Qanunvericilik › "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 31.10.2005) › Tam mətn

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 31.10.2005)

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 31.10.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının ərazisində yabanı dərman bitkilərindən istifadənin tənzimlənməsi və səmərəliliyinin artırılması, habelə bu sahədə dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı"na və "Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin Siyahısı"na (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu, 2002-ci il, N 9, maddə 555; 2003-cü il, N 3, maddə 153, N 10, maddə 570; 2005-ci il, N 2, maddə 69, N 4, maddələr 301, 307, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli Fərmanı) müvafiq olaraq aşağıdakı məzmunda 34-cü və 15-ci bəndlər əlavə edilsin:

Yabanı dərman bitkilərinin xammalının yığılması

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Yabanı dərman bitkilərinin xammalının yığılması

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2005-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver