Qanunvericilik › “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.06.2006) › Tam mətn

“Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.06.2006)

“Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 05.06.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Baytarlıq məqsədləri üçün lazım olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının siyahısı və onlardan istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 5 iyun 2006-cı il

1. Narkotik vasitələr

1.1. Morfin (əsası və duzları)

1.3. Papaveratum (pantapon, omnopon)

2. Psixotrop maddələr

3.4. Kalium permanqanat

3.5. Sirkə turşusu anhidridi

2.1. Narkotik vasitələr baytarlıqda şiddətli ağrılar verən bir sıra xəstəliklər, yaralar, yanıqlar, çıxıqlar, sınıqlar, peritonit, qaraciyər, öd və mədə-bağırsaq sancıları, bağırsaq daşları, entorospazmlar və cərrahi əməliyyatlar zamanı ağrıkəsici və sakitləşdirici preparat kimi tətbiq edilir.

2.2. Psixotrop maddələr çox ürkək və həyəcanlanmış heyvanlarda baytarlıq əməliyyatları apardıqda, narkotik vasitələrlə kombinə edilərək və ya müstəqil olaraq heyvanı sakitləşdirmək və stress vəziyyətini aradan qaldırmaq məqsədilə işlədilir.

2.3. Prekursorlar baytarlıqda cərrahi əməliyyatlar zamanı (etil efiri), laboratoriya işlərində üzvi həlledici (etil efiri, aseton, toluol) və reaktiv kimi (xlorid turşusu, kalium permanqanat, sirkə turşusu anhidridi, sulfat turşusu) işlədilir.

2.4. Bu Qaydalarda nəzərdə tutulmuş narkotik vasitələr apteklərdən xüsusi reseptlər (1 nömrəli əlavə) əsasında (bu zaman narkotik vasitələrin miqdarı həm rəqəm, həm də sözlə yazılır), psixotrop maddələr isə tələbnamələr, qaimələr və baytar-həkimin yazdığı resept nüsxələri əsasında buraxılır.

2.5. Elmi tədqiqat, elmi nəzarət və tədris müəssisələrində baytarlıq laboratoriyaları üçün narkotik vasitələr Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinin rəsmi icazəsi ilə buraxılır.

2.6. Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, buraxılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli qərarı ilə tənzimlənir.

(Baytarlıq müəssisəsinin ştampı)

___________________200_______ il

Xüsusi Resept aptekdə qalır

Rp: _____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

_____________________________________________________________

İşlətmə qaydası _____________________________________________________________

_____________________________________________________________

Heyvan sahibinin _____________________________________________________________

adı, soyadı _____________________________________________________________

Heyvanın növü _____________________________________________________________

Baytar-həkimin _____________________________________________________________

Mürəkkəblə doldurulur.

Qeyd. Blank xüsusi nişanları olan çəhrayı rəngli kağızdan hazırlanır.

1. 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)

2. 7 iyul 2021-ci il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2021-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-cı il, № 7, maddə 859)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver