12-1.1. Milli antidopinq qurumu idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdur.
12-1.2. Milli antidopinq qurumu öz fəaliyyətini bu Qanun, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, habelə onun vəzifələrini və hüquqlarını müəyyən edən digər normativ hüquqi aktlar, qaydalar və Nizamnaməsi əsasında həyata keçirir.