Qanunvericilik › Bələdiyyə mülkiyyətinə dövlət əmlakının verilməsi qaydalarının təkmilləşdirilməsi barədə (Prezidentin fərmanı, 23.10.2003) › Tam mətn

Bələdiyyə mülkiyyətinə dövlət əmlakının verilməsi qaydalarının təkmilləşdirilməsi barədə (Prezidentin fərmanı, 23.10.2003)

Bələdiyyə mülkiyyətinə dövlət əmlakının verilməsi qaydalarının təkmilləşdirilməsi barədə (Prezidentin fərmanı, 23.10.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bələdiyyə mülkiyyətinə dövlət əmlakının verilməsi qaydalarının təkmilləşdirilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Yerli özünüidarəetmənin iqtisadi əsasını təşkil edən bələdiyyə əmlakının formalaşdırılması prosesini təkmilləşdirmək və sürətləndirmək məqsədi ilə qərara alıram:

I. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına aşağıdakı dəyişikliklər edilsin:

1. "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 253 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 32; № 12, maddə 844; 2001-ci il, № 10, maddə 640) 2-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

- "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsı haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin üçüncü hissəsində "müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən dövlət əmlakı" dedikdə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan müəssisə və obyektlər, həmin müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri nəzərdə tutulur".

2. "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 498 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 396) 2-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər".

3. "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 oktyabr tarixli 587 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) II bəndinin 36-cı yarımbəndi çıxarılsın.

II. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

III. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver