“ 20 ” avqust 1998-ci il № 194
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təşkilatının və fəhlə peşələrin və qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında" 25 aprel 1995-ci il tarixli 93 sayın qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası
1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqdim etdiyi "Bədən tərbiyəsi və idman sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif İxtisas
Sorğu kitabçası" (Hissə 77) təsdiq edilsin.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Büdcədən maliyyələşdirilən Azərbaycan Respublikası bədən tərbiyəsi və idman müəssisələri işçilərinin vəzifələri üzrə əməyin ödənilməsi dərəcələrinin və tarif-ixtisas xüsusiyyətlərinin razılaşdırılması haqqında" 28 dekabr 1993-cü il tarixli 34 №-li qərarının 1 №-li əlavəsindəki texniki işçilər bölməsi öz qüvvəsinin itirmiş hesab edilsin.