Qanunvericilik › Bədən tərbiyəsi və idman sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 20.08.1998) › Tam mətn

Bədən tərbiyəsi və idman sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 20.08.1998)

Bədən tərbiyəsi və idman sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 20.08.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən

tarixdə qeydiyyata alınmışdır.

_________________S.Həsənov

Azərbaycan Respublikası

Əmək və Əhalinin Sosial

tarixli 194 nömrəli qərarı

ilə təsdiq edilmişdir.

Vahid tarif-ixtisas sorğu kitabçasının (VTİSK) “Bədən tərbiyə və idman” bölməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı "fəhlə peşələrinin və qulluqçu vəzifələrinin ümumrespublika təsnifatının və fəhlə peşələrinin və qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında" qərarının icrası olaraq işlənib hazırlanmışdır.

VTİSK-nın bu bölməsi özündə bədən tərbiyəsi və idman sahəsində daxil olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərinin əks etdirən vahid normativ sənəddir.

Tarif-İxtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəlinə əsasən, əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyi uzrə işləmişdir. Lazım gəldikdə əmək şəraiti müvafiq orqanların tərəfindən təsdiq edilmiş artırılmış tarif maaşları əsasında nəzərə alınır.

Bölməyə daxil edilməyən digər fəhlə peşələri və işlərin tarif xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri t işləri bitməsində verilmişdir.

Kitabçada istifadə, əməyin ödənilmə dərəcələrinin təyin edilməsi və artırılması qaydası VTİSK-nın bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri" bölməsinin "Ümumi müddəalarında" göstərilmişdir.

İŞİN XÜSUSİYYƏTİ 2-3-cü dərəcə

Attraksion və tirlərə xidmət və onlardan istifadə olunması, müştərilərə xidmət və onları attraksion və tirlərdən istifadə qaydaları ilə tanış etmək. Attraksion və tirlərin avadanlıqlarının sazlığının yoxlanılması, onların mühitləri qəbul etməyə hazırlanması.

Bilmədiyi attraksionların və tirləri istifadə olunma qaydalarının (göstərişlərini), avadanlığın istifadə qaydalarını və quruluşunu attraksionların işə salma və dayandırma qaydalarını, atıcılıq (odlu) silahın quruluşunu və onlardan nişanları (hədəflərə) təhlükəsiz atma qaydalarına.

İşin xüsusiyyəti 2-3-cü dərəcə

Atların yarışlarda normativləri yerinə yetirməsi üçün hazırlanması. Cavan atların öyrədilməsi, yəhərlənməsi və hərəkətlərinin yoxlanılması, maneələrdən keçirilməsi. Atların yaş qruplarına müvafiq olaraq müxtəlif hündürlüklərdən tullandırılması. Atların yerli təbii şəraitlə əlaqədar olaraq hazırlanması. Ali minik məktəbi elementlərinin (piruetlərin, yarımpiruetlərin, passajların, piafenin) hazırlanması

Atlının atının bütün alluyurları sınanması

Bilməlidir. Atların yarışlara hazırlanma normativləri

Alii minil məktəbinin elementlərinin

(piruetlərin, yarımpiruetlərin, passajların,

piafenin) təlim zamanı 3-cü dərəcə

İşin xüsusiyyəti 2-3-cü dərəcə

Kütləvi idman təbirlərinin keçirilməsində biletlərin olmasının yoxlanması. Buraxılış məntəqəsində təmizliyə riayət edilməsi və tamaşaçıların vaxtı vaxtında idman qurğularına buraxılması. İdman qurğularında keçirilən kütləvi idman və yaxud mədəni tədbir baxılmasına buraxılış məntəqəsindən keçdikdə tamaşaçılara göstərilən xidmət zamanı nöqsanların aradan qaldırılması üçün tədbir görülməsi.

Bilməlidir. Tamaşaçıların buraxılış məntəqəsindən keçirilməsi və biletlərin yoxlanması qaydalarını, tamaşaçılardan idman qurğusunda yerləşdirilməsi sxeminin bilet və abunələrin formalarını, kütləvi tədbirlər keçirildikdə tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi qaydalarını.

İdman qurğusunun 10000 və

daha artıq tamaşaçısı olduqda 3-cü dərəcə

İşin xüsusiyyəti 6-8-ci dərəcə

Xilasedici dalğıc işlərinin aparılması. Suda fəlakəti və dalğıc xəstəliklərinə (bax, aşağıda qeyd) uğrayanlara müxtəlif növ yardımın göstərilməsi. Dağıclarla təlim və məşqlərin keçirilməsi. Xilas katerini sərbəst idarəetmə. Hidrotexniki qurğuların, su yollarının və kanalının istismarı və ona xidmət. Elmi tədqiqat işlərinə xidmət. Akvatoriyanın, qurğu və gəmilərin sualtı hissələrinin yoxlanılması. Daş səthlərinin, sualtı hissələrinin, gəmilərin yaxınlaşıb durması üçün köməkçi qurğruların dayaq hissələrinin, uzun nişanların vaxtaşırı yoxlanması. Sualtı maneələrin yoxlanması (müayinəsi) və aradan qaldırılması. İstifadə olunan dalğıc ləvazimatı və avadanlıqlarında olan nasazlıqların yoxlanıb aradan qaldırılması.

Bilməlidir. Xilasedici və dalğıc işlərinin aparılması üsulları və qaydalarını, suda fəlakətə uğrayanlara, dalğıc xəstəliyinə tutulanlara sudan çıxdıqdan sonra müxtəlif növ yardımın göstərilməsi qaydalarını, dalğıc işlərinin, təhlükəsizlik texnikasının qaydasını.

İstifadə olunan dalğıc ləvazimatı və avadanlıqlarının quruluşunu xilas edici katerlərin çərçivəsində idman silahlarına konstruktiv dəyişikliklər əlavə olunması. Atıcılıq qurğuları avadanlığın təmiri. Tapanca tutacaqlarının və tüfəng qundaqlarının hazırlanması və təmir olunması üçün illərin hazırlanması və uyğunlaşdırılması. Çəkisinə və əzilməsinə görə oxların yoxlanması və uyğunlaşdırılması, onların hamarlanması, kəsilməsi və yığılması. Oxların üzərinə tələklərin və quyruqların yapışdırılması. Yayda qüsurların yoxlanılıb düzəldilməsi.

Oxların hədəflərinin qurulub tənzim edilməsi. Oxlar üçün rəflərin və barmaqcıqların hazırlanması, uyğunlaşdırılması və təmiri.

Bilməlidir: Bütün idman silahlarının modellərini və konstruksiyalarını; silah təmiri uçun avadanlığın istifadə olunması qaydalarını və konstruksiyalarını; atıcılıq idman qurğularında istifadə olunan avadanlıq və ləvazimatın təmiri və sazlama üsullarını, onlardan istifadə qaydalarını və konstruksiyasını; ağac və metal emalının əsaslarını; epoksid qatlarının hazırlanması reseptlərini; atıcılıq texnikasının əsaslarını; silahın; istifadə olunması, təmiri və saxlanmasında təhlükəsizlik qaydalarını.

Silahın tədris işi və yaxud yarışlara

Hazırlığı ilə məşğul olanda 4-cü dərəcə

İdman silahının (qurğusunun) təmiri

ilə məşğul olanda 5-ci dərəcə

İşin xüsusiyyəti 4-5-ci dərəcə

Bütün markalı və tipli idman qayıqlarının və gəmilərinin təmiri. İdman qayıqlarının yarışlara və idman təlim-tədris işi uçun hazırlanması. Hərəkət qabiliyyətinin artırılması məqsədilə konstruksiyanın təkmilləşdirilməsi. Mürəkkəb texnik hissələrin yoxlanılması, təmiri. İdman gəmilərinin korpuslarının rənglənməsi, cilalanması və hamarlanması, şüşəli parça ilə yapışdırılması. Ağac emalı dəzgahlarında hissələrin (detalların) emal olunması. Gəmilərin təmir olunuşu uçun aktların və siyahıların (cədvəllərin) tərtib edilməsi. İstifadə olunan yapışqanların keyfiyyətinin aydınlaşdırılması.

Bilməlidir: idman qayıqlarının bütün tip və konstruksiyalarını; idman qayıqlarında istifadə olunan metalların, plasmasın, ağac, növlərinin və digər materialların texnoloji xüsusiyyətlərin; idman qayıqlarının hissələrinin yapışdırılması və yığılması üsullarını;

Korpusların çatlamasının qarşısının alma üsullarını: idman qayıqlarının təmiri zamanı istifadə olunan alətlərin, cihazların, dəzgahların quruluşunu və onlardan istifadə etmə qaydalarını.

İdman qayıqlarının təmiri zamanı 5-ci dərəcə

Katokun suvarılması uçun meydança bünövrəsinin hazırlanması. Katokun və buzlu meydançaların şlanq vasitəsi ilə suvarılması. Katokda və buzlu meydançalarda çökəkliklərin və qatların doldurulması, axınların təmizlənməsi.

Katokun əl ilə qardan təmizlənməsi. Suvarma və təmizləmə maşınları və cihazlarının vasitəsi ilə katokun suvarılması, cilalanma və təmizlənməsi. İşçi alətlərinin təmiri.

Bilməlidir: katokun bünövrəsi suvarmaq uçun hazırlama üsullarını; katokun qardan, axınlardan və çökəkliklərdən təmizlənməsi qaydalarını; buzun suvarılıb aşılanması rejimini, buzun üzərində çökəklərin və qatların doldurulması üsullarını; iş alətlərinin təmiri üsullarını.

Əl ilə iş zamanı 2-ci dərəcə

Maşın və cihazlardan istifadə edildikdə 3-cü dərəcə

Cihazlarda iş zamanı və xırda təmir

İşləri aparıldıqda 4-cü dərəcə

İşin xüsusiyyəti 3-4-cü dərəcələr

Konkilərin təlim-məşq proseslərinə və yarışlara hazırlanması. İdman növündən asılı olaraq (fiqurlu konki sürmə, buz üzərində xokkey, konkisürmə idmanı) mövcud qaydalara müvafiq olaraq konkilərin ağızlarının itilənməsi. Alətlərin, dəzgahların və mexanizmlərin işlək vəziyyətdə saxlanılması.

Bilməlidir: konkilərin tiplərini və modellərini; konkilərin itilənmə qaydalarını;

istifadə olunan materialların xüsusiyyətlərini; itiləmək uçun istifadə olunan mexanizm və dəzgahların iş qaydalarını; təhlükəsizlik texnikası qaydalarını

Konkilərin xırda təmiri aparıldıqda 4-cü dərəcə

İşin xüsusiyyəti 3-cü dərəcə

Atlara, qatırlara, öküzlərə və digər qoşqu heyvanlarına qulluq edilməsi. Tövlələrin yığışdırılması (təmizlənməsi) və dezinfeksiya edilməsi. heyvanların yemlənməsi və təmizlənməsi, baytarlıq müayinəsində və müalicəsində iştirak etmək. Mal-qaranın xəstəliyi hallarında ilk yardım göstərilməsi, baytar həkiminin göstərişi əsasında yeni rasionun tərtib edilməsi. Yemlərin hazırlanması, yemləmə və sulama rejiminin müəyyən edilməsi.

Heyvanların səfərə hazırlanması, heyvanların otarılması.

Bilməlidir: heyvanlara qulluq etmə qaydalarını; yemin yemləmə rasionunu;

heyvanların saxlandığı yerlərin sanitariya-gigiyena normaların; baytarlıq minimumunu; yemlərin hazırlanması və paylanmasının mexanikləşdirilməsi üsullarını; heyvanların qoşquya qoşulub-açılmasını; atların yenidən nallanması müddətləri; at ləvazimatının qorunması üsullarını, ona qulluq üsullarını, ət ləvazimatı və yemin hesaba alınması qaydalarını.

At ləvazimatının xırda təmiri,

yemin alınması, verilməsi (paylanması) və

hesaba alınmasında iştirak etdiyi zaman 3-cü dərəcə

İşin xüsusiyyəti 3-cü dərəcə

İdman qurğularında istifadə olunan müxtəlif sistemli yığım-nəqliyyat və buzyığışdıran maşın və mexanizmlərin idarə edilməsi, yığım-nəqliyyat (buzyıqışdıran) maşınların yağlanması və onların saz vəziyyətdə saxlanılması.

Bilməlidir: yığım-nəqliyyat (buzyığışdıran) maşınların quruluşunu; idarə edilməsini və onlara xidmət qaydalarını; sürtgülərin növlərini; akkumlyatorların doldurulması üsulunu və müddətlərini; maşınların təyinatını, qurğunun ərazisində hərəkət qaydalarını.

Maşın və mexanizmlərin cari təmiri

müstəqil surətdə aparıldıqda 4-cü dərəcə

İşin xüsusiyyəti 2-3-cü dərəcə

Müştərilərin giriş biletlərinin yoxlanması, onlara boş yerlərin verilməsi. Qətifələrin, dəsmalların verilməsi. Müştərilərin şəxsi əşyalarının qorunmasına nəzarət etmək. Lazım gəldikdə müştərilərdən üst paltarlarının, baş geyimləri və digər əşyaların, ehtiyac varsa, qorunma üçün qəbul olunması. Yaşlı və əlilliyi olan şəxslərin soyunub-geyinməsinə yardım göstərilməsi. Sanitariya və gigiyena qaydalarına riayət edilməsi.

Bilməlidir: soyunub-geyinmə otaqlarının saxlanmasının sanitariya qaydalarını;

göstərilən xidmətlərə qiymət preyskurantlarını; daxili intizam qaydalarını.

İşin xüsusiyyəti 4-5-ci dərəcə

Səthi idman qurğularının idman tədbirlərinin keçirilməsi uçun hazır edilməsi.

Müxtəlif tipli (növlü) idman meydançalarının səthinin düzləşdirilməsi, suvarılması və nişanlanması. Ot örtüklü meydançalarda otların biçilməsi, dırmaqlanması, çimin doğranıb döşənməsi. Ot örtüklü meydançalarda əlavə ot əkilməsi, alaq edilməsi, məhlulların düzəldilməsi, gübrələrin seçilib istifadə olunması. İdman sektorlarının və meydançalarının nişanlanması uçun xüsusi məhlulun düzəldilməsi və nişanlanması Avto-moto-idman uçun qurğuların örtüklərinin təmiri və rənglənməsi.

Bilməlidir: torpaq və iqlim şəraitlərinə müvafiq ot örtüklü meydançaların saxlanması və qulluq edilməsi qaydalarını; idman meydançalarının, sektorların cığırlarının normalarının nişanlanması üsullarını və qaydalarını; meydançaların hamarlanması qaydalarını; tikinti çertyojlarının oxunma qaydasını: idman qurğularının istismarı zamanı istifadə olunan ləvazimat və alətlərin quruluşunu və istifadə qaydalarını.

Əsasən qurğulara xidmət etdikdə 4-cü dərəcə

Əsasən idman qurğularının təmirində 5-ci dərəcə

Avto və moto nəqliyyat vasitələrinin saz vəziyyətdə olmasını təmin edir. Avto-moto nəqliyyat vasitələrinə texniki nəzarət edir, nasazlıqları aşkara çıxarır (müəyyən edir).

Texniki vəsaitlərin təmiri və texniki xidmət aparılması cədvəllərini tərtib edir.

İstismar materiallarının xərclənməsi normalarına nəzarəti təmin edir.

Texniki vəsaitlərin kütləvi idman tədbirlərinə hazırlaşmasında bilavasitə iştirak edir. Texniki vasitələrin və avadanlıqların təmirini və profilaktikasını aparır.

Bilməlidir: Avto və moto vasitələrinin təmiri və texniki xidmətinə dair metodiki, normativ və digər materialları; texniki vasitələrin quruluşunu, texniki konstruktiv xüsusiyyətlərini, istismar qaydalarını; onların diaqnostikası üsullarını;

istismar materiallarına dair müəyyən olunmuş xərclər qeydiyyatını və hesabatını.

Texniki xidmət zamanı 4-cü dərəcə

Təmir işləri aparıldıqda 5-ci dərəcə

1. 3 may 2019-cu il tarixli 190500029 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver