Qanunvericilik › “Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.12.2024) › Tam mətn

“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.12.2024)

“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 17.12.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 17 dekabr 2024-cü il

1.1. Bu Qayda “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.1.2-ci və 5.4-cü maddələrinə əsasən hazırlanmışdır və ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir, habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə (bundan sonra – Agentlik) məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir.

1.2. Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər.

2.2. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentlik tərəfindən əldə edilir.

2.3. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.

2.4. Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:

2.4.1. bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;

2.4.2. bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir;

2.4.3. bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı aşağıdakı düsturla müəyyən edilir:

BİP - bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı;

ÜH - müvafiq strateji əhəmiyyətli mal üzrə bazarın ümumi həcmi;

BP - bazar iştirakçısının müvafiq strateji əhəmiyyətli mal üzrə ümumi bazarda payı;

ÜHbi - müvafiq strateji əhəmiyyətli mal üzrə bazar iştirakçıları tərəfindən təqdim edilən malın ümumi həcmi;

2.4.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturası üzrə bazar iştirakçıları tərəfindən təmin edilən minimal həcm bazar iştirakçısının bu Qaydanın 2.4.3-cü yarımbəndinə uyğun hesablanmış payına vurulmaqla bazar iştirakçısı tərəfindən müvafiq strateji əhəmiyyətli mal üzrə təmin edilən həcm hesablanır.

2.5. Bazar iştirakçıları hesabat ilinin 1 oktyabr tarixindən növbəti ilin 30 sentyabr tarixinədək onlar tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə anbar qalığının bu Qaydanın 2.3-cü bəndində göstərilən bildirişdə qeyd olunan minimal həcmini təmin edir.

3.1. Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallar barədə bu Qaydanın əlavəsinə uyğun formada Agentliyə məlumat təqdim edirlər.

3.2. Bu Qaydanın 3.1-ci bəndində göstərilən məlumat ayda 1 (bir) dəfə hesabat ayından sonrakı ayın 5-dək təqdim edilir.

Rəhbər _____________________ _________________________

(imzası) (adı, soyadı, atasının adı)

Baş mühasib _____________________ _________________________

(imzası) (adı, soyadı, atasının adı)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver