 6.3.3-cü yarımbəndlərində müəyyən edilmiş aktivlərlə qeyd-şərtsiz təmin edilmiş aktivlər.
6.4. Cari öhdəliklərə ani likvidlik əmsalının hesablanması zamanı aşağıdakı öhdəlik növləri daxil edilir:
6.4.1. bankların müxbir hesabları və “overnayt” depozitləri;
6.4.2. tələbli depozitlər;
6.4.3. ödəniş müddətinə 7 (yeddi) gün və ya bundan az qalan müddətli öhdəliklər;
6.4.4. icra müddəti başa çatmış öhdəliklər;
6.4.5. müqaviləyə əsasən vəsaitlərdən istifadəyə başlanması tarixinə məhdudiyyət qoyulmayan və geri çağırıla bilinməyən kredit xətləri.
6.5. Aşağıdakı aktiv və öhdəliklər bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır:
6.5.1. bu Qaydanın 6.3-cü və 6.4-cü bəndlərində müəyyən edilmiş aktiv və öhdəliklərin növbəti 7 (yeddi) təqvim günü və ondan artıq müddətə bloklaşdırılmış hissəsi;
6.5.2. Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri.
6.6. Bankın əmanətçiləri və digər kreditorları qarşısında (Mərkəzi Banka və digər banklara olan borclar daxil olmaqla) vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, bu Qaydanın 6.1-ci bəndinin tələbinə riayət etməsindən asılı olmayaraq, bankın ani likvidlik əmsalı pozulmuş hesab edilir.
6.7. Ani likvidlik əmsalı üzrə hesabat prudensial hesabatlıq sistemində nəzərdə tutulmuş forma və qaydada hazırlanmalı və prudensial hesabatların tərkibində Mərkəzi Banka təqdim olunmalıdır.
7.1. Bank likvidliyin örtülmə əmsalını məcmu halda və milli valyutada ayrılıqda hesablamalı və aşağıdakı cədvəldə müəyyən edilmiş hədlərdən az olmayan səviyyədə təmin etməlidir:
7.4. Likvidliyin örtülmə əmsalının hesablanması aşağıdakı düsturla həyata keçirilir:
Likvidliyin örtülmə əmsalı
7.5. Yüksək keyfiyyətli likvid aktivlərə likvidliyin örtülmə əmsalının hesablanması zamanı aşağıdakı aktiv növləri daxil edilir:
7.5.1. 1-ci qrup aktivlər aşağıdakı aktivlərdən ibarətdir və hesablamada tam həcmdə nəzərə alınır:
7.5.1.1. bankın kassalarında, pul saxlancında, onun nümayəndəlik, şöbə və filiallarında, bankomat və digər ödəniş terminallarında, habelə olduğu yerdən təyinat yerinə daşınma prosesində olan milli və xarici valyutada olan nağd vəsaitlər (qapalı xarici valyutada olan nağd vəsaitlərin həcmi həmin valyutada olan cəmi xalis nağd məxaric məbləğindən çox olmamalıdır)
7.5.1.2. Mərkəzi Bankda açılmış müxbir hesabda olan vəsaitər (məcburi ehtiyatların məbləği istisna olmaqla), Mərkəzi Bankda aparılmış repo əməliyyatları çərçivəsində yerləşdirilmiş vəsaitlər və Mərkəzi Bankda 30 (otuz) günədək yerləşdirilmiş depozitlər, həmçinin Mərkəzi Bankda və banklarda yerləşdirilmiş overnayt depozitlər;
7.5.1.3. Azərbaycan Respublikasının milli valyutada buraxdığı dövlət istiqrazları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar;
7.5.1.4. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya həmin ölkələrin mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar;
7.5.1.5. Fondun buraxdığı təmin edilmiş qiymətli kağızlar;
7.5.1.6. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar.
7.5.2. 2-ci qrup A aktivlər aşağıdakı aktivlərdən ibarətdir və hesablamada 85 (səksən beş) faiz həcmdə nəzərə alınır:
7.5.2.1. Azərbaycan Respublikasının xarici valyutada buraxdığı dövlət istiqrazları;
7.5.2.2. 1-ci qrup aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar;
7.5.2.3. Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar;
7.5.2.4. 1-ci qrup aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar;
7.5.2.5. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları;
7.5.2.6. dövlət zəmanəti ilə, habelə Mərkəzi Bank tərəfindən pul siyasətinin həyata keçirilməsi üçün tətbiq edilən alətlər üzrə təminat kimi qəbul edilən qiymətli kağızlarla qeyd-şərtsiz təmin olunmuş borc qiymətli kağızları.
7.5.3. 2-ci qrup B aktivlər aşağıdakı aktivlərdən ibarətdir və hesablamada 50 (əlli) faiz həcmdə nəzərə alınır:
7.5.3.1. 2-ci qrup A aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqə malik qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları;
7.5.3.2. Azərbaycan Respublikasının xarici valyutada buraxdığı dövlət istiqrazları ilə qeyd-şərtsiz təmin olunmuş borc qiymətli kağızları;
7.5.3.3. bank metalları
7.5.4. 2-ci qrup B aktivlərin nəzərə alınan hissəsi yüksək keyfiyyətli likvid aktivlərin 15 (on beş) faizindən, cəmi 2-ci qrup aktivlərin nəzərə alınan hissəsi isə yüksək keyfiyyətli likvid aktivlərin 40 (qırx) faizindən çox olmamalıdır.
7.5.5. Likvidliyin örtülmə əmsalı hesablanarkən aktivlər hesabat tarixinə olan bazar qiyməti həcmində nəzərə alınmalıdır.
7.6. Cəmi xalis nağd məxariclər növbəti 30 (otuz) təqvim günü ərzində gözlənilən cəmi nağd məxariclər ilə gözlənilən cəmi nağd mədaxillərin fərqinə bərabərdir. Bu zaman aşağıdakılar nəzərə alınır:
7.6.1. gözlənilən cəmi nağd məxariclər balans və balansdankənar öhdəliklərin onların bu Qaydaya 1 nömrəli Əlavədə müəyyən edilmiş qaçış və ya geri çəkilmə ehtimallarını faizlə ifadə edən əmsala hasili yolu ilə hesablanır;
7.6.2. gözlənilən cəmi nağd mədaxillər aktivlərin onların bu Qaydaya 1 nömrəli Əlavədə müəyyən edilmiş hesablamada nəzərə alınan hissəsinin faizlə ifadə edilən əmsala hasili yolu ilə hesablanır və cəmi nağd məxariclərin 75 (yetmiş beş) faizindən çox olmamalıdır;
7.6.3. cəmi xalis nağd məxariclərin hesablanması aşağıdakı düsturla həyata keçirilir:
cəmi xalis nağd məxariclər =
gözlənilən cəmi nağd məxariclər -
minimum {gözlənilən cəmi nağd mədaxillər; 75% X gözlənilən cəmi nağd məxariclər}
7.7. Likvidliyin örtülmə əmsalının hesablanması zamanı bu Qaydanın 7.5-ci bəndində müəyyən edilmiş aktivlər üzrə mədaxillər bu Qaydanın 7.6-cı bəndində nəzərə alınmır.
7.8. Bu Qaydanın 7.5-ci və 7.6-cı bəndlərində müəyyən edilmiş aktiv və öhdəliklərin növbəti 30 (otuz) təqvim günü və ondan artıq müddətə bloklaşdırılmış hissəsi likvidliyin örtülmə əmsalının hesablanmasında nəzərə alınmır.
7.8-1. Kredit tələbi üzrə təminat qismində çıxış edən borcalanın depozit hesabındakı bloklaşdırılmış pul vəsaitlərinin kredit tələbinin qalıq məbləğinə (əsas borc və faizlər və (və ya) digər ödənişlər üzrə ödənilməmiş hissəsinə) bərabər hissəsi likvidliyin örtülmə əmsalının hesablanmasında nəzərə alınmır.
7.9. Növbəti 30 (otuz) təqvim günü ərzində nəzərdə tutulan əməliyyat xərcləri (əmək haqqı, icarə, kommunal və digər inzibati xərclər) həddində məbləğ yüksək keyfiyyətli likvid aktivlərdə və gözlənilən cəmi nağd məxariclərdə nəzərə alınmır.
7.10. Gözlənilən cəmi nağd mədaxillərə növbəti 30 (otuz) təqvim günü ərzində gözlənilməz fəaliyyət növlərindən əldə ediləcək gəlirlər daxil edilmir.
7.10-1. Likvidliyin örtülmə əmsalı gündəlik əsasda hesablanır.
7.11. Likvidliyin örtülmə əmsalı üzrə hesabat bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilmiş forma və qaydada hazırlanmalı və aylıq əsasda prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim olunmalıdır.
7.12. Bankın likvidliyin örtülmə əmsalı bu Qaydanın 7.1-ci bəndi ilə müəyyən edilən hədlərdən aşağı düşdükdə, bank bu barədə bir iş günü ərzində Mərkəzi Bankı yazılı məlumatlandırır. Likvidliyin örtülmə əmsalı tələb olunan həddə qədər bərpa edilənədək bank bu Qayda ilə müəyyən edilmiş hesabatı Mərkəzi Banka gündəlik əsasda təqdim etməlidir. Bank tərəfindən ardıcıl 5 (beş) gün ərzində həmin hədlərə əməl edilmədiyi təqdirdə, növbəti 5 (beş) iş günü ərzində Mərkəzi Banka likvidlik mövqeyinin bərpası ilə bağlı tədbirlər planı təqdim edilməlidir. Həmin tədbirlər planı bankın likvidliyin örtülmə əmsalı üzrə bu Qayda ilə müəyyən edilmiş hədlərə əməl etmədiyi tarixdən başlayaraq 45 (qırx beş) gündən çox olmayan müddəti əhatə etməlidir.
9.1. Limitlərin müəyyən edilməsi daxili qaydalarda bankın həcminə (aktivlər, kapital, müştəri bazası, əməliyyatları), xüsusiyyətlərinə və maliyyə vəziyyətinə adekvat likvidliyin təmin edilməsi məqsədilə tətbiq edilir. Bu zaman aşağıdakılar nəzərə alınır:
9.1.1. limitlər ən azı aşağıdakı istiqamətlər üzrə müəyyən edilməlidir:
9.1.1.1. fərdi və kumulyativ mənfi likvidlik “qəp”lərinin ümumi aktivlərə nisbəti üzrə limit;
9.1.1.2. bu Qaydanın 5.5.1-ci yarımbəndi ilə müəyyən olunmuş vəsait mənbələri üzrə cəlb edilmiş vəsaitin maksimum həddi.
9.1.2. daxili qaydalarda limitlərə riayət olunmasına nəzarət prosedurları, o cümlədən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə prosedurlar, habelə müəyyən olunmuş limitlərin likvidliyin faktiki göstəriciləri ilə müqayisə edilməsinin dövriliyi öz əksini tapmalıdır.
9.1.3. bankın cari və proqnozlaşdırılmış likvidlik mövqeyinin adekvatlığının təmin edilməsi məqsədilə daxili qaydalarla müəyyən edilmiş limitlərə altı ayda bir dəfədən az olmayaraq yenidən baxılmalıdır;
9.1.4. limitlərin pozulması halları onların səbəbləri göstərilməklə sənədləşdirilməli və Müşahidə Şurası, RİK və İdarə Heyətinə təqdim edilməlidir. Daxili qaydalarda limitlərin pozulması səviyyəsindən asılı olaraq bankın likvidliyinin idarə olunması prosedurlarının dəyişdirilməsi üzrə görüləcək tədbirlər müəyyən edilməlidir.
9.2. Gün ərzində likvidliyin idarə olunması bankın adi və stres şəraitində ödəniş və hesablaşmalar üzrə yaranan öhdəliklərini vaxtında icra etmək məqsədilə gün ərzində likvidlik mövqeyinin və risklərinin effektiv idarə edilməsidir. Gün ərzində likvidliyin idarə olunmasının əsas məqsədi kritik olan öhdəlikləri müəyyənləşdirmək, prioritetləşdirmək və kritik olmayan öhdəliklər ilə əvəz etməkdir. Bu məqsədə nail olmaq üçün bank ən azı aşağıdakıları həyata keçirməlidir:
9.2.1. gözlənilən gündəlik mədaxil və məxariclərin həcmini və vaxtını təhlil etməklə gün ərzində fərqli vaxtlar üzrə likvidlik tələbini proqnozlaşdırmalı;
9.2.2. gün ərzində likvidlik mövqeyini monitorinq etməli və zəruri hallarda ödənişləri prioritetləşdirməli;
9.2.3. gün ərzində likvidlik tələbinə qarşı adekvat həcmdə likvid aktivlər, habelə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən aktivlər saxlamalı;
9.2.4. gün ərzində məxariclərin vaxtında və effektiv şəkildə icrası üçün idarəetmə sistemini formalaşdırmalı;
9.2.5. gün ərzində pul axınları üzrə yarana biləcək gözlənilməyən pozuntulara qarşı hazırlıqlı olmalı;
9.2.6. bu Qaydanın 9.2-ci bəndinin icrasını dəstəkləyən adekvat siyasətə, prosedurlara və sistemə sahib olmalıdır.
9.3. Təminatların idarə olunması balans və balansdankənar əməliyyatlar üzrə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən aktivlərin daimi monitorinqinin həyata keçirilməsidir. Bank bu aktivlərin dərhal və mümkün qədər az zərərlə istifadəsinə heç bir hüquqi və ya bankdaxili məhdudiyyətlərin olmamasını təmin etməlidir.
9.4. Yeni məhsul üzrə likvidlik riskinin idarə edilməsi bank tərəfindən yeni məhsul və ya xidmət təqdim edilərkən qabaqcadan yarana biləcək risklərin qiymətləndirilməsinin aparılması və bankın likvidlik vəziyyətinə təsirin təhlil edilməsidir. Bank yeni məhsulun və ya xidmətin təqdim edilməsi ilə bağlı ehtimal olunan likvidlik risklərini effektiv idarəetmə potensialına sahib olmalıdır.
10.1. Bank risk profilinə və fəaliyyət istiqamətinə adekvat olaraq likvidlik risklərinin monitorinqi üzrə prosedurlara malik olmalıdır. Likvidlik risklərinin monitorinqi məqsədilə ən azı aşağıdakı indikatorların izlənməsi təmin edilir:
10.1.1. müxbir hesablardakı qalıqlar;
10.1.2. kredit portfelinin keyfiyyəti;
10.1.3. bankın qiymətli kağızlar portfeli;
10.1.4. repo əməliyyatları;
10.1.5. bank tərəfindən təminat qismində təqdim olunan aktivlərin girov saxlayanı, təminatların fiziki olaraq saxlanıldığı yer və mülkiyyət hüquqları;
10.1.6. balans və balansdankənar əməliyyatlar üzrə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən aktivlər;
10.1.7. hər bir valyuta növü üzrə likvidlik mövqeyi;
10.1.8. son illərin tendensiyaları, mövsümi amillər, faiz dərəcəsinin dəyişdirilməsinə həssaslıq və digər makroiqtisadi amillər nəzərə alınmaqla, bank tərəfindən cəlb edilmiş vəsaitlərin həcmi;
10.1.9. aktiv və öhdəliklərin ödəniş müddətləri üzrə bölgüsü;
10.1.10.bankın əsas öhdəlikləri üzrə kreditorların fəaliyyəti;
10.1.11.öhdəliklərin növləri, əmanətçilər/kreditorlar, ödəniş müddətləri və coğrafi yerləşmə üzrə cəmləşmə;
10.1.12.balansdankənar öhdəliklər;
10.1.13.prudensial normativ və bankdaxili limitlərə riayət.
10.2. Bankda Müşahidə Şurasını, RİK-i, İdarə Heyətini və digər aidiyyəti əməkdaşları cari və gələcəkdə ehtimal olunan likvidlik mövqeyi barədə mütəmadi, gözlənilməz hallar baş verdikdə isə dərhal məlumatlandıran likvidlik riski hesabatlığı çərçivəsi yaradılmalıdır.
10.3. Hesabatlıqda likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi və nəzarətinə dair məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da əhatə olunmalıdır:
10.3.1. ən qısa müddət ərzində satıla bilən və ya əlavə vəsaitlər tələb olunarsa təminat qismində yerləşdirilə və ya gələcəkdə yenidən maliyyələşdirilə bilən aktivlərin siyahısı;
10.3.2. öhdəliklərin geri qaytarılması, gələcəkdə əldə ediləcək əsas vəsaitlərin və uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üzrə plan və proqnozlar;
10.3.3. aktivlərin gəlirliyi, potensial maliyyələşmə mənbələri, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və xərclər;
10.3.4. öhdəliklərinin diversifikasiyası məqsədilə bankın bazara çıxış imkanları.
10.4. Likvidlik riski hesabatlığının effektivliyini təmin etmək məqsədilə bankın menecment informasiya sistemi ən azı aşağıdakı tələblərə də cavab verməlidir:
10.4.1. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, bankın daxili qaydaları ilə müəyyən edilmiş dövrilikdə bankın likvidlik mövqeyinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə edilməsi və onlara nəzarət olunması;
10.4.2. dövri hesabatların stres şəraitində təfsilatlı və daha sıx dövriliklə hazırlanması.
10.5. Bank öz fəaliyyətindən irəli gələn risklərin miqyasından, xüsusiyyətindən və bankın fəaliyyət göstərdiyi bazardakı dəyişikliklərdən asılı olaraq monitorinqlərin və hesabatlığın dövriliyini təyin edir.
10.6. Bankın likvidlik üzrə risk iştahasının, siyasət və prosedurlarının təkmilləşdirilməsi istiqamətində likvidlik riskləri üzrə hesabatlıqda əhatə olunan məlumatlar mütəmadi olaraq təhlil edilməlidir.
10.7. Bankın daxili nəzarət sistemi likvidlik riskinin idarə olunması sisteminə adekvat nəzarətin həyata keçirilməsini təmin etməlidir. Daxili nəzarət sisteminin əsas komponenti likvidlik riskinin idarə olunması sisteminin səmərəliyinin mütəmadi müstəqil qiymətləndirilməsi və bu sistemə zəruri dəyişikliklərin edilməsi barədə tələblərin irəli sürülməsidir. Belə qiymətləndirmələrin nəticələri sənədləşdirilməli və bankın Müşahidə Şurası, RİK və İdarə Heyətinə təqdim edilməlidir.
11.1. Bankın davamlı fəaliyyətinin təmin olunması məqsədi ilə bankda fövqəladə hallarda likvid vəsaitlərin cəlb edilməsi və aktivlərin minimum zərərlə likvid vəsaitlərə çevrilməsi prosedurlarını özündə əks etdirən plan olmalıdır (bundan sonra - fövqəladə plan).
11.2. Fövqəladə plan bankın strukturuna, fəaliyyətinin xüsusiyyətlərinə, risk profilinə, əməliyyatlarının həcminə və fəaliyyət göstərdiyi regiona uyğun müəyyənləşdirilməlidir.
11.3. Fövqəladə planda potensial maliyyələşmə mənbələrindən vəsaitlərin cəlb edilməsi üzrə hüquqi, əməliyyat və vaxt zonasına dair məhdudiyyətlər nəzərə alınmalıdır.
11.4. Fövqəladə plan bankın risklərin idarə edilməsi və aidiyyəti struktur bölmələrinin iştirakı ilə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.
11.5. Mövcud şəraitə uyğunluğu baxımından fövqəladə plana ən azı hər altı aydan bir yenidən baxılır və zərurət olduqda müvafiq dəyişikliklər edilir. Fövqəladə plana yenidən baxılan zaman daxili və kənar amillər üzrə müxtəlif ssenarilər test olunur və testin nəticələri plana ediləcək dəyişikliklərdə nəzərə alınır.
11.6. Fövqəladə planda ən azı aşağıdakılar öz əksini tapmalıdır:
11.6.1. bankın likvid vəsaitlərə tələbatı, habelə ödənişlər üzrə prioritetlər nəzərə alınmaqla likvid vəsaitlərin gözlənilməz çatışmazlığı zamanı potensial maliyyələşmə mənbələri, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və xərclər;
11.6.2. fövqəladə vəziyyətdə bankın daxilində dəqiq vəzifə və səlahiyyət bölgüsü:
11.6.2.1. fövqəladə vəziyyətdə daxili koordinasiya və qərarvermə prosesinin səmərəliliyinin artırılması məqsədilə “böhran komandası”nın formalaşdırılması;
11.6.2.2. fövqəladə planın tətbiqinə məsul olan şəxslərin soyadı, adı, vəzifəsi, əlaqə məlumatları və fəaliyyət göstərdikləri struktur bölmələri;
11.6.2.3. biznesin davamlığını təmin edən vəzifələr üzrə ehtiyat kadrların müəyyən olunması.
11.6.3. fövqəladə vəziyyətə reaksiya vermə prosedurları (məsələn, müştərilərə kredit limitlərinin verilməsindən imtina edilməsi və ya azaldılması ardıcıllığı);
11.6.4. likvid vəsaitlərin gözlənilməz çatışmazlığı yarandıqda bankın fasiləsiz fəaliyyətinin davam etdirilməsi üçün ehtimal olunan maksimum müddət;
11.6.5. təminat qismində istifadə oluna və ya dərhal satıla bilən aktivlər;
11.6.6. banka qarşı etimadın azalması və mənfi ictimai rəyin yaranmasının qarşısının alınması məqsədilə ictimaiyyətlə kommunikasiya.
11.7. Fövqəladə planda bankın dayanıqlığına təsir edəcək əsas göstəricilər (məsələn, qeyri-işlək kreditlərin artımı, kapital adekvatlığı əmsalında azalma, bankın kredit reytinqinin aşağı düşməsi, tələbli depozitlərin artımı və s.) üzrə bankın risk profilinə uyğun olaraq müəyyən edilmiş hədlər nəzərə alınmaqla, nəzərət və onlara dair hesabatlıq əks olunmalıdır.
1. Fiziki şəxslərin tələbli depozitləri
a) sığortalanan hissə
2. Fiziki şəxslərin müddətli depozitləri
a) sığortalanan hissə
3. Hökumətlərin, mərkəzi bankların, mərkəzi idarəetmə orqanlarının və çoxtərəfli inkişaf banklarının vəsaitləri
4. Bankların tələbləri
b) Bankların depozitləri
5. Qeyri-bank maliyyə institutlarının vəsaitləri
a) Tələbli depozitlər
b) Müddətli depozitlər
6. Digər hüquqi şəxslərin tələbli depozitləri
a) 100.000 manata qədər
b) 100.001 – 500.000 manat
c) 500.001 – 1.000.000 manat
d) 1.000.000 manatdan yuxarı
7. Digər hüquqi şəxslərin müddətli depozitləri
a) 100.000 manata qədər
b) 100.001 – 500.000 manat
c) 500.001 – 1.000.000 manat
d) 1.000.000 manatdan yuxarı
8.Dövlət fondları tərəfindən kreditlərin maliyyələşdirilməsi məqsədilə yerləşdirilmiş vəsaitlər
9. 1-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş cəlbolunmalar
10. 2-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş cəlbolunmalar
a) 2-ci qrup A aktivlər
b) 2-ci qrup B aktivlər
11. Digər aktivlər ilə təmin olunmuş cəlbolunmalar
12. Birtərəfli qaydada ləğvetmə hüququ olmayan öhdəliklər
d1) fiziki şəxslərə verilmiş
d2) hüquqi şəxslərə verilmiş
d3) hökumətlərə, mərkəzi banklara, mərkəzi idarəetmə orqanlarına və çoxtərəfli inkişaf banklarına verilmiş
d4) banklara verilmiş
13. Birtərəfli qaydada ləğvetmə hüququ olan öhdəliklər
14. Qiymətli kağızlardan müqavilə üzrə məxaric
15. Subordinasiya borc öhdəliyi
16. Faizlər üzrə ödənişlər
17. Ödəniləcək dividendlər
18. Törəmə maliyyə alətləri üzrə xalis ödənişlər
19. Digər şərti öhdəliklər
20. Digər müqavilə üzrə ödənişlər
1. Kreditlər üzrə ödənişlər
2. Hökumətlərdən, mərkəzi idarəetmə orqanlarından və çoxtərəfli inkişaf banklarından daxilolmalar
3. Mərkəzi banklardan daxilolmalar
4. Banklardan daxilolmalar
5. Qeyri-bank maliyyə institutlarından daxilolamalar
6. 1-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş yerləşdirmələr
7. 2-ci qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş yerləşdirmələr
a) 2-ci qrup A aktivlər
b) 2-ci qrup B aktivlər
8. Digər aktivlər ilə təmin olunmuş yerləşdirmələr
9. Mərkəzi Bankdan alınmış və istifadə olunmamış kredit xətti
10. Qiymətli kağızlardan müqavilə üzrə daxilolmalar
11. Törəmə maliyyə alətləri üzrə xalis daxilolmalar
12. Digər müqavilə üzrə daxilolmalar
“Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”na
Hesabatın başa çatdırılması tarixi:
Hesabata məsul struktur bölmə:
Adı (soyadı, adı, atasının adı):
Elektron poçt ünvanı:
Hesabatı tərtib edən şəxs:
Adı (soyadı, adı, atasının adı):
Elektron poçt ünvanı:
1. Yüksək Kefiyyətli Likvid Aktivlər
1. bankın kassalarında, pul saxlancında, onun nümayəndəlik, şöbə və filiallarında, bankomat və digər ödəniş terminallarında, habelə olduğu yerdən təyinat yerinə daşınma prosesində olan milli və xarici valyutada olan nağd vəsaitlər
2. Mərkəzi Bankda açılmış müxbir hesabda olan vəsaitər (məcburi ehtiyatların məbləği istisna olmaqla);
3. Azərbaycan Respublikasının milli valyutada buraxdığı dövlət istiqrazları, Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar;
4. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya həmin ölkələrin mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar
5. Fondun buraxdığı təmin edilmiş qiymətli kağızlar
6. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar
6-1. Overnayt depozitlər
6-2. Mərkəzi Bankda 30 (otuz) günədək yerləşdirilmiş depozitlər və repo əməliyyatları çərçivəsində yerləşdirilmiş vəsaitlər
6-3. İnzibati xərclər
7. 1-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlərin məcmu fondu
a) Azərbaycan Respublikasının xarici valyutada buraxdığı dövlət istiqrazları
b) 1-ci qrup aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətlərinin və ya mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar
c) Fondun buraxdığı təmin edilməmiş qiymətli kağızlar
d) 1-ci qrup aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar
e) beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları
f) dövlət zəmanəti, habelə Mərkəzi Bank tərəfindən aparılan pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızlarla qeyd-şərtsiz təmin olunmuş borc qiymətli kağızları
a) 2-ci qrup A aktivlərə aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqə malik qeyri-maliyyə institutlarının korporativ borc qiymətli kağızları
b) Azərbaycan Respublikasının xarici valyutada buraxdığı dövlət istiqrazları ilə qeyd-şərtsiz təmin olunmuş borc qiymətli kağızları
3. 2-ci Qrup Yüksək Kefiyyətli Likvid Aktivlərin hesablamaya daxil edilən məbləği
1. Gözlənilən Cəmi Nağd Məxariclər
1. Fiziki şəxslərin tələbli depozitləri
a) sığortalanan hissə
2. Fiziki şəxslərin müddətli depozitləri
a) sığortalanan hissə
4. Cəmi fiziki şəxslərin depozitləri
1. Hökumətlər, mərkəzi banklar, mərkəzi idarəetmə orqanları və çoxtərəfli inkişaf banklarının vəsaitləri
2. Bankların tələbləri
b) Bankların depozitləri
3. Qeyri-bank maliyyə institutlarının vəsaitləri
a) Tələbli depozitlər
b) Müddətli depozitlər
4. Digər hüquqi şəxslərin tələbli depozitləri
a) 100 000 manata qədər
b) 100 001- 500 000 manat
c) 500 001 – 1 000 000 manat
d) 1 000 000 manatdan yuxarı
5. Digər hüquqi şəxslərin müddətli depozitləri
a) 100 000 manata qədər
b) 100 001-500 000 manat
c) 500 001 – 1 000 000 manat
d) 1 000 000 manatdan yuxarı
6. Dövlət fondları tərəfindən kreditlərin maliyyələşdirilməsi məqsədilə yerləşdirilmiş vəsaitlər
8. Cəmi təminatsız cəlbolunmalar
1. 1-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş cəlbolunmalar
2. 2-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş cəlbolunmalar
a) 2-ci qrup A aktivlər
b) 2-ci qrup B aktivlər
3. Digər aktivlər ilə təmin olunmuş cəlbolunmalar
4. Cəmi təminatlı cəlbolunmalar
1. Birtərəfli qaydada ləğvetmə hüququ olmayan öhdəliklər
c1) fiziki şəxslərə verilmiş
c2) hüquqi şəxslərə verilmiş
c3) Hökumətlər, mərkəzi banklar, məkəzi idarəetmə orqanlarından və çoxtərəfli inkişaf banklarına verilmiş
c4) banklara verilmiş
2. 2. Birtərəfli qaydada ləğvetmə hüququ olan öhdəliklər
3. Qiymətli kağızlardan müqavilə üzrə məxaric
4. Subordinasiya borc öhdəlikləri
5. Faizlər üzrə ödənişlər
6. Ödəniləcək dividendlər
7. Törəmə maliyyə alətləri üzrə xalis ödənişlər
8. Digər şərti öhdəliklər
9. Digər müqavilə üzrə ödənişlər
10. Cəmi digər ödənişlər
1. Gözlənilən Cəmi Nağd Mədaxillər
1. Kreditlər üzrə ödənişlər
2. Hökumətlər, mərkəzi idarəetmə orqanlarından və çoxtərəfli inkişaf banklarından daxilolmalar
3. Mərkəzi banklardan daxilolmalar
4. Banklardan daxilolmalar
5. Qeyri-bank maliyyə institutlarından daxilolamalar
6. Cəmi yerləşdirilmiş vəsaitlərdən daxilolmalar
1. 1-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş yerləşdirmələr
2. 2-ci Qrup Yüksək Keyfiyyətli Likvid Aktivlər ilə təmin olunmuş yerləşdirmələr
a) 2-ci qrup A aktivlər
b) 2-ci qrup B aktivlər
3. Digər aktivlər ilə təmin olunmuş yerləşdirmələr
4. Cəmi təminatlı yerləşdirmələr
1. Mərkəzi Bankdan alınmış və istifadə olunmamış kredit xətti
2. Qiymətli kağızlar üzrə daxilolmalar
3. Törəmə maliyyə alətləri üzrə xalis daxilolmalar
4. Digər müqavilə üzrə daxilolmalar
5. Cəmi digər daxilolmalar
1. 17 iyun 2025-ci il tarixli 22/6 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202506170226, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2025-ci il)
2. 16 fevral 2026-cı il tarixli 06/05 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202602160605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 may 2026-cı il)