Qanunvericilik › “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması”nın, “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən hesabatın və bildirişin vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın, “Üzləşmə aktının forması”nın və “Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması”nın təsdiq edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 28.04.2020) › Tam mətn

“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması”nın, “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən hesabatın və bildirişin vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın, “Üzləşmə aktının forması”nın və “Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması”nın təsdiq edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 28.04.2020)

“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması”nın, “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən hesabatın və bildirişin vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası”nın, “Üzləşmə aktının forması”nın və “Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması”nın təsdiq edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 28.04.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası

1. “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması” təsdiq edilsin (əlavə olunur).

2. “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən hesabatın və bildirişin vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası” təsdiq edilsin (əlavə olunur).

3. “Üzləşmə aktının forması” təsdiq edilsin (əlavə olunur).

4. “Kredit və ya elektron pul təşkilatları tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə elektron qaydada təqdim olunan məlumat forması” təsdiq edilsin (əlavə olunur).

5. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

6. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

7. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 28 aprel 2020-ci il tarixli 1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir.

Məlumat formasının təqdim edildiyi vergi orqanının adı

2020-ci il 1 yanvar tarixdən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər

Sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər

Vergi ödəyicisinin adı

Podratçı haqqında məlumat (vergi ödəyicisinin adı)

Binanın yerləşdiyi ünvan

Binanın №-si (layihə üzrə)

Tikintiyə icazə verən orqanın adı

Tikintinin aparıldığı ünvanda layihə üzrə inşa edilməsi nəzərdə tutulan binaların sayı(tikinti komplekslərinə münasibətdə)

Tikintiyə icazənin tarixi və nömrəsi

Tikinti-quraşdırma işlərinə başlanılmış binaların sayı (tikinti komplekslərinə münasibətdə)

Bina üzrə tikinti-quraşdırma işlərinin başlama tarixi

Bina üzrə mərtəbə sayı

Bina üzrə tikinti-quraşdırma işlərinin başa çatma tarixi

Tikinti-quraşdırma işlərinə başlanılmış binaların layihə-smeta dəyəri (manatla)

Yaşayış sahələri üzrə

Cəmi tikinti sahəsi üzrə (yaşayış sahələri+qeyri-yaşayış sahələri)

Məlumat formasını tərtib edən səlahiyyətli şəxsin:

məlumatın təqdim edilmə tarixi

Qeyd: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı məlumat forması hər bina üzrə ayrılıqda doldurulur.

“Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması”na əlavə

1. “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması” (bundan sonra - məlumat forması) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.8-ci maddəsində göstərilən şəxslər tərəfindən hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilir.

2. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı məlumat forması hər bina üzrə ayrılıqda doldurularaq vergi orqanına təqdim edilir.

3. Məlumat forması kağız formatda təqdim olunduqda, məlumat formasının 1-4-cü bölmələrinin bütün rekvizitləri Azərbaycan dilində (latın qrafikasında) böyük çap hərfləri ilə qara və ya tünd göy rəngli qələmdən (karandaşla doldurulmasına icazə verilmir) istifadə edilərək vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən tərtib edilir. Məlumat forması kompüter vasitəsilə də tərtib edilə bilər.

4. Məlumat forması şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə səlahiyyəti təsdiq edən sənədin məlumat formasına əlavə edilməməsi ona baxılmasından imtina edilməsinə əsas verir.

5. Məlumat formasını elektron formada vergi orqanına göndərmək üçün vergi ödəyicisi İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olaraq məlumat formasının müvafiq xanalarını doldurmalı və gücləndirilmiş elektron imzadan istifadə etməklə təsdiq etməlidir.

6. Məlumat formasına daxil edilən məbləğlər milli valyuta ilə (manatla) ifadə olunur.

7. Məlumat forması 4 bölmədən ibarətdir və aşağıdakı qaydada tərtib olunur:

7.1. “Məlumat formasının təqdim edildiyi vergi orqanının adı” sətrində qeydiyyatda olduğu vergi orqanının adı qeyd edilir.

· Misal: Məlumat formasının təqdim edildiyi vergi orqanının adı:

7.2. “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin tikinti-quraşdırma işlərinə başlanması barədə məlumatlar” bölməsi üzrə 2020-ci il 1 yanvar tarixdən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər 1.1-ci sətirdə, sadələşdirilmiş verginin ödəyicisi olmayan, 1 yanvar 2020-ci il tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər isə 1.2-ci sətrin müvafiq xanasını işarələyir.

7.3. “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər və tikinti işləri barədə ümumi məlumat” bölməsi üzrə:

7.3.1. 2.1-ci sətirdə vergi ödəyicisinin adı və VÖEN-i;

· Misal: Məlumat forması fiziki şəxs Məmmədov Camal Akif oğlu tərəfindən təq­dim edilərsə, müvafiq xanalarda vergi ödəyicisinin adı və VÖEN-i qeyd edilir, və ya “Vergi” Mənzil Tikinti Kooperativi tərəfindən təq­dim edilərsə, müvafiq xanalarda vergi ödəyicisinin adı və VÖEN-i qeyd edilir:

7.3.2. 2.2-ci sətirdə podratçı haqqında məlumat (vergi ödəyicisinin adı) və VÖEN-i;

· Misal: Tikintinin podratçısı “Podratçı” Məhdud Məsuliyyətli Cəmiyyətidirsə müvafiq xanalarda vergi ödəyicisinin adı və VÖEN-i qeyd edilir:

7.3.3. 2.3-cü sətirdə binanın yerləşdiyi ünvan və layihə üzrə binanın nömrəsi;

7.3.4. 2.4-cü sətirdə tikintiyə icazə verən orqanın (qurumun) adı;

2.4. Tikintiyə icazə verən orqanın (qurumun) adı

7.3.5. 2.5-ci sətirdə tikintiyə icazənin tarixi və nömrəsi;

7.3.6. 2.6-cı sətirdə bina üzrə tikinti-quraşdırma işlərinin başlama tarixi;

7.3.7. 2.7-ci sətirdə bina üzrə tikinti-quraşdırma işlərinin başa çatma tarixi;

· Misal: Tikinti-quraşdırma işlərinin layihə üzrə nəzərdə tutulan başa çatma tarixi qeyd edilir.

7.3.8. 2.8-ci sətirdə tikinti komplekslərinə münasibətdə tikintinin aparıldığı ünvanda layihə üzrə inşa edilməsi nəzərdə tutulan binaların sayı;

7.3.9. 2.9-cu sətirdə tikinti komplekslərinə münasibətdə tikinti-quraşdırma işlərinə başlanılmış binaların sayı;

7.3.10. 2.10-cu sətirdə məlumat forması təqdim edilən bina üzrə mərtəbə sayı;

7.3.11. 2.11-ci sətirdə tikinti-quraşdırma işlərinə başlanılmış binaların layihə-smeta dəyəri (manatla);

7.4. “Tikinti obyektinin sahəsi barədə məlumatlar” bölməsi üzrə:

7.4.1. 3.1-ci sətirdə yaşayış sahələri üzrə otaqların sayından və mansard (çardaq) olmasından asılı olaraq sayı və sahəsi, 1 (bir) kvadratmetrinin satış qiyməti (ƏDV-daxil), cəmi təqdim edilmiş sahələrin sayı və sahəsi, o cümlədən, yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilmiş sahələrin (tikintisi başa çatmış mərtəbələr üzrə) sayı və sahəsi və dövlətə ayrılan sahələrin sayı və sahəsi, həmçinin qeyd olunan sütunlar üzrə say və sahələrin cəmi yaşayış sahələri üzrə cəmi sətrində;

7.4.2. 3.2-ci sətirdə qeyri-yaşayış sahələri satış üçün nəzərdə tutulan sahələrin olmasından asılı olaraq sayı və sahəsi, 1 (bir) kvadratmetrinin satış qiyməti (ƏDV-daxil), satış üçün nəzərdə tutulmayan (ümumi istifadə edilən sahələr) sahələrin sahəsi, cəmi təqdim edilmiş sahələrin sayı və sahəsi, o cümlədən yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilmiş sahələrin (tikintisi başa çatmış mərtəbələr üzrə) sayı və sahəsi, eləcə də dövlətə ayrılan sahələrin sayı və sahəsi, həmçinin qeyd olunan sütunları say və sahələrin cəmi qeyri-yaşayış sahələri üzrə cəmi sətrində;

7.4.3. 3.3-cü sətirdə 3.1-ci və 3.2-ci sətirlərdə qeyd edilmiş məlumatların cəmi qeyd olunur.

7.5. “Əlavə məlumatlar” bölməsində məlumat formasını tərtib edən səlahiyyətli şəxsin soyadı 4.1-ci, adı 4.2-ci, atasının adı 4.3-cü, məlumat formasını təqdim edilmə tarixi (gün, ay və il) 4.4-cü sətirlərdə qeyd olunur. Məlumat formasını tərtib edən səlahiyyətli şəxs 4.5-ci sətri imzalayır və 4.6-cı sətirdə (olduğu halda) möhürlə təsdiq edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 aprel 2020-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən təqdim edilməli hesabatın və bildirişin təqdim edilməsi müddətini, formasını və qaydasını müəyyən edir.

2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Ölkələrarası hesabat – Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə bu Qaydaya uyğun tərtib edilmiş formada transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən təqdim edilən və aşağıdakı məlumatı əks etdirən hesabat forması (1 nömrəli əlavə):

2.0.1.1. Transmilli şirkətlər qrupunun fəaliyyət göstərdiyi hər ölkəyə münasibətdə gəlirin məbləği, verginin tutulmasından əvvəlki mənfəət (zərər), ödənilmiş mənfəət vergisi, hesablanmış mənfəət vergisi, nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət, işçilərin sayı və maddi aktivlər (pul və pul ekvivalentində olan vəsaitlər istisna olmaqla) barədə məcmu məlumat;

2.0.1.2. Transmilli şirkətlər qrupuna daxil olan hər bir Qrupdaxili müəssisənin identifikasiya məlumatları, o cümlədən Qrupdaxili müəssisənin rezidenti olduğu ölkə və qeydiyyat ölkəsi (rezidenti olduğu ölkədən fərqlidirsə), əsas biznes fəaliyyətinin və ya fəaliyyətlərinin növü;

2.0.2. Transmilli şirkətlər qrupu - müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupu. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur;

2.0.2-1. Şirkətlər qrupu - mühasibat uçotu prinsiplərinə uyğun olaraq maliyyə hesabatlılığı məqsədləri üçün konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması tələb olunan və ya müəssisələrdən hər hansı birinin səhmləri fond birjasında ticarət ediləcəyi təqdirdə həmin hesabatı hazırlamalı olan, nəzarət və ya sahiblik zənciri vasitəsilə əlaqəli müəssisələrin məcmusu;

2.0.3. Əsas müəssisə - Qrupdaxili müəssisələrin birində və ya bir neçəsində birbaşa və ya dolayısı ilə mühüm iştirak payına malik olduğuna görə rezidenti olduğu ölkədə tətbiq edilən ümumi mühasibatlıq prinsipləri əsasında Transmilli şirkətlər qrupu adından konsolidə edilmiş maliyyə hesabatının hazırlanması tələb olunan və ya səhmləri fond birjasında ticarət ediləcəyi təqdirdə rezidenti olduğu ölkədə həmin hesabatı hazırlamalı olan Transmilli şirkətlər qrupuna daxil olan Qrupdaxili müəssisə. Bu halda eyni meyarlara cavab verən Transmilli şirkətlər qrupuna daxil olan digər Qrupdaxili müəssisə mövcud olmamalıdır;

2.0.4. Müvəkkil müəssisə – Qaydanın 3.2.1-3.2.3-cü yarımbəndlərində qeyd olunan şərtlərdən ən azı biri tətbiq edildiyi halda, rezidenti olduğu ölkədə Transmilli şirkətlər qrupu adından Ölkələrarası hesabatı təqdim etmək məqsədilə Transmilli şirkətlər qrupu tərəfindən Əsas müəssisəni əvəz edən yeganə müəssisə kimi təyin olunan Qrupdaxili müəssisə;

2.0.5. Qrupdaxili müəssisə:

2.0.5.1. Maliyyə hesabatlılığı məqsədləri üçün Transmilli şirkətlər qrupunun konsolidə edilmiş maliyyə hesabatında əks olunan və ya səhmləri fond birjasında ticarət ediləcəyi təqdirdə həmin hesabata daxil edilməli olan Transmilli şirkətlər qrupuna daxil olan hər hansı müəssisə;

2.0.5.2. Təsnifat və əhəmiyyətlik göstəriclərinə görə Transmilli şirkətlər qrupunun konsolidə edilmiş maliyyə hesabatında əks olunmayan Transmilli şirkətlər qrupuna daxil olan hər hansı müəssisəsi;

2.0.5.3. Bu Qaydanın 2.0.5.1-ci və 2.0.5.2-ci yarımbəndlərində qeyd olunan müəssisənin daimi nümayəndəliyi, o şərtlə ki, müəssisə tərəfindən həmin daimi nümayəndəlik üçün maliyyə hesabatlığı, vergi hesabatlığı, tənzimləyici orqanlara təqdim edilən hesabatlar və ya daxili idarəetmə nəzarəti məqsədləri üçün ayrıca maliyyə hesabatı hazırlansın;

2.0.5-1. Hesabat təqdim edən müəssisə - bu Qaydanın tələblərinə uyğun olaraq rezidenti olduğu ölkədə Transmilli şirkətlər qrupu adından Ölkələrarası hesabatı təqdim etməli olan Qrupdaxili müəssisə. Hesabat təqdim edən müəssisə qismində Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qaydanın 3.2.-ci bəndində qeyd olunan müəssisə çıxış edə bilər.

2.0.6. Maliyyə ili - Transmilli şirkətlər qrupunun Əsas müəssisəsinin maliyyə hesabatlarının əhatə etdiyi illik mühasibatlıq dövrü;

2.0.7. Hesabat verilən il – Transmilli şirkətlər qrupunun maliyyə ilinin son günündən sonrakı 12 ay;

2.0.8. Səlahiyyətli Orqanlar arasında Razılaşma – Azərbaycan Respublikasının vergi orqanları ilə beynəlxalq sazişin tərəfləri olan digər ölkələrin səlahiyyətli orqanları arasında Ölkələrarası hesabatın avtomatik mübadiləsini nəzərdə tutan razılaşma;

2.0.8-1. Beynəlxalq saziş – xarici ölkələrin səlahiyyətli orqanları ilə vergi məlumatlarının mübadiləsini, o cümlədən avtomatik məlumat mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı 25 yanvar 1988-ci il tarixində Strasburqda imzalanmış və 27 may 2010-cu il tarixli Protokolla düzəlişlər edilmiş “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiya, ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli və çoxtərəfli Konvensiyalar və ya Vergi məlumatlarının mübadiləsinə dair Sazişlər;

2.0.9. Öhdəlikləri yerinə yetirməyən ölkə – Azərbaycan Respublikasının vergi orqanları ilə Səlahiyyətli Orqanlar arasında Razılaşmanın qüvvədə olmasına baxmayaraq həmin Razılaşmanın müddəalarında nəzərdə tutulmayan hallarda, avtomatik mübadiləni dayandıran yaxud Qrupdaxili müəssisəsi Azərbaycanda yerləşən Transmilli şirkətlər qrupuna dair Ölkələrarası hesabatı Azərbaycan vergi orqanlarına avtomatik təqdim etməli olduğu halda, təqdim etməyən ölkə;

2.0.10. Ölkə - ölkələr və ərazilər.

3.1. Transmilli şirkətlər qrupunun əvvəlki maliyyə ilində məcmu gəliri 750 milyon avronun manat ekvivalentindən çox olduqda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətlərin səlahiyyətli orqanları ilə avtomatlaşdırılmış məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi Transmilli şirkətlər qrupunun maliyyə ilinə dair Ölkələrarası hesabatı bu Qaydanın 5-ci hissəsində göstərilən tarixdən gec olmayaraq vergi orqanlarına təqdim edir. Hesabatın verilməsini şərtləndirən məbləğ həddi Transmilli şirkətlər qrupunun maliyyə hesabatları əsasında müəyyən edilir.

3.2. Azərbaycan Respublikasında Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisəsi olmadıqda, onun Azərbaycan Respublikasında yerləşən rezident Qrupdaxili müəssisəsi aşağıdakı şərtlərdən biri olduqda bu Qaydanın 5-ci hissəsində göstərilən tarixdən gec olmayaraq Azərbaycan Respublikasının vergi orqanına Ölkələrarası hesabatı təqdim etməlidir:

3.2.1. Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi və ya Müvəkkil müəssisə özünün rezident olduğu ölkədə Ölkələrarası hesabatın verilməsi öhdəliyini qanunvericiliyə əsasən daşımadıqda;

3.2.2. Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Azərbaycan Respublikasının da tərəfdar çıxdığı beynəlxalq müqaviləyə qoşulmasına baxmayaraq Ölkələrarası hesabatın təqdim edilməsi üçün bu Qaydanın 5-ci hissəsində göstərilən tarixə qədər Azərbaycan Respublikasının vergi orqanları ilə Səlahiyyətli Orqanlar arasında Razılaşması olmadıqda və ya;

3.2.3. Əsas müəssisənin və ya Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən öhdəliklərin yerinə yetirilməməsi barədə Azərbaycan Respublikasının vergi orqanları tərəfindən Azərbaycanda rezident olan Qrupdaxili müəssisəyə məlumat göndərildikdə.

3.3. Transmilli şirkətlər qrupunun Azərbaycan Respublikasında rezident olan birdən çox Qrupdaxili müəssisəsi olduğu halda, bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla, Transmilli şirkətlər qrupu həmin müəssisələrdən birini Ölkələrarası hesabatı təqdim etmək üçün təyin etməlidir.

3.4. Transmilli şirkətlər qrupuna daxil olan Müvəkkil müəssisə transmilli şirkətlər qrupunun adından hesabatı bu Qaydanın 5-ci hissəsi ilə müəyyən edilmiş tarixdən gec olmayaraq təqdim etdikdə və aşağıdakı şərtlər, olduğu halda Qrupdaxili müəssisədən Ölkələrarası hesabatın təqdim edilməsi tələb edilmir:

3.4.1. Müvəkkil müəssisənin rezidenti olduğu ölkə Ölkələrarası hesabatın göndərilməsini tələb etdikdə;

3.4.2. Müvəkkil müəssisənin rezidenti olduğu ölkə ilə Azərbaycan Respublikasının vergi orqanları arasında Səlahiyyətli Orqanlar arasında bu Qaydanın 5-ci hissəsində göstərilən tarixə qədər qüvvədə olan Razılaşma olduqda;

3.4.3. Müvəkkil müəssisənin rezidenti olduğu ölkə tərəfindən “öhdəliklərin yerinə yetirilməməsi barədə” Azərbaycan Respublikasının vergi orqanlarına məlumat göndərilmədikdə;

3.4.4. Digər ölkədə yerləşən Qrupdaxili müəssisə Müvəkkil müəssisə olması barədə bu Qaydanın 4.0.1-ci yarımbəndinə əsasən rezident olduğu ölkəyə bildiriş göndərdikdə və;

3.4.5. Azərbaycan Respublikasının rezidenti olan Qrupdaxili müəssisə bu Qaydanın 4.0.2-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının vergi orqanlarına bildiriş göndərdikdə.

4.0. Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi olan və Transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə Hesabat verilən ilin 30 iyun tarixinədək bu Qaydaya əlavə edilən bildirişi (2 nömrəli əlavə) elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir:

4.0.1. Əsas müəssisə və ya Müvəkkil müəssisə olub-olmaması barədə;

4.0.2. Əsas müəssisə və ya Müvəkkil müəssisə olmadığı halda, müvafiq hesabatı verməli olan müəssisənin təyin edilməsi və rezidentliyi barədə.

4.0.3. Transmilli şirkətlər qrupunun maliyyə ili barədə.

5.1. Ölkələrarası hesabat vergi orqanına Hesabat verilən ilin sonunadək təqdim edilir.

5.2. Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda dəqiqləşmiş hesabat səyyar vergi yoxlamasının başlanıldığı günədək təqdim edilir.

Hesabatın təqdim edildiyi vergi orqanının adı

Ölkələrarası Hesabata əlavə

Bu Qayda Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən Ölkələrarası hesabatın tərtib edilməsi qaydasını müəyyən edir. Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən Ökələrarası hesabatın doldurulması bu Qaydaya və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Ölkələrarası hesabatların tətbiqi haqqında Təlimatı”na uyğun həyata keçirilir.

Bu Qaydanın məqsədləri üçün Hesabat verən Transmilli şirkətlər qrupu dedikdə Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi olan Transmilli şirkətlər qrupunun Əsas müəssisəsi nəzərdə tutulur.

Ölkələrarası hesabatın doldurulması zamanı hər hesabat ilinə münasibətdə Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən daimi əsasda eyni məlumat mənbəyindən istifadə edilməlidir. Məlumat mənbəyi kimi hesabatı təqdim edən Transmilli şirkətlər qrupunun konsolidə edilmiş maliyyə hesabatları, ayrı müəssisənin maliyyə hesabatları, tənzimləyici orqanlara təqdim edilən maliyyə hesabatları və ya daxili idarəetmə hesablarının məlumatlarından istifadə oluna bilər.

Ölkələrarası hesabatda bəyan olunan maliyyə göstəricilərinin konsolidə edilmiş maliyyə hesabatlarının məlumatlarına uyğunlaşdırmaq tələb olunmur. Ölkələrarası hesabatın doldurulması zamanı ayrı müəssisənin maliyyə hesabatları məlumat mənbəyi kimi istifadə edildiyi halda, bütün məbləğlər hesabat ili üzrə ortaillik məzənnə ilə Hesabat verən Transmilli şirkətlər qrupunun funksional valyutasına çevrilməlidir. Bununla belə, müxtəlif ölkələrdə tətbiq olunan mühasibat uçotu prinsipləri arasında fərqlərin mövcud olduğu səbəbindən müvafiq düzəlişlərin edilməsi tələb edilmir.

Ölkələrarası hesabat Hesabat verən Transmilli şirkətlər qrupunun maliyyə ilini əhatə etməlidir. Ölkələrarası hesabatda Qrupdaxili müəssisələrə münasibətdə daxil olduqları Transmilli şirkətlər qrupunun seçiminə uyğun olaraq ardıcıllıqla Transmilli şirkətlər qrupunun maliyyə ili ilə eyni tarixdə və ya həmin tarixdən əvvəlki 12 ay müddətində bitən müvafiq Qrupdaxili müəssisənin maliyyə ili barədə məlumatlar, və ya Transmilli şirkətlər qrupunun maliyyə ili üzrə hesabatı verilmiş bütün aidiyyəti Qrupdaxili müəssisələr barədə məlumatlar əks olunmalıdır.

1. Hesabat aşağıdakı kimi tərtib edilir:

1.1. Hesabatın əvvəlində göstərilən “Qeyd”dəki “verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun” və “ +, /, %, Z” simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun” tövsiyələrə ciddi əməl olunmalıdır. Hesabat doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.

1.2. “Hesabatın təqdim edildiyi vergi orqanının adı” sətrin xanalarında böyük çap hərfləri ilə hər xanada bir hərf yazmaqla qeydiyyatda olduğu vergi orqanının adı göstərilməlidir.

Hesabatın təqdim edildiyi vergi orqanının adı bu qaydada yazılır:

1.3. Hesabatın “Hesabat verən müəssisə haqqında məlumat” adlanan 1-ci bölməsində hesabat verən müəssisənin hesabatın aid olduğu hesabat dövründə fəaliyyəti ilə bağlı ümumi məlumatları əks olunur.

1.3.1. 1–ci sətirdə hesabat verən müəsissənin VÖEN-i qeyd olunur.

Misal: Hesabat verən müəssisənin 1500315641 saylı VÖEN-i hər rəqəm ayrı xanada olmaqla bu qaydada yazılır:

1.3.2. 2–ci sətirdə hesabat verən müəssisənin adı hər simvol ayrı xanada olmaqla qeyd olunur.

Misal: Hesabat “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təq­dim edilərsə, müvafiq xanalarda hesabat verən müəssisənin adı bu qaydada yazılır:

hesabat verən müəssisənin adı

1.3.3. 3–cü sətirdə “Əsas fəaliyyət növünün kodu” hissəsində hər xanada bir simvol olmaqla hesabat verən müəssisənin əsas fəaliyyət növünün statistik kodu, “adı” hissəsində isə böyük çap hərfləri ilə əsas fəaliyyət növünün adı yazılır.

Misal: “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti 567892 statistik kodu olan alqı-satqı fəaliyyəti ilə məşğul olur. Bu halda müvafiq xanalar aşağıdakı qaydada doldurulur:

Əsas fəaliyyət növünün kodu

1.3.4. 4–cü sətirdə təqdim olunan hesabatın “Cari” və ya “Dəqiqləşdirilmiş” olmasından asılı olaraq müvafiq xanada “X” işarəsi qoyulur. Hesabat vergi orqanına Hesabat verilən ilin sonunadək təqdim edilir. Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda dəqiqləşmiş hesabat səyyar vergi yoxlamasının başlanıldığı günədək təqdim edilir.

Misal: “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti cari hesabat dövrü üçün hesabat təqdim edirsə, müvafiq xanada işarə bu qaydada qoyulur:

Hesabat verilən ilin sonunadək

Əvvəlki hesabat dövrləri üzrə dəqiqləşmənin aparılması zəruri olduğu hallarda dəqiqləşmiş hesabat səyyar vergi yoxlamasının başlanıldığı günədək təqdim edilir

1.3.5. 5–ci sətirdə hesabatın aid olduğu maliyyə ili hər xanada bir simvol olmaqla qeyd olunur.

Misal: “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu maliyyə ili üçün hesabat təqdim edirsə vergi dövrü 5-ci sətirdə aşağıdakı qaydada ya­zılır:

1.4. Hesabatın “Ölkələr üzrə gəlirlər və vergilərin bölgüsü” adlanan 2-ci bölməsinin “Ölkənin adı” sütununda Transmilli şirkətlər qrupuna daxil olan Qrupdaxili müəssisənin rezidenti olduğu ölkənin (o cümlədən fiskal siyasətə malik olan ərazilər) adı göstərilir. Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən vergi məqsədləri üçün hər hansı ölkədə rezident olmayan Transmilli şirkətlər qrupuna daxil olan Qrupdaxili müəssisələr müəyyən olunduğu təqdirdə, həmin müəssisələr hesabatın ayrı sətirlərində göstərilir. Qrupdaxili müəssisə bir neçə ölkədə vergi rezidentidirsə, rezidentlik ölkəsinin müəyyən edilməsi məqsədilə həmin ölkələr arasında qüvvədə olan ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin müddəaları tətbiq edilməlidir. Müvafiq beynəlxalq saziş olmadıqda, Qrupdaxili müəssisə əsas idarəetmə yerinin olduğu ölkə üzrə əks etdirilir. Qrupdaxili müəssisənin əsas idarəetmə yeri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Model Vergi Konvensiyasının müddəalarına uyğun olaraq müəyyən edilir.

1.4-1. Daimi nümayəndəlik haqqında məlumatlar daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin rezident olduğu ölkəyə istinadla deyil, yerləşdiyi ölkəyə istinadla təqdim edilir. Daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin rezidenti olduğu ölkəyə münasibətdə təqdim edilən hesabatda həmin daimi nümayəndəliklə bağlı maliyyə məlumatları əks etdirilmir.

1.5. “Rezident hesab edilən Qrupdaxili müəssisənin adı”, “Qrupdaxili müəssisənin qeydiyyat ölkəsinin adı” və “Qrupdaxili müəssisənin qeydiyyat ölkəsindəki VÖEN” sütunlarında Qrupdaxili müəssisənin adı, qeydiyyat ölkəsinin adı və qeydiyyat ölkəsindəki VÖEN göstərilir. Bu sütunlarda rezident və qeydiyyat ölkələrinin adı 3 hərfli koda (ISO ALPHA-3 Code) uyğun göstərilir.

1.6. “Biznes fəaliyyəti” sütununda yalnız aşağıdakı istiqamətlər seçilir:

1.6.1. Tədqiqat və İnkişaf;

1.6.2. Əqli mülkiyyətin sahibliyi/idarə edilməsi;

1.6.3. Alış və ya satınalma;

1.6.5. Satış, Marketinq və ya distribyutor;

1.6.6. İnzibati, İdarəetmə və ya dəstək xidməti;

1.6.7. Əlaqəli olmayan qurumlara xidmət;

1.6.8. Daxili maliyyə qrupu xidməti;

1.6.9. Tənzimlənən Maliyyə Xidmətləri;

1.6.11. Səhmlərin və ya digər qiymətli kağızların saxlanması;

1.6.12. Qeyri- sahibkarlıq fəaliyyəti;

1.6.13. Digər fəaliyyət.

1.7.“Digər fəaliyyət” sütunu “Biznes fəaliyyəti” sütununda digər fəaliyyət seçildiyi halda doldurulur və həmin sütunda biznes fəaliyyətinin təsviri qeyd olunur.

1.8. “Gəlirlər” sütununun “Müstəqil tərəflərdən əldə edilən gəlirlər” bölməsində müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin müstəqil tərəflərlə aparılmış əməliyyatlardan əldə edilmiş gəlirlərinin cəmi (əlaqəli tərəflərdən əldə edilən gəlirlər istisna edilməklə) əks etdirilir.

1.9. “Gəlirlər” sütununun “Əlaqəli tərəflərdən əldə edilən gəlirlər” bölməsində müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin aparılmış qrupdaxili əməliyyatlardan əldə edilmiş gəlirlərinin cəmi göstərilir.

1.10.“Gəlirlər” sütununun “CƏM” bölməsində “Müstəqil tərəflərdən əldə edilən gəlirlər” və “Əlaqəli tərəflərdən əldə edilən gəlirlər” sütunlarında göstərilən məbləğlərin cəmi əks etdirilir. Qaydanın 1.8.-1.10-cu bəndlərində əks etdirilən gəlirlərə Qrupdaxili digər müəssisədən dividend şəklində əldə olunan ödənişlər istisna olmaqla aktivlərin və əmlakın satışından, xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər, royalti, faiz gəlirləri, mükafatlar və hər hansı digər məbləğlər (o cümlədən satışdankənar və investisiya fəaliyyətindən gəlirlər) daxil edilir.

1.11. “Verginin tutulmasından əvvəlki mənfəət (zərər)” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrə münasibətdə hesabat dövrü üzrə bütün satışdankənar gəlirlər və ya xərclər nəzərə alınmaqla mənfəət vergisinin tutulmasından əvvəlki mənfəətin və ya zərərin cəmi göstərilir.

1.12. “Ödənilmiş mənfəət vergisi” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələr tərəfindən müvafiq maliyyə ili ərzində faktiki ödənilmiş mənfəət vergilərinin cəmi qeyd edilir. Ödənilmiş vergilərə Qrupdaxili müəssisə tərəfindən rezident olduğu ölkədə və digər ölkələrdə faktiki ödənilmiş vergilər, həmçinin digər müəssisələr (əlaqəli və müstəqil) tərəfindən Qrupdaxili müəssisəyə edilmiş ödənişlərdən ödəmə mənbəyində tutulmuş vergilər daxil edilir.

1.13. “Hesablanmış mənfəət vergisi” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin hesabat dövrü ərzində vergiyə cəlb olunan mənfəət və ya zərər üzrə yalnız cari hesabat dövründə yaranmış vergi öhdəliklərinin məbləğlərinin cəmi qeyd edilir və təxirə salınmış və ya müəyyən edilməmiş vergi öhdəlikləri daxil edilmir.

1.14. “Nizamnamə kapitalı” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin nizamnamə kapitallarının cəmi qeyd edilir. Daimi nümayəndəliklərə münasibətdə nizamnamə kapitalı, daimi nümayəndəliyin yerləşdiyi ölkədə nizamnamə kapitalı üzrə tələblər qanunvericilikdə müəyyən edilmədiyi təqdirdə, daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisə tərəfindən bəyan edilir.

1.15. “Bölüşdürülməmiş mənfəət” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin ilin sonuna bölüşdürülməmiş mənfəətlərinin cəmi göstərilir. Bölüşdürülməmiş mənfəət dedikdə elan edilmiş dividendlər çıxılmaqla hesabat verilən maliyyə ili üzrə xalis mənfəətin və keçmiş illər üzrə bölüşdürülməmiş mənfəətin cəmi nəzərdə tutulur. Daimi nümayəndəliklərə münasibətdə bölüşdürülməmiş mənfəət daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisə tərəfindən bəyan edilir.

1.16. “Maddi aktivlər (pul və pul ekvivalentində olan vəsaitlər istisna olmaqla)” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin maddi aktivlərinin xalis balans dəyərinin cəmi qeyd edilir. Daimi nümayəndəliklərə münasibətdə aktivlər daimi nümayəndəliyin yerləşdiyi ölkə üzrə bəyan edilməlidir. Bu məqsədlə maddi aktivlərə pul vəsaitləri və ya pul ekvivalentində olan vəsaitlər, qeyri-maddi aktivlər və ya maliyyə aktivləri daxil edilmir.

1.17. “Valyutanın növü” sütununda Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən Ölkələrarası hesabatda göstərilən məbləğlərin ifadə olunduğu pul vahidi göstərilir.

1.18. “İşçilərin sayı” sütununda müvafiq ölkədə vergi məqsədləri üçün rezident olan bütün Qrupdaxili müəssisələrin tam iş vaxtı əsasında çalışan işçilərin ümumi sayı qeyd edilir. İşçilərin sayı ilin sonuna, il üzrə orta məşğulluq səviyyəsinə və ya ölkələr üzrə və ildən-ilə ardıcıl olaraq tətbiq edilən hər hansı digər əsaslarla təqdim edilə bilər. Bu məqsədlə işçilərin sayı müəyyənləşdirilən zaman Qrupdaxili müəssisənin adi əməliyyat fəaliyyətlərində iştirak edən müstəqil podratçılar da nəzərə alına bilər.

1.19. “Əlavə məlumat” sütununda Ölkələrarası hesabatın doldurulması zamanı Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən istifadə olunmuş məlumat mənbəyinin qısa təsviri qeyd edilir. Əgər daimi əsasda istifadə olunan məlumat mənbəyi dəyişilirsə, Hesabat verən Transmilli şirkətlər qrupu tərəfindən dəyişikliyin əsaslı səbəbləri və onun nəticələri izah edilir.

Ölkələrarası hesabat barədə Bildirişə əlavə

1. Bildiriş aşağıdakı kimi tərtib edilir:

1.1. Bildiriş əvvəlində göstərilən “Qeyd”dəki “verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun” və “ +, /, %, Z simvollarından istifadə etməyin, böyük çap hərflərlə qara və ya göy diyircəkli qələmlə doldurun” tövsiyələrə ciddi əməl olunmalıdır. Bildiriş doldurularkən qaralamalara və düzəlişlərə yol verilmir.

1.2. “Bildirişin təqdim edildiyi vergi orqanının adı” sətrin xanalarında böyük çap hərfləri ilə hər xanada bir hərf yazmaqla qeydiyyatda olduğu vergi orqanının adı göstərilməlidir.

Hesabatın təqdim edildiyi vergi orqanının adı bu qaydada yazılır:

1.3. Hesabatın “Bildirişi təqdim edən müəssisə haqqında məlumat” adlanan 1-ci bölməsində müəssisənin Bildirişin aid olduğu hesabat dövründə fəaliyyəti ilə bağlı ümumi məlumatları əks olunur.

1.3.1. 1 –ci sətirdə müəsissənin VÖEN-i qeyd olunur.

Misal: Müəsissənin 1500315641 saylı VÖEN-i hər rəqəm ayrı xanada olmaqla bu qaydada yazılır:

1.3.2. 2 –ci sətirdə müəsissənin adı hər simvol ayrı xanada olmaqla qeyd olunur.

Misal: Hesabat “İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilərsə, müvafiq xanalarda vergi ödəyicisinin adı bu qay­dada yazılır:

1.4. Hesabatın “Hesabat verən müəssisə haqqında məlumat” adlanan 2-ci bölməsinin “Ölkələrarası hesabatı təqdim edən şəxs” xanası bildirişi təqdim edən müəssisə tərəfindən o zaman işarələnir ki, həmin hesabat verən müəssisənin “Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasında vergi uçotuna alınmış vergi ödəyicisi tərəfindən hesabatın və bildirişin vergi orqanına təqdim edilməsi müddəti, forması və Qaydası”nın 3-cü hissəsinə əsasən hesabat vermə öhdəliyi yaranır. Bu xana “Ölkələrarası Hesabatı təqdim edəcək” əsas müəssisənin və ya müvəkkil müəssisənin Azərbaycan Respublikasında qeydiyyatda olan vergi ödəyicisi olduğu halda işarələnir.

1.5. “Bildirişi təqdim edən əsas müəssisə və ya müvəkkil müəssisə olmadığı halda, Ölkələrarası hesabatı təqdim edəcək müəssisə barədə məlumat” xanası Bildirişi təqdim edən müəssisənin Transmilli şirkətlər qrupunun əsas müəssisəsi və ya müvəkkil müəssisəsi olmadığı halda işarələnir. Bu halda, müvafiq xanalarda Ölkələrarası hesabatı təqdim edəcək müəssisənin adı, rezident olduğu ölkə, həmin hesabatın təqdim ediləcəyi ölkənin adı və statusu (əsas müəssisə və ya müvəkkil müəssisə olub-olmaması) əks etdirilir.

1.6. “Transmilli şirkətlər qrupunun maliyyə ili barədə məlumat” hissəsində təqdim ediləcək hesabatın əhatə etdiyi maliyyə ilinin başlanğıcı və son tarixi əks etdirilir.

o cümlədən, vergilər üzrə

o cümlədən, maliyyə sanksiyaları üzrə

o cümlədən, faizlər üzrə

Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə

Sadələşdirilmiş vergi üzrə sabit məbləğ üzrə

Məcburi dövlət sosial sığorta haqları üzrə

o cümlədən, məcburi dövlət sosial sığorta haqları üzrə

o cümlədən, inzibati cərimələr üzrə

o cümlədən, maliyyə sanksiyaları üzrə

o cümlədən, faizlər üzrə

İşsizlikdən sığorta haqları üzrə

o cümlədən, işsizlikdən sığorta haqları üzrə

o cümlədən, inzibati cərimələr üzrə

o cümlədən, maliyyə sanksiyaları üzrə

o cümlədən, faizlər üzrə

İcbari tibbi sığorta haqları üzrə

o cümlədən, icbari tibbi sığorta haqları üzrə

o cümlədən, inzibati cərimələr üzrə

o cümlədən, maliyyə sanksiyaları üzrə

o cümlədən, faizlər üzrə

Əmlaka yönəldilən məbləğ üzrə

Əmlaka yönəldilməyən məbləğ üzrə

Məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə

İnzibati cərimələr üzrə

Ödəmə müddəti uzadılan borclar üzrə

Vaxtı ötmüş borclar üzrə

Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə üzrə

AR-nın CPM-nin 53.1.3-cü madəsinə əsasən dayandırılmış cinayət işləri üzrə tələbetmə müddəti keçmiş borc üzrə

İxracdan qiymət fərqi üzrə

Dövlət torpaqlarının icarə haqqı üzrə

Azərbaycan Respublikası İqtisadiyyat

Nazirliyinin Kollegiyasının

22 dekabr 2020-ci il tarixli

7 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Məlumatı təqdim edən kredit və ya elektron pul təşkilatlarının adı

Kredit və ya elektron pul təşkilatlarının VÖEN-i

Məlumatı təqdim edən kredit və ya elektron pul təşkilatlarının adı

Kredit və ya elektron pul təşkilatlarının VÖEN-i

1. 22 dekabr 2020-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012220007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2021-ci il)

2. 22 dekabr 2020-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202012220001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 yanvar 2021-ci il)

3. 10 may 2022-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202205100011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 may 2022-ci il)

4. 13 iyun 2023-cü il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306130014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2023-cü il)

5. 29 dekabr 2023-cü il tarixli 32 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312290032, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 yanvar 2024-cü il)

6. 21 oktyabr 2024-cü il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202410210013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 noyabr 2024-cü il)

7. 17 noyabr 2025-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202511170013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 noyabr 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver