Qanunvericilik › “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.12.2017) › Tam mətn

“Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.12.2017)

“Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 21.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahı”sı təsdiq edilsin (əlavə olunur).

2. Dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 21 dekabr 2017-ci il

1.1. Azərbaycan Respublikasının Təhsil İnstitutu;

1.2. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu;

1.3. Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu;

1.4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu;

1.5. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu;

1.6. Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi tədqiqat laboratoriyası;

1.7. Fizika İnstitutu;

1.8. Riyaziyyat və Mexanika İnstitutu;

1.9. İdarəetmə Sistemləri İnstitutu;

1.10. Radiasiya Problemləri İnstitutu;

1.11. İnformasiya Texnologiyaları İnstitutu;

1.12. Biofizika İnstitutu;

1.13. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası;

1.14. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu;

1.15. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu;

1.16. Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu;

1.17. Polimer Materialları İnstitutu;

1.18. Geologiya və Geofizika İnstitutu;

1.19. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu;

1.20. Təbiət Tarixi Muzeyi;

1.21. Neft və Qaz İnstitutu;

1.22. Botanika İnstitutu;

1.23. Zoologiya İnstitutu;

1.24. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu;

1.25. Mikrobiologiya İnstitutu;

1.26. Dendrologiya İnstitutu;

1.27. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu;

1.28. Genetik Ehtiyatlar İnstitutu;

1.29. Torpaqşünaslıq və Aqrokimya İnstitutu;

1.30. İqtisadiyyat İnstitutu;

1.31. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan);

1.32. Bioresurslar İnstitutu (Naxçıvan);

1.33. Batabat Astrofizika Rəsədxanası (Naxçıvan);

1.34. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə);

1.35. Bioresurslar İnstitutu (Gəncə);

1.36. Aqrar Problemlər İnstitutu (Gəncə);

1.37. Nəbatat Bağı (Gəncə).

2.1. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;

2.2. Nəsimi adına Dilçilik İnstitutu;

2.3. Folklor İnstitutu;

2.4. Memarlıq və İncəsənət İnstitutu;

2.5. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;

2.6. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu;

2.7. Arxeologiya və Antropologiya İnstitutu;

2.8. Fəlsəfə və Sosiologiya İnstitutu;

2.9. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;

2.9-1. Respublika Seysmoloji Xidmət Mərkəzi;

2.11. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

2.12. Lənkəran Regional Elmi Mərkəzi;

2.13. Şəki Regional Elmi Mərkəzi;

2.14. Mərkəzi Elmi Kitabxana;

2.15. “Elm” Nəşriyyatı.

2.16. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;

2.17. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;

2.18. Əlyazmalar Fondu;

2.19. Humanitar Tədqiqatlar İnstitutu;

2.20. Diyarşünaslıq İnstitutu;

2.21. Nizami Gəncəvi Mərkəzi.

3.1. Milli Onkologiya Mərkəzi;

3.2. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi;

3.3. Milli Hematologiya və Transfuziologiya Mərkəzi;

3.4. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu;

3.5. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi;

3.6. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

3.7. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu;

3.8. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

3.9. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

3.10. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

3.11. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;

3.12. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.

4.1. “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxs;

4.2. “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs;

4.3. Baytarlıq Elmi-Tədqiqat İnstitutu;

4.4. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu;

4.5. Əkinçilik Elmi-Tədqiqat İnstitutu;

4.6. Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu;

4.7. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu;

4.8. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu.

5.1. Milli Aerokosmik Agentliyi.

6.1. “İqtisadi Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs.

7.1. Məhkəmə Ekspertizası Mərkəzi.

8.1. Maliyyə Elm-Tədris Mərkəzi.

9.1. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

9.2. Milli Azərbaycan Tarixi Muzeyi;

9.3. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;

9.4. Hüseyn Cavidin Ev Muzeyi.

10.1. Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi.

11.1. “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs.

1. 7 avqust 2018-ci il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 avqust 2018-ci il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1798)

2. 3 may 2019-cu il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 may 2019-cu il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 944)

3. 9 aprel 2020-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 aprel 2020-ci il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 481)

4. 26 oktyabr 2020-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1309)

5. 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409)

6. 19 noyabr 2021-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 noyabr 2021-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1281)

7. 4 aprel 2022-ci il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 388)

8. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

9. 9 mart 2023-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 mart 2023-cü il, “Xalq” qəzeti, 15 mart 2023-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 434)

10. 17 mart 2023-cü il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 18 mart 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 438)

11. 20 may 2024-cü il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2024-cü il, “Azərbaycan” qəzeti, 22 may 2024-cü il, № 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 602)

12. 18 iyun 2025-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyun 2025-ci il, “Xalq” qəzeti, 24 iyun 2025-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 597)

13. 30 iyun 2025-ci il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 iyun 2025-ci il, “Xalq” qəzeti, 03 iyul 2025-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 6, maddə 602)

14. 16 sentyabr 2025-ci il tarixli 266 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 866)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver