Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 31

Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

31.0. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

31.0.1. Azərbaycan Respublikasında baytarlıq preparatları istehsalı proqramını hazırlamaq və həyata keçirmək;

31.0.2. baytarlıq preparatları istehsalına, daşınmasına və saxlanmasına dair standartlarını və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;

31.0.3. baytarlıq preparatlarının aprobasiyası, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmək;

31.0.4. baytarlıq preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;

31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və ölkədə baytarlıq sağlamlığını təmin etmək üçün lazım olan baytarlıq preparatlarının tədarükünə dövlət sifarişini vermək;

31.0.6. baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qaydasını müəyyənləşdirmək;

31.0.7. baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;

31.0.8. baytarlıq preparatlarının alınmasına və istehsalına ayrılan büdcə təxsisatlarının səmərəli istifadəsinə nəzarət etmək;

31.0.9. baytarlıq preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver