Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı
“Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Mərkəzi Bankının strateji hədəflərinə uyğun olaraq bank nəzarətinin tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və hər bir əsas risk növünün prudensial tələblərlə əhatə olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.5-ci maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən
2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 sentyabr 2010-cu il tarixli qərarı ilə (24 nömrəli protokol) təsdiq edilmiş (24 sentyabr 2010-cu il tarixli 4011 nömrəli şəhadətnamə) “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” ləğv edilsin.
3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;
1. 25 dekabr 2018-ci il tarixli 25/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201812250252, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2019-cu il)