Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aidiyyəti orqanlarla razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Beynəlxalq metodologiyaya uyğun olaraq ölkənin icmal xarici borcu və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsü" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Beynəlxalq standartlara uyğun xarici borc statistikası və beynəlxalq investisiyalar balansına daxil olan göstəricilərin siyahısı və strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "İcmal xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması üzrə məlumatların təşkilatlararası mübadiləsi cədvəli" təsdiq edilsin (3 nömrəli əlavə).
4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
4.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Komitənin Aparatında qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası ilə məşğul olacaq yeni sektorun yaradılması məsələsini həll etsin;
4.2. qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar haqqında zəruri statistik məlumatların əldə edilməsi və təsərrüfat subyektlərinin öhdəliklərində baş verən dəyişikliklərin mütəmadi tədqiqi məqsədi ilə qeyri-rezidentlərlə münasibətdə borc və aktivləri olan təsərrüfat subyektlərinin (iqtisadiyyatın neft-qaz sektorunda fəaliyyət göstərən beynəlxalq konsorsiumlar istisna olmaqla) rəsmi statistika müşahidəsini təşkil etsin.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin:
5.1. iqtisadiyyatın neft-qaz sektorunda fəaliyyət göstərən beynəlxalq konsorsiumlar üzrə qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikasının aparılmasını təmin etsin;
5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, icmal (dövlət və qeyri-dövlət) xarici borc və beynəlxalq investisiya statistikası üzrə məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etsin;
5.3. icmal xarici borc və beynəlxalq investisiyalar statistikası üzrə məlumatların ümumiləşdirilməsi və yayılması ilə bağlı yeni funksiyaların həyata keçirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini 30 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Azərbaycan Respublikasının Baş nazir Artur RASİZADƏ
Bakı şəhəri, 22 aprel 2015-ci il
1.1.1. Dövlət idarəetmə orqanları sektoru:
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri.
1.1.2. Pul-kredit tənzimləmə orqanları:
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- digər borc öhdəlikləri.
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- digər borc öhdəlikləri.
1.1.4. Digər sektorlar:
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri.
1.1.5. Digər qeyri-bank maliyyə təşkilatları:
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- nağd valyuta və depozitlər;
- digər borc öhdəlikləri.
1.1.6. Qeyri-maliyyə müəssisə və təşkilatları:
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri.
1.1.7. Ev təsərrüfatları sektoru:
- pul bazarı alətləri;
- kreditlər və borclar;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri:
- vaxtı keçmiş borclar;
- istiqraz və veksellər;
- kreditlər və borclar;
- ticarət kreditləri;
- digər borc öhdəlikləri.
1.1.8. Hesabat dövrünün sonuna xarici valyutada və milli valyutada olan icmal xarici borc:
1. Xarici valyutada olan xarici borc:
2. Milli valyutada olan xarici borc:
(iqtisadiyyatın sektorları və borc alətləri üzrə, qısamüddətli və uzunmüddətli borclar üzrə ayrılıqda).
2.1.1. Xaricə birbaşa investisiyalar
1. nizamnamə kapitalı və reinvestisiya olunmuş gəlirlər
2. digər birbaşa investisiyalar
2.1.2. Portfel investisiyaları
1. kapitalda iştirakı təmin edən qiymətli kağızlar
2. borc qiymətli kağızları
- istiqrazlar və digər borc qiymətli kağızları
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
- pul bazarının alətləri
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
2.1.3. Törəmə maliyyə alətləri
1. pul-kredit tənzimləmə orqanları
2. dövlət idarəetmə orqanları sektoru
2.1.4. Digər investisiyalar
1. kommersiya kreditləri
- dövlət idarəetmə orqanları sektoru
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
3. nağd pullar və depozitlər
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
2.1.5. Ehtiyat aktivləri
2. SDR (xüsusi borcalma hüquqları)
3. BVF-nin mövcud ehtiyatları
- nağd pul və depozitlər
- pul-kredit tənzimləmə orqanlarında
- istiqrazlar və digər borc qiymətli kağızı
- pul bazarının alətləri
- törəmə maliyyə alətləri (netto)
2.2.1. İqtisadiyyata birbaşa xarici investisiyalar
1. nizamnamə kapitalı və reinvestisiya olunmuş gəlirlər
2. digər birbaşa investisiyalar
2.2.2. Portfel investisiyaları
1. kapitalda iştirakı təmin edən qiymətli kağızlar
2. borc qiymətli kağızları
- istiqrazlar və digər borc qiymətli kağızları
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
- pul bazarının alətləri
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
2.2.3. Törəmə maliyyə alətləri
1. pul-kredit tənzimləmə orqanları
2. dövlət idarəetmə orqanları sektoru
2.2.4. Digər investisiyalar
1. kommersiya kreditləri
- dövlət idarəetmə orqanları sektoru
- pul-kredit tənzimləmə orqanları
- BVF-dən alınmış kredit və ssudaların istifadə edilməsi
- dövlət idarəetmə orqanları sektoru
3. nağd pul və depozitlər
- pul-kredit tənzimləmə orqanları
- pul-kredit tənzimləmə orqanları
- dövlət idarəetmə orqanları sektoru
2.3. Xalis beynəlxalq investisiya mövqeyi
1. 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)
2. 21 dekabr 2017-ci il tarixli 583 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2530)
3. 25 yanvar 2024-cü il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 112)