Qanunvericilik › Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 53-1

Maddə 53-1. İdman mərc oyunlarının təşkili və keçirilməsi

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

53-1.1. İdman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir.

53-1.2. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir.

53-1.3. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

53-1.4. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müqavilə əsasında idarəetməyə verildikdə isə bu maddənin birinci cümləsində nəzərdə tutulan ödənilməli vəsaitin əvəzinə idarəetmə müqaviləsində nəzərdə tutulmuş məbləğ idarəedici tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hər il üzrə müəyyən etdiyi bölgüyə uyğun olaraq ödənilir.

53-1.5. İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

53-1.6. İdman mərc oyunlarının operatoru idman mərc oyunlarının satıcısı olduğu hallar istisna olmaqla, idman mərc oyununun iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələr mərkəzi mərc sisteminə bağlı olaraq idman mərc oyunlarının satıcısı tərəfindən təmin edilir

53-1.6-1. İdman mərc oyunlarının operatoru onun keçirdiyi idman mərc oyunlarını fərqləndirən əmtəə nişanının (işarənin) qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq, idman mərc oyunlarını yalnız bir əmtəə nişanı (işarə) vasitəsilə (həmin əmtəə nişanının (işarənin) oxşarı da daxil olmaqla) həyata keçirə bilər.

53-1.6-2. İdman mərc oyunlarının operatoru idman mərc oyunlarını virtual mühit vasitəsilə ya özü, yaxud bu məqsədlə yalnız bir virtual satıcı ilə müqavilə bağlamaqla həyata keçirir.

53-1.8. İdman mərc oyunlarının operatorları “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidirlər.

53-1.9. Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir. Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver