Qanunvericilik › “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nın, “Anbar binaları. Layihələndirmə normaları”nın, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nın və “Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər”in təsdiq edilməsi haqqında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 23.11.2023) › Tam mətn

“Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nın, “Anbar binaları. Layihələndirmə normaları”nın, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nın və “Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər”in təsdiq edilməsi haqqında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 23.11.2023)

“Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nın, “Anbar binaları. Layihələndirmə normaları”nın, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nın və “Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər”in təsdiq edilməsi haqqında (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, 23.11.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:

1. Aşağıda qeyd olunan texniki normativ hüquqi aktlar təsdiq edilsin:

1.1. “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları” (əlavə olunur);

1.2. “Anbar binaları. Layihələndirmə normaları” (əlavə olunur);

1.3. “Fərdi yaşayış evləri. Layihələndirmə normaları” (əlavə olunur);

1.4. “Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər” (əlavə olunur).

2. Bu Qərarın 1.1-ci bəndi ilə təsdiq edilən texniki normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən SSRİ Dövləttikintikomun 04.10.1985-ci il tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.04.01-85* “Внутренний водопровод и канализация зданий” normativ sənədinin, 1.2-ci bəndi ilə təsdiq edilən texniki normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23.11.2009-cu il tarixli 117 nömrəli əmri ilə təsdiq edilmiş MCH 3.02-02-2002 “Ckладские здания” normativ sənədinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq olunmuş texniki normativ hüquqi aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə (G.B.Əliyeva) və Hüquq şöbəsinə (N.R.Mehtiyev) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət Komitənin sədr müavini D.Dövlətxanova həvalə edilsin.

1.1. Bu normalar tikilən və yenidən qurulan hündürlüyü 50 m-dən çox olmayan istehsalat, ictimai və hündürlüyü 75 m-dən çox olmayan yaşayış, o cümlədən çoxfunksiyalı binalarda daxili soyuq və isti su təchizatı, kanalizasiya və atmosfer yağıntılarını kənarlaşdıran sistemlərin layihələndirilməsinə şamil edilir.

1.2. Daxili isti və soyuq su, kanalizasiya və atmosfer yağıntılarını kənarlaşdıran sistemlər layihələndirildikdə qüvvədə olan şəhərsalma və tikintiyə dair digər normativ sənədlərin də tələblərinə əməl edilməlidir.

1.3. Bu normalar aşağıdakı obyekt və sistemlərin layihələndirilməsinə şamil edilmir:

- partlayıcı, tezalışan və yanar maddələri istehsal edən və ya saxlayan müəssisələrin yanğın əleyhinə su kəməri sistemlərinin, həmçinin daxili yanğın əleyhinə su kəmərinə tələblər müvafiq normativ sənədlərlə təyin edilən digər obyektlərin;

- avtomatik yanğınsöndürmə sistemlərinin;

- istilik məntəqələrinin;

- isti suyu emal edən qurğuların;

- sənaye müəssisələrinin texnoloji ehtiyaclarını, o cümlədən sağlamlıq proseduralarını ödəyən isti su təchizatı sistemləri və texnoloji avadanlıq ətrafındakı su təchizatı sistemlərinin;

- xüsusi istehsalat su təchizatı sistemlərinin (ionsuzlaşdırma, dərin soyutma və s.).

2. Normativ istinadlar

Bu normaların hazırlanmasında aşağıdakı normativ sənədlərdən istifadə edilmişdir:

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” (Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 №-li Fərmanı ilə təsdiq edilib);

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;

Azərbaycan Respublikasının Su Məcəlləsi;

“Sudan istifadə Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 № -li Qərarı ilə təsdiq edilib);

“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilimişdir);

Su təchizatı. Xarici şəbəkə və qurğular;

Kanalizasiya. Xarici şəbəkə və qurğular;

Qazanxana qurğuları. Layihələndirmə normaları;

İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları;

İstilik şəbəkələri. Layihələndirmə normaları;

Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası;

İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular;

Bina və qurğuların yanğın avtomatikası;

İctimai binalar və qurğular;

Binaların daxili sanitar-texniki sistemləri;

Bərk PVC plastik borular;

Plastik boru sistemləri-bina daxili tullantı suların (isti və soyuq) axıdılmasında istifadə edilən plastikləşdirici qatılmamış plovinilxloriddən (PVC-U) hazırlanmış olan 1-ci bölüm: borular, əlavə hissələri və sistemin xüsusiyyətləri;

Plastik boru sistemləri-İçməli və istifadə məqsədli su üçün-plastikləşdirici qatılmamış plovinilxloriddən (PVC-U) hazırlanmış olan Fəsil 7: təhlil və keyfiyyətin yoxlanılması.

Əməyin təhlükəsizliyi standartları sistemi. Səs-küy. Ümumi təhlükəsizlik tələbləri;

Mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri. Gigiyenik, texniki tələblər və seçim qaydaları;

İçməli su. Gigiyena tələbləri və keyfiyyətə nəzarət.

Qeyd: Mətndə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur:

TN və Q – Tikinti Norma və Qaydaları;

DTN – Dövlətlərarası Tikinti Normaları;

DÜİST – Ümumittifaq dövlət standartı.

3. Əsas anlayışlar, işarələr və ölçü vahidləri

Bu sənəddə aşağıdakı terminlərdən istifadə edilmişdir:

istehlakçı – su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxs.

açıq istilik təchizatı sistemi – isti su tələbatını ödəmək üçün isti suyun birbaşa istilik təchizatı sistemi şəbəkəsindən götürülməsi;

avadanlığın, armaturun, materialların xidmət müddəti – etibarlılığı və təhlükəsizliyinin azalması səbəbindən sonrakı istismarının mümkün olmamasına qədər işləmə müddəti;

qapalı istilik təchizatı sistemi – isti su təchizatı üçün suyun istilik-mübadilə cihazlarında və suqızdırıcılarda isidilməsi;

birləşmə üçün tərtibatın və ya qurğunun suburaxma qabiliyyəti – müəyyən müddət ərzində verilmiş rejimdə su kəməri girişinin (kanalizasiya buraxıcısının) hesablanmış su miqdarını buraxma qabiliyyəti;

çən-akkumulyator – isti su təchizatı sistemində istifadə olunan su ehtiyatı toplamaq üçün həcmli mühəndis qurğusu;

daxili kanalizasiya sistemi (daxili kanalizasiya) – bina və qurğunun birinci baxış quyusuna qədər məhdudlanan xarici konturu sərhədlərində tullantı, yağış və ərimiş qar sularını yaşayış məntəqəsinin və ya müəssisənin müvafiq təyinatlı kanalizasiya sisteminə axıdan qurğular və boru kəmərləri sistemi;

daxili su kəməri sistemi (daxili su kəməri) – bir binanın və ya binalar qrupunun və qurğuların divarlarının xarici konturu sərhədlərində yaşayış məntəqəsi və ya müəssisənin xarici şəbəkələrindən su götürən ümumi suölçən qovşağa malik, sanitar-texniki cihazları, texnoloji avadanlığı və yanğın kranlarını su ilə təchiz edən qurğular və boru kəməri sistemi. Xüsusi təbii şəraitlərdə daxili su kəmərinin sərhədi binaya (qurğuya) daha yaxın olan nəzarət quyusundan hesablanır;

dövri su təchizatı sistemi – tullantı sularının yerli (lokal) təmizləyici qurğularda təmizlənərək təsərrüfat və texnoloji ehtiyacların ödənilməsində təkrar istifadə edilməsi;

enerji (enerji resursları) – bütün növ enerji məhsulları, o cümlədən yanacaq növləri, bərpa olunan enerji, elektrik, istilik, su enerjisi və digər enerji formaları;

hava qapağı (vakuum əleyhinə) – boru kəmərində havanı yalnız bir istiqamətdə-mayenin hərəkət etdiyi istiqamətdə buraxan qurğu;

havalandırılan (ventilyasiya olunan) kanalizasiya dik borusu – havasorucu hissəsi ilə atmosferlə əlaqə yaradan və kanalizasiya boru kəməri şəbəkəsində hava mübadiləsini təmin edən dik boru;

havalandırılmayan (ventilyasiya olunmayan) kanalizasiya dik borusu – atmosferlə əlaqəsi olmayan dik boru;

Qeyd. Havalandırılmayan dik borulara aiddir:

- hava sorucu hissəsi olmayan dik boru;

- hava qapağı (vakuum əleyhinə) ilə təchiz olunmuş dik boru;

- hava sorucu hissəsi olmayan, yuxarı hissədə bir boru kəməri ilə birləşdirilmiş dörddən az olmayan dik borular qrupu.

hesablama su sərfləri – əsas təsiredici amillər (istehlakçıların sayı, sanitar-texniki cihazların sayı, yaşayış binalarındakı mənzillərdə məskunlaşma, məhsul istehsalının həcmi və s.) nəzərə alınmaqla hesabatla müəyyən edilmiş su sərfləri;

Qeyd. Hesablama su sərfləri və su tələbatı normaları kommersiya hesablamaları üçün istifadə edilə bilməz.

məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan su;

içməli su – yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan su;

içməli su buraxılma (alınma) rejimi – istehlakçının ehtiyaclarına verilmiş xarakterik su tələbatında təminatlı sərf (saatlıq, saniyəlik) və sərbəst təzyiq;

suölçən qovşaq - tələb olunan içməli su və atılan tullantı su miqdarını ölçmək üçün qurğu və cihazlar (siyirtmələr, süzgəc və s. avadanlıqla təchiz edilmiş kamera);

kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkə;

mərkəzləşdirilmiş soyuq su təchizatı sistemi – suyu mənbədən götürən, keyfiyyət göstəricilərini yaxşılaşdıran, istehlakçılara tələb olunan miqdar və təzyiq altında çatdıran, bir-birləri ilə texnoloji əlaqədə olan mühəndis qurğuları kompleksi;

mühəndis sistemlərində qəza – su təchizatı, kanalizasiya sistemlərinin, yaxud ayrı-ayrı obyektlərin, avadanlıqların, qurğuların su tələbatının və tullantı sularının miqdarının kəsilməsinə və ya əhəmiyyətli dərəcədə azalmasına, içməli suyun keyfiyyətinin korlanmasına və ya ətraf mühitə, hüquqi və fiziki şəxslərin mülkiyyətinə, eləcə də əhalinin sağlamlığına ziyan vurmasına səbəb olan zədələnmələri və ya sıradan çıxmaları;

su təchizatı və kanalizasiya müəssisəsi – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs;

su kəməri şəbəkəsi – suyu nəql etmək üçün texnoloji bir-biri ilə texnoloji əlaqəli mühəndis qurğuları kompleksi;

tullantı sularının axıdılması – tullantı sularının kanalizasiya sistemlərinə axıdılma (atılma) prosesi;

su sayğacı – binanın yaşayış və ya qeyri-yaşayış sahələrinə isti və soyuq su girişlərində qoyulmuş suölçən cihaz;

su təchizatı – içməli və ya istehsalat məqsədli su (texniki su) hazırlığı, nəqli və mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş soyuq su təchizatı sistemindən istifadə etməklə istehlakçıya verilməsi və ya isti suyun hazırlığı, nəqli və mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş isti su təchizatı sistemindən istifadə etməklə istehlakçıya verilməsi;

su təchizatı sistemi – suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;

su təchizatı (su kəməri girişi) və kanalizasiya (kanalizasiya buraxıcısı) sistemlərinə birləşdirmək üçün su kəməri və kanalizasiya qurğu və avadanlığı – İstehlakçının su təchizatı sistemindən içməli su alması və(və ya) tullantı sularını kanalizasiya sisteminə axıtması üçün qurğu və avadanlıqlar;

su tələbatı və tullantı sukənarlaşdırılma balansı – il ərzində bütün su təchizatı mənbələrindən istifadə edilən faktiki su həcmi və kənarlaşdırılan tullantı suyunun həcmi arasındakı nisbət;

su tələbatı – istehlakçının içməli suya olan tələbatını ödəmək üçün bir gündə istifadə etdiyi su miqdarı;

su tələbatının (kənarlaşdırılmasının) limiti – texniki şərtlərə görə müəyyən müddətdə istehlakçı üçün təyin edilmiş buraxıla bilən (alınmış) içməli su və qəbul edilən (atılan) tullantı suyun həcmi;

suyun və tullantı sularının kommersiya uçotu – müəyyən zaman müddətində ölçü vasitələrinin köməyi ilə verilən (alınan) su, qəbul edilmiş (kənarlaşdırılmış) tullantı sularının miqdarı;

təminatlı təzyiq (basqı) – su təchizatı müəssisəsi tərəfindən istehlakçının su xəttinin giriş nöqtəsində texniki şərtlərə görə yaradılan zəmanətli təzyiq;

istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə edilən su;

tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifrazat maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sular;

tullantı sularının hesablama sərfləri – kanalizasiyalaşdırılan obyekt üçün bütövlükdə və yaxud onun bir hissəsi üçün təsiredici amillər (istehlakçıların sayı, sanitar-texniki cihazların və avadanlığın sayı və xarakteristikası, sukənarlaşdırıcı boru kəmərlərinin həcmi və s.) nəzərə alınmaqla istismar təcrübəsi və tədqiqatlarla əsaslandırılmış proqnozlaşdırılan sərflər;

tullantı sularının tərkibi – tullantı sularının fiziki, kimyəvi, bakterioloji və digər xassələrini, o cümlədən tullantı sularındakı çirkləndirici və digər maddələrin və mikroorqanizmlərin qatılığını səciyyələndirən göstəricilərin toplusu;

ümumbina su sayğacı – yaşayış binasının isti və soyuq su təchizatı sistemlərinin girişində qoyulmuş uçot cihazı;

yerli (lokal) təmizləyici qurğular – tullantı sularının kanalizasiyaya axıdılması (qəbul edilməsi) və ya dövri su təchizatı sistemlərində istifadədən əvvəl təmizlənməsi üçün qurğu və avadanlıqlar;

işlənmiş ərazilər – yeraltı dağ-mədən işlərinin aparılması nəticəsində bina və qurğuların əsaslarında qruntun qeyri-bərabər çökməsi və ya yerdəyişməsi baş verə bilən ərazilər.

3.2. İşarələr və ölçü vahidləri

Bu normalarda aşağıdakı işarələr və ölçü vahidlərindən istifadə olunmuşdur.

Sanitar-texniki cihazın (armaturun) ümumi su sərfi

Sanitar-texniki cihazın (armaturun) isti su sərfi

Sanitar-texniki cihazın (armaturun) soyuq su sərfi

Sanitar-texniki cihazdan axıdılan tullantı su sərfi

Suyun ümumi maksimal hesablama sərfi

İsti suyun maksimal hesablama sərfi

Soyuq suyun maksimal hesablama sərfi

Tullantı sularının maksimal hesablama sərfi

Sanitar-texniki cihazın ümumi su sərfi

Sanitar-texniki cihazın isti su sərfi

Sanitar-texniki cihazın Əlavə 1-dən qəbul edilmiş soyuq su sərfi

İstehlakçının ən çox su tələb olunan saatda ümumi su sərfi norması

İstehlakçının ən çox su tələb olunan saatda isti su sərfi norması

İstehlakçının ən çox su tələb olunan saatda soyuq su sərfi norması

Ümumi maksimal saatlıq su sərfi

İsti suyun maksimal saatlıq sərfi

Soyuq suyun maksimal saatlıq sərfi

Ümumi orta saatlıq su sərfi

Orta saatlıq isti su sərfi

Orta saatlıq soyuq su sərfi

Sistemdə isti suyun hesablama sirkulyasiya sərfi

İsti suyun sirkulyasiya da nəzərə alınmaqla hesablama sərfi

İstehlakçı tərəfindən sutkada (növbə ərzində) ümumi su sərfi

İstehlakçı tərəfindən sutkada (növbə ərzində) isti su sərfi

İstehlakçı tərəfindən sutkada (növbə ərzində) soyuq su sərfi

Hesablama xüsusi (il ərzində orta hesabla) sutkalıq isti su sərfi

Hesablama xüsusi (il ərzində orta hesabla) və ümumi (o cümlədən isti su) sutkalıq su sərfi

Yağış sularının hesablama sərfi

Nasoslarla verilən su sərfi

Nasoslarla verilən saatlıq su sərfi

Müxtəlif növ su istehlakçılarının sayı

Sanitar-texniki cihazların sayı

Sanitar-texniki cihazların fəaliyyət ehtimalı

Oxşar su istehlakçıları olan binalarda və qurğularda hesablama saat müddətində sanitar-texniki cihazlardan istifadə ehtimalı (cihaz tərəfindən normalaşdırılmış saatlıq su sərfinin verilməsinin mümkünlüyü)

Su tələbatının hesablama müddəti (sutka, növbə)

Nasosla yaradılan basqı (təzyiq)

Nasosun oxundan tələb olunan sanitar-texniki cihaza qədər suyun qaldırılma hündürlüyü

Boru kəmərinin hesablama sahəsindəki basqı (təzyiq) itkisi

Boru kəmərinin hesablama sahəsindəki basqı (təzyiq) itkilərinin cəmi

Xarici su kəməri şəbəkəsindəki ən az təminatlı basqı (təzyiq)

Maksimal su tələbatı müddətində isti su təchizatı ehtiyaclarının ödənilməsinə istilik axını

Orta saatlıq su tələbatı müddətində isti su təchizatı ehtiyaclarının ödənilməsinə istilik axını

Hesablama sahədə istilik itkisi

Boru kəmərində mayenin hərəkət sürəti

Boru kəmərinin dolma dərəcəsi

Suqızdırıcıya daxil olan su kəmərində soyuq suyun temperaturu; məlumat olmadıqda 5C qəbul edilməlidir

İsti su verən boru kəmərlərindəki temperaturlar fərqi

Bir saat müddətində nasosların işə salınma sayı

Su istehlakçıları qruplarının sayı

Yüksək parlayış-yanğın təhlükəli binalar

Parlayış-yanğın təhlükəli binalar

Yanğın təhlükəli binalar

Orta yanğın təhlükəli binalar

Zəif yanğın təhlükəli binalar

4.1. Binalardan kənarda çəkilən su, o cümlədən xarici yanğınsöndürmə və kanalizasiya boru kəmərləri xarici su təchizatı və kanalizasiya şəbəkələrinə dair layihələndirmə normalarının (AzDTN 2.11-1 və AzDTN 2.11-2 normativ sənədlərinin) tələblərinə uyğun olmalıdır.

4.2. İsti su hazırlığı və istilik şəbəkələrinin layihələndirilməsi AzDTN 2.12-1, AzDTN 2.12-3 normativ sənədlərin tələblərinə uyğun nəzərdə tutulmalıdır.

4.3. Mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik rayonlardakı istənilən təyinatlı binalarda daxili su təchizatı və kanalizasiya sistemləri nəzərdə tutulmalıdır.

Yerli qurğularda təmizlənmiş tullantı sularının keyfiyyəti AzDTN 2.11-2-yə, texniki reqlamentlərin tələblərinə və xarici kanalizasiya şəbəkələrinin texniki şərtlərinə uyğun olmalıdır.

Tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları nəzərə alınmaqla həyata keçirilir.

4.4. Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik olmayan rayonlarında hündürlüyü iki mərtəbədən çox olan yaşayış binaları, mehmanxanalar, ahıllar, əlilliyi olan şəxslər üçün internat evləri, poliklinikalar, ambulatoriyalar, dispanserlər, gigiyena və epidemiologiya mərkəzləri, sanatoriyalar, istirahət evləri, pansionatlar, idman-sağlamlıq kompleksləri, məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələri, kinoteatrlar, klublar və istirahət-əyləncə müəssisələri, ictimai-iaşə müəssisələri, idman qurğuları, hamamlar və camaşırxanaların daxili su kəmərində içməli suyun fərdi və (və ya) ümumi təmizlənmə sistemi, həmçinin yerli təmizləmə qurğularına malik suyun kənarlaşdırılması sistemi nəzərdə tutulmalıdır.

Qeyd: 1. Layihə tapşırığına əsasən yaşayış məntəqələrinin kanalizasiyalaşdırılmamış rayonlarında bir və iki mərtəbəli yaşayış binalarında içməli suyu və tullantı sularını yetərincə təmizləyən yerli qurğular da nəzərə alınmaqla daxili su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına yol verilir.

2. Müəssisədə mərkəzləşdirilmiş su kəməri olmadıqda və növbədə işləyənlərin sayı 25 nəfərdən çox olmadıqda köməkçi və istehsalat binalarında daxili su kəməri və kanalizasiyanın qurulmamasına yol verilir.

3. Daxili təsərrüfat-içməli, yaxud istehsalat su kəməri olan binalarda daxili kanalizasiya sistemi nəzərdə tutulmalıdır.

4.5. Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik olmayan rayonlarında dövlət sanitariya nəzarəti orqanlarla razılaşdırıldıqdan sonra aşağıdakı binalarda biotualetlərin (lyüft-klozetlərin) quraşdırılmasına yol verilir:

-bir növbədə işləyənlərinin sayı 25 nəfərə qədər olan sənaye müəssisələrinin istehsalat və köməkçi binalarında;

-hündürlüyü 1-2 mərtəbə olan yaşayış binalarında;

-50 nəfərə qədər sakini olan 1-2 mərtəbəli yataqxanalarda;

-ən çoxu 240 yerlik, ancaq yay aylarında istifadə edilən idman və idman-istirahət təyinatlı obyektlərdə;

-klublar və istirahət-əyləncə mərkəzlərində;

-açıq müstəvi idman qurğularında;

-ən çoxu 25 yerlik ictimai iaşə müəssisələrində.

Bu binalarda su kəməri girişlərinin qurulması nəzərdə tutulmur, biotualetlərdə toplanan maddələrin utilləşdirilmə üsulları yerli kommunal xidmətlərinin texniki şərtlərinə uyğun layihə ilə təyin edilir.

4.6. Daxili yağış suyu axıdıcılarının qurulmasının vacibliyi layihənin memarlıq-planlaşdırma və konstruksiya və mühəndis-kommunikasiya təminatı bölmələrinə əsasən təyin edilir.

4.7. Daxili soyuq və isti su təchizatı, kanalizasiya və yağış suyu axıdıcıları sistemlərinin boruları, armaturları, avadanlıq və materialları bu normaların, texniki reqlamentlərin, sanitariya-epidemioloji normaların və digər normativ sənədlərin tələblərinə uyğun olmalıdır.

Daxili soyuq və isti su təchizatı, kanalizasiya və yağış suyu axıdıcıları sistemlərinin plastik boruları, armaturları (boru başlıqları), avadanlıq və materialları AZS 047, AZS 048 və AZS 049-un tələblərinə uyğun olmalıdır.

4.8. Layihələrdə qəbul edilmiş əsas texniki həllər və onların reallaşdırılma növbəliliyi mümkün variantların göstəricilərinin müqayisəsi ilə əsaslandırılmalıdır.

Texniki-iqtisadi hesabatlar o variantlar üçün yerinə yetirilməlidir ki, onların üstünlüyünü və ya nöqsanlarını hesabatsız təyin etmək mümkün olmasın.

4.9. Layihələndirmə zamanı proqressiv texniki həllər və iş metodları nəzərə alınmalıdır: əmək tutumlu işlərin mexanikləşdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və tikinti-quraşdırma işlərinin yığma konstruksiyalardan, zavod şəraitində və xüsusi emalatxanalarda hazırlanmış standart və birtipli detal və məmulatlardan istifadə etməklə maksimum sənayeləşdirilməsi.

5.1. Suyun keyfiyyəti və temperaturu

5.1.1. Təsərrüfat-içməli su ehtiyaclarının ödənilməsinə verilən soyuq və isti suyun keyfiyyəti (sanitariya-epidemioloji göstəriciləri) texniki reqlamentlərin və AZS 929:2023-ün tələblərinə uyğun olmalıdır. İstehsalat ehtiyaclarının ödənilməsinə verilən suyun keyfiyyəti layihə tapşırığına (texnoloji tələblərə) əsasən təyin edilir.

İçməli suyun keyfiyyətinə nəzarətin təşkili və üsulları AZS 929:2023-ə əsasən təyin edilir.

5.1.2. İsti su götürülən yerlərdə su DÜİST 2761-in tələblərinə uyğun olmalı və qəbul edilən suyun temperaturu istilik sistemindən asılı olmayaraq 60°C-dən aşağı və 65°C-dən artıq olmamalıdır.

Bu maddənin tələbləri müəssisənin istehsalat (texnoloji), həmçinin xidmət heyətinin ehtiyaclarını ödəməyə su götürülən yerlərə şamil edilmir. İstehsalat ehtiyaclarını ödəməyə verilən suyun keyfiyyəti layihə tapşırığına (texnoloji tələblərə) əsasən təyin edilir.

5.1.3. Məktəbəqədər təhsil və ümumtəhsil (ibtidai sinif şagirdləri üçün) müəssisələrinin otaqlarında, dəmir yolu vağzallarının, hava limanlarının və digər ictimai binaların ana və uşaq otaqlarında, sanitar-texniki cihazları məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqların istifadəsi nəzərə alınmaqla layihələndirilmiş uşaq müalicə-profilaktika müəssisələrində duş və əlüzyuyanların suayırıcı armaturlarına verilən isti suyun temperaturu 37°C -dən çox olmamalıdır.

5.1.4. İsti su hazırlanması sxeminin seçilməsi və ehtiyac olduqda suyun emalı AzDTN 2.12-1 və AzDTN 2.12-3-ün göstərişlərinə əsasən yerinə yetirilməlidir.

5.1.5. Temperaturu bu normaların 5.1.2-ci yarımbəndində göstəriləndən artıq isti su tələb edən ictimai-iaşə müəssisələrinin və digər istehlakçıların isti su kəməri sistemlərində yerli suqızdırıcılar nəzərdə tutulmalıdır.

5.1.6. Yaşayış məntəqələrində və müəssisələrdə içməli suya qənaət etmək məqsədilə müvafiq əsaslandırma və dövlət sanitariya nəzarəti orqanları ilə razılaşma olduqda pissuarların və unitazların yuyucu çənlərinin texniki su ilə təchizinə yol verilir.

5.2. Hesablama su və istilik sərfləri

5.2.1. Soyuq və isti su kəməri sistemləri su istehlakçılarının və ya sanitar-texniki cihazların hesablama sayına uyğun su sərfinin verilməsini təmin etməlidirlər.

Su kəmərlərinin hidravlik hesablanması və müvafiq avadanlığın seçilməsi üçün isti və ya soyuq suyun aşağıda göstərilən hesablama sərflərindən istifadə etmək lazımdır:

-suyun saniyəlik maksimal sərfi (ümumi, isti və ya soyuq), l/s;

-suyun saatlıq maksimal sərfi (ümumi, isti və ya soyuq), m/st;

-orta saatlıq su sərfi (ümumi, isti və ya soyuq), m/st;

-minimal saatlıq su sərfi (ümumi, isti və ya soyuq), m/st;

-orta illik su tələbatına uyğun sutkalıq su sərfi (ümumi, isti və ya soyuq), m/sut.

5.2.2. Soyuq və isti su kəmərlərindəki hesablama su sərfləri aşağıda göstərilənlərdən asılı olaraq təyin edilməlidir:

a) saniyəlik su sərfinin qiyməti aşağıdakı kimi qəbul edilir:

- ayrı-ayrı cihazlar üçün Əlavə 1-in 1.1 cədvəlindən;

- oxşar su istehlakçılarına xidmət edən müxtəlif cihazlar üçün Əlavə 1-in 1.2 cədvəlindən;

- müxtəlif istehlakçıların istifadə etdiyi müxtəlif cihazlar üçün – sanitar-texniki cihazların hər bir su istehlakçıları qrupları üçün eyni vaxtda fəaliyyət ehtimalından asılı olaraq;

b) suyun saatlıq sərfindən:

- oxşar istehlakçılar üçün Əlavə 1-in 1.2 cədvəlindən;

- müxtəlif istehlakçıları üçün sanitar-texniki cihazlardan hər bir su istehlakçıları qrupu üçün eyni vaxtda istifadə ehtimalından asılı olaraq;

c) orta illik su tələbatında müxtəlif istehlakçıların sutkalıq su sərfindən Əlavə 1-in 1.2 cədvəlinə əsasən;

ç) su istehlakçıların və ya sanitar-texniki cihazların ümumi sayı və növündən (su kəməri üçün bütövlükdə və ya su kəməri şəbəkəsi sxeminin ayrı-ayrı hesablama sahələri üçün). Sanitar-texniki cihazların (su götürmə yerlərinin) sayı qeyri-müəyyən olduqda onların sayının istehlakçıların sayına bərabər qəbul etməyə yol verilir.

Suyun hesablama sərfləri

5.2.3. Bir cihaza aid armaturun (cihazın) saniyəlik su (ümumi, isti və ya soyuq) sərfi aşağıdakı kimi təyin edilməlidir:

- ayrı-ayrı cihazlar üçün – Əlavə 1-in 1.1 cədvəlindən;

- dalanlı şəbəkənin hesablama sahəsində oxşar su istehlakçılarına xidmət edən müxtəlif cihazlar üçün - Əlavə 1-in 1.2 cədvəlindən;

- dalanlı şəbəkənin hesablama sahəsində müxtəlif su istehlakçıları müxtəlif cihazlar üçün, - (1) düsturu ilə:

burada N – sanitar-texniki cihazların sayı;

i =1,2,3....m - su istehlakçıları qruplarının nömrələri

m – su istehlakçıları qruplarının sayı;

Pi – ayrı-ayrılıqda hər bir su istehlakçıları qrupunun sanitar-texniki cihazların fəаliyyət ehtimalı (bu normaların 5.2.9-cu yarımbəndinə əsasən təyin edilir);

- hər bir su istehlakçıları qrupu üçün qəbul edilən (Əlavə 1-in 1.2 cədvəlinə əsasən) suayırıcı armaturun (cihazın) saniyəlik su sərfidir (ümumi, isti və ya soyuq ), l/s.

Halqavari şəbəkə layihələndirildikdə su sərfi şəbəkə üçün bütövlükdə təyin edilməli və onun bütün sahələri üçün eyni su sərfi qəbul edilməlidir.

Su sərfi və sanitar-texniki cihazların texniki xarakteristikaları məlum olmayan yaşayış və ictimai binalarda saniyəlik su sərflərinin

kimi qəbul edilməsinə yol verilir.

5.2.4. Şəbəkənin hesablama sahəsində maksimal saniyəlik sərf q,l/s. (2) düsturu ilə hesablanmalıdır.

burada - suayırıcı armaturun (cihazın) (1) düsturu ilə hesablanmış saniyəlik su sərfidir (ümumi, isti və ya soyuq ), l/s;

- hesablama sahədəki cihazların ümumi sayından N və onların fəaliyyət ehtimalından P asılı olaraq Əlavə 2-in 2.1 və 2.2 cədvəllərindən təyin edilmiş əmsaldır.

Qeyd. Şəbəkənin sonluq sahələrində su sərfi hesabata əsasən, lakin sanitar-texniki cihazlardan birinin maksimal saniyəlik sərfindən az olmayaraq qəbul edilməlidir.

Sənaye müəssisələrinin texnoloji ehtiyaclarına su sərfi texnoloji avadanlığın zamana görə üst-üstə düşən iş müddətində su sərflərinin cəmi qədər qəbul edilməlidir.

Sənaye müəssisələrinin yardımçı binaları üçün su sərfinin q, təsərrüfat-içməli su ehtiyaclarına (2) düsturu ilə təyin edilən və duş (Əlavə 1-in 1.1 cədvəlinə əsasən təyin edilmiş duşların sayına görə) su sərflərinin cəmi qədər qəbul edilməsinə yol verilir.

5.2.5. Maksimal saatlıq su sərfi (ümumi, isti və ya soyuq ), m/st, (3) düsturu ilə hesablanmalıdır.

burada - suyun saatlıq sərfi (ümumi, isti və ya soyuq ) və qiyməti qəbul edilir:

- oxşar su istehlakçıları olduqda – hər bir su istehlakçısı qrupu üçün Əlavə 1-in 1.1 cədvəlinə əsasən;

- su istehlakçıları müxtəlif olduqda – (4) düsturuna əsasən hesablanır.

burada Ni – hər bir su istehlakçısı qrupu üçün sanitar-texniki cihazlarının sayı;

m – su istehlakçıları qruplarının sayı;

Phr.i – sanitar-texniki cihazlardan istifadə ehtimalıdır (hər bir su istehlakçıları qrupu üçün bu normaların 5.2.9-cu yarımbəndinə əsasən təyin edilir);

- sanitar-texniki cihazın saatlıq su sərfi (hər bir su istehlakçıları qrupu üçün Əlavə 1-in 1.1 cədvəlindən qəbul edilir);

- hesablama sahədəki cihazların ümumi sayından N və onların fəaliyyət ehtimalından P asılı olaraq Əlavə 2-in 2.1 və 2.2 cədvəllərindən təyin edilən əmsaldır.

5.2.6. Su tələbatı müddətində (sutkalar, növbələr) orta saatlıq su sərfi (ümumi, isti və ya soyuq ), m/st, (5) düsturu ilə hesablanır.

burada qsut.m – sutkalıq hesablama (il ərzində orta) su sərfi (ümumi, isti və ya soyuq ), m/st;

T – su tələbatı müddətidir (sutkalar, növbələr), st.

5.2.7. Minimal saatlıq su sərfi (ümumi, isti və ya soyuq ), m/st, (6) düsturu ilə hesablanır.

burada Kmin – minimal saatlıq qeyri-müntəzəmlik əmsalı olub maksimal saatlıq qeyri-müntəzəmlik əmsalından Kmax asılı olaraq cədvəl 1-dən təyin edilir.

Maksimal saatlıq qeyri-müntəzəmlik əmsalı (7) düsturu ilə hesablanır.

burada - maksimal saatlıq su sərfi (ümumi, isti və ya soyuq ), m/st;

- orta saatlıq su sərfidir (ümumi, isti və ya soyuq ), m/st.

5.2.8. Orta illik su tələbatında yaşayış məntəqəsində sutkalıq təsərrüfat-içməli su sərfi qsut.m (ümumi q sut.m, isti q sut.m və ya soyuq q sut.m), m/sut, (8) düsturu ilə hesablanır:

burada qm.u.i – istehlakçının sutkalıq su sərfi norması (ümumi, isti və ya soyuq ), l (Əlavə 1-in 1.2 cədvəlindən qəbul edilir);

m - su istehlakçıları qruplarının sayı;

Ui – müxtəlif növ su istehlakçılarının sayıdır.

Sutkalıq su sərfi bütün istehlakçıların su sərfi, eləcə də ərazinin suvarılmasına sərf (əgər su bu məqsədlə su təchizatı sistemindən götürülürsə) nəzərə alınmaqla təyin edilməlidir.

5.2.9. Şəbəkə sahələrində sanitar-texniki cihazlarının fəaliyyət ehtimalı P (su sərfi: ümumi, isti və ya soyuq ) oxşar su istehlakçıları olduqda (9), müxtəlif su istehlakçıları olduqda (10) düsturları ilə hesablanmalıdır:

Oxşar su istehlakçıları olduqda və sanitar-texniki cihazların sayı məlum olmadıqda əmsalını təyin etmək üçün qiyməti (11) düsturu ilə hesablanan NPhr (su sərfi: ümumi, isti və ya soyuq ) hasilindən istifadə etmək lazımdır:

Su istehlakçıları müxtəlif olduqda və sanitar-texniki cihazların sayı məlum olmadıqda əmsalının təyin etmək üçün qiyməti (12) düsturu ilə hesablanan NP (su sərfi: ümumi, isti və ya soyuq ) hasilindən istifadə etmək lazımdır:

Sistem üçün bütövlükdə sanitar-texniki cihazlardan istifadə ehtimalı Phr-in (ümumi, isti və ya soyuq ) qiyməti (13) düsturuna əsasən hesablanır:

Sanitar-texniki cihazların sayı haqqında məlumat olmadıqda əmsalını təyin etmək üçün qiyməti (14) düsturu ilə hesablanan hasilindən istifadə etmək lazımdır:

5.2.10. Ötürücü və sirkulyasiya boru kəmərlərinin istilik itkiləri nəzərə alınmaqla daxili isti su sistemindəki dövriyyə axınının sürətinin hesablanması Əlavə 3-də verilmişdir.

İstilik sərfinin hesablanması

5.2.11. İsti su təchizatı ehtiyaclarına isti suyu qızdırmaq üçün istilik sərfi, kVt, verici və sirkulyasiya boru kəmərlərində və avadanlıqlarda (dəsmal-quruducularda, suqızdırıcılarda və s.) istilik itkisi Q nəzərə alınmaqla orta saat müddətində (15) və isti suya maksimal tələbat saatı müddətində (16) düsturu ilə hesablanmalıdır:

burada t – su götürülən yerlərdə isti suyun temperaturu, C (bu normaların 5.1-ci bəndinə uyğun olaraq);

t– suqızdırıcıya daxil olan su kəmərində soyuq suyun temperaturu, C. Bu barədə məlumat olmadıqda t = 5C qəbul edilməlidir;

Q – istilik su təchizatı sisteminin verici və sirkulyasiya boru kəmərlərində və avadanlıqlarında istilik itkisidir, kVt.

5.3. Su kəməri sistemləri

5.3.1. Binalarda (qurğularda) təyinatlarından asılı olaraq aşağıdakı daxili su kəməri sistemləri nəzərdə tutulmalıdır:

- yanğın əleyhinə (bu normaların 5.3.19 – 5.3.35-ci yarımbəndlərinə əsasən);

5.3.2. Daxili su kəməri sistemlərinə (təsərrüfat-içməli, isti su, istehsalat, yanğın əleyhinə) binaya girişlər, isti və soyuq su sərfini uçota alan qovşaq, paylayıcı şəbəkə, dik borular, sanitar-texniki cihazlara və texnoloji qurğulara su çatdıran borular, suayırıcı, qarışdırıcı, bağlayıcı və tənzimləyici armaturlar daxildir. Yerli şəraitdən, istehsal texnologiyasından asılı olaraq daxili su kəməri sistemlərində bu normaların 7.4-cü bəndinə əsasən ehtiyat və tənzimləyici həcmlər nəzərdə tutulmalıdır.

5.3.3. İsti su təchizatı sistemi, isti suyun qapalı sistemdən götürülməklə istilik-mübadilə cihazlarında və suqızdırıcılarda (isti su ilə, qazla, elektrik enerjisi, günəş qızdırıcıları və s.) hazırlanması ilə qəbul edilməlidir. Layihə tapşırığına əsasən binada isti su təchizatının açıq - birbaşa istilik təchizatı sistemindən su götürməklə layihələndirilməsinə yol verilir.

5.3.4. Binaların təsərrüfat-içməli və ya istehsalat su kəməri sistemlərini AzDTN 2.11-1 və bu normaların tələbləri ödənilən hallarda yanğın əleyhinə su kəməri sistemi ilə birləşdirilməsinə yol verilir:

- təsərrüfat-içməli su kəmərinin yanğın əleyhinə su kəməri ilə (təsərrüfat-yanğın əleyhinə su kəməri);

- istehsalat su kəmərinin yanğın əleyhinə su kəməri ilə (istehsalat-yanğın əleyhinə su kəməri).

5.3.5. Soyuq və isti təsərrüfat-içməli su kəmərlərinin içməli su keyfiyyətində su verməyən su kəmərləri ilə birləşdirilməsinə yol verilmir.

5.3.6. Təsərrüfat-içməli və ya təsərrüfat-yanğın əleyhinə su kəmərlərində hidrostatik təzyiq ən aşağıda yerləşmiş sanitar-texniki cihaz səviyyəsində 0,45 MPa -dan (mövcud tikililər olan sahədə layihələndirilən binalar üçün 0,6 MPa -dan) artıq olmamalıdır.

Yanğın söndürülən müddətdə təsərrüfat-yanğın əleyhinə su kəmərində ən aşağıda yerləşmiş sanitar-texniki cihaz səviyyəsində təzyiqin 0,6 MPa -a qədər artırılmasına yol verilir.

Yanğın dik borularından suyun yuxarı mərtəbələrə verilməsində istifadə edilən təsərrüfat-yanğın əleyhinə su kəmərinin iki zonalı sistemində (boru kəmərinin yuxarı paylama sxemlərində) ikinci zona istehlakçılarının ən aşağıda yerləşmiş sanitar-texniki cihaz səviyyəsində hidrostatik təzyiq 0,45 MPa -dan və ən aşağıda yerləşmiş yanğın kranı səviyyəsində 0,9 MPa -dan artıq olmamalıdır.

Yanğın kranlarından əvvəl izafi basqının 0,4 MPa -a qədər endirilməsi üçün diafraqma qoyulmalıdır.

Yanğın əleyhinə su kəmərində işçi təzyiq 0,45 MPa -ı aşdıqda ayrıca yanğın əleyhinə su kəmərinin qurulması nəzərdə tutulmalıdır.

5.3.7. Şəbəkədə hesablama təzyiq bu normaların 5.3.6-cı yarımbəndində qeyd edilənlərdən artıq olduqda təzyiqi azaldan qurğular (təzyiq tənzimləyicilər) və təsərrüfat-içməli su kəmərində özündən sonra sistemin statik, həmçinin dinamik iş rejimində hesablama təzyiqi təmin edən təzyiq tənzimləyiciləri nəzərdə tutulmalıdır. Sanitar-texniki cihazların, suayırıcı və qarışdırıcı armaturlarının yanında işçi təzyiqin bu normaların 5.3.6-cı yarımbəndində nəzərdə tutulan hesablama təzyiqdən artıq olduğu binalarda su sərfi tənzimləyiciləri qurulan armaturlardan istifadə edilməsinə yol verilir.

Soyuq su kəməri sistemləri

5.3.8. Soyuq su kəməri sistemləri mərkəzləşdirilmiş və ya yerli olmaqla iki qrupa ayrılır. Binanın daxili su kəməri sistemləri sanitariya-gigiyenik və yanğın əleyhinə tələblər, istehsal texnologiyasının tələbləri, həmçinin xarici su təchizatının (fəaliyyətdə olan) qəbul edilmiş sxemi hesaba alınmaqla layihələndirilməlidir.

5.3.9. Soyuq su kəməri sistemləri su istehlakçılarının sanitar-gigiyenik tələbləri, layihələndirilən (mövcud) xarici su kəmərindəki suyun keyfiyyəti, istehsalat texnologiyasının tələbləri təmin edilməklə, eləcə də suyun qeyri-məhsuldar sərfini, səs-küyü və titrəməni DÜİST 12.1.003 və DQT 2.04-03-ün tələblərinə uyğun azaltmaq üçün tədbirlər nəzərə alınmaqla layihələndirilməlidir.

5.3.10. İstehsalat su kəməri sistemlərində su sərfini azaltmaq məqsədilə dövri və sudan təkrar istifadə sistemləri nəzərdə tutulmalıdır. Dövri su kəməri sistemləri suyu, texnoloji məhlulları, məhsulu və avadanlığı soyutmaq üçün suyun şırnaq kəsilməzliyi ilə qalıq təzyiqdən istifadə edərək soyuduculara verilməsi ilə layihələndirilməlidir.

5.3.11. Soyuq su kəmərləri sistemlərinin kanallarda, şaxtalarda, sanitar-texniki kabinələrdə, tunellərdə, həmçinin yüksək nəmliyi olan otaqlarda çəkilən boru kəmərləri (dalanlı yanğın dik boruları istisna olmaqla) nəmin kondensasiyasının qarşısını almaq üçün AzDTN 2.12-6 göstərişlərinə əsasən izolyasiya edilməlidir.

İsti su kəmərləri sistemləri

5.3.12. Mərkəzləşdirilmiş isti su təchizatı sistemləri üçün suyun isidilməsi və emalı sxemləri AzDTN 2.12-1, AzDTN 2.12-3 tələblərinə əsasən seçilməlidirlər.

5.3.13. Mərkəzləşdirilmiş isti su təchizatı sistemlərindən su götürmə yerlərində suyun temperaturunun bu normaların 5.1.2-ci yarımbəndində göstəriləndən aşağı olmamasını təmin etmək üçün su götürülməyən dövrdə isti suyun sirkulyasiya sistemi nəzərdə tutulmalıdır.

Müəyyən zaman kəsiyində isti su tələb edilən isti su təchizatı sistemlərində su götürmə yerlərində suyun temperaturu bu normaların 5.1.2-ci yarımbəndində göstəriləndən aşağı düşməyən hallarda isti suyun sirkulyasiyasının nəzərdə tutulmamasına yol verilir.

5.3.14. Vanna və duş otaqlarında havanın temperaturunun AzDTN 2.12-2 və sanitar normalarının tələblərinə uyğun sabit saxlamaq üçün dəsmal quruducuları birbaşa isti su təchizatı sisteminin suverici boru kəmərinə və ya istehlakçının elektrik enerjisi sisteminə qoşulmalıdır. Müvafiq əsaslandırma olduqda və dəsmal quruducularının qoşma borusu bağlayıcı armaturla təchiz edildikdə və qapadıcı sahəsi olduqda dəsmal quruducularını isti su təchizatı sisteminin resirkulyasiya borularına qoşmağa yol verilir.

5.3.15. Hündürlüyü 4 mərtəbədən çox olmayan, həmçinin dövrələyici (halqalandırıcı) birləşmələrin çəkilməsi mümkün olmayan binalarda dəsmal quruducularını və bağlayıcı sahəni dik borulardan ayıran armaturlar qoyulduqda, dəsmal quruducularının isti su kəməri sisteminin dik sirkulyasiya borularında, həmçinin vanna otaqlarının il boyu fəaliyyət göstərən isitmə sisteminin dik borularında qoyulmasına yol verilir.

5.3.16. İsti su təchizatı sistemlərində suayırıcı qurğuların sirkulyasiya boru kəmərlərinə bağlanmasına yol verilmir.

5.3.17. İsti su təchizatı sistemlərinin boru kəmərləri (suverici və sirkulyasiya, cihazlara qoşulanlar istisna olmaqla) istilik itkisinin qarşısını almaq üçün AzDTN 2.12-6-ə uyğun olaraq izolyasiya edilməlidir.

5.3.18. Suyun götürülməsi vaxta görə reqlamentləşdirilən isti su kəməri sistemlərində suyun götürüldüyü yerlərdə onun temperaturu bu normaların 5.1.2-ci yarımbəndində nəzərdə tutulandan aşağı düşmürsə isti suyun sirkulyasiyasının nəzərdə tutulmamasına yol verilir.

Yanğın əleyhinə su kəməri sistemləri

5.3.19. Yaşayış və ictimai binalar, həmçinin sənaye müəssisələrinin inzibati-məişət binaları üçün daxili yanğın əleyhinə su kəmərinin vacibliyi və yanğın söndürmək üçün minimal su sərfi cədvəl 2-yə, istehsalat və anbar binaları üçün cədvəl 3-ə əsasən təyin edilməlidir.

-mərtəbələrin sayı 12-dən 16-a qədər olduqda,

həmçinin dəhlizin ümumi uzunluğu 10 m-dən çox olduqda,

-mərtəbələrin sayı 16-dan artıq 25-ə qədər olduqda,

həmçinin dəhlizin ümumi uzunluğu 10 m-dən cox olduqda

-mərtəbələrin sayı 6-dan-10-a və həcmi 25 000 m-ə qədər olduqda,

həmçinin həcmi 25 000 m-dən artıq olduqda,

-mərtəbələrin sayı 10-dan artıq və həcmi 25 000 m-ə qədər olduqda,

həmçinin həcmi 25 000 m-dən artıq olduqda,

3. Kinoaparatlarla təchiz edilmiş estradalı klublar, teatrlar, kinoteatrlar, akt və konfrans zalları

4. Yataqxanalar və 2-ci bənddə qeyd olunmayan

-mərtəbələrin sayı 10-a və həcmi 5000 m-dən 25 000 m-ə qədər olduqda,

həmçinin həcmi 25 000 m-dən artıq olduqda

-mərtəbələrin sayı 10-dan artıq və həcmi 25 000 m-ə qədər olduqda,

həmçinin həcmi 25 000 m-dən artıq olduqda

5. Sənaye müəssisələrinin yardımçı binaları:

həcmi 5000 m-dən 25 000 m-ə qədər olduqda

həcmi 25000 m-dən artıq olduqda

Qeyd: 1.Diametri 38 mm-ə bərabər lülə, boru və digər yanğın söndürmə avadanlığı olan yaşayış binaları üçün minimal su sərfinin 1,5 l/s qəbul edilməsinə yol verilir;

2. Binanın həcmi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun olaraq qəbul edilir.

Qeyd:1. Çamaşırxana-fabriklər üçün yanğınsöndürmə sistemi quru paltarların emalı və saxlanılması otaqlarında nəzərdə tutulmalıdır.

2. Həcmi cədvəl 3-də göstərilənlərdən çox olan bina və ya otaqlarda daxili yanğın söndürməyə su sərfi hər bir konkret şəraitdə yerli yanğın nəzarəti orqanları ilə razılaşdırılmalıdır.

3. Şırnaqların sayı və bir şırnağın su sərfi yanğına davamlılıq dərəcəsindən asılı olaraq: IIIb – karkas konstruksiyaları üstünlük təşkil edən binalar üçün (karkas elementləri bütöv və ya yapışdırılmış oduncaqdan və qoruyucu konstruksiyaları odadavamlılığa emal edilmiş digər yanan materiallardan (əsasən oduncaqdan)); IIIа - əsasən qorunmayan metal karkaslı və çətin yanan isidiciləri olan,yanmayan vərəq materiallardan qoruyucu konstruksiyalı binalar üçün; IVа - əsasən birmərtəbəli qorunmayan metal karkaslı və yanan isidiciləri olan yanmayan vərəq materiallardan qoruyucu konstruksiyalı binalar üçün onlarda yerləşən istehsalatların kateqoriyalarından asılı olaraq II və IV odadavamlılıq dərəcəli binalarda olduğu kimi, bu normaların 5.3.21-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla bu cədvəldən qəbul edilir (odadavamlılıq dərəcəsi IIIа-nı II-yə, IIIb və IVа-nı IV-ə bərabər qəbul etməklə).

Şırnağın yığcam hissəsinin hündürlüyündən və brandspoyt ucluğunun diametrindən asılı olaraq yanğın söndürməyə su sərfi cədvəl 4-dən təyin edilə bilər.

Avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılmasının vacibliyi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun nəzərdə tutulmalıdır. Bu zaman yanğın kranları və sprinkler və ya drençer qurğularının eyni vaxtda fəaliyyət göstərməsi nəzərdə alınmalıdır.

5.3.20. Hündürlüyü 50 m-dən artıq və həcmi 50 000 m-ə qədər olan ictimai və istehsalat binalarında (kateqoriyasından asılı olmayaraq) daxili yanğınsöndürməyə su sərfi və şırnaq sayı hər birinin sərfi 5 l/s olan 4 şırnaq; binaların həcmi 50 000 m-dən artıq olduqda - hər birinin sərfi 5 l/s olan 8 şırnaq qəbul edilməlidir.

5.3.21. Cədvəl 3-ə uyğun olaraq daxili yanğınsöndürmə su kəmərinin qurulması vacib olan istehsalat və anbar binalarında daxili yanğınsöndürməyə cədvəl 3-dən təyin olunmuş su sərfləri artırılmalıdır:

IIIa və IVa odadavamlılıq dərəcəsinə malik binalarda mühafizə olunmayan polad konstruksiyalardan, həmçinin bütöv və ya yapışdırılmış oduncaqdan (o cümlədən odadavamlı maddələrlə örtülmüş) karkas elementləri tətbiq edildikdə - 5 l/s (bir şırnaq);

IVa odadavamlılıq dərəcəsinə malik binaların xarici divar konstruksiyalarında yanan materiallardan isidicilər tətbiq edildikdə həcmi 10 000 m-ə qədər olan binalar üçün - 5 l/s (bir şırnaq); həcmi 10 000 m- dən artıq olan binalar üçün sonrakı tam, yaxud tam olmayan hər 100000 m həcmə əlavə olaraq - 5 l/s (bir şırnaq).

Bu yarımbəndin tələbləri cədvəl 3-ə müvafiq olaraq yanğın əleyhinə daxili su kəmərinin nəzərdə tutulması tələb olunmayan binalara şamil edilmir.

5.3.22. İnsanların çox toplandığı və yanar materiallarla tamamlama işləri aparılmış zallarda daxili yanğınsöndürmə üçün şırnaqların sayı cədvəl 2-də göstəriləndən bir ədəd artıq qəbul edilməlidir.

5.3.23. Aşağıdakı hallarda daxili yanğın əleyhinə su kəmərlərinin nəzərdə tutulmamasına yol verilir:

a) həcmi və ya hündürlüyü cədvəl 2 və 3-də göstəriləndən az olan bina və otaqlarda;

b) ümumi təhsil müəssisələrində (internat tipli məktəblər, stasionar kino aparatları ilə təchiz edilmiş iclas zalları olan məktəblər istisna olmaqla), həmçinin hamamlarda;

c) istənilən sayda yeri olan və mövsümi fəaliyyət göstərən kinoteatr binalarında;

ç) sudan istifadə edilməsi partlayış, yanğın, alovun yayılmasına səbəb ola biləcək istehsalat binalarında;

d) həcmindən asılı olmayaraq D və E kateqoriyalı I və II odadavamlılıq dərəcəsi olan istehsalat binalarında və həcmi 5000 m-dən çox olmayan D və E kateqoriyalı III-V odadavamlılıq dərəcəsi olan istehsalat binalarında;

e) sənaye müəssisələrinin təsərrüfat-içməli və ya istehsalat su kəmərləri olmayan, yanğının söndürülməsi üçün suyun xüsusi həcmlərdən (rezervuarlardan, sututarlardan) götürülməsi nəzərdə tutulan istehsalat və inzibati-məişət binalarında, həmçinin meyvə-tərəvəzlərin saxlandığı otaqlarda və soyuducularda;

ə) qaba yem, pestisidlər və mineral gübrə anbarları olan binalarda.

Qeyd. Kənd təsərrüfatı məhsullarını emal edən C kateqoriyalı, I və II odadavamlılıq dərəcəli, həcmi 5000 m-ə qədər olan istehsalat binalarında daxili yanğın əleyhinə su kəmərlərinin nəzərdə tutulmamasına yol verilir.

5.3.24. Binaların müxtəlif mərtəbəli hissələri və ya müxtəlif təyinatlı otaqları üçün yanğın əleyhinə su kəmərlərinin vacibliyi və binaların hissələri üçün yanğın söndürməyə su sərfi bu normaların 5.3.19 və 5.3.20-ci yarımbəndlərinə əsasən təyin edilməlidir.

Bu zaman daxili yanğınsöndürməyə su sərfi qəbul edilməlidir:

- yanğın əleyhinə divarları olmayan binalar üçün – binanın ümumi həcminə görə;

- I və II tipli yanğın əleyhinə divarlarla hissələrə ayrılmış binalar üçün – binanın ən çox su sərfi tələb olunan hissəsinin həcminə əsasən;

I və II odadavamlılıq dərəcəli binalar yanmayan materiallardan tikilmiş dəhlizlərlə birləşdirildikdə və yanğın əleyhinə qapılar qoyulduqda həcm hər bir bina üçün ayrılıqda, yanğın əleyhinə qapılar olmadıqda binanın ümumi həcminə və daha təhlükəli kateqoriyaya əsasən təyin edilir.

5.3.25. Təsərrüfat-içməli və ya təsərrüfat-yanğın əleyhinə su kəmərlərində hidrostatik basqı ən aşağıda yerləşmiş sanitariya cihazı qarşısında 45 m-dən çox olmamalıdır.

Ayrılmış yanğın əleyhinə su kəmərləri sistemində ən aşağıda yerləşən yanğın kranı səviyyəsində hidrostatik basqı 90 m-dən çox olmamalıdır.

Yanğın əleyhinə su kəməri şəbəkəsində hesablama təzyiq 0,45 MPa-dan cox olduqda ayrıca yanğın əleyhinə su kəməri şəbəkəsi nəzərdə tutulmalıdır.

Qeyd. Yanğın kranları qarşısında basqı 40 m-dən artıq olduqda yanğın kranları və birləşdirici başlıq arasında artıq basqını azaldan diafraqmanın qoyulması nəzərdə tutulmalıdır. Binanın hər 3-4 mərtəbəsinə eyni diametrli deşiyə malik diafraqmaların qoyulmasına yol verilir (bax. Əlavə 7-nin 5 saylı nomoqramı).

5.3.26. Daxili yanğın kranları qarşısında sərbəst basqı günün istənilən vaxtında binanın ən hündür və uzaq hissəsində yanğını söndürmək üçün yanğın şırnağının yığcam hissəsinin tələb olunan hündürlüyünün yaranmasını təmin etməlidir. Yanğın şırnağının yığcam hissəsinin ən az hündürlüyü və təsir radiusu otağın döşəmə səviyyəsindən tavanının ən hündür nöqtəsinə qədər olan məsafə qədər, lakin aşağıda göstərilənlərdən az olmayaraq qəbul edilməlidir:

6 m - hündürlüyü 50 m-ə qədər olan yaşayış, ictimai, istehsalat və sənaye müəssisələrinin köməkçi binalarında;

8 m - hündürlüyü 50 m-dən artıq olan yaşayış binalarında;

16 m - hündürlüyü 50 m-dən artıq olan ictimai, istehsalat və sənaye müəssisələrinin köməkçi binalarında.

Qeyd: 1. Yanğın kranları qarşısındakı basqı uzunluğu 10, 15 və ya 20 m olan yanğın şlanqlarındakı basqı itkisi nəzərə alınaraq təyin edilməlidir.

2. Sərfi 4 l/s-yə qədər olan yanğın şırnaqları almaq üçün diametri 50 mm olan, daha böyük məhsuldarlıqlı yanğın şırnağı almaq üçün isə diametri 65 mm olan yanğın kranı və şlanqdan istifadə edilməlidir. Müvafiq əsaslandırma olduqda məhsuldarlığı 4 l/s-dən çox olan 50 mm diametrli yanğın kranlarından istifadəyə yol verilir.

5.3.27. Binanın su-basqı çənlərinin yerləşməsi və tutumu günün istənilən vaxtlarında yuxarı mərtəbədə və ya bilavasitə çənin altındakı mərtəbədə hündürlüyü 4 m-dən az olmayan, qalan mərtəbələrdə isə 6 m-dən az olmayan yığcam yanğın şırnağının yaranmasını təmin etməlidir. Bu zaman şırnaqların hesablama sayı iki və daha çox olduqda 10 dəqiqə müddətində hər birinin məhsuldarlığı 2,5 l/s olan iki şırnaq, qalan hallarda isə bir şırnaq qəbul edilməlidir.

Yanğın kranlarında yanğın nasoslarını avtomatik işə salmaq üçün onların vəziyyətini göstərən sensorlar qoyulduqda su-basqı çənlərinin nəzərdə tutulmamasına yol verilir.

5.3.28. Yanğın kranlarının işləmə müddəti 3 saat qəbul edilməlidir. Yanğın kranları avtomatik yanğınsöndürmə sistemlərində qoyulduqda onların iş müddəti bu sistemin işləmə müddətinə bərabər qəbul edilməlidir.

5.3.29. Birləşmiş təsərrüfat-yanğın əleyhinə su kəməri sistemi olan 6 mərtəbəli və daha hündür binalarda yanğınsöndürmə suyunu nəql etdirən dik borular yuxarıda halqalandırılmalıdır. Bu zaman binaların su kəməri sistemində suyun təzələnməsini təmin etmək üçün yanğınsöndürmə suyunu nəql etdirən dik borular bağlayıcı armatur qoymaqla bir və ya bir neçə suayırıcı dik boru ilə halqalandırılmalıdır.

Ayrılmış yanğın əleyhinə su kəməri sistemlərinin dik boruları mümkün olduqda bağlantılar vasitəsilə digər su kəməri sistemləri ilə əlaqələndirilməlidir.

İsidilməyən binalarda yerləşən və daxilində su olmayan yanğın əleyhinə su kəməri sistemlərində bağlayıcı armatur isidilən otaqlarda yerləşdirilməlidir.

5.3.30. Yanğınsöndürmə suyunu nəql etdirən dik boruların qoyulacağı yerlərin, onların və yanğın kranlarının sayı təyin edildikdə aşağıdakılar nəzərə alınmalıdır:

- şırnaqların hesablama sayının 3-dən az olmadığı istehsalat və ictimai binalarda, ikidən az olmadığı yaşayış binalarında dik borularda cütləşdirilmiş yanğın kranlarının qoyulmasına yol verilir;

- dəhlizinin uzunluğu 10 m-ə qədər, hesablama şırnaqların sayı 2 olan yaşayış binalarında otaqların hər bir nöqtəsinə bir dik borudan qidalanan iki şırnaqla sulanmasına yol verilir;

- hesablama şırnaqların sayı iki və daha çox, dəhlizinin uzunluğu 10 m-dən artıq olan yaşayış binalarında, həmçinin istehsalat və ictimai binalarda otağın hər bir nöqtəsi iki şırnaqla sulanmalıdır – iki qonşu dik borunun hər birindən (yanğınsöndürmə avadanlığı yerləşən müxtəlif dolablardan) bir şırnaq olmaqla.

Qeyd: 1. İçərisində yanan materiallar və konstruksiyalar olan texniki mərtəbələrdə, çardaqlarda və texniki zirzəmilərdə yanğın kranları nəzərdə tutulmalıdır;

2. Bir dik borudan qidalanan şırnaqların sayı ikidən artıq olmamalıdır;

3. Şırnaqların sayı dörd və daha çox olduqda tələb olunan ümumi su sərfini almaq üçün qonşu mərtəbələrdəki yanğın kranlarından istifadəyə yol verilir.

5.3.31. Yanğın kranları otaq döşəməsindən (1,35 ±0,15) m hündürlükdə və içərisindəki havanın dəyişməsini təmin edən deşikləri olan dolablarda yerləşdirilməlidirlər. Dolablar möhürlənməli və daxili açılmadan müşahidə oluna bilməlidir. Cütləşdirilmiş yanğın kranlarının bir-birinin üstündə yerləşdirilməsinə yol verilir. Belə halda ikinci kran döşəmədən ən azı 1 m hündürlükdə yerləşdirilir.

5.3.32. İstehsalat, köməkçi və ictimai binaların yanğın avadanlığı yerləşən dolablarında əlavə iki əl yanğınsöndürənin yerləşdirilməsi nəzərdə tutulmalıdır.

Hər bir yanğın kranı diametri onun diametrinə bərabər, uzunluğu 10, 15 və ya 20 m olan yanğın şlanqları və yanğın lüləsi ilə təchiz edilməlidir.

Yanğın əleyhinə divarlarla ayrılmış binada və ya bina hissələrində eyni diametrə malik brandspoyt ucluğu, lülələr və yanğın kranları və eyni uzunluğa malik yanğın şlanqları nəzərdə tutulmalıdır.

5.3.33. Hündürlüyü 17 mərtəbə və daha çox olan binanın hər bir zonasının yanğın əleyhinə daxili su kəməri yanğınsöndürən maşınların şlanqlarını birləşdirmək üçün diametri 80 mm olan və xaricə çıxarılmış birləşdirici başlıqlı, bina daxilində üstündə əks klapan və xaricdən idarə edilən siyirtmə qoyulmuş iki qol borusu olmalıdır.

5.3.34. Daxili yanğın kranları əsasən girişlərdə, isidilən pilləkən qəfəslərinin meydançalarında tüstügirməyən pilləkən qəfəsləri istisna olmaqla), vestibüllərdə, dəhlizlərdə, keçidlərdə və asan əl çatan yerlərdə qoyulmalıdır. Kranların yerləşdirilməsi lazım gəldikdə insanların təxliyyəsinə mane olmamalıdır.

5.3.35. Avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz edilmiş otaqlarda daxili yanğın kranlarının su sprinkler şəbəkəsində idarəetmə qovşağından sonra yerləşdirilməsinə yol verilir.

5.4. Soyuq su kəməri şəbəkələri

5.4.1. Soyuq su kəməri şəbəkələri aşağıdakılara uyğun qəbul edilməlidir:

- suyun verilməsində fasiləyə yol verildikdə və yanğın kranlarının sayı 12-dən az olduqda dalanlı;

- istehlakçıları su ilə fasiləsiz təmin etmək üçün hər birindən qollar ayrılmış iki dalanlı boru kəmərli, halqalı və ya halqalanmış girişli;

- birləşmiş təsərrüfat-yanğın əleyhinə su kəməri olan, hündürlüyü altı və daha çox mərtəbəli binalarda halqalı yanğın dik borulu. Bu zaman bina su kəməri sistemində suyu təzələmək üçün yanğın dik borularını bir və ya bir neçə suayırıcı dik borularla bağlayıcı armatur qoymaqla halqalamaq lazımdır.

5.4.2. Binanın halqalı şəbəkələri xarici halqalı şəbəkənin müxtəlif sahələrinə ən azı iki girişlə bağlanmalıdır. Su kəmərinin xarici şəbəkəsindəki girişlər arasında şəbəkə sahələrinin birində qəza baş verdikdə binaya suyun digər girişdən verilməsini təmin etmək üçün bağlayıcı armatur qoyulmalıdır.

5.4.3. Aşağıda göstərilən binalarda iki və daha çox su girişləri nəzərdə tutulmalıdır:

- 400 və daha çox mənzilli yaşayış binalarında, estradası olan klublarda və istirahət-əyləncə mərkəzlərində, 300 və daha çox yeri olan kinoteatrlarda;

- yerlərin sayından asılı olmayaraq səhnəsi olan teatrlar, klublar və istirahət-əyləncə mərkəzlərində;

- 200 və daha çox yeri olan hamamlarda;

- bir növbədə 2 ton və daha çox paltar yuyan camaşırxanalarda;

- 12 və daha çox yanğın kranları qurulmuş binalarda;

- halqalı su kəməri şəbəkələri olan və ya girişləri halqalanmış binalarda;

- üçdən çox idarəetmə qovşağı olan TNvəQ 2.04.09-a uyğun sprinkler və drençer sistemləri ilə təchiz edilmiş binalarda.

5.4.4. İki giriş olduqda və təzyiqin artırılması tələb edildikdə girişlər nasoslara qədər birləşdirilməlidir.

Hər bir girişdə ayrıca nasos qoyulduqda girişlərin birləşdirilməsi tələb edilmir.

5.4.5. Daxili su kəməri şəbəkəsində üzərində ölçü cihazları olan və bina daxilində boru kəməri ilə birləşdirilən bir neçə giriş olan hallarda su kəmərlərinin girişlərində əks klapanların qoyulması nəzərdə tutulmalıdır.

5.4.6. Təsərrüfat-içməli su kəməri girişi və kanalizasiya və ya yağış sularını kənarlaşdıran borular arasındakı üfüqi məsafə: giriş boru kəmərinin diametri ≤ 200 mm olduqda ən azı 1,5 m; giriş boru kəmərinin diametri > 200 mm olduqda 3 m qəbul edilməlidir. Müxtəlif təyinatlı su kəmərləri girişlərinin birlikdə çəkilməsinə yol verilir.

5.4.7. Giriş boru kəmərlərinin döngələrində şaquli və ya üfüqi müstəvidə boru birləşmələrində yaranan qüvvələri qəbul edən dayaqlar nəzərdə tutulmalıdır.

5.4.8. Boru kəmərləri girişlərinin bina divarları ilə kəsişməsi aşağıdakı kimi yerinə yetirilməlidir:

- quru qruntlarda boru kəmərinin divarı və inşaat konstruksiyası arasında 0,2 m məsafə saxlamaqla və bu boşluğu su və qaz keçirməyən (qazlaşdırılmış ərazilərdə) elastik materiallarla doldurulmaqla;

- nəm qruntlarda boşluğa kipkəclər qoymaqla.

5.4.9. Yaşayış və ictimai binalarda daxili su kəmərinin paylayıcı şəbəkəsinin zirzəmilərdə, texniki mərtəbələrdə, yeraltı texniki sahələrdə və çardaqlarda, çardaqlar olmadıqda isə birinci mərtəbənin döşəməaltı kanallarında istilik sistemi ilə birlikdə və ya çıxarıla bilən örtük quraşdırılmaqla döşəmə altında, həmçinin boru kəmərinin açıq üsulla çəkilməsinə yol verilən konstruksiyalarda və ya yuxarı mərtəbənin qeyri-yaşayış otaqlarının tavanı altında çəkilməsi nəzərdə tutulmalıdır.

5.4.10. Su kəmərlərinin mənzillərə və digər otaqlara girişləri, dik boruları, həmçinin bağlayıcı armaturlar, ölçü cihazları, tənzimləyicilər xüsusi texniki dolabları olan və texniki heyətin onlara sərbəst yanaşmasını təmin edən kommunikasiya şaxtalarında yerləşdirilməlidir.

Dik boruların və paylayıcı qolların şaxtalarda, açıq şəkildə isə bağlayıcı, tənzimləyici və ölçü cihazlarının yerləşdirilməsi nəzərdə tutulmaqla duş kabinaları, mətbəxlər və digər oxşar otaqların divarları ilə çəkilməsinə yol verilir. Yaşayış binalarında suayırıcı armaturun avtonom qollarla mənzil kollektoruna birləşdirilməsinə yol verilir.

Tamamlama işlərinə yüksək tələblər irəli sürülən otaqlarda olan və polimer materiallardan (sanitar qovşaqlarındakı boru kəmərləri istisna olmaqla) olan bütün şəbəkələr gizli (divar, yaxud döşəmə içərisində) çəkilməlidir.

Yivlə birləşdirilən (divar səthində suayırıcı armaturların birləşdirilməsi üçün bucaqlıq istisna olmaqla) və calaq yerləri əlçatmaz olan polad boru kəmərlərinin gizli çəkilməsinə yol verilmir.

5.4.11. İstehsalat binaları daxilində su kəməri şəbəkəsi fermalarda, sütunlarda, divarlarda və tavan altında açıq çəkilməlidir. Su kəmərlərinin tezalışan, yanar və ya zəhərli maye və qaz nəql edən kəmərlər istisna olmaqla digər kommunikasiya xətləri ilə bir ümumi kanalda çəkilməsinə yol verilir.

5.4.12. Təsərrüfat-içməli su kəmərlərinin kanalizasiya kollektorları ilə ancaq keçilə bilən kanallarda birlikdə yerləşdirilməsinə yol verilir. Belə hallarda kanalizasiya boruları su kəmərindən aşağıda yerləşdirilməlidir.

Müvafiq əsaslandırma olduqda və layihə tapşırığına əsasən su kəmərlərinin xüsusi kanallarda çəkilməsinə yol verilir.

Zirzəmi otaqları istisna olmaqla texnoloji avadanlığa su verən boru kəmərlərinin döşəmədə və ya döşəmə altında çəkilməsinə yol verilir.

5.4.13. İsti su və ya buxar nəql edən boru şəbəkəsi ilə bir kanalda yerləşdirildikdə soyuq su kəməri şəbəkəsi onlardan aşağıda çəkilməli və istilik izolyasiya materialı ilə mühafizə olunmalıdır.

5.4.14. Daxili su kəməri şəbəkələri ən azı 0,002 mailliklə çəkilməlidir.

5.4.15. Sıxlıq şəraitində və müvafiq əsaslandırma olduqda daxili su kəməri şəbəkələrinin 0,001 mailliklə çəkilməsinə yol verilir.

5.4.16. Bütün il boyu fasiləsiz fəaliyyət göstərən soyuq su kəmərləri qış aylarında havasının temperaturu 2C-dən yuxarı olan otaqlarda çəkilməlidir. Boru kəmərləri temperaturu 2C-dən aşağı olan otaqlarda çəkildikdə onların donmaması üçün müvafiq tədbirlər (elektrik cərəyanı ilə qızdırma, yaxud istilik xəttinə yaxın paralel çəkilmə) nəzərdə tutulmalıdır.

Otaq temperaturunun qısa müddət üçün 0C-yə və daha aşağı enmə ehtimalı olduqda, həmçinin kəmər xarici soyuq hava kütləsinin təsir zonasında çəkildikdə (xaricə açılan qapı və darvazaların yaxınlığında) boruların istilik izolyasiya materialları ilə örtülməsi nəzərdə tutulmalıdır.

5.5. İsti su kəməri şəbəkələri

5.5.1. İsti su kəməri şəbəkələri bu normaların 5.4-cü bəndinin tələblərinə uyğun layihələndirilməlidir.

5.5.2. Havanı kənarlaşdırmaq və sistemdəki suyu boşaltmaq üçün qurğular bu normaların 7.1.12-ci yarımbəndinin tələblərinə əsasən layihələndirilməlidir.

5.5.3. Hündürlüyü 4 mərtəbədən çox olan yaşayış və ictimai binalarda su götürən dik boruları halqalandırıcı ara bağlantıları ilə bölməli qovşaqlara, hər bir su götürən qovşaq bir sirkulyasiya boru kəməri ilə sistemin sirkulyasiya yığıcı boru kəmərinə birləşdirilməlidir.

Bölməli qovşaqlara üçdən yeddiyə qədər su götürən dik boru birləşdirilməlidir.

Halqalandırıcı ara bağlantıları:

- temperatur mənfi 40C və daha aşağı olan rayonlarda borulara istilik izolyasiya örtüyü vurmaqla soyuq çardaqlarda;

- suyu dik borulara aşağıdan verdikdə yuxarı mərtəbənin tavanının altında;

- suyu dik borulara yuxarıdan verdikdə isə zirzəmidə çəkilməlidir.

5.5.4. İsti su kəməri şəbəkələri layihələndirilən zaman temperatur dəyişməsinin boruların uzunluğuna təsirini tənzimləyən tədbirlər nəzərdə tutulmalıdır.

5.5.5. İsti su təchizatı sistemlərində suayırıcı cihazlara isti suyu çatdıran borular istisna olmaqla suverici və sirkulyasiya boru kəmərlərinin istilik izolyasiyası nəzərdə tutulmalıdır. İzolyasiyanın hesabatı AzDTN 2.12-6-nın göstərişlərinə uyğun aparılmalıdır.

5.6. Soyuq su kəməri şəbəkəsinin hesablanması

5.6.1. Soyuq su kəmərləri şəbəkələrinin hidravlik hesabatı maksimum saniyəlik su sərfinə görə aparılmalıdır.

Soyuq su kəmərlərinin hidravlik hesabatı: hesablama sərflərin təyini, boru kəməri, dik borular, halqalandırıcı bağlantıların diametrlərinin seçilməsi, təzyiq itkilərinin və ən hündürdə yerləşmiş suayırıcı armatur yanında tələb olunan sərbəst basqının təyinindən ibarətdir.

5.6.2. Birləşmiş təsərrüfat-yanğın əleyhinə və istehsalat-yanğın əleyhinə su kəmərləri təsərrüfat-içməli və istehsalat ehtiyaclarının saniyəlik maksimal sərflərində yanğın söndürülməsinə hesablama sərfinin də nəql edilməsinin mümkünlüyü yoxlanılmalıdır. Bu zaman duşlardan istifadə, döşəmələrin yuyulması, ərazinin suvarılması nəzərə alınmır.

Su təchizatı şəbəkəsinin hidravlik hesabatı halqalı şəbəkələrin hesablama sxemləri üçün hər hansı bir sahənin, dik borunun və ya avadanlığın istisnası olmadan aparılmalıdır.

Qeyd. Yanğın söndürülməsi və xarici su kəməri şəbəkəsində baş vermiş qəzaların aradan qaldırılması zamanı yaşayış binaları olan rayonlarda suyun qapalı istilik təchizatı sistemlərinə verilməsinin dayandırılmasına yol verilir.

5.6.3. Təsərrüfat-içməli, istehsalat, o cümlədən yanğın əleyhinə su kəməri ilə birləşmiş şəbəkələrin hesabatı ən hündürdə və girişdən ən uzaqda yerləşən cihazların qarşısında tələb olunan təzyiqin təmin olunması üçün aparılmalıdır.

5.6.4. Bir neçə girişdən qidalanan su kəməri şəbəkələrinin hidravlik hesabatı onlardan birinin bağlanması nəzərə alınaraq aparılmalıdır.

Binaya iki giriş olduqda onlardan hər biri 100% su sərfinə daha çox giriş olduqda isə hər biri 50% su sərfinə hesablanmalıdır.

5.6.5. Boru kəmərlərinin hidravlik hesabatı Əlavə 4-də verilmişdir.

5.6.6. Daxili su kəməri şəbəkələrində boruların diametrləri xarici su kəməri şəbəkəsindəki təminatlı təzyiqdən maksimum istifadəyə hesablanmalıdır. Boru kəmərlərinin diametrlərinin hesabatı maksimum saniyəlik sərfə aparılmalıdır. Diametrlərin hesablanması zamanı suyun boru kəmərindəki hərəkət sürətinin 1,2 m/s qəbul edilməsi tövsiyə olunur. Daxili şəbəkələrin boru kəmərlərində suyun maksimal hərəkət sürəti 1,5 m/s-dən artıq olmamalıdır. Yanğın söndürülməsi zamanı birləşmiş təsərrüfat-yanğın əleyhinə və istehsalat-yanğın əleyhinə sistemlərin boru kəmərlərində suyun hərəkət sürəti 3 m/s-dən artıq olmamalıdır. Boru kəmərlərində suyun minimal hərəkət sürəti 0,2 m/s-dən az olmamalıdır.

5.7. İsti su kəməri şəbəkəsinin hesablanması

5.7.1. İsti su kəməri sistemini iki iş rejimi nəzərə almaqla hesablamaq lazımdır:

- su götürülmə rejimində – isti suyun saniyəlik hesablama sərfinin təyini bu normaların 5.2.11-ci yarımbəndinə uyğun, suverici boru kəmərlərinin diametrlərinin seçilməsi, sistemdə basqı itkisinin təyini - Əlavə 4-ə görə;

- sirkulyasiya rejimində - sistemin su verici boru kəmərlərindəki istilik itkisini bərpa edən, tələb olunan sirkulyasiya su sərfinin təyini- Əlavə 3-ə görə; sirkulyasiya boru kəmərlərinin diametrlərinin seçilməsi və ayrı-ayrı halqalarda basqı itkisinin uzlaşdırılması.

5.7.2. Sirkulyasiya dik borularının uzlaşdırılmasını onların diametrlərinin seçilməsi ilə, balanslaşdırıcı ventillərin, avtomatlaşdırılmış tənzimləyici qurğuların və drosselləşdirici diafraqmaların (deşiyinin diametri 10 mm-dən az olmayan) tətbiqi ilə yerinə yetirmək lazımdır.

5.7.3. Suayırıcı dik borular arasında halqalandırıcı aralıqlar olduqda suayırıcı qovşaqda istilik itkisini hesablayan zaman halqalandırıcı boru kəmərindəki istilik itkisi də nəzərə alınır.

5.7.4. İsti su təchizatı sisteminin ayrı-ayrı qollarında sirkulyasiya rejimində basqı itkiləri (sirkulyasiya boru kəmərləri daxil olmaqla) müxtəlif qollar üçün 10%-dən artıq fərqlənməməlidir.

6. Xüsusi təbiət və iqlim şəraitində daxili su kəməri şəbəkələrinə əlavə tələblər

6.1.1. Bina daxilində su boru kəmərləri onlara baxış keçirilməsi və təmir işlərinin aparılmasının asanlaşdırılması üçün birinci və ya zirzəmi mərtəbələrinin döşəməsindən hündürdə yerləşdirilməlidirlər.

6.1.2. II tip qruntlarda su kəməri girişlərinin qurulması və bina daxilində boruların döşəmə altında su keçirməyən kanallarda nəzarət quyuları istiqamətində mailliklə çəkilməsi nəzərdə tutulmalıdır. Binalara girişlərdə binanın bünövrəsinin xarici tərəfindən nəzarət quyusuna qədər su keçirməyən kanalın minimal uzunluğu batan qrunt layının qalınlığından və giriş borusunun diametrindən asılı olaraq cədvəl 5-ə əsasən qəbul edilməlidir.

Qeyd. Su kəməri girişlərinin sukeçirməyən futlyarda nəzarət quyuları istiqamətində mailliklə çəkilməsinə yol verilir. Bu zaman aşağıdakı şərtlərə əməl edilməlidir:

- su kəmərinin girişi və futlyar polimer borulardan yerinə yetirilməlidir;

- polimer borular qaynaq üsulu ilə birləşdirilməlidir. Uzununa yerdəyişməsi təsbit edilmiş bilərzikli boruların futlyar kimi istifadəsinə yol verilmir;

- futlyarın diametri boru kəmərinin diametrindən 10-15% böyük olmalıdır;

- futlyardakı boru kəməri müvafiq tərtibatlardan istifadə etməklə (həcmi mərkəzləşdirmə və s.) həcmi-təsbit edilmiş olmalıdır. Həcmi-təsbit edilmiş tərtibatlar arasındakı məsafə layihədə təyin edilir;

- binalara girişlərdə binanın bünövrəsinin xarici tərəfindən nəzarət quyusuna qədər futlyarın uzunluğu cədvəl 5-ə əsasən qəbul edilməlidir;

- su kəməri borularının binanın (qurğunun) daxili tərəfindən birləşdirilməsi (sökülməsinin) futlyarın içərisindən dartmaqla həyata keçirilməsi təmin olunmalıdır. Bu zaman boruların qaynaq edildikcə mütləq həcmi təsbit edilmiş tərtibatlar qoyulmaqla futlyarın içərisinə itələnməsinə yol verilir.

6.1.3. Binaların tikintisi I tip qrunt şəraitində aparıldıqda, həmçinin II tip qrunt şəraitində binanın tutduğu bütün sahədə qruntların çökmə xassəsinin tam aradan qaldırılması ilə aparıldıqda su kəməri girişlərinin qurulması və boruların çəkilməsi çökməyən qruntlarda olduğu kimi layihələndirilməlidir.

6.1.4. Su kəməri girişlərinin bünövrələrin oturacağının altından çəkilməsinə yol verilmir.

6.1.5. Su kəməri girişləri olacaq yerlərdə bünövrələr boru kəməri novundan ən azı 0,5m aşağı endirilməlidir.

6.1.6. Kanallarda və ya futlyarlarda çəkilən boru kəmərlərindən su sızmalara nəzarət etmək üçün diametri 1 m olan nəzarət quyularının tikilməsi nəzərdə tutulmalıdır. Kanalın və ya futlyar borusunun novunun dibindən quyunun dibinə qədər olan məsafə 0,7 m-dən az qəbul edilməməlidir. Quyunun divarları 1,5 m hündürlükdə və onun dibi hidroizolyasiya edilməlidir. Quyular II tip qruntlarda tikildikdə onların əsaslarının altı 1 m dərinliyə qədər sıxlaşdırılmalıdır.

Nəzarət quyuları onlarda suyun aşkar edilməsini xəbər verən avtomatik siqnalizasiya ilə təmin olunmalıdır.

Su keçirməyən kanallardan istifadə etdikdə nəzarət quyularının kanaldan qəza sızma suyunun kənarlaşdırılması yolu ilə (borucuqların diametri və sayı hesablama ilə təyin edilir və ikidən az qəbul edilmir) su kəməri girişlərinin yanında qoyulmasına yol verilir. Kanaldan borucuqlara keçid borucuqların daxili diametri qədər düşmə ilə yerinə yetirilir. Bu zaman borucuqların kanaldan çıxışı əsaslı şəkildə kipləşdirilməlidir.

6.1.7. Kanalların və ya futlyarların binanın bünövrəsinə söykəndiyi yerlərdə suyun kanallardan və futlyarlardan qrunta axmasının qarşısını alan tərtibatlar nəzərdə tutulmalıdır. Bu zaman yükdaşıyıcı konstruksiyaların sərbəst çökməsi təmin olunmalıdır.

6.1.8. Su kəməri girişlərinin döşəmə səviyyəsindən aşağıda çəkilən şəbəkəyə birləşdirilməsi su keçirməyən çökəkliklərdə nəzərdə tutulmalıdır.

6.1.9. Boru kəmərlərinin çəkilməsi üçün zirzəmilərin bünövrələri və ya divarlarında boru və inşaat konstruksiyaları arasında bina əsasının çökmə qiymətinin 1/3-nə bərabər, lakin 0,2 m-dən az olmayaraq boşluğu təmin edən deşiklər nəzərdə tutulmalıdır.

Boşluqlar su və qaz keçirməyən elastik materialla sıx doldurulmalıdır.

6.1.10. Çökmə xassələri qismən və ya tam ləğv edilmiş I tip qrunt şəraitində binaların zirzəmi mərtəbələrində və istehsalat binalarının (texnoloji zirzəmilər, tunellər, çökəkliklər və s.) texnoloji proseslərini və təhlükəsizlik texnikasının tələblərini pozmadan yeraltı otaqlarında daxili su kəmərinin tranzit sudaşıyıcı borularının çəkilməsinə yol verilir.

6.1.11. II tip qrunt şəraitində birinci mərtəbənin döşəmə səviyyəsindən aşağı döşənən tranzit sudaşıyıcı kommunikasiyaların sexlərin yeraltı təsərrüfatı sahələri, texnoloji avadanlığı olan çökəkliklər, tunellər, həmçinin pilləkən qəfəsləri, lift və qaldırıcıların maşın bölmələri, zibil boruları və s. ilə kəsişməsinə yol verilmir.

6.2. Seysmik tələblər

6.2.1. Seysmikliyi 7-9 bal olan rayonlarda şəbəkə və qurğular layihələndiriləndə xüsusi tədbirlər nəzərdə tutulmalıdır:

- yol verilən yerlərdə zəlzələ baş verdikdə yarana bilən yanğınların söndürülməsinə suyun verilməsini təmin edən qəza nasoslarının və elektrik qurğularının qoyulması;

- nasosların və elektrik qurğularının zəlzələdən müdafiə tədbirləri;

- halqalı su təchizatı sistemlərinin qurulması;

- içməli suyun fasiləsiz verilməsini, həmçinin istehsalat prosesinin təxirəsalınmaz ehtiyaclarını ödəməyə suyun verilməsini təmin etmək üçün xüsusi tədbirlərin nəzərdə tutulması.

6.2.2. Seysmikliyi 8-9 bal olan rayonlarda yerləşən sənaye müəssisələrinin binaları üçün, suyun verilməsində fasilə qəzalara və ya əhəmiyyətli maddi itkilərə səbəb ola bildikdə iki müstəqil su təchizatı mənbələrindən iki giriş nəzərdə tutulmalıdır.

6.2.3. Boruların bina və qurğuların divar hörgülərində və bünövrələrində sərt bağlanmasına (hörülməsinə) yol verilmir. Bünövrələrdən və divarlardan boruları keçirmək üçün deşiklər elə ölçüdə açılmalıdır ki, hörgü içərisində boru ətrafında ən azı 0,2 m boşluq qalsın. Boşluq yanmayan elastik materialla doldurulmalıdır. Su saxlayan həcmli qurğuların divarlarından borular divarlara qoyulmuş kipkəclərdən (salniklərdən) keçirilməlidir.

6.2.4. Borular binaların bünövrələri altından polad və ya dəmir-beton borulardan olan futlyarda keçirilməlidir. Bu zaman futlyarın yuxarısı ilə bünövrənin oturacağı arasındakı məsafə 0,2 m-dən az olmamalıdır.

6.2.5. Binaların daxilində boru kəmərlərinin deformasiya tikişlərindən keçən yerlərində kompensatorların qoyulması nəzərdə tutulmalıdır.

6.2.6. Girişlərdə ölçü cihazlarından əvvəl, həmçinin boru kəmərlərinin nasoslar və çənlərlə birləşmələrində bucaq altında və uzununa yerdəyişmələri təmin edən elastik birləşmələr nəzərdə tutulmalıdır.

6.2.7. Su kəməri girişləri, daxili su kəməri şəbəkələri, nasos aqreqatlarının boruları, suyun təmizlənməsi və emalı qurğularının boruları, həmçinin su-basqı çənlərinin dik boruları polad və ya polietilen, metalpolimer borulardan layihələndirilməlidir.

Bu məqsədlər üçün çuqun, xrizatilsement, şüşə, həmçinin yüngül və orta tipli polietilen borulardan istifadə edilməsinə yol verilmir.

6.2.8. Polad borular qaynaq üsulu ilə birləşdirildikdə qaynaq calağının borunun gövdəsi ilə bərabər möhkəmlikdə olması təmin olunmalıdır. Əl ilə qaz qaynağından istifadəyə yol verilmir. Seysmikliyi 9 bal olan rayonlarda çəkilən boruların qaynaq birləşmələri calaqlara taxma muftaları qaynaq etməklə gücləndirilməlidir.

6.3. İşlənmiş ərazilər

6.3.1. İşlənmiş ərazilərdə tikilən binalarda daxili soyuq və isti su təchizatı sistemləri layihələndirilərkən yer səthi qruntunun və binaların elementlərinin deformasiyasının təsirindən TN və Q 2.01.09-a əsasən müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

6.3.2. Boru kəmərlərinin müdafiəsi tədbirlərinin təyini üçün yer səthinin sürüşməsi və deformasiyasının gözlənilən qiymətləri layihələndirilən bina üçün dağ-geoloji əsaslandırmaya uyğun qəbul edilməlidir.

Binanın ayrı-ayrı bölmələrinin və elementlərinin yerdəyişmə qiymətləri geoloji hesablamaların nəticələri əsasında seçilməlidir.

6.3.3. Boru kəmərlərində ərazilərin işlənməsi nəticəsində binaların konstruksiyalarının yerdəyişməsindən yaranan qüvvələrin təsirinin azaldılması üçün kompensasiya qurğularından istifadə etməklə boru kəmərinin elastikliyinin artırılması hesabına girişdən boruların keçirilməsi, bərkitmə qovşaqlarının səmərəli tipinin seçilməsi və yerləşdirilməsi lazımdır.

6.3.4. Binalara girişlər üçün boru kəmərinin təyinatı, borunun tələb olunan möhkəmliyi, calaqların tənzimləmə qabiliyyəti, həmçinin texniki-iqtisadi hesablamaların nəticələri nəzərə alınmaqla bütün növlərdən olan borular qəbul edilə bilər.

6.3.5. Bölməli boru kəmərlərinin calaq birləşmələri kipləşdirici elastik halqalardan və ya hermetiklərdən istifadə etməklə elastiklik qabiliyyətinə malik olmalıdır.

6.3.6. I və II qrup işlənmiş ərazilərdə tikilən binaların soyuq su kəməri girişlərində kompensasiya qurğuları nəzərdə tutulmalıdır. III və IV qrup işlənmiş ərazilərdə tikilən binaların girişlərində kompensasiya qurğuları girişin uzunluğu 20 m-dən artıq olduqda nəzərdə tutulmalıdır.

Binanın tikildiyi ərazidə işlənmə nəticəsində çıxıntıların yaranması gözlənilən hallarda yeraltı girişlər kanallarda çəkilməlidir. Bu zaman borunun üstü ilə kanal örtüyü arasındakı boşluq çıxıntının hesablama hündürlüyündən az olmamalıdır.

6.3.7. Binanın və ya onun ayrı-ayrı bölmələrinin ərazinin işlənməsinin təsirindən sərt konstruktiv sxemlə müdafiə olunan daxili su kəməri üçün əlavə müdafiə tələb olunmur.

Elastiklik qabiliyyətinə malik konstruktiv sxemlə müdafiə olunan binalarda boru kəmərlərinin binanın elementlərinə bərkidilməsi kəmərin ox boyu və eninə (üfüqi, şaquli) yerdəyişmələrini təmin etməlidir.

Belə binalarda boruların gizli çəkilməsinə yol verilmir.

6.3.8. Domkratlar və ya digər qurğularla düzləndirilməklə müdafiə olunan binalarda boru kəmərlərinin normal istismar edilməsi üçün tədbirlər nəzərdə tutulmalıdır.

Belə binalarda dik boruların magistrala birləşdiyi və paylayıcı boru kəmərlərinin sürüşmə tikişinin üstündə yerləşən bina elementlərinə bərkidildiyi yerlərdə kəmərin üfüqi və şaquli yerdəyişməsini təmin edən tənzimləyicilər nəzərdə tutulmalıdır. Yerdəyişmələrin ölçüsü binaların hesablama elastiklik qabiliyyəti və boru kəmərlərinin temperaturun təsirindən uzanmasından asılı olaraq təyin edilir.

6.3.9. Çoxseksiyalı binalarda girişlər hər bir seksiya üçün müstəqil nəzərdə tutulmalıdır. Boru kəmərlərinin deformasiya tikişlərini kəsib keçdiyi yerlərdə kompensatorlar qoyulduqda seksiyaların birində bütün bina üçün bir girişin layihələndirilməsinə yol verilir.

Girişlərin qurulması variantı texniki-iqtisadi hesablamaların nəticələrinə əsasən seçilməlidir.

6.3.10. Məhəllədaxili tranzit su təchizatı şəbəkələri texniki döşəməaltılar və ya binaların zirzəmilərində çəkildikdə boru kəmərlərinin bina konstruksiyaları ilə güclü qarşılıqlı təsirlərini aradan qaldıran tədbirlər nəzərdə tutulmalıdır.

Belə boru kəmərlərində kompensatorlar deformasiya tikişləri ilə kəsişmə yerlərində və tranzit boru kəmərindən daxili şəbəkə dik borularına ayrılan qollarda qoyulmalıdır. Boru kəmərlərinin bina mərtəbələri hüdudunda deformasiya tikişlərini kəsməsinə yol verilmir.

6.3.11. Binaların döşəməaltı və ya zirzəmiləri daxilində boru kəmərlərinin müstəqil dayaqlarda və divarlara bərkidilmiş kronşteynlərdə çəkilməsinə yol verilir. Boru kəmərlərinin dayaqlara bərkidilməsi boruların ox boyu və şaquli yerdəyişməsinə imkan verməlidir.

6.3.12. Mədən qazlarının yer səthinə çıxma ehtimalı olan zonalarda binalar layihələndirilərkən su kəməri girişlərindən qazın bu binaların zirzəmilərinə və döşəməaltı boşluqlarına daxil olmasının qarşısını alan tədbirlər görülməlidir.

6.3.13. Elastik tənzimləyicilər qoyulduqda onların tənzimləmə qabiliyyəti binaların qonşu seksiyalarının hesablama yerdəyişmə ölçülərindən və boru kəmərlərinin temperatur təsirindən uzanmasından asılı olaraq təyin edilməlidir.

6.3.14. Borular binaların bünövrələrinin altında polad borulardan ibarət futlyarda çəkilməlidir. Futlyarın möhkəmliyə hesablanması qrunt əsasın deformasiyası nəticəsində yaranan yüklər nəzərə alınaraq aparılmalıdır.

6.3.15. Boru kəmərlərinin divar hörgülərində və bina bünövrələrində sərt bərkidilməsinə yol verilmir.

Divarlardan və bünövrələrdən boruların keçirilməsi üçün açılan deşiklərdə, boru və inşaat konstruksiyaları arasında binanın bünövrəsinin deformasiyasının hesablama qiymətinə bərabər məsafədə boşluq təmin olunmalıdır. Bünövrələrdəki deşiklərdə olan boşluqlar qaz və su keçirməyən sıx elastik materialla doldurulmalıdır.

6.3.16. Kanalların binanın bünövrəsinə söykənən yerlərdə kanallardan qrunta suyun keçməsinin qarşısını alan texniki tədbirlər nəzərdə tutulmalıdır. Bu zaman daşıyıcı konstruksiyaların sərbəst çökə bilməsi təmin olunmalıdır.

7. Su kəməri sistemlərinin mühəndis avadanlığı

7.1. Boru kəmərləri və armatur

7.1.1. Daxili soyuq və isti su, kanalizasiya və suaxıdıcı sistemlərin tikintisində istifadə edilən borular, armatur, avadanlıq və materiallar bu normaların, texniki reqlamentlərin və digər normativ hüquqi aktların tələblərini ödəməlidir.

7.1.2. İsti və soyuq su sistemlərinin boru kəmərləri, xidmət müddəti suyun 20C temperaturunda və normativ təzyiqdə 50 ildən, 75C və normativ təzyiqdə 25 ildən az olmayan borulardan və birləşdirici detallardan inşa edilməlidir. Bu zaman sistemdə hidravlik müqavimət bütün istismar müddətində dəyişməməlidir.

7.1.3. Təsərrüfat-yanğın əleyhinə birləşmiş su təchizatı sistemlərində yanğının söndürülməsinə su verən boru kəmərləri, girişlər və zirzəmilərdəki, çardaqlardakı, texniki mərtəbələrdəki boru şəbəkəsi, yanğın əleyhinə dik borular və s. metal borulardan (çuqun istisna olmaqla), həmçinin qanunvericiliyə uyğun olaraq istifadəsinə yol verilən polimer materiallardan, təsərrüfat-içməli suyu nəql edən dik borular və mənzil paylaşdırıcıları isə bu normaların 7.1.1-ci yarımbəndinə uyğun inşa edilməlidir.

Yanğın əleyhinə müstəqil su təchizatı sistemi (girişlər, şəbəkə, dik borular) metal borulardan (çuqun istisna olmaqla) inşa edilməlidir.

7.1.4. Təsərrüfat-içməli su təchizatı sistemlərində bağlayıcı, suayırıcı, qarışdırıcı və termoqarışdırıcı armatur, əks klapanlar, təzyiq və su sərfi tənzimləyiciləri, əl ilə balanslaşdırılan klapanlar, avtomatlaşdırılmış hava klapanları qoyulmalıdır. Suayırıcı və bağlayıcı armaturların konstruksiyası onların asan açılıb-bağlanmasını təmin etməlidir. Suayırıcı, tənzimləyici və bağlayıcı armaturların texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməlidir.

7.1.5. Daxili su kəməri şəbəkələrində bağlayıcı armaturlar qoyulmalıdır:

- ayrı-ayrı sahələri işdən ayırmaq üçün halqalı, paylayıcı şəbəkədə (halqanın yarısından çox olmayaraq);

- su təchizatında fasiləyə yol verməyən istehsalat soyuq su kəmərinin halqalı şəbəkəsində aqreqatlara iki tərəfdən suyun verilməsini təmin etmək üçün;

- üstündə yanğın kranlarının sayı 5 və daha çox olan yanğın dik borularının aşağısında;

- hündürlüyü 3 mərtəbə və daha çox olan binaların təsərrüfat-içməli və ya istehsalat su təchizatı şəbəkələrinin dik borularının aşağısında;

- 5 və daha çox suayırıcı nöqtələri qidalandıran boru qollarında;

- su kəmərinin magistral xəttindən ayrılan qollarda;

- hər bir mənzilə və ya mehmanxana nömrəsinə daxil olan qollarda; yuyucu çənlərə və suqızdırıcı cihazlara su verən borularda; qrup halında qoyulmuş duş və əlüzyuyanlara ayrılan qollarda;

- hündürlüyü 3 mərtəbə və daha çox olan bina və qurğularda suverici və sirkulyasiya dik borularının aşağısında;

- seksiya qovşaqlarına su verən qollarda;

- xarici sulama kranlarından əvvəl;

- texnoloji tapşırığa əsasən xüsusi təyinatlı cihaz, aparat və aqreqatlardan (istehsalat, müalicə xarakterli, təcrübə və s.) əvvəl;

- suölçən cihaz qovşaqları sxemlərində.

Bağlayıcı armatur şaquli halqalandırılmış dik boruların yuxarı uclarında və aşağılarında nəzərdə tutulmalıdır.

Halqalanmış sahələrdə suyu iki istiqamətdə buraxa bilən armatur nəzərdə tutulmalıdır.

Binalardakı mağazalardan, yeməkxanalardan, restoranlardan və axşam saatlarında baxış üçün əlçatmaz olan digər otaqlardan keçən su kəmərinin dik borularında bağlayıcı armatur baxış üçün əlçatan olan zirzəmidə, yeraltı texniki sahədə və texniki mərtəbədə qoyulmalıdır.

7.1.6. Diametri 50 mm və daha böyük olan su kəməri armaturu döşəmədən 1,6 m - dən hündürdə yerləşdikdə ona qulluq etmək üçün daimi meydança və ya körpücük nəzərdə tutulmalıdır.

Diametri 150 mm-ə qədər olan su kəməri armaturu döşəmədən 3 m-ə qədər hündürlükdə yerləşdikdə texniki təhlükəsizlik qaydalarına əməl olunması şərti ilə 60 bucaq altında qoyulan səyyar qüllələrdən, əl (və ya asma) və söykəmə nərdivanlardan istifadə edilməsinə yol verilir.

7.1.7. Binaların su təchizatı sistemlərinin girişində təzyiq tənzimləyiciləri su sayğacını işdən ayıran bağlayıcı armaturdan sonra və ya təsərrüfat-içməli su təchizatı nasoslarından sonra nəzərdə tutulmalıdır. Bu zaman tənzimləyicidən sonra bağlayıcı armaturun qoyulması nəzərdə tutulmalıdır. Təzyiq tənzimləyicini sazlamaq və işinə nəzarət etmək üçün ondan əvvəl və sonra manometrlər qoyulmalıdır.

Tənzimlənən intiqallı nasoslar qoyulduqda təzyiq tənzimləyiciləri nəzərdə tutulmur.

Mənzillərə girişdə təzyiq tənzimləyicisinin quraşdırılması, söndürmə klapanlarından sonra və su sayğacının qarşısında bir filtrin işləməsini və tənzimləyicinin tənzimlənməsi imkanını izləmək üçün quraşdırılmasını təmin etməlidir.

Mənzillərə girişlərdə təzyiq tənzimləyiciləri quraşdırılarkən bağlayıcı armaturdan və su sayğacından əvvəlki süzgəcdən sonra tənzimləyicinin sazlanması və işinə nəzarət edilməsi nəzərdə tutulmalıdır.

7.1.8. Soyuq və isti suayırıcı nöqtələrdə isti və soyuq suyu ayrılıqda verən borularla təchiz edilmiş qarışdırıcılar qoyulmalıdır.

Suayırıcı nöqtədə yalnız isti su götürülən hallarda qarışdırıcının qoyulmamasına yol verilir.

7.1.9. Su təchizatı sistemlərində əks klapanlar qoyulmalıdır:

- qrup halında qarışdırıcılara su verən boru kəməri sahələrində;

- sirkulyasiya boru kəmərində onun suqızdırıcıya birləşdirilməsindən əvvəl.

7.1.10. Sulama kranlarının (qarışdırıcıların) qoyulması nəzərdə tutulmalıdır:

- çirkli istehsalatda iş paltarları qarderoblarında;

- ictimai tualetlərdə;

- 5 və daha çox əlüzyuyan qoyulmuş otaqlarda;

- 3 və daha çox duşu olan otaqlarda;

- döşəmələrinin nəm təmizlənməsi tələb olunan otaqlarda.

İsti su təchizatı sistemi olan bina və qurğular üçün sulama kranlarına soyuq və isti suyun verilməsi təmin edilməlidir.

Qeyd. Yaşayış binalarının zibil toplanan kameralarında isti və soyuq su ilə təchiz edilən sulama kranı (qarışdırıcı), soyuq su verən boru kəmərində spinkler, həmçinin suyu verən boru kəmərindəki sprinkler başlıqlarına qədər yerləşdirərək dispetçer sisteminə bağlamaqla maye axını siqnalizatorunun qoyulması nəzərdə tutulmalıdır.

7.1.11. Daxili su kəmərində layihə tapşırığına əsasən binanın perimetrinin hər 60-70 m uzunluğuna bina ətrafında torpaqda qazılmış kiçik quyuda və ya binanın xarici divarındakı oyuqda yerləşən bir sulama kranı nəzərdə tutulmalıdır. Sulama üçün ayrıca istehsalat məqsədli su (texniki su) kəməri ilə verilən sudan istifadə edilməlidir.

Daxili su kəmərindən sulama üçün içməli su keyfiyyətində suyun verilməsi yalnız layihə tapşırığına əsasən nəzərdə tutulur. Sənaye müəssisələri ərazilərində yerləşən binalar üçün sulama kranları abadlıq dərəcəsindən, yaşıllıq sahəsinin olmasından və digər yerli şərtlərdən, həmçinin sulama üsulundan asılı olaraq nəzərdə tutulmalıdır.

7.1.12. İsti və soyuq su kəmərləri sistemlərinin yuxarı nöqtələrində avtomatik hava klapanları qoyulmalıdır. Bu məqsədlə yuxarı mərtəbələrin suayırıcı armaturlarından istifadə edilməsinə yol verilir. Sistemin aşağı nöqtələrində su buraxıcı armatur qoyulmalıdır. Bu məqsədlə aşağı mərtəbələrin suayırıcı armaturlarından istifadə edilməsinə yol verilir.

7.1.13. İsti və soyuq supaylayıcı dik borulardan mərtəbələrdə ayrılmış qollarda kürə şəkilli kran, süzgəc və təzyiq tənzimləyici qoyulmalıdır.

Dispetçerləşdirmə sistemi layihələndirilən zaman mərtəbə kollektorlarından hər bir mənzilə ayrılmış qollarda kürə şəkilli kran və impulslu çıxışı olan su sayğacı qoyulmalıdır.

7.2. Su sərfiyyatını ölçmək üçün qurğular

7.2.1. İsti və (və ya) soyuq su kəmərləri olan yeni tikilən, bərpa və əsaslı təmir edilən binalar üçün parametrləri texniki reqlamentlərin və bu bölmənin tələblərinə uyğun isti və soyuq su sayğacları qoyulmuş suölçən qovşaqlar nəzərdə tutulmalıdır. Suölçən qovşaqların layihələri bu normaların 5.4.10-cu yarımbəndinin tələbləri nəzərə alınmaqla bu bölmənin tələblərinə və su təchizatı və kanalizasiya müəssisənin texniki şərtlərinə əsasən tərtib olunmalıdır.

Bütün bina və qurğuların, yaşayış binalarındakı hər bir mənzilin və yaşayış olmayan istənilən otaqların, yeni tikililərin, yaşayış, ictimai və ya istehsalat binalarına əlavə edilmiş, yaxud daxilindəki yaşayış olmayan tikililərin isti və soyuq su təchizatı girişlərində su sayğacları qoyulmalıdır. Ayrı-ayrı otaqlara ayrılan su kəməri qollarında, həmçinin ayrı-ayrı sanitar-texniki cihazlara və texnoloji avadanlıqlara su verən borularda su sayğacları layihə tapşırığına əsasən qoyulur.

Soyuq və isti su kəmərləri sistemlərindən götürülən suyun ayrılıqda uçotunun aparılması təmin edilməlidir.

Temperaturu 90C-yə qədər olan isti su verən və sirkulyasiya boru kəmərlərində sayğaclar əks klapan qoyulmaqla quraşdırılmalıdır.

Suyun hərəkəti istiqamətində sayğaclardan əvvəl mexaniki və ya maqnitli-mexaniki süzgəclərin qoyulması nəzərdə tutulmalıdır. Süzgəcdə təzyiq itkisi sayğacdakı təzyiq itkisinin 50%-dən artıq olmamalıdır.

7.2.2. Bina və qurğulara soyuq (isti) su girişlərində su sayğacları rahat və əlçatan, süni və ya təbii işıqlanması olan və temperaturu 5C-dən aşağı olmayan otaqlarda yerləşdirilməlidir.

İsti və soyuq su sayğaclarının bir otaqda (mümkün qədər binanın istilik sistemindəki istilikölçənlə bir otaqda) yerləşdirilməsi tövsiyə olunur.

Sayğaclar elə yerləşdirilməlidir ki, göstəricilərini oxumaq, xidmət etmək, metroloji yoxlama məqsədilə yerindən çıxarmaq və sökmək üçün onlara yaxınlaşmaq imkanı olsun. Ağırlığı 25 kq-dan artıq olan sayğacların üstündə qaldırıcı mexanizm quraşdırmaq üçün kifayət qədər sərbəst fəzanın olması nəzərdə tutulmalıdır. Sayğacların qoyulması üçün otaqların döşəməsi hamar və sərt olmalıdır.

7.2.3. Soyuq və (və ya) isti su sayğaclarını binalarda yerləşdirmək mümkün olmadıqda onların binadan kənarda, xüsusi quyularda yerləşdirilməsinə o vaxt yol verilir ki, sayğacın pasportunda onun subasma şəraitində işləyə bilməsi qeyd edilsin.

7.2.3. Su sayğacları vibrasiyadan qorunmalıdır (vibrasiyanın yol verilən parametrləri cihazların pasportlarına uyğun qəbul edilir). Sayğaclar boru kəmərləri və armaturların təsiri altında mexaniki gərginliyə məruz qalmamalı və altlıq və ya kronşteynlər üstündə quraşdırılmalıdır.

7.2.5. İstilik məntəqələrində (mərkəzləşdirilmiş və ya fərdi) isti su sərfini ölçmək üçün sayğaclar suqızdırıcı cihazlara soyuq su verən boru kəmərlərində quraşdırılmalıdır. Bina və qurğularda isti su birbaşa istilik şəbəkəsindən götürüldükdə (açıq istilik təchizatı sistemlərində) isti su sayğacları qarışdırıcı qovşaqlardan əvvəl və ümumi sirkulyasiyaetdirici boru kəmərində qoyulmalıdır.

7.2.6. İsti və soyuq su sayğacları boru kəmərinin üfüqi sahələrində qoyulmalıdır. Pasportunda göstərilən hallarda sayğacın boru kəmərinin şaquli və ya maili sahələrində quraşdırılmasına yol verilir.

7.2.7. Soyuq və isti su sayğacları qovşaqlarının boru xətləri layihələndirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

- sayğac quraşdırılmış sahədə suyun verilməsini dayandırmaq üçün su sayğacının girişində və çıxışında bağlayıcı armatur (kürəşəkilli kranlar, keramik şaybalı ventillər, rezin təbəqəli pazlı siyirtmələr və s.) nəzərdə tutulmalıdır; mənzil sayğacları üçün bağlayıcı armatur yalnız suyun hərəkəti istiqamətində sayğaca qədər quraşdırıla bilər;

- sayğacla (mənzil sayğacları istisna olmaqla) ikinci bağlayıcı armatur (suyun axdığı istiqamətdə) arasındakı sahədə sayğacların metroloji yoxlanması qurğularını birləşdirmək üçün sabit tıxacı olan nəzarət bağlayıcı tərtibat qoyulmalıdır; belə bir tərtibat həmçinin, bağlayıcı qurğudan sonra ən çoxu 0,5 m məsafədə qoyulmalıdır; diametri 50 mm-ə qədər olan pərli su sayğacları üçün nəzarət kranlarının diametri 15 mm, diametri 50 mm-dən böyük olan turbinli sayğaclar üçün isə 25 mm olmalıdır;

- sayğacların hər iki tərəfində uzunluqları sayğacların pasportunda göstərilənlərə uyğun düzxətli boru sahəsi nəzərdə tutulmalıdır.

7.2.8. Ümumbina soyuq su sayğaclarının dövri keçid xətləri aşağıdakı hallarda nəzərdə tutulmalıdır:

- bina və qurğunun təsərrüfat-içməli və ya birləşmiş təsərrüfat-yanğın əleyhinə su kəmərinin bir girişi olduqda;

- su sayğacı hesablama maksimal saniyəlik sərfin buraxılmasına (yanğın söndürməyə su sərfi hesaba alınmaqla) hesablanmadıqda.

Sayğaclar quraşdırılan qovşaqların bütün bağlayıcı tərtibatları açıq vəziyyətdə, dövrələmə keçid xəttindəki bağlayıcı tərtibatlar isə bağlı vəziyyətdə möhürlənməlidir.

7.2.9. Su sayğaclarının dövrələmə keçid xətlərindəki bağlayıcı tərtibatlar yanğın kranları yanında qoyulmuş düymələrdən və ya yanğın əleyhinə avtomatlaşdırılmış qurğulardan işə salınan elektrik intiqalı ilə təmin edilməlidir. Bina və qurğunun su kəməri şəbəkəsində yanğının söndürülməsi üçün kifayət qədər təzyiq olmadıqda dövrələmə keçid xəttindəki bağlayıcı armaturun yanğın əleyhinə nasosların işə düşməsi ilə eyni vaxtda açılması təmin edilməlidir.

İsti su kəməri şəbəkələrində su sayğacları ətrafında dövri keçid xətlərinin nəzərdə tutulması tələb edilmir.

Ayrılmış sistemlərdə yanğın əleyhinə su kəmərlərində su sayğacları qoyulmur.

Su kəmərinin iki girişi olduqda və onlardan hər birində su sayğacı quraşdırıldıqda su sayğaclarında dövri xətləri nəzərdə tutulmur.

7.2.10. Yaşayış və ictimai binalarda quraşdırılan soyuq və isti su sayğacları elektrik impulslarını formalaşdıran qurğulara, həmçinin çıxarıla bilən və ya stasionar elektrik impuls sensorlarına malik olmalıdır.

Su tələbatının uçota alınmasının dispetçer sistemi olan mənzillərdə quraşdırılan soyuq və isti su sayğacları uçot məlumatının formalaşması, təhlili və ötürülməsi üçün elektron qurğulara (radioötürücülər istisna qlmaqla) malik olmalıdır.

7.2.11. Su sayğacı keçidinin şərti diametri su tələbatı müddətində (sutkalar, növbələr) orta saatlıq sərfə görə seçilir və cihazın pasportuna görə istismar sərfindən artıq olmamalıdır.

7.2.12. Şərti keçid diametri bu normaların 7.2.11-ci yarımbəndinə uyğun seçilmiş sayğac yoxlanılmalıdır:

a) maksimum hesablama saatlıq və ya maksimum saniyəlik sərfin buraxılmasına; bu zaman sayğaclardakı təzyiq itkisi pərli cihazlar üçün 5,0 m-dən, turbinli cihazlar üçün isə 2,5 m-dən artıq olmamalıdır.

b) maksimal hesablama saatlıq və ya maksimal saniyəlik sərfin buraxılmasına, yanğın əleyhinə hesablama su sərfi nəzərə alınmaqla; bu zaman sayğaclardakı təzyiq itkisi pərli cihazlar üçün 10,0 m-dən, turbinli cihazlar üçün isə 5,0 m-dən artıq olmamalıdır.

c) saatlıq minimal hesablama su sərflərinin ölçülməsinin mümkünlüyünə; bu zaman seçilmiş sayğac üçün minimal su sərfi (metroloji sinfindən asılı olaraq cihazın pasportuna görə) minimal saatlıq hesablama su sərfindən artıq olmamalıdır.

7.2.13. Seçilmiş sayğac bu normaların 7.2.12-ci yarımbəndinin a) və ya b) bəndlərinin tələblərinə cavab vermədikdə ona daha yaxın böyük diametrli sayğac qəbul edilməlidir.

Seçilmiş sayğac bu normaların 7.2.12-ci yarımbəndinin c) bəndinin tələblərinə cavab vermədikdə ona daha yaxın kiçik diametrli sayğac qəbul edilməlidir.

Seçilmiş sayğac eyni vaxtda bu normaların 7.2.12-ci yarımbəndinin a) və c) və ya b) və c) bəndlərinin tələblərinə cavab vermədikdə aşağıda göstərilən sayğaclar qəbul edilməlidir:

- kombinə edilmiş sayğac (su axınının istiqamətini dəyişən, klapanı olan birləşmiş turbinli və pərli);

- “C” sinifli metroloji sayğac (su sayğacları üçün texniki reqlamentlərə uyğun);

- bu normaların 7.2.11-ci yarımbəndinin tələblərinin ödənilməsi şərti ilə sayları hesabatla təyin olunmuş və paralel qoyulan eyni diametrli bir neçə sayğac.

7.2.14. Saniyəlik hesablama sərfi q (q,q,q), l/s olan sayğacda təzyiq itkisi, hs, m, (17) və ya (18) düsturları ilə hesablanmalıdır.

burada S – saniyəlik hesablama su sərfində q sayğacın hidravlik müqavimətidir, m/(l/s).

burada - saniyəlik sərf əsasında hesablanmış saatlıq maksimal hesablama sərf, m/st;

- şəbəkədəki bir bar təzyiqdə sayğacın pasporta görə maksimal sərfi, m/st;

10,2 - bar ölçü vahidini metr su sütununa çevirən əmsaldır.

7.3.1. Bina və ya qurğuların girişində hidrostatik təzyiqi təminatlı təzyiqdən yuxarı qaldırmağa ehtiyac olduqda və ya onun periodik çatışmazlıqda, həmçinin mərkəzləşdirilmiş isti su təchizatı sistemində məcburi sirkulyasiyanı saxlamağa ehtiyac olduqda nasos aqreqatının qoyulması nəzərdə tutulmalıdır.

7.3.2. Nasos qurğusunun yaradacağı tələb olunan təzyiq (19) düsturu ilə hesablanmalıdır.

burada Hgeom – nasosun oxundan ən yüksəkdə yerləşmiş suayırıcı cihaza qədər olan həndəsi hündürlük, m-lə;

- soyuq və isti su kəmərlərində, diktəedici istiqamətdə ən yüksəkdə yerləşmiş cihaza qədər olan məsafədə təzyiq itkilərinin (giriş qovşağında, sayğaclarda, boru kəmərinin avadanlıq və armaturlarında) cəmi, m su sütunu;

Hf - sanitar-texniki cihazın istehsalçının verdiyi pasporta və ya Əlavə 1-in 1.1 cədvəlinə əsasən qəbul edilmiş sərbəst basqısı (suyun axma nöqtəsində təzyiq), m su sütunu;

Hg - binanın girişində xarici su kəmərindəki ən az təminatlı təzyiq, m su sütunu;

1,2-ehtiyat əmsalıdır.

7.3.3. Nasoslar və onların iş rejimləri aşağıda göstərilən işlənmiş variantların texniki-iqtisadi müqayisəsinin nəticələri əsasında təyin edilməlidir:

- tənzimləyici həcmlər olmadıqda fasiləsiz və ya fasilə ilə işləyən nasosları olan;

- təkrar-qısamüddətli rejimdə hidropnevmatik və ya membran tipli su-basqı çənləri ilə birlikdə işləyən və suyun maksimal saatlıq sərfinə bərabər və ya daha çox məhsuldarlığa malik nasosları olan;

- akkumulyasiyaedici həcmlərlə birlikdə işləyən, saatlıq maksimal sərfdən az məhsuldarlığa malik, fasiləsiz və ya fasilələrlə fəaliyyət göstərən nasosları olan.

7.3.4. Binaya təsərrüfat-içməli, yanğın əleyhinə və sirkulyasiya ehtiyaclarına su verən nasos qurğuları “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na uyğun olaraq səs-küyün və vibrasiyanın yol verilən hədləri təmin edilməklə bu binaların özündə, həmçinin istilik məntəqələri və boyler otaqlarında, qazanxanalarda və ayrıca nasosxanalarda yerləşdirilməlidir.

7.3.5. Hidropnevmatik çənlər layihələndirildikdə “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin və həmin Qanuna Əlavə 1-in tələbləri nəzərdə alınmalıdır. Hidropnevmatik çənlərin texniki mərtəbələrdə yerləşdirilməsinə yol verilir. Hidropnevmatik çənlərin 50 və daha çox insan olan otaqların (tamaşa salonu, səhnə, qarderob və s.) bilavasitə yanında, üstündə və altında yerləşdirilməsinə yol verilmir.

7.3.6. Yaşayış binalarında, uşaq və ya məktəbəqədər təhsil müəssisələrində, mehmanxanalarda, sanatoriyalarda, xəstəxanalarda, istirahət evlərində yerləşdirilən nasos qurğuları “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın tələblərinə uyğun səs-küyün və vibrasiyanın azaldılmasını təmin etməlidir.

7.3.7. Şırnaq kəsilməzliliyi ilə işləyən və təsərrüfat-içməli və ya təsərrüfat-yanğın əleyhinə su verən nasos qurğuları üçün sanitariya-mühafizə zonalarının yaradılması tələb olunmur.

7.3.8. İstehsalat ehtiyacları üçün nasos qurğuları onun ətrafı hasarlanmaqla bilavasitə su işlədən sexlərdə yerləşdirilməlidir.

7.3.9. Təsərrüfat-içməli və istehsalat nasos qurğularının məhsuldarlığı:

- tənzimləyici həcm olmadıqda saniyəlik maksimal sərfdən az olmayaraq;

- təkrar-qısamüddətli rejimdə işləyən su-basqı və ya hidropnevmatik çən və nasoslar olduqda saatlıq maksimal sərfdən az olmayaraq;

- su-basqı çəni və ya rezervuarın tənzimləyici həcmindən maksimum istifadə etməklə qəbul edilməlidir.

7.3.10. Şəhər su kəmərində tələb olunan təzyiq olmadıqda qapalı istilik təchizatı sistemlərində əlavə gücləndirici nasoslar kimi suverici boru üzərində yerləşdirilmiş sirkulyasiyaedici nasoslardan istifadə olunmalıdır. Bu zaman nasos isti su təchizatı sisteminin minimal suayırmada sirkulyasiya rejimində işləməsini təmin etməlidir.

7.3.11. Dəyişən tələbat yüklü, yerli gücləndirici nasos aqreqatları tənzimlənən tezlikli intiqrallı nəzərdə tutulmalıdır.

Su-basqı və ya hidropnevmatik çənli binalarda nasos aqreqatları tənzimlənən tezlikli intiqalı olmadan qoyulmalıdır.

7.3.12. Nasosların sorucu qolborularında hesablama təzyiq 0,05 MPa-dan az olduqda nasos qurğusundan əvvəl qəbuledici rezervuar nəzərdə tutulmalıdır.

7.3.13. Nasos qurğularının layihələndirilməsi və ehtiyat aqreqatların sayının təyini hər bir pillədə nasosların paralel və ya ardıcıl işi nəzərə alınmaqla AzDTN 2.11-1-ə uyğun yerinə yetirilməlidir.

7.3.14. Hər bir nasosun basqılı borusunda əks klapan, bağlayıcı armatur və manometr, sorucu borusunda isə bağlayıcı armatur və manometr nəzərdə tutulmalıdır.

Nasos basqı altında işləmədikdə sorucu boruda bağlayıcı armaturun qoyulmamasına yol verilir.

7.3.15. Nasos aqreqatları vibroizoləedici bünövrələr üstündə qoyulmalıdır. Basqılı və sorucu borularda vibroizoləedici taxma nəzərdə tutulmalıdır.

Aşağıdakı hallarda vibroizoləedici bünövrələr və vibroizoləedici taxmaların qoyulmamasına yol verilir:

- səs-küydən müdafiə tələb etməyən istehsalat binalarında;

- yaxınlıqdakı binadan ən azı 25 m məsafədə ayrıca dayanan mərkəzi istilik məntəqələrinin binalarında.

7.3.16. Hidropnevmatik çənli nasos qurğularını dəyişən təzyiqli layihələndirmək lazımdır. Çəndə hava ehtiyatının bərpa edilməsi, əl ilə və ya avtomatik işə salınan kompressorlarla, yaxud ümumzavod kompressor stansiyasından həyata keçirilməlidir.

7.3.17. Təsərrüfat-içməli və istehsalat ehtiyaclarının ödənilməsinə su verən nasos qurğuları üçün elektrik təchizatının aşağıdakı etibarlılıq kateqoriyası qəbul edilməlidir:

I – işində fasiləyə yol verilməyən nasos qurğuları üçün;

II - ümumi su axını 5 l/s-dən, hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binaları, həmçinin ehtiyat gücünü əl ilə işə salmaq üçün lazım olan müddətdə işdə qısa fasilə verməyə imkan verən nasos qurğuları üçün.

Qeyd: 1. Yerli şəraitə görə I kateqoriya nasos qurğularını iki müstəqil elektrik təchizatı mənbəyindən qidalandırmaq mümkün olmadıqda onları gərginliyi 0,4 kVt olan və bir mənbədən qidalanan iki müxtəlif xətlə iki transformatorlu yarımstansiyanın müxtəlif transformatorlarına birləşdirmək və ya yaxınlıqdakı iki birtransformatorlu yarımstansiyaların transformatorlarına birləşdirməklə (avtomatik ehtiyat girişi-ABP qoymaq şərtilə) qidalandırmağa yol verilir.

2. Nasos qurğularının tələb olunan elektrik təchizatının etibarlılığının təminatı mümkün olmadıqda daxili yanma mühərriklərindən işləyən ehtiyat nasosların qoyulmasına yol verilir. Bu zaman onların zirzəmi otaqlarında yerləşdirilməsinə yol verilmir.

7.3.18. Soyuq su təchizatı sistemlərinin nasos qurğuları, isti su təchizatı sistemlərinin sirkulyasiya və sirkulyasiya-gücləndirici nasosları yerli, məsafədən və ya avtomatik idarəetmə ilə layihələndirilməlidir.

Gücləndirici nasos qurğularının avtomatik idarə edilməsində aşağıdakılar nəzərdə tutulmalıdır:

- sistemdə tələb olunan təzyiqdən asılı olaraq tezlikli-tənzimlənən dəyişdirici ilə işçi nasosların avtomatik işə salınması və dayandırılması;

- işçi nasosun qəza dayanması zamanı ehtiyat nasosun avtomatik işə salınması;

- işçi nasosun qəza dayanması barədə səs və ya işıq siqnalının verilməsi.

Məsafədən və avtomatik idarəetmə idarəetmənin dispetçer qovşağından həyata keçirilməlidir.

7.3.19. Su rezervuardan götürüldükdə nasoslar elə qoyulmalıdır ki, su onların gövdəsinə öz axımı ilə dolsun. Nasoslar rezervuardakı su səviyyəsindən hündürdə qoyulduqda onların gövdələrinin su ilə doldurulması üçün qurğular və ya suyu özü soran nasoslar nəzərdə tutulmalıdır.

7.3.20. Su nasoslarla rezervuarlardan götürüldükdə onların sorma borularının sayı ikidən az olmamalıdır. Boruların hər biri yanğın əleyhinə sərf də daxil olmaqla hesablama sərfə hesablanmalıdır.

Nasoslar ehtiyat aqreqatlarsız qoyulduqda bir sorma borusunun layihələndirilməsinə yol verilir.

7.3.21. Yanğın söndürmək üçün hesablama su sərfinin verilməsi və suyun təzyiqinin avtomatik yoxlanılması təmin edildikdə, təsərrüfat-içməli su nasoslarından istifadə etməyə yol verilir. Bu zaman təsərrüfat-içməli su nasosları yanğın nasoslarına irəli sürülən tələbləri ödəməlidirlər. Təzyiq yol veriləndən aşağı düşdükdə yanğın nasosu avtomatik işə düşməlidir.

Yanğın əleyhinə məqsədlər üçün yanğın siqnalı ilə nasosların avtomatik və ya məsafədən işə düşməsi, yanğın kranının açılması ilə su kəmərinin girişindəki sayğac qovşağının dolama xəttində olan elektrikləşdirilmiş siyirtmənin açılması üçün siqnal eyni vaxtda daxil olmalıdır.

7.4. Ehtiyat və tənzimləyici həcmlər

7.4.1. Ehtiyat və tənzimləyici həcmlər (su-basqı qüllələri, rezervuarlar, hidropnevmatik çənlər, istilik akkumulyatorları və s.) su tələbatını tənzimləmək üçün kifayət qədər su tutumuna malik olmalıdırlar.

Yanğınsöndürmə qurğuları olduqda soyuq su kəmərinin ehtiyat və tənzimləyici həcmlərində, həmçinin yanğının söndürülməsinə tələb olunan toxunulmaz su ehtiyatı da olmalıdır. Yanğın söndürülməsinə tələb olunan su ehtiyatının toxunulmazlığını təmin etmək və ondan başqa məqsədlərə istifadənin mümkünsüzlüyü üçün xüsusi qurğular nəzərdə tutulmalıdır.

Rezervuarda yanğın nasoslarının səviyyə və ya təzyiq ötürücülərindən işə düşməsini təmin etmək üçün minimal su həcmi saxlanılmalıdır.

Rezervuarın tipi, onun qurulmasının məqsədəuyğunluğu və qoyulma yeri texniki-iqtisadi hesablamalarla təyin edilməlidir.

Yanğın əleyhinə su ehtiyatı saxlamaq üçün hidropnevmatik çənlərdən layihə tapşırığına əsasən istifadə etməyə yol verilir.

7.4.2. Soyuq su təchizatı sistemlərindəki basqısız çən-akkumulyatorlar və isti su təchizatının həcmli suqızdırıcıları hamamlarda, camaşırxanalarda və qısa müddətli su sərfi olan digər istehlakçılar üçün su ehtiyatı yaratmaq məqsədilə nəzərdə tutulmalıdır.

7.4.3. Sənaye müəssisələrinin 10 və daha artıq duş torlu qrup duşxanaları olan inzibati-məişət binaları və otaqlarında aşağıda göstərilənləri qoymaq lazımdır:

- qapalı istilik təchizatı sxemlərində həcmli suqızdırıcılar;

- açıq istilik təchizatı sxemlərində xarici şəbəkə və qurğular tərəfindən tələb olunan sərfin verilməsi mümkün olmayan hallarda lazımi su ehtiyatı yaratmaq üçün təzyiqsiz çən-akkumulyatorlar. Çən-akkumulyatorların qoyulmasından imtina əsaslandırılmalıdır.

7.4.4. Soyuq və isti su kəmərləri sistemlərində rezervuarın və çən-akkumulyatorların tənzimləyici həcmi hesablanmalıdır:

a) basqılı su çəni və ya pnevmatik çən üçün nasosların məhsuldarlığının maksimal saatlıq sərfinə və ya ondan artığına;

b) basqılı su çəni və ya rezervuar üçün nasosların məhsuldarlığının maksimal saatlıq sərfindən azına;

c) su təchizatı sistemlərinin istilik çən-akumulyatoru üçün su qızdırıcının (istilik generatorunun) istiliyə maksimal saatlıq tələbatı ödəmədiyi gücə.

Soyuq və isti su kəmərləri sistemlərində rezervuarın və çən-akkumulyatorların tənzimləyici həcminin hesablanması Əlavə 5-də verilmişdir.

7.4.5. Su-basqı çəninin, o cümlədən isti su çəninin yerləşmə hündürlüyü və hidropnevmatik çəndəki suayırıcı armatur qarşısında, birləşmiş su kəməri sistemlərində isə daxili yanğın kranları qarşısında, yanğın əleyhinə bütün su ehtiyatı sərfinə tələb olunan qədər minimal təzyiqi təmin etməlidir.

7.4.6. İçməli su üçün basqılı və hidropnevmatik çənlər, həmçinin çən-akkumulyatorlar texniki reqlamentlərin tələblərinə uyğun materiallardan istifadə etməklə xaricdən və daxildən korroziya əleyhinə müdafiə olunmuş metaldan hazırlanmalıdır.

İsti su təchizatı sistemləri üçün çən-akkumulyatorların istilik izolyasiyası hesablama nəticələrinə əsasən nəzərdə tutulmalıdır.

7.4.7. Basqılı çənlər və basqısız çən-akkumulyatorlar yaxşı ventilyasiya olunan və işıqlandırılan, hündürlüyü ən azı 2,2 m olan və isidilən otaqlarda qoyulmalıdır.

Otağın yükdaşıyıcı konstruksiyaları yanmayan materiallardan olmalıdır. Basqılı çənlər və inşaat konstruksiyaları arasındakı məsafə 0,7 m-dən az olmamalıdır; üzgəcli klapan tərəfdən çənlər və inşaat konstruksiyaları arasındakı məsafə 1,0 m-dən az olmamalıdır; çənin üstündən örtüyə qədər məsafə 0,6 m-dən az olmamalıdır.

Çənlərin altında altlıq nəzərdə tutulmalıdır. Altlıqdan çənin dibinə qədər məsafə 0,5 m-dən az olmamalıdır.

7.4.8. Su-basqı çənləri və basqısız çən-akkumulyatorlar üçün aşağıdakılar nəzərdə tutulmalıdır:

a) çənə suyu vermək üçün üzgəcli klapanları olan boru. Hər bir üzgəcli klapan qarşısında bağlayıcı armatur qoyulmalıdır;

c) çənə suyun yol verilən ən hündür səviyyəsində birləşdirilmiş daşma borusu;

ç) çənin dibinə və daşma borusuna birləşdirilən sahələrdə bağlayıcı armatura malik buraxıcı boru;

d) altlıqdan suyu kənarlaşdırmaq üçün boru;

e) içməli su saxlanan çənlərdə suyun keyfiyyətini saxlamaq üçün soyuq suyun sirkulyasiyasını təmin edən qurğu;

ə) isti suyun götürülməsində fasilələr zamanı həcmli qızdırıcıda (boylerdə) tələb olunan sabit temperaturu saxlamaq üçün sirkulyasiya borusu; sirkulyasiya borusunda bağlayıcı armatur və klapan-tənzimləyicili əks klapanın qoyulması nəzərdə tutulmalıdır;

f) çəni atmosferlə əlaqələndirən və diametri ən azı 25 mm olan hava borusu;

g) çənlərdə su səviyyəsi göstəriciləri və məlumatı idarəetmə pultuna ötürən qurğular;

h) nasos qurğularının işə salınması və açılması üçün çənlərdə su səviyyəsi vericiləri;

Suyun çənə bir boru ilə verilməsi və aparılması layihələndirilə bilər. Bu halda verici borunun çənin aşağı hissəsinə birləşən qolunda əks klapan və bağlayıcı armatur nəzərdə tutulmalıdır.

Su-basqı çənində suyun səviyyə siqnalizasiyası olmadıqda diametri 15 mm olan və daşma borusundan 5 sm aşağıda çənə birləşdirilərək nasos qurğusu yerləşən növbətçi otağındakı çanağa qədər çəkilən siqnal borusu nəzərdə tutulmalıdır.

7.4.9. Hidropnevmatik çənlər suverici, suaparıcı və suburaxıcı borularla, həmçinin qoruyucu klapanlar, manometr, səviyyə göstəriciləri və hava ehtiyatını bərpa edən və tənzimləyən qurğularla təchiz edilməlidir.

7.4.10. Hidropnevmatik çənlərin üstündən yerləşdikləri otaqların tavanına qədər məsafə, eləcə də çənlər arasında və çənlərdən divarlara qədər olan məsafə 0,6 m-dən az olmamalıdır.

7.4.11. Sənaye müəssisələrinin məişət binalarında və otaqlarında qoyulan çənlər-akkumulyatorlarda su ehtiyatı növbə ərzində onların dolma vaxtı duş torlarının sayından asılı olaraq qəbul edilir:

- duş torlarının sayı 10-20 olduqda – 2 st;

- duş torlarının sayı 21-30 olduqda – 3 st;

- duş torlarının sayı 31 və daha çox olduqda – 4 st.

7.4.12. Yanğın baş verən zaman nasoslar əl ilə, məsafədən və ya avtomatik işə salındıqda yanğın əleyhinə toxunulmaz su ehtiyatı yanğının daxili kranlardan 10 dəqiqə söndürülmə müddətinə, istehsalat və təsərrüfat-məişət ehtiyaclarının ödənilməsinə ən çox su sərfi də nəzərə alınmaqla hesablanmalıdır.

Yanğın nasoslarının təminatlı, avtomatik işə salınması mümkün olan hallarda yanğın əleyhinə su ehtiyatının nəzərdə tutulmamasına yol verilir.

7.4.13. Dövri və təkrar istifadəli su təchizatı sistemlərindəki su toplayan rezervuarların bina daxilində və binadan kənarda yerləşdirilməsinə yol verilir. Rezervuarlar su təchizatının xarici şəbəkə və qurğularının layihələndirilməsi normalarına əsasən nəzərdə tutulmalıdır.

8.1.1. Bina və qurğuların təyinatı və tullantı sularının kənarlaşdırılması ilə bağlı irəli sürülən tələblərdən asılı olaraq aşağıdakı daxili kanalizasiya sistemləri nəzərdə tutulmalıdır:

- məişət – sanitar-texniki cihazlardan (unitazlardan, əlüzyuyanlardan, vannalardan, duşlardan və s.) tullantı sularını kənarlaşdırmaq üçün;

- istehsalat – istehsalat, o cümlədən yanğın söndürülməsindən sonra yaranan tullantı sularını kənarlaşdırmaq üçün;

- birləşmiş – məişət və istehsalat tullantı sularını birlikdə kənarlaşdırmaq üçün (tullantı sularının tərkibi və miqdarından asılı olaraq bir və ya bir neçə);

-daxili suaxıdıcılar – bina damlarından yağış və ərimiş qar sularını kənarlaşdırmaq üçün.

İstehsalat və çoxfunksiyalı binalarda tərkibinə, aqressivliyinə, temperaturuna və digər göstəricilərinə görə fərqlənən və qarışdırılmasına yol verilməyən və ayrılması içməli suya qənaət baxımından məqsədəuyğun olan tullantı sularını kənarlaşdırmaq üçün bir neçə kanalizasiya sisteminin nəzərdə tutulmasına yol verilir.

8.1.2. İstehsalat və məişət kanalizasiyasının ayrılmış sistemləri aşağıdakı hallarda nəzərdə tutulmalıdır:

- istehsalat tullantı sularının təmizlənməsi və ya emalı və istehsalat dövri su təchizatı sisteminin təşkili tələb olunan istehsalat binaları üçün;

- istilik utilləşdirmə qurğuları və ya yerli təmizləyici qurğular olduqda hamamlar və camaşırxanalar üçün;

- mağazalar, ictimai iaşə müəssisələri və qida məhsullarının təkrar emalı müəssisələrinin böyük çoxfunksiyalı binaları üçün.

8.1.3. Məişət suları ilə birlikdə kənar ediləcək və təmizlənəcək istehsalat tullantı suları öz çirklənmə dərəcəsinə görə yaşayış məntəqələrinin kanalizasiya sistemlərinə istehsalat tullantı sularının axıdılması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına, “Sudan istifadə Qaydaları”na, eləcə də AzDTN 2.11-2-nin tələblərinə cavab verməlidir.

8.1.4. Ətraf mühitdə çirkləndirici yükü azaltmaq üçün dövri su təchizatı sistemlərindən mümkün qədər maksimal istifadə, tullantı sularının toplanması, təmizlənməsi və yağış və ərimiş qar sularından istifadə nəzərə alınmaqla iqtisadi əsaslandırılmış sukənarlaşdırma balansı hesablanmalıdır.

8.2. Tullantı sularının hesablama sərfləri

8.2.1. Daxili kanalizasiya sisteminin dik boruları üçün hesablama sərf olaraq, dik boruya birləşmiş və hidravlik sifonları pozmayan sanitar-texniki cihazlardan daxil olan maksimal tullantı su sərfi q, l/s, qəbul edilir.

Dik borulardan axıdılan tullantı sularının maksimal hesablama sərfi q, suyun ümumi maksimal sərfin q (bu normaların 5.2.3-cü yarımbəndinə uyğun) və sanitar-texniki cihazdan axıdılan maksimum tullantı su sərfinin cəminə bərabər olmaqla (20) düsturu ilə hesablanmalıdır.

burada = 1,6 l/s qəbul edilir.

8.2.2. Kanalizasiya sisteminin üfüqi boru kəmərlərinin hesablama sərfi q, l/s, layihələndirilən şəbəkə sahəsinə qoşulmuş sanitar-texniki cihazların sayından N və bu sahənin uzunluğundan L, m asılı olaraq (21) düsturu ilə hesablanır:

burada Ks - qiyməti cədvəl 6-dan qəbul edilən əmsal;

- tutumu 150-180 l, suaxıdıcı borusunun diametri 40-50 mm olan su ilə tam dolmuş vannadan axan tullantı suyunun sərfi olub yaşayış binası üçün 1,1 l/s qəbul edilir.

Qeyd. Hesablama sahənin uzunluğu L sahənin sonundakı dik borudan sonrakı dik borunun ən yaxın birləşməsinə qədər və ya belə birləşmə olmadıqda ən yaxındakı kanalizasiya baxış quyusuna qədər olan məsafə qəbul edilir.

8.2.3. Tullantı sularının sutkalıq sərfini,, m/sut, ərazinin suvarılmasına su sərfi nəzərə alınmadan sutkalıq su sərfinə bərabər qəbul edilməlidir.

8.3. Daxili kanalizasiya şəbəkələri

8.3.1. Tullantı sularının onları qəbul edən şəbəkəyə bağlı borularla kənarlaşdırılması təbii axıdılma üsulu ilə nəzərdə tutulmalıdır.

Xoşagəlməz iyi olmayan, zərərli qazlar və buxarlar ayırmayan istehsalat tullantı sularının birlikdə, açıq novlarla, ümumi hidravlik sifon qoymaq şərtilə təbii axıdılması nəzərdə tutulmalıdır.

8.3.2. Kanalizasiya şəbəkəsi sahələri düzxətli döşənməlidir. Boruların çəkilmə istiqamətinin dəyişdirilməsi və sanitar-texniki cihazların birləşdirilməsi birləşdirici detalların (düz və çəp aparıcılar, üçlük və çarpazlar, muftalar və s.) köməyi ilə yerinə yetirilməlidir.

Su kənarlaşdırıcı üfüqi boru kəməri sahəsində mailliyin dəyişdirilməsinə yol verilmir.

8.3.3. Əgər dik borunun üfüqə görə yerdəyişmədən aşağıda yerləşən sahəsi ventilyasiyasız işləyə bilərsə, həmçinin ventilyasiya boru kəməri, vakuum əleyhinə ventilyasiya klapanı və s. quraşdırılarsa, bu halda, kanalizasiya dik borularında üfüqə görə yerdəyişmələrin qurulmasına yol verilir.

8.3.4. Otaqların tavanları altında, zirzəmilərdə və döşəməaltı texniki kanallarda yerləşmiş aparıcı boru kəmərlərini kanalizasiya dik borusuna birləşdirmək üçün, çəp çarpazlar və üçlüklər nəzərdə tutulmalıdır. İkimüstəvili çarpazlar istisna təşkil edir.

8.3.5. Müalicə müəssisələrində vannalardan su kənarlaşdırıcı boruların bir kanalizasiya dik borusuna bir səviyyədə iki tərəfdən birləşdirilməsinə bunun üçün yalnız çəp çarpazlardan istifadə edildikdə yol verilir.

Bir mərtəbədə yerləşən müxtəlif mənzillərdə olan sanitar cihazlarının bir boru kəmərinə birləşdirilməsinə yol verilmir.

8.3.6. Üfüqi müstəvidə yerləşərsə, düz çarpazlardan istifadəyə yol verilmir.

8.3.7. Kanalizasiya sistemlərinin basqılı və basqısız boru kəmərləri xidmət müddəti 25 ildən az olmayan borulardan və birləşdirici detallardan qurulmalıdır.

8.3.8. Binadaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin boruları və birləşdirici detalları polimer materiallardan (polietilen, polipropilen, tikilmiş polietilen, polibuten, şüşəplastika və b.), çuqundan, şüşədən qəbul edilməlidir. Polad boruların istifadə edilməsinə yol verilmir.

8.3.9. Kanalizasiya şəbəkələrinin döşənməsi nəzərdə tutulmalıdır:

- açıq - bina konstruksiyalarına (divarlara, sütunlara, tavanlara, fermalara və s.) birləşdirməklə, həmçinin xüsusi dayaqlar üzərində yerləşdirməklə döşəməaltı sahələrdə, zirzəmilərdə, sexlərdə, yardımçı və köməkçi otaqlarda, dəhlizlərdə, texniki mərtəbələrdə və şəbəkələri yerləşdirmək üçün nəzərdə tutulmuş xüsusi otaqlarda;

- bağlı (gizli) – inşaat konstruksiyasında yerləşdirməklə, döşəmə altında (torpaqda, kanallarda), panellərdə, divar şırımlarında, sütunların üzlüklərinin altında (divara söykənmiş qutularda), asma tavanlarda, sanitar-texniki kabinalarda, şaquli şaxtalarda, döşəmə plintusunun arxasında.

8.3.10. Bina daxili kanalizasiya və suaxıdıcı sistemlər üçün polimer materiallardan borular qəbul edildikdə aşağıdakı şərtlərə əməl etmək lazımdır:

a) polimer materiallardan kanalizasiya boru kəmərlərinin binanın döşəməsinin altında torpaqda, mümkün yüklər nəzərə alınmaqla çəkilməsinə yol verilir;

b) kanalizasiya dik boruları onlara yaxınlaşmanı təmin edən üzlük panel istisna olmaqla əhatəedici konstruksiyaları yanmayan materiallardan olan kommunikasiya şaxtalarında, ştrablarda, kanallarda və qutularda yerləşdirilməlidir;

c) üzlük panel qapı şəklində, yanma qrupu Q2-dən aşağı olmayan, yanan materiallardan hazırlanır;

ç) binaların zirzəmilərində (istehsalat, anbar və xidməti otaqları olmadıqda), həmçinin çardaqlarda və yaşayış binalarının sanitariya qovşaqlarında polimer materiallardan kanalizasiya və suaxıdıcı boru kəmərlərinin açıq çəkilməsinə yol verilir;

d) dik boruların örtüklərdən keçən hissəsi örtük qalınlığı boyu sement məhlulu ilə doldurulmalıdır;

e) dik borunun örtükdən 8-10 sm yuxarı hissəsi (üfüqi kənarlaşdırıcı boruya qədər) 2-3 sm qalınlıqda sement məhlulu ilə örtülməlidir;

ə) dik borular məhlulla örtülməzdən əvvəl aralarında boşluq olmadan hidroizolyasiya materialı (üstü şpaqat və ya yumşaq məftillə sarınmış, iki laydan ibarət perqamin, tol, ruberoid) ilə sarınmalıdır.

8.3.11. Aşağıdakı yerlərdə daxili kanalizasiya şəbəkələrinin açıq və ya gizli çəkilməsinə yol verilmir:

- tavanın altında, divarlarda və döşəmədə:

- yaşayış otaqlarında;

- məktəbəqədər təhsil müəssisələrində və internat tipli məktəblərdə yataq və oyun otaqlarında, mehmanxanalarda, xəstəxana palatalarında;

- müalicə və müayinə kabinetlərində;

- inzibati və ictimai təyinatlı binaların işçi və ofis otaqlarında;

- iclas zallarında, tamaşa zallarında, kitabxanalarda, tədris auditoriyalarında;

- transformator, elektrik lövhələri, avtomatik idarəetmə pultları və vurucu ventilyasiya avadanlığı yerləşən istehsalat otaqlarında;

- xüsusi sanitariya rejimi tələb edən istehsal otaqlarında;.

- ictimai iaşə müəssisələrində;

- ticarət zallarıda, qida məhsulları və qiymətli malların saxlanıldığı anbarlarda;

- qiymətli rəssamlıq tərtibatı olan otaqlarda;

- üstünə nəm düşməsinə yol verilməyən istehsal avadanlığı qoyulmuş otaqlarda;

- nəmlikdən keyfiyyəti azalan qiymətli mal və materiallar istehsal edilən otaqlarda.

Qeyd. Vurucu ventilyasiya avadanlığı yerləşən otaqlarda:

- havanın götürülmə zonasından kənarda suaxıdıcı dik boruların;

- bilərziksiz xamutla birləşmələri olan kanalizasiya boru kəmərlərin yerləşdirilməsinə yol verilir.

8.3.12. İctimai iaşə müəssisələrinin istehsalat və anbar otaqlarında, satışa malların qəbulu, saxlanılması və hazırlanması və mağazaların yardımçı otaqlarında istehsalat tullantı suları boru kəmərlərinin təftişlər qoyulmadan qutularda yerləşdirilməsinə yol verilir.

Mağazaların və ictimai iaşə müəssisələrinin istehsalat və məişət kanalizasiya şəbəkələrindən iki ayrılmış axıdıcının xarici kanalizasiya şəbəkəsinin bir quyusuna birləşdirilməsinə yol verilir.

Yaşayış və ictimai binaların daxilində qurulmuş bütün otaqlardan müstəqil kanalizasiya buraxıcıları nəzərdə tutulmalıdır.

Yanğın əleyhinə (qəza) kanalizasiya və daxili suaxıdıcı şəbəkələrinin iki müstəqil buraxıcı ilə xarici yağış kanalizasiya şəbəkəsinin bir quyusunua birləşdirilməsinə yol verilir.

8.3.13. Gizli döşənən kanalizasiya sistemlərində və yoxlamalardan əvvəl sahəsi 0,09 m-dən az olmayan qapaqlar (lyuklar) nəzərdə tutulmalıdır.

8.3.14. Partlayış-yanğın təhlükəsi olan sexlər üçün müstəqil buraxıcılar və hər birində hidravlik sifonlar qoyulmuş ventilyasiya dik borularına malik, texniki təhlükəsizlik tələbləri nəzərə alınmaqla ayrıca istehsalat kanalizasiyası nəzərdə tutulmalıdır.

Şəbəkədə havanın dəyişdirilməsi boru kəmərlərinin hündür nöqtələrinə birləşdirilmiş ventilyasiya dik boruları vasitəsilə nəzərdə tutulmalıdır.

Tərkibində yanan və asan alovlanan mayelər olan tullantı sularını nəql edən istehsalat kanalizasiyasının məişət kanalizasiyasına və suaxıdıcı sistemə birləşdirilməsinə yol verilmir.

8.3.15. Kanalizasiya dik borusunun sorucu hissəsi binanın dam örtüyündən və ya toplayıcı ventilyasiya şaxtasından yuxarı qaldırılmalıdır:

- istismar olunmayan müstəvi və hamar dam örtüyündən 0,2 m;

- toplayıcı ventilyasiya şaxtasının kənarından 0,1 m;

- şaxta açılan pəncərələrdən və eyvanlardan ən azı 4 m uzaqlaşdırılmalıdır.

8.3.16. Tək dik borunun sorucu hissəsinin diametri borunun axım hissəsinin diametrinə bərabər olmalıdır.

8.3.17. Bir qrup dik boru bir sorucu hissə ilə birləşdikdə bu hissənin diametri və yığma boru kəmərinin hissələrinin diametri birləşdirilən qrupdakı dik boruların ən böyük diametrinə bərabər qəbul edilməlidir. Yığma ventilyasiya boru kəmərlərinin sahələri kondensatın axımını təmin etmək üçün dik borular istiqamətində mailliklə döşənməlidirlər. İsidilməyən çardaqlarda birləşdirilən boru kəmərləri istilik izolyasiyası ilə örtülməlidir.

8.3.18. Dik borunun sorucu hissəsinin ağzına deflektor şəklində (flyüqarka, sadə qapaq və s.) müqavimət verə bilən quruluşların qoyulmasına yol verilmir.

8.3.19. Müvafiq əsaslandırma olduqda 4 və daha çox dik borunun yuxarıda birləşdirilərək bir sorucu hissə ilə təmin edilməsinə yol verilir.

8.3.20. İstismar edilən damlarda 4 və daha çox dik borunu birləşdirən sorucu hissənin hündürlüyü 3 m-dən az olmamalıdır. Bu şərtlərə əməl etmək mümkün olmadıqda kanalizasiya dik boruları dam örtüyündən yuxarı qaldırılmamalıdır. Belə halda hər bir dik borunun sonunda, ən hündürdə cihaz və avadanlıq qoyulmuş mərtəbə döşəməsinin üstündə, borunun ağzında hava klapanı (havanı yalnız bir istiqamətdə - dik boruya buraxan vakuum əleyhinə klapan) qoyulmalıdır.

Dik borularda ayrılmış kanalizasiya qazlarını insanların olduğu zonalardan kənarlaşdırmaq lazım gəldikdə yuxarıda göstərilən uyğun həllər qəbul edilməlidir.

8.3.21. Binalarda və qurğularda ventilyasiya olunmayan kanalizasiya dik borularının və hava klapanları (vakuum əleyhinə) olan ventilyasiya olunmayan kanalizasiya dik borularının qurulmasına o şərtlə yol verilir ki, bu bina və qurğuların kanalizasiya sistemlərinin birləşdirildiyi xarici kanalizasiya şəbəkəsində ventilyasiya rejimi qorunsun.

Xarici kanalizasiya şəbəkəsinin ventilyasiya rejimini (xarici kanalizasiya şəbəkəsinin hesablama sahəsində verilən havadəyişmə mislini) təmin edən kanalizasiya sorucu dik borularının sayı n (22) düsturu ilə hesablanmalıdır.

burada k - kanalizasiya şəbəkəsində bir sutkada havadəyişmə misli, (k=80-100 1/sut qəbul edilir);

W - kanalizasiya şəbəkəsinin hesablama sahəsinin həcmi, m;

Q - diametri 100 mm olan bir kanalizasiya dik borusunun sorucu hissəsindən çıxan çirkli havanın hesablama sərfidir (Q=320 m/sut qəbul edilir).

8.3.22. Daxili məişət və istehsalat kanalizasiya şəbəkələrində təftişlər və ya təmizləyicilər qoyulmalıdır:

- bütün dik borularda – aşağı və yuxarı mərtəbələrdə; üfüqi müstəvidə çıxıntıları olan dik borularda, həmçinin çıxıntılardan yuxarıda yerləşən mərtəbələrdə;

- 5 mərtəbəli və daha yüksək yaşayış binalarında - ən azı 3 mərtəbədən bir;

- altlarında təmizləyiciləri olmayan 3 və daha çox cihaz birləşdirilən aparıcı boru sahələrinin (axın istiqamətində) əvvəlində;

- şəbəkənin döngələrində digər sahələrdən təmizlənməsi mümkün olmayan boru kəmərlərində axın istiqamətinin dəyişdiyi yerlərdə;

- keçilən tunellərdə.

8.3.23. Kanalizasiya şəbəkəsinin düzxətli sahələrində təftişlər və ya təmizləyicilər arasındakı yol verilən ən böyük məsafə cədvəl 7-yə əsasən qəbul edilməlidir.

Tavanın altında yerləşən asma kanalizasiya şəbəkələrində otağın təyinatından asılı olaraq təftiş əvəzinə yuxarı mərtəbənin döşəməsində açılmış lyukda və ya açıq şəkildə yerləşdirilmiş təmizləyici nəzərdə tutulmalıdır.

Təftişlər və təmizləyicilər onlara rahat xidmət edilə bilən yerlərdə qoyulmalıdır.

Boru kəmərinin diametri, mm

Yeraltı kanalizasiya boru kəmərlərində təftişlər diametri 0,7 m-dən az olmayan quyularda qoyulmalıdır. Quyuların dibi təftiş lövhəsi istiqamətində ən azı 0,05 mailliyə malik olmalıdır.

8.3.24. Kanalizasiya boru kəmərlərinin ən az basdırılma dərinliyi boruların daimi və müvəqqəti yüklərin təsirindən dağılmaqdan qorunması şərtinə görə qəbul edilməlidir.

İstismar şəraitinə görə mexaniki zədələnməsi ehtimal olunan otaqlarda çəkilən kanalizasiya boru kəmərləri müdafiə olunmalı, şəbəkənin mənfi temperaturda istismar edilən hissələri isə istilik izolyasiyası ilə örtülməlidir.

Məişət otaqlarında boru kəmərlərinin döşəmə səviyyəsindən boruların üstünə qədər 0,1 m məsafə olmaqla dərinlikdə çəkilməsinə yol verilir.

8.3.25. İyi olmayan və zərərli qazlar və buxar ayrılmayan tullantı sularını kənarlaşdıran istehsalat kanalizasiya şəbəkələrində baxış quyularının istehsalat binaları daxilində yerləşdirilməsinə yol verilir.

Diametri 100 mm və daha çox olan daxili istehsalat kanalizasiya şəbəkələrində baxış quyuları boru kəmərlərinin döngələrində, qolların birləşdiyi yerlərdə, həmçinin boru kəmərlərinin uzun düzxətli sahələrində aralarındakı məsafə AzDTN 2.11-2-nin tələblərinə uyğun olmaqla nəzərdə tutulmalıdır.

Məişət kanalizasiya şəbəkələrində bina daxilində baxış quyularının qoyulmasına yol verilmir.

İy, zərərli qazlar və buxar ayrılan tullantı sularını kənarlaşdıran istehsalat kanalizasiya şəbəkələrində baxış quyularının qoyulması və onların konstruksiyası texnoloji normalara əsasən nəzərdə tutulmalıdır.

8.3.26. Yuxarı kənarları yaxınlıqdakı baxış quyusunun qapağı səviyyəsindən aşağıda yerləşən sanitar-texniki cihazlar quyu dolduqda tullantı suları ilə basılmadan müdafiə olunmalıdırlar. Belə hallarda müvafiq sanitar-texniki cihazlar müstəqil buraxıcı ilə başqa kanalizasiya sisteminə birləşdirilməli (yuxarıda yerləşmiş otaqların kanalizasiya sistemindən təcrid olunmalı), buraxıcı üzərində avtomatlaşdırılmış bağlayıcı qurğu (kanalizasiya rəzəsi və b.) və ya kanalizasiyalaşdırılan zirzəmidəki boru kəmərində quraşdırılmış, qəza siqnalını növbətçi otağa, yaxud dispetçer məntəqəsinə ötürən sensorun siqnalı ilə idarə olunan avtomatlaşdırılmış nasos qurğusu yerləşdirilməlidir.

Avtomatlaşdırılmış bağlayıcı armaturdan sonra tullantı suyunun axın istiqamətində aşağı hissədə yuxarı mərtəbələrin kanalizasiya boru kəmərinin birləşdirilməsinə yol verilir. Belə halda zirzəmidə dik boruda təftişin qoyulmasına yol verilmir.

Avtomatlaşdırılmış bağlayıcı armaturdan sonra yerləşmiş bütün boru kəmərləri (təftişlər, təmizləyicilər), o cümlədən birinci mərtəbənin döşəməsindən aşağıda çəkilən, həmçinin yuxarıda yerləşmiş mərtəbələrin dik boruları sistemdə dolma və tutulma baş verdikdə yaxındakı baxış quyusunun qapağı səviyyəsində hidrostatik təzyiqə hesablanmalı və uzununa və eninə yerdəyişmələri neytrallaşdırmaq üçün möhkəm bərkidilməlidir.

Kanalizasiyalaşdırılan zirzəmi otaqları qida və ya qiymətli mallar saxlanılan anbar otaqlarından bütöv əsaslı divarlarla təcrid edilməlidir.

8.3.27. Dik borudan və ya təmizləyicidən baxış quyusunun oxuna qədər olan məsafə cədvəl 8-də göstərilənlərdən artıq olmamalıdır.

Buraxılışın uzunluğu cədvəldə göstəriləndən artıq olduqda əlavə baxış quyusunun qurulması nəzərdə tutulmalıdır.

Çirklənməmiş tullantı su buraxıcıları və suaxıdıcıların diametri 100 mm və daha artıq olan hallarda buraxılışların uzunluğunun 20 m-ə qədər artırılmasına yol verilir.

8.3.28. Buraxılışın diametri və mailliyi hesabatla təyin edilir. Kanalizasiya boru kəməri buraxılışının diametri konstruktiv olaraq kanalizasiya dik borusunun ən böyük diametrindən kiçik olmamalıdır.

8.3.29. Kanalizasiya buraxılışlarında aşağıdakı səviyyə düşmələrinin qoyulmasına yol verilir:

0,5 m-ə qədər – baxış quyusundakı suaşıranla;

0,5 m-dən yuxarı – en kəsiyi sugətirən boru kəmərinin en kəsiyindən az olmayan və əsasda istiqamətləndirici dirsəklə təchiz edilmiş dik boru şəklində.

8.3.30. Buraxılışın zirzəmi divarı və ya binanın bünövrəsi ilə kəsişməsi bu normaların 5.4.10-cu yarımbəndinə uyğun yerinə yetirilməlidir.

8.4. Kanalizasiya şəbəkələrinin hesablanması

8.4.1. Kənarlaşdırıcı basqılı və basqısız (özüaxımlı) boru kəmərlərinin hidravlik hesabatı boruların materialının kələ-kötürlüyü və mayenin özlülüyü nəzərə alınmaqla yerinə yetirilməlidir.

8.4.2. Basqısız kanalizasiya boru kəmərlərinin hesabatı mayenin hərəkət sürəti V, m/s, və boru kəmərinin dolma dərəcəsi h/d təyin edilməklə yerinə yetirilməli və (23) düsturunda verilmiş şərti ödəməlidir.

burada K= 0,5 – polimer materiallardan olan boru kəmərləri üçün;

K = 0,6 – digər materiallardan olan boru kəmərləri üçün.

Öz-özünü təmizləmə rejimini təmin etmək üçün mayenin borularda hərəkət sürəti 0,7 m/s-dən, boru kəmərlərinin dolma dərəcəsi isə 0,3-dən az olmamalıdır.

Kənarlaşdırılan tullantı suyu sərfinin az olması səbəbindən (23) şərtini yerinə yetirmək mümkün olmayan hallarda özüaxımlı boru kəmərlərinin hesablanmamış sahələrinin mailliyi 1/d-dən az olmamalıdır (burada d – boru kəmərinin xarici diametridir, mm).

İstehsalat kanalizasiya sistemlərinin boru kəmərlərində mayenin hərəkət sürəti və boruların dolma dərəcəsi istehsalat tullantı sularının nəql etdirilmə zəruriliyindən asılı olaraq təyin edilir.

8.4.3. Dik borunun işçi hündürlüyündən, əsas mərtəbə sukənarlaşdırıcısının diametrindən və suyun dik boruya daxil olma bucağından asılı olaraq kanalizasiya dik borusunun hidravlik bağlayıcıların müxtəlif hündürlüklərində suburaxma qabiliyyətinin hesablanması Əlavə 6-da verilmişdir.

8.5. Sanitar-texniki cihazlar və tullantı suqəbulediciləri

8.5.1. Binalarda və qurğularda növləri, tipləri və miqdarı layihənin memarlıq-inşaat, yaxud texnoloji hissəsində göstərilmiş sanitar-texniki cihazları və tullantı suqəbulediciləri qoyulmalıdır.

8.5.2. Sanitar-texniki cihazlar və tullantı suqəbulediciləri kanalizasiya qazlarını otaqlara buraxmayan hidravlik sifonlarla təchiz edilməlidirlər.

Qeyd: 1. Bir otaqda qrup halında qoyulmuş (6 ədəddən çox olmayaraq) əlüzyuyanlar və ya bir neçə şöbəli qabyuyanlar üçün diametri 50 mm olan təftişlə təchiz edilmiş bir ümumi sifonun qoyulmasına yol verilir.

Duş qrupu altlıqlarından təftişlə təchiz edilmiş bir ümumi sifonun qoyulmasına yol verilir.

İstehsalat yuma vannalarının hər bir bölməsi üçün diametri 50 mm olan ayrıca sifon nəzərdə tutulmalıdır.

Ümumi divarı olan iki müxtəlif otaqlardakı iki əlüzyuyanın bir sifona birləşdirilməsinə yol verilmir.

2. İstehsal prosesində çirklənməyən və ya mexaniki qarışıqlarla (yanmış dəmir, şlam) çirklənmiş istehsalat tullantı suları müstəqil kanalizasiya şəbəkəsinə axıdıldıqda bu suqəbulediciləri üçün hidravlik sifonların nəzərdə tutulmamasına yol verilir.

8.5.3. Traplar qoyulmalıdır:

- 50 mm diametrində - 1-2 duşu olan duşxanalarda; 100 mm diametrində - 3-4 duşu olan duşxanalarda;

- 50 mm diametrində - mehmanxana nömrələrinin, sanatoriyaların, kempinqlərin, turist bazalarının ictimai tualetlərinin döşəməsində; üç və daha çox unitaz və pissuarı olan ictimai tualetlərdə;

- 5 və daha çox əlüzyuyanı olan ictimai otaqlarda;

- 100 mm diametrində - yaşayış binalarının zibil kameralarında;

- istehsalat otaqlarında – döşəmələrin yaş silinməsinə ehtiyac olduqda və ya istehsalat məqsədləri üçün;

- qadınların şəxsi gigiyena otaqlarında.

Qeyd: 1. Duş otağında hər 8 və bundan az duşa xidmət edən novda bir trapın qoyulmasına yol verilir.

2. Yaşayış binalarının və mehmanxana, pansionat nömrələrinin vanna və duş otaqlarında traplar qoyulmur.

8.5.4. İctimai duş otaqlarında döşəmənin nov və ya trap istiqamətindəki mailliyi 0,01-0,02 qəbul edilməlidir. Novun eni 200 mm-dən və başlanğıc dərinliyi 30 mm-dən az olmamalıdır.

8.6. Tullantı sularını təmizləmək və çəkib vurmaq üçün yerli qurğular

8.6.1. Yerli təmizləyici qurğuların avadanlıqları və sxemi tullantı sularında olan çirkləndiricilərin qatılığından və dövri su təchizatı sistemində işlədilən suyun keyfiyyətinə irəli sürülən tələblərdən asılı olaraq layihələndirilməlidir.

8.6.2. Tərkibində şəbəkənin və təmizləyici qurğuların normal işini pozan və ya onları dağıdan yanan mayelər, asılı maddələr, piylər, yağlar, turşular və digər maddələr, həmçinin tərkibində qiymətli istehsalat tullantıları olan istehsalat tullantı suları xarici kanalizasiya şəbəkəsinə axıdılmazdan əvvəl təmizlənməlidir. Bunun üçün binada və ya onun yanında yerli təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulmalıdır.

8.6.3. Texnoloji məhlulların, həmçinin texnoloji rezervuarların təmizlənməsindən yaranan çöküntülərin kanalizasiyaya axıdılmasına yol verilmir.

Normal istismar zamanı və qəza hallarında zəhərli məhsulların və reagentlərin kanalizasiyaya axıdılmasına yol verilmir. Bu məhsullar təkrar istifadə edilmək üçün xüsusi texnoloji həcmlərdə toplanmalıdır. Bütün hallarda istehsalat tullantı sularının yaşayış məntəqələrinin kanalizasiya sisteminə qəbulu zamanı “Sudan istifadə Qaydaları”na (9-cu hissə) əməl olunmalıdır.

8.6.4. Durulducuların, həmçinin asan alovlanan və yanan maye tutucularının binaların daxilində yerləşdirilməsinə yol verilmir.

8.6.5. Tullantı sularındakı yanan maye tutucularında sorucu ventilyasiya və suverici borularda hidravlik sifon nəzərdə tutulmalıdır.

8.6.6. Benzin tutucularına daxil olan tullantı suları əvvəlcə durulducularda digər çirklərdən təmizlənməlidir. Durulducular şlamdan mexaniki üsulla təmizlənməlidir.

8.6.7. Tullantı sularını təmizləmək üçün barmaqlıqların, qumtutanların, durulducuların, yağ-neft tutucuların, neytrallaşdırıcıların və digər qurğuların, həmçinin məişət və istehsalat tullantı sularını sorub vurmaq üçün nasos qurğularının layihələndirilməsi və hesablanması AzDTN 2.11-2-nin tələblərinə uyğun yerinə yetirilməlidir.

8.6.8. Zəhərli, xoşagəlməz iylər, qazlar və buxarlar ayırmayan istehsalat və məişət tullantı suları üçün nasosların və rezervuarların, həmçinin nasos və lokal bioloji təmizləmə qurğularının yaşayış, istehsalat və ictimai binalarda və ya onların ətraf ərazilərində yerləşdirilməsinə yol verilir.

Dövri və təkrar istifadəli su təchizatı sistemlərində su axıntılarını toplamaq üçün rezervuarların yerli sutəmizləyici qurğularla birlikdə binaların daxilində və xaricində yerləşdirilməsinə yol verilir. Rezervuarlar AzDTN 2.11-1-in tələblərinə uyğun olaraq nəzərdə tutulmalıdır.

Tərkibində toksik və tez çürüyən çirkləndiricilər, həmçinin zəhərli, xoşagəlməz iylər, qazlar və buxarlar ayıran istehsalat tullantı sularını sorub vurmaq üçün nasoslar ayrıca binada, zirzəmidə və ya təcrid olunmuş otaqda, zirzəmi olmadıqda isə birinci mərtəbənin xaricə və ya pilləkən qəfəsinə müstəqil çıxışı olan isidilən otağında yerləşdirilməlidirlər. Nasos stansiyasının otağı sorucu-vurucu ventilyasiya ilə təchiz olunmalıdır. Belə tullantı sularını qəbul edən rezervuarlar binalardan kənarda və ya nasoslarla birlikdə təcrid olunmuş otaqlarda yerləşdirilməlidir.

Qeyd. Səs izolyasiyasına yüksək tələblər olmayan binalarda nasosxanadan pilləkən qəfəsinə çıxış qoyulmasına yol verilir.

8.6.9. Kanalizasiya nasos stansiyalarında AzDTN 2.11-2-nin tələblərinə uyğun işçi və ehtiyat nasosları nəzərdə tutulmalıdır.

8.6.10. Nasos qurğularının əl ilə və avtomatik idarə olunması nəzərdə tutulmalıdır.

8.6.11. Hər bir kanalizasiya nasosu üçün ona tərəf 0,005 mailliklə sorma borusu nəzərdə tutulmalıdır.

8.6.12. Hər bir nasosun sorma və basqılı borularında bağlayıcı qurğu qoyulmalıdır; basqılı boru kəmərlərində bundan başqa əks klapan da qoyulmalıdır.

Qeyd. Tərkibində asılı maddələr (qum, şlam) olan tullantı suları nəql edildikdə qəbuledici və əks klapanlar nəzərdə tutulmur.

8.6.13. Müxtəlif təyinatlı binaların zirzəmilərində yerləşən sanitar-texniki cihazlarından çıxan tullantı sularını vurmaq üçün avtomatik rejimdə işləyən və AzDTN 2.11-2-nin və sanitar normalarının tələblərinə cavab verən modulyar nasos qurğularının nəzərdə tutulmasına yol verilir.

8.7. Daxili suaxıdıcılar

8.7.1. Daxili suaxıdıcılar yağış və ərimiş qar sularını bina və qurğuların damlarından kənarlaşdırılmasını təmin etməlidir.

İsidilməyən bina və qurğularda daxili suaxıdıcılar qurulduqda xarici havanın mənfi temperaturlarında boru kəmərlərində və su qəbul edən qıflarda buzun yaranması və qopub düşməsinin qarşısını almaq üçün müsbət temperaturu təmin edən tədbirlər (elektrik qızdırıcıları, buxarla qızdırma və s.) nəzərdə tutulmalıdır.

8.7.2. Daxili suaxıdıcılar xarici yağış və ya ümumiaxımlı kanalizasiya şəbəkəsinə birləşdirilməlidir.

Daxili suaxıdıcıların məişət kanalizasiyasına, eləcə də sanitar-texniki cihazların daxili suaxıdıcı sistemə birləşdirilməsinə yol verilmir.

8.7.3. Yağış kanalizasiyası olmayan hallarda daxili suaxıdıcılardan yağış suları bina yanındakı açıq kanala axıdılır (açıq buraxılış); bu zaman bina ətrafında torpağın yuyulmasının qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.

Qeyd. Açıq buraxılış qoyulduqda bina daxilindəki dik boruda hidravlik sifon nəzərdə tutulmaqla ərimiş qar sularının qış aylarında məişət kanalizasiyasına axıdılması nəzərdə tutulmalıdır.

8.7.4. Binanın müstəvi damında və damın iki meyilli hissəsinin birləşdiyi yerdə (endovada) ən azı iki suaxıdıcı qıf qoyulmalıdır.

Suaxıdıcı qıflar damın relyefi, bir qıfa suyun yol verilən qəbuledilmə sahəsi və binanın konstruksiyası nəzərə alınmaqla, yağış sularının toplanması hesabatına əsasən yerləşdirilməlidirlər.

Suaxıdıcı qıflar arasındakı maksimal məsafə istənilən növ damlarda 48 m-dən artıq olmamalıdır.

Qeyd. Yaşayış və ictimai binaların müstəvi damlarında hesablama yağış sularının kənarlaşdırılmasının təmin olunduğu şərtlə hər bir seksiyaya bir suaxıdıcı qıfın qoyulmasına yol verilir.

8.7.5. Müxtəlif səviyyələrdə yerləşmiş qıfların bir dik boruya birləşdirilməsinə o vaxt yol verilir ki, bu dik boru üzrə ümumi hesablama sərf onun diametrindən asılı olaraq cədvəl 9-da verilmiş qiymətlərdən artıq olmasın.

Suaxıdıcı dik borunun diametri, mm

Bir suaxıdıcı dik borunun hesablama yağış suyu sərfi, l/s

8.7.6. Kənarlaşdırıcı boru kəmərlərinin minimal mailliyi qəbul edilməlidir: asma boru kəmərləri üçün – 0,005, bütün qalan hallarda bu normaların 8.4.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq.

8.7.7. Daxili suaxıdıcı şəbəkələri təmizləmək üçün bu normaların 8.3-cü bəndinin tələbləri nəzərə alınmaqla təftişlər, təmizləyicilər və baxış quyuları nəzərdə tutulmalıdır. Dik borularda təftişlər binaların aşağı mərtəbələrində, üfüqi istiqamətdə çıxıntı olduqda isə onların üstündə qoyulmalıdır.

Qeyd. Üfüqi asma xətlərinin uzunluğu 24 m-ə qədər olduqda təmizləyicinin sahənin əvvəlində nəzərdə tutulmamasına yol verilir.

8.7.8. Suaxıdıcı qıfların dik borulara elastik kipləşdiricili kompensasiyaedici bilərziklə birləşdirilməsi nəzərdə tutulmalıdır.

8.7.9. Suyun yığılma sahəsində yağış sularının hesablama sərfi mailliyi 1,5% qədər olan damlar üçün (24), mailliyi 1,5%-dən çox olan damlar üçün (25) düsturları ilə müəyyən edilməlidir.

düsturlarda F – su yığılan sahə, m;

q20 – hesablama intensivliyi - bir ildə bir dəfə aşma dövründə yağışın 20 dəqiqə davam edən intensivliyi (layihələndirmə ərazisi üçün),1 ha sahədən l/s ilə (AzDTN 2.11-2-yə əsasən qəbul edilir);

q5 - hesablama intensivliyi (bir ildə bir dəfə aşma dövründə layihələndirmə ərazisi üçün yağışın 5 dəq davam edən intensivliyi olub (26) düsturu ilə təyin edilir),1 ha sahədən l/s ilə.

burada n - AzDTN 2.11-2-yə əsasən qəbul edilən parametrdir.

8.7.10. Bir suaxıdıcı dik boru üçün yağış suyunun hesablama sərfi cədvəl 9-da göstərilənlərdən artıq olmamalıdır. Bir suaxıdıcı qıfın hesablama sərfi qıfın qəbul edilmiş tipinin pasport məlumatlarına əsasən təyin edilir.

8.7.11.Hesablama su toplama sahəsi təyin edildikdə damla bitişən və ondan yuxarı qalxan şaquli divarların ümumi sahəsinin 30%-i əlavə olaraq nəzərə alınmalıdır.

8.7.12. Suaxıdıcı dik borular, həmçinin bütün kənarlaşdırıcı boru kəmərləri, o cümlədən birinci mərtəbə döşəməsindən aşağıda döşənən borular, tutulmalar və dolmalarda yaranan hidrostatik təzyiqə hesablanmalı və uzununa və eninə yerdəyişmələrin olmaması üçün sərt bərkidilməlidirlər.

8.7.13. Daxili suaxıdıcılar üçün polimer materiallardan və ya çuqun borulardan istifadə edilməlidir. Daxili və xarici səthlərində korroziya əleyhinə örtük olan polad borulardan istifadəyə yol verilir.

Üfüqi asma xətlərdə vibrasiya yükləri olduqda polad borulardan istifadə edilməlidir.

8.7.14. Suaxıdıcı boru kəmərlərinin yaşayış binasının mənzillərində çəkilməsinə yol verilmir.

9. Xüsusi təbiət və iqlim şəraitində daxili kanalizasiya və suaxıdıcı şəbəkələrə əlavə tələblər

Xüsusi təbii və iqlim şəraitlərində bina və qurğularda çəkilən kanalizasiya boru kəmərləri üçün boruların materialı bu normaların 8.3.7-ci yarımbəndinə uyğun qəbul edilməlidir.

9.1.1. Basqılı və özüaxımlı boru kəmərləri və onların suburaxıcıları bu normaların 6.1.1-6.1.9-cu yarımbəndlərində verilmiş tələblər nəzərə alınmaqla çəkilməlidirlər.

9.1.2. Boruların calaq birləşmələri kipləşdirici rezin halqalarla yerinə yetirilməlidir.

9.1.3. Sənaye binalarının daxili suaxıdıcıları asma nəzərdə tutulmalıdır. İstehsal texnologiyasının tələblərinə əsasən suaxıdıcıların asma düzəldilməsi mümkün olmadıqda onların bu normaların 6.1.1-6.1.9-cu yarımbəndlərində verilmiş tələblər nəzərə alınmaqla çəkilməsinə yol verilir.

9.1.4. Tikinti ərazisində xarici yağış kanalizasiyası mövcud olduqda suaxıdıcı sistemlərin suburaxıcıları kanalizasiya suburaxıcılarına verilən tələblərə əsasən nəzərdə tutulmalıdır.

9.1.5. Suaxıdıcıların buraxılışlarının çirklənməmiş tullantı sularını kənarlaşdıran sistemlər istisna olmaqla digər kanalizasiya sistemləri ilə bir kanalda çəkilməsinə yol verilmir.

9.1.6. Yağış və ya ümumi axımlı kanalizasiya olmadıqda daxili suaxıdıcılardan suyun sukeçirməyən açıq novlara axıdılması nəzərdə tutulmalıdır.

Novun altında qruntun 0,2-0,3 m dərinliyə qədər sıxlaşdırılması nəzərdə tutulmalıdır. Avtomobil yollarının hərəkət hissəsinin və səkilərin altındakı novlar dəmir-beton lövhələrlə örtülməlidir.

9.1.7. Çökmə xassələri qismən və ya tamamilə aradan qaldırılmış I tip qrunt şəraitində kanalizasiya tranzit şəbəkələrinin (kanalizasiyaya döşəmə səviyyəsindən hündür buraxılışlar) texnoloji prosesi pozmadan və texniki təhlükəsizlik tələblərini yerinə yetirməklə binaların zirzəmi mərtəbələrində və istehsalat binalarının yeraltı təsərrüfatlarında (texnoloji zirzəmilər, çökəkliklər, tunellər və s.) çəkilməsinə yol verilir.

9.1.8. II tip qrunt şəraitində kanalizasiya boru kəmərlərinin bina və qurğuların qonşu seksiyalarındakı deformasiya tikişlərini kəsməsinə yol verilmir.

9.2. Seysmik tələblər

9.2.1. Boru kəmərlərinin divar hörgüsündə və bünövrələdə sərt bağlanmasına yol verilmir. Boruların divar və bünövrələrdən keçən yerlərində boru ilə inşaat konstruksiyaları arasında 0,2 m-dən az olmayan boşluq saxlanılmalıdır. Boşluq yanmayan, qaz və su keçirməyən elastik materiallarla doldurulmalıdır.

9.2.2. Boru kəmərlərinin binaların deformasiya tikişləri ilə kəsişməsinə yol verilmir.

9.2.3. Seysmikliyi 8-9 bal olan rayonlarda döşənən bilərzikli və muftalarla birləşdirilən boruların calaq birləşmələrinin mümkün çökmələrə qarşı kipliyi təmin edilməli və bunun üçün rezin kipləşdirici halqalardan istifadə edilməlidir.

9.2.4. Dik boruların şaqulidən üfüqi vəziyyətə dönmə yerlərində beton söykənəcəklər nəzərdə tutulmalıdır.

9.2.5. Tullantı sularının sorulub vurulma sistemlərində və yerli təmizləyici qurğularda qoyulan nasoslar boru kəmərlərinə vibroizolyasiya qurğuları və armaturu vasitəsi ilə birləşdirilməlidir.

9.3. İşlənmiş ərazilər

9.3.1. kanalizasiya və suaxıdıcı şəbəkələr üçün bu normaların 6-cı bölməsinin işlənmiş ərazilərə aid tələblərinə əməl olunmalıdır.

9.3.2. I – IV, həmçinin Ik - IVk qrup işlənmiş ərazilərdə inşa edilən bina və qurğulardan buraxılışların polimer materiallardan, çuqundan və ya xrizotilsement borulardan döşənməsinə yol verilir.

9.3.3. Binaların daxili kanalizasiya şəbəkəsinin boru və buraxılışlarının mailliyi yer səthinin gözlənilən çökməsi nəzərə alınmaqla təyin edilməlidir.

9.3.4. Daxili kanalizasiya boru kəmərlərinin calaq birləşmələri elastik tıxanmalar tətbiq etmək hesabına oynaq (hərəkətli) yerinə yetirilməlidir. Sərt konstruktiv sxemlə müdafiə olunan binalarda calaq birləşmələrinin sərt tıxanmasını nəzərdə tutmağa yol verilir.

9.3.5. Boru kəmərlərinin binaların deformasiya tikişləri ilə kəsişməsinə yol verilmir.

9.3.6. Elastik konstruktiv sxemlə müdafiə olunan binalarda daxili kanalizasiya borularının binanın divar şırımlarında və ştrablarında gizli döşənməsinə yol verilmir.

9.3.7. Binaların daxili kanalizasiyası üçün polimer materiallardan olan borulardan və birləşdirici hissələrdən istifadə edilməlidir.

9.3.8. İstismar zamanı düzləndirmə üsulu ilə binaların müdafiəsində zirzəmilərdə və ya döşəmə altlarında döşənən kanalizasiya boru kəmərləri binanın düzləndirilməsi işlərinin yerinə yetirilməsinə mane olmamalıdır.

10. Daxili su təchizatı və suaxıdıcı sistemlərin enerji effektivliyi tələbləri. Su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair tələblər

10.1. Yeni tikilən və yenidən qurulan müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələndirilməsi, tikintisi və istismara qəbulu, o cümlədən yeni texnoloji proseslərin tətbiq edilməsi zamanı sudan səmərəli istifadə təmin edilməlidir.

10.2. Layihələndirmə dövründə su tələbatının səmərəliliyinin təmin edilməsi üzrə təkliflərin hazırlanması tövsiyə edilir. Təkliflərdə aşağıdakı texniki və təşkilatı tədbirlərin yerinə yetirilməsi yolu ilə sudan səmərəli istifadə edilməsinin zəruriliyi müəyyən edilməlidir:

- su istehlakına nəzarət və uçot üsullarının təkmilləşdirilməsi;

- mənzillərin pilləkən meydançalarında və ya ümumi istifadədə olan digər yerləşgələrdə uçot cihazları ilə təmin edilməsi;

- bütün resursların (su, istilik, elektrik enerjisi) istifadəsinin azaldılması məqsədilə istilik məntəqələrinin avadanlığının optimal iş rejiminin təmin edilməsi;

- ictimai-iaşə müəssisələrində və büdcə təşkilatlarında suqoruyucu və kənar müdaxilədən mühafizə olunan sanitar-texniki armaturun quraşdırılması;

- müəssisələrdə suyun qeyri-səmərəli istifadəsinin azaldılması;

- su sızmalarının aşkar edilməsi üçün innovasiya texnologiyaların işlənməsi və tətbiq edilməsi;

- məişət (təsərrüfat)-içməli ehtiyacları üçün dövlət standartlarına cavab verən suya ehtiyacı olmayan tələbatçılar üçün içməli suyun təbii və ya qismən təmizlənmiş su (istehsalat məqsədli su) ilə əvəz edilməsi (müvafiq texniki-iqtisadi və sanitariya-gigiyena əsaslandırılmasına uyğun);

10.3. Enerji resurslarından qənaətlə istifadə edilməsi tələbləri “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nəzərdə tutulmalıdır.

10.4. Sanitar-texniki cihazlar qarşısında normativ tələblərə əsasən yol verilən təzyiqlərin təmin olunması, içməli sudan və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi üçün aşağıdakılar nəzərdə tutulmalıdır:

- su təchizatı sistemində təzyiq dəyişməsindən asılı olmayaraq nasoslardan sonra binanın su kəmərindəki tələb olunan hesablama təzyiqin saxlanılmasını təmin etmək üçün intiqalı tənzimlənən (mühərrikinin dövrlər sayı ilə) nasos aqreqatları;

- hündürlüyü 54 m-ə qədər olan yaşayış binalarında mərtəbələr üzrə (mənzillər üzrə) soyuq və isti su təchizatı sistemlərində sanitar-texniki cihazlar qarşısında basqını tənzimləmək üçün mənzil təzyiq tənzimləyicilərini qoymaqla bir zonalı su təchizatı sxemi;

- hündürlüyü 54 m-dən çox olan (54 m daxil olmaqla) yaşayış binalarında zonalı su təchizatı, o cümlədən aşağı mərtəbələrdə mənzil təzyiq tənzimləyicilərini (MTT) qoymaqla;

- içməli su sərfinin azaldılmasını təmin edən müasir suayırıcı və doldurucu armaturların qoyulması (keramik kipləşdiricisi olan suayırıcı armaturun, bir dəstəkli qarışdırıcıların, termostatik qarışdırıcıların, yarımavtomatik və avtomatik armaturun);

- yaşayış binalarının su təchizatı şəbəkəsində təzyiqin tənzimlənməsi üçün balanslaşdırıcı kranların qoyulması və onların buraxılış-sazlama prosesində tənzimlənməsi yolu ilə kompleks tədbirlərin yerinə yetirilməsi;

- binaların su təchizatı üçün istismar xidmətləri və sanitariya nəzarəti orqanları tərəfindən suyun keyfiyyətinə nəzarətin təmin edilməsi şərtilə tənzimləyici həcmlər.

Qeyd. Mənzil təzyiq tənzimləyicilərinin qoyulması bütün mərtəbələr üçün praktiki olaraq optimal hesablama təzyiqi təmin edir, su axınının mərtəbələr üzrə paylanmasını yaxşılaşdırır, maksimal su götürmə saatlarında soyuq və isti suyun yuxarı mərtəbələrə verilməsində çətinliyin yaranma ehtimalını aradan qaldırır.

Su təchizatı sisteminin istismarını yaxşılaşdırmaq üçün bir gövdədə MTT, süzgəc və bağlayıcı armatura malik komplekt məmulatlardan istifadə edilməsi tövsiyə olunur.

10.5. Su təchizatı sistemləri zonalaşdırıldıqda suyun hər bir zonaya verilməsi müstəqil yüksəldici nasos qurğuları ilə təmin edilməlidir.

Hər bir zonanın supaylayıcı dik boruları, yuxarıda yerləşən zonanın istehlakçılarına suyu vermək üçün tranzit hissə olmaqla, mənzillərarası dəhlizlərdəki montaj oyuqlarında çəkilməlidir.

10.6. Yüksək komfortlu yaşayış binalarında yalnız içmək və qida hazırlığına paylanması üçün içməli suyun əlavə təmizlənməsi sisteminin layihələndirilməsinə yol verilir.

10.7. İki zonalı su təchizatı sistemi olan yüksək komfortlu yaşayış binalarındakı mənzillərdə dik boruları bölmə qovşaqlarında birləşdirən (su təchizatı zonaları bölünən yerdə) üfüqi boru kəmərlərinin çəkilməsini aradan qaldırmaq üçün aşağıdakıları yerinə yetirmək lazımdır:

- birinci zonanın sirkulyasiya dik borularını suayırıcı dik boruları ilə yanaşı yerləşdirmək, bu zaman onların bölmə qovşaqlarına birləşdirilməsi döşəməaltı texniki sahədə, zirzəmidə və ya binanın yaşayış və qeyri-yaşayış hissələri arasındakı texniki mərtəbədə yerinə yetirilməlidir;

- ikinci zonanın sirkulyasiya dik boruları birinci zonanın dik boruları ilə yanaşı çəkilir və onlar, birinci zonanın dik borularının qovşaqları olan eyni otaqlarda, qovşaqlara birləşdirilir;

Çardağı olmayan və ya isti su dik borularını mansard otaqlarında birləşdirmək mümkün olmadıqda bir zonalı su təchizatına malik yaşayış binalarında dik boruların bölmə qovşaqları şəklində birləşdirilməsi iki zonalı su təchizatı sistemində olduğu kimi yerinə yetirilməlidir.

Konkret həcm-planlaşdırılma həllərindən asılı olaraq isti su təchizatının digər sxemləri nəzərdə tutula bilər.

10.8. Su kəmərinin yaşayış binaları və mənzillərə girişlərində qoyulan soyuq və isti su sayğacları impulslu çıxışlı nəzərdə tutulmalıdır.

Binadaxili və ya bitişik ictimai təyinatlı otaqlar üçün impulslu çıxışı olan sayğacların quraşdırılması layihə tapşırığına uyğun nəzərdə tutulur.

Ev və mənzil su sayğacları qarşısında mexaniki və ya maqnitli-mexaniki süzgəclər quraşdırılmalıdır.

10.9. Birmənzilli və bloklanmış yaşayış binalarının komfortlu mənzillərində hovuz tikildikdə onun su təchizatının və sukənarlaşdırmasının texnoloji sxemi (düzaxınlı və ya təmizlənmə ilə dövri) su tələbatı və tullantı su həcmlərinə əsasən seçilməlidir.

10.10. Binaların su təchizatı və suaxıdıcı sistemlərində boru kəmərlərinin istilik izolyasiyası üçün tam yığılan və ya komplekt konstruksiyalar, o cümlədən tam zavod hazırlıqlı istilik izolyasiyalı borular istifadə edilməlidir.

Üzərində su buxarının kondensasiyasının olmaması təmin edilən soyuq su təchizatı boru kəmərlərinin istilik izolyasiyası üçün örtüksüz köpüklənmiş polietilen və kauçukdan (diffuziyaya müqavimət əmsalı 3000-dən az olmamaqla) olan içiboş silindr şəkilli məmulatlar istifadə edilməlidir.

10.11. Müxtəlif təyinatlı boru kəmərləri üçün istilik izolyasiya materialları qismində quru vəziyyətdə istilikkeçirməsi 0,05 Vt/mC-dən (20C temperaturda) çox olmayan materiallardan istifadə edilməlidir. Boru kəmərlərinin istilik izolyasiya layının qalınlığı AzDTN 2.12-6-ya əsasən təyin edilməlidir. Yeni tikilən və yenidən qurulan köhnə binaların layihələndirilməsi zamanı istilik izolyasiya materiallarının səmərəli seçilməsində istilikkeçirmə qabiliyyəti aşağı olan materiallara üstünlük verilməlidir.

10.12. Yeraltı avtomobil qarajlarında yerləşən boru kəmərlərinin istilik izolyasiyası yanma qrupu ən azı Q1 (az yanan) olan materiallardan nəzərdə tutulmalıdır.

Boru kəmərləri yanğın əleyhinə sədləri kəsdikdə həmin konstruksiyanın ölçüsü hədlərində istilik izolyasiya konstruksiyaları yanmayan materiallardan nəzərdə tutulmalıdır.

10.13. Quraşdırma işləri yerinə yetirildikdən sonra çoxfunksiyalı və sənaye təyinatlı böyük binalar, ticarət və ictimai-işgüzar mərkəzləri üçün isti su təchizatı, dövri su təchizatı, ərimiş qar və yağış sularının daxili axıntılarının istifadəsi sistemlərinin və təmizləyici qurğuların istismarına dair yol xəritələri ilə kompleks buraxılış-sazlama işləri yerinə yetirilməlidir.

10.14. Böyük binalarda (ticarət-əyləncə, çoxfunksiyalı, sənaye və s.) içməli su tələbatı balansını ən azı 25% azaltmaq məqsədilə yağış sularının suvarmada və tualetlərdə yuyulmada təkrar istifadəsi üçün daxili suaxıdıcı sistemlərdən toplayıcı rezervuarlara axıdılmasının nəzərdə tutulması tövsiyə olunur. Bununla yanaşı, birinci beş dəqiqəlik axıntı xarici şəbəkəyə, sonraki isə rezervuarın doldurulmasına yönəlməlidir. Rezervuar aşıb-daşmadan, hava tıxacların yaranmasından və palçığın, çirkin içəri düşməsindən qorunmalıdır. Bunun üçün özəklərinin ölçüsü 0,3-1,8 mm olan şəbəkəli mexaniki təmizləmə süzgəcləri istifadə edilməlidir. Yığılan suyun keyfiyyətinə nəzarət və vaxtaşırı rezervuarın təmizlənməsi və dezinfeksiyası işləri yerinə yetirilməlidir.

10.15. İsti su təchizatı üçün günəş kollektorları sistemlərindən istifadə edilməsi hesabına isti su təchizatı üzrə enerji istehlakının azaldılması həlləri nəzərdə tutulmalıdır.

10.16. Layihə həllərində aşağıdakıların tətbiq edilməsi tövsiyə olunur:

- isti su təchizatı sistemləri üzrə istiliyin utilizasiyası üçün istilik nasosu sistemlərinin;

- kanalizasiya axınları istiliyinin utilizasiyası üçün örtük-borulu istilik çevricilərin;

- texniki məqsədlərə (suvarma, avtomobillərin və səkilərin yuyulması və s.) istifadə edilməsi üçün qeyri-məişət tullantı sularının təmizləmə sistemlərinin;

- dövri su təchizatı sistemlərinin;

- sənaye müəssisələrində su təsərrüfatının qapalı sistemlərinin yaradılması;

- sənaye müəssisələrində texnoloji proseslərinin texniki suya keçirilməsi;

- müvafiq texniki-iqtisadi və sanitariya-gigiyena əsaslandırılmasına uyğun olaraq bəzi istehlakçılar üçün içməli suyun texniki su ilə əvəz edilməsi.

11. İstismar zamanı təhlükəsizlik və etibarlılığın təmin edilməsi. Uzunömürlülük və təmirə yararlılıq

11.1. Binalarda su təchizatı və isti su boru kəmərlərinin çəkilməsi və girişlərin qurulması bu normaların 5.4-cü bəndinin tələbləri nəzərə alınmaqla yerinə yetirilməlidir.

Daxili su təchizatı, kanalizasiya sistemlərinin və drenajların boru kəmərlərinin istismar zamanı və fövqəladə hallarda bina və qurğuların (əsaslar, bünövrələr, divar və döşəmə konstruksiyaları) yük daşıyan elementlərinin və konstruksiyalarının zəifləməsi ilə əlaqəli olduğu yerlərdə çəkilməsinə yol verilmir.

11.2. Daxili su təchizatı və isti su sistemləri TNvəQ 3.05.01-in tələblərinə uyğun olaraq hidrostatik və ya manometrik üsulla sınaqdan keçirilməlidir.

11.3. Soyuq və isti su təchizatı sistemlərinin boru kəmərləri və armaturu texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməli, onların mexaniki möhkəmliyi sistemdəki işçi təzyiqə uyğun gəlməlidir.

11.4. Soyuq və isti su təchizatının nasos avadanlığı, isti su hazırlayan avadanlıq qəza və təmir halları üçün bu normaların 7.3.13-cü yarımbəndinin tələblərinə əsasən ehtiyat aqreqatla təmin olunmalıdır.

11.5. Daxili kanalizasiya və suaxıdıcı sistemlərin hidravlik sınağı TNvəQ 3.05.01-in tələblərinə uyğun keçirilməlidir.

11.6. Sanitar-texniki cihazların texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməlidir.

11.7. İstehsalçı zavodların boru kəmərlərinə, armaturlara, sanitar-texniki qurğulara və avadanlıqlara verdikləri pasport və texniki sənədlərdə onların bu normaların tələblərinə uyğun gələn təminatlı xidmət və istismar müddətləri qeyd edilməlidir.

11.8. Su təchizatı sisteminin metal boru kəmərləri ilə metaldan hazırlanmış sanitar-texniki cihazlar və digər elementlər arasında potensial tarazlaşdırıcıların qoyulması nəzərdə tutulmalıdır.

12. Sanitariya-epidemioloji tələblərin yerinə yetirilməsi

12.1. İçməli suyun keyfiyyətinin sanitariya-epidemioloji tələblərə uyğunluğu aşağıdakı vasitələrlə təmin edilir:

- içməli su təchizatı sistemləri və içməli su təchizatı mənbələrində içməli suyun keyfiyyətinə aid sanitariya-epidemioloji tələblərin ödənilməsinə dövlət nəzarətinin həyata keçirilməsi;

- içməli su təchizatı mənbələrinin istismarı zamanı istehsalat nəzarəti proqramlarının hazırlanması və yerinə yetirilməsi.

İçməli suyun keyfiyyətində sanitariya-epidemioloji tələblərdən müvəqqəti yayınmalara aşağıdakı hallarda yol verilir:

- içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin təmin oluna bilmədiyi mövsümi, iqlim təsirləri, təbii və ya texnogen xarakterli fövqəladə hallar, qəzalar zamanı;

- içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yayınmasının yol verilən hədləri dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırıldıqda;

- içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yol verilən yayınmasının davam etmə müddəti məhdudlaşdırıldıqda;

- içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yol verilən yayınmasının davam etdiyi dövrdə əhalinin sağlamlığına mənfi təsiri olmadıqda;

- əhaliyə içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yayınması və onun davam edəcəyi müddət barədə, sağlamlıq üçün riskin olmaması barədə vaxtında və dəqiq məlumatın, həmçinin içməli sudan istifadə barədə tövsiyələrin verilməsi təmin olunduqda.

12.2. İçməli su təchizatı sistemlərində istifadə edilən bütün materiallar, reagentlər, avadanlıqlar texniki tənzimləmə və əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tələblərə cavab verməlidir.

12.3. İçməli su təchizatı sistemlərində avtonom və ya texnoloji komplekslər və sistemlərin tərkibində istifadə edilən texnoloji avadanlıqlar partlayış, yanğın və ekoloji təhlükəsizlik tələblərinə cavab verməlidir.

“Texniki təhlükəsizlik haqqında” və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri nəzərə alınaraq içməli su təchizatı sahəsində texnoloji komplekslər, sistemlər və avtonom şəkildə istifadə edilən texnoloji avadanlıqlar, onların quraşdırılması və sökülməsində, işə salınması və istismarında yanğın və partlayış hallarının, həmçinin işçi heyyətə zərərli və təhlükəli təsirlərin aradan qaldırılması üçün işlənilmiş texniki istismar qaydaları ilə təchiz olunmalıdır.

1. Əlüzyuyan, suayırıcı kranlı əl yuyan

2. Həmçinin, qarışdırıcılı

3.Çanaq, suayırıcı kranlı inventar qabyuyan və laboratoriya suayırıcı kalonkası

4.Qarışdırıcılı qabyuyan(o cümlədən laboratoriyada)

5. İctimai iaşə müəssisələri üçün qarışdırıcılı qabyuyan

6.Qarışdırıcılı vanna, o cümlədən vanna və əlüzyuyan üçün ümumi qarışdırıcılı

7.Suqızdırıcı kalonkalı və qarışdırıcılı vanna

8.Aşağıdakı şərti diametrli, mm, qarışdırıcılı tibb vannası:

9.Qarışdırıcılı ayaq vannası

10.Kiçik altlığı və qarışdırıcılı duş kabinəsi

11.Dərin altlıqlı və qarışdırıcılı duş kabinəsi

12.Qrup sistemində olan qarışdırıcılı duş

13.Aeratorlu və qarışdırıcılı gigiyenik duş (bide)

14.Aşağıdan qalxan duş

15.Sabunlanma otağındakı soyuq və ya isti su ayrıcılı kranlı kalonka

16.Yuyucu çənli unitaz

17.Yuyucu kranlı unitaz

19.Yarımavtomat yuyucu kranlı pissuar

20.İçməli su fəvvarəciyi

22.Aşağıdakı şərti diametrli, mm, trap:

Su kəməri və kanalizasiyası olan, vannasız

Həmçinin, qaz təchizatı ilə

Su kəməri, kanalizasiyası və həcmli su qızdırıcılı vannalı

Həmçinin, axarlı tipli su qızdırıcılı

Mərkəzləşdirilmiş isti su təchizatlı və oturacaqlı vannalı

Həmçinin, uzunluğu 1500-1700 mm olan vannalı

Bütün yaşayış otaqlarında duşu olan

Ümumi vannası və duşları olan

Bütün nömrələrində duşları olan

Bütün nömrələrində vannası olan

Ümumi vannası və duşları olan

Palatalara yaxın sanitar qovşaqları olan

Bütün yaşayış otaqlarında vannası olan

Bütün yaşayış otaqlarında duşları olan

Yarımfabrikatlarla işləyən yeməkxanalı, camaşırxanasız

Xammalla işləyən yeməkxanalı və camaşırxanalı

Yarımfabrikatlarla işləyən yeməkxanalı

Xammalla işləyən yeməkxanalı və avtomatlaşdırılmış yuyucu maşınlarla təchiz edilmiş camaşırxanalı

Yarımfabrikatlarla işləyən yeməkxanalı

Xammalla işləyən yeməkxanalı və avtomatlaşdırılmış yuyucu maşınlarla təchiz edilmiş camaşırxanalı

8.Gimnastika zallarında duşları və yarımfabrikatlarla işləyən yeməkxanaları olan təhsil müəssisələri

10. Hazırlanmış qidaları nahar zallarında reallaşdırılan ictimai iaşə müəssisələri

Qida (soyuducusu olmayan)

12. Poliklinika və ambulatoriyalar

Ticarət zalı və köməkçi otaq

Dərmanların hazırlanma laboratoriyası

həvəskar idmançılar üçün (duş qəbulu nəzərə alınmaqla)

Peşəkar idmançılar üçün

İdmançılar üçün (duş qəbulu nəzərə alınmaqla)

Sabunlanma otağında yuyunma və duş qəbul etmə

Həmçinin, müalicə prosedurlarının qəbulu

1m həcmə 1 saatda 84 kC-dan artıq istilik ayrılan sexlər

21. Sənaye müəssisələrinin məişət otaqlarındakı duşxanalar

Qalan idman qurğuları

Mükəmməl örtüklər, səkilər, meydanlar, müəssisə keçidləri

Yaşıllıqlar, qazonlar və güllüklər

23. Sürüşmək üçün buz meydançasına tökülən su

Qeyd: 1. Su sərfi normaları əsas istehlakçılar üçün təyin edilmişdir və ona bütün əlavə sərflər də (xidmətçi heyət, xidmətçi heyət üçün duşlar, ziyarətçilər, otaqların təmizlənməsi və s.) daxildir.

2. İstehsalat müəssisələrinin məişət binaları və otaqlarındakı qrup halında olan duşlarda və ayaq vannalarında, eləcə də camaşırxanalarda paltarların yuyulması və ictimai iaşə müəssisələrində yemək hazırlanması, həmçinin xəstəxanaların, sanatoriya və poliklinikaların su müalicəxanalarında müalicə prosedurlarına və yemək hazırlanmasına su tələbatı əlavə hesablanmalıdır.

3. Camaşırxanalarda avtomatlaşdırılmamış paltaryuyan maşınlar olduqda və spesifik çirklənmələri olan paltarların yuyulduqda 1 kq quru paltar üçün isti su sərfi normasının 30% artırılmasına yol verilir.

4. Sulama üçün su sərfi norması bir sulama üçün təyin edilmişdir. Gün ərzində sulamaların sayı iqlim şəraitindən asılı olaraq qəbul edilməlidir.

5. İstehsalat ehtiyaclarının bu cədvəldə göstərilməyən sərfləri texnoloji tapşırıqlara və ayrı-ayrı istehsal sahələri müəssisələrinin inşaat layihələndirilməsi göstərişlərinə əsasən qəbul edilməlidir.

6. Bu cədvəldə göstərilməyən mülki binaları, qurğuları və otaqlarının istehlakçıları üçün su sərfi normaları su tələbatının xarakterinə görə bu əlavədəki oxşar istehlakçıların su sərfi normaları qədər qəbul edilməlidir.

7. İctimai iaşə müəssisələrində bir iş günündə satılan xörəklərin sayının U aşağıdakı düsturla hesablanmasına yol verilir:

burada n - oturaq yerlərin sayı;

m - oturtmaların sayı (açıq tipli yeməkxanalar və kafelər üçün 2; sənaye müəssisələrindəki yeməkxanalar və tələbə yeməkxanaları üçün 3; restoranlar üçün 1,5 qəbul edilir);

T – ictimai iaşə müəssisəsinin gün ərzində işləmə müddəti, st;

Y - iş günü müddətində oturtmaların qeyri-müntəzəmlik əmsalı olub yeməkxana və kafelər üçün – 0,45, restoranlar üçün – 0,55, digər ictimai iaşə müəssisələri üçün müvafiq əsaslandırma olduqda 1,0 qəbul edilir.

3.1. Sirkulyasiya edən isti su sərfi qs, l/s, 1.1 düsturu ilə hesablanır.

burada Q - isti su təchizatı sisteminin boru kəmərlərində istilik itkisi, Vt;

r - suyun sıxlığı, kq/m;

c – suyun xüsusi istilik tutumu, kC/(kqC);

t – boru kəməri sahəsi və ya sisteminin girişində suyun temperaturu, C;

t – boru kəməri sahəsi və ya sisteminin çıxışında suyun temperaturudur, C.

3.2. İsti su təchizatı sisteminin boru kəmərlərindəki istilik itkisi (3.2) və (3.3) düsturları ilə hesablanır.

düsturlarda - isti su təchizatı sisteminin ayrı-ayrı sahələrində istilik itkisi, Vt;

k - istilik ötürmənin xətti əmsalı, Vt/(m.C);

dT - temperatur basqısı, C;

Tor - boru kəmərində suyun orta temperaturu, C;

Th - ətraf havanın temperaturu, C;

l - boru kəməri sahəsinin uzunluğudur, m.

3.3. İsti su təchizatı sistemlərinin boru kəmərlərində temperatur itkisi (3.4) düsturu ilə hesablanır.

burada qsah. – boru kəməri sahəsinin hesablama sərfi, l/s;

- izolyasiya nəzərə alınmaqla boru kəməri sahəsindəki istilik itkisi, Vt;

T1 – başlanğıc temperatur, C;

(1/1163) – çevirmə əmsalı. 1 Vat = 0,00086 Mkal/st.

3.4. Boru kəmərlərinin diametri suyun saniyəlik maksimum sərfinə hesablanır.

4.1. Boru kəmərləri sahələrində basqı itkisi, o cümlədən dik boruların su kəməri qovşaqlarında birləşdirildiyi hallarda boru materialının kələ-kötürlüyü və suyun özlülüyü nəzərə alınmaqla təyin edilməlidir.

Ümumi basqı itkisi uzunluq boyu basqı itkiləri ilə yerli müqavimətlərdə baş verən basqı itkilərini cəmləməklə təyin edilir.

4.2. Uzunluq boyu basqı itkiləri hl, m, (4.2) düsturu ilə hesablanır.

burada λl - hidravlik sürtünmə əmsalı;

l - borunun uzunluğu, m;

v - axının orta sürəti, m/s;

d - borunun daxili diametri, m;

g - sərbəst düşmə təcilidir, (9,80665 m/s).

4.3. Yerli müqavimətlərdə basqı itkisi hy, m, (4.3) düsturu ilə hesablanır.

burada ξi - sistemin hər bir elementindəki (döngələr, üçlüklər, və s.) yerli müqavimət əmsalları;

v - yerli müqavimətdən sonra axının orta sürəti, m/s;

g - sərbəst düşmə təcilidir, (9,80665 m/s).

5.1. Tutumun tənzimləyici həcmi W, m, aşağıdakı kimi hesablanmalıdır:

a) nasosun və ya nasos qurğusunun məhsuldarlığı maksimal saatlıq sərfinə (, m/st) bərabər və ya ondan çox olduqda su-basqı və ya hidropnevmatik çən üçün (5.1) düsturu ilə:

burada n – nasos qurğularının 1 saat ərzində işə salınma sayı: açıq çənli qurğular üçün 2-4; hidropnevmatik çənli qurğular üçün 6-10 qəbul edilir. Göstərilənlərdən çox işə salınma sayı gücü 10 kVt-a qədər olan qurğular üçün qəbul edilə bilər.

b) nasos qurğularının məhsuldarlığı maksimum saatlıq sərfdən az olan hallarda su-basqı çəni və ya rezervuar üçün (5.2) düsturu ilə

c) isti su təchizatı sistemində çən-istilik akkumulyatoru üçün su qızdırıcının (istilik generatorunun) gücü istiliyin maksimum saatlıq tələbatını təmin etmədiyi hallarda (5.3) düsturu ilə

(5.1), (5.2), (5.3) düsturlarında:

φ – tənzimləyici həcmin (5.4) və (5.5) düsturları ilə və ya 5.1 və 5.2 cədvəllərindən hesablanan nisbi qiymətidir.

T,,,t,t bu normaların 5.2-ci bəndinə uyğun olaraq qəbul edilməlidir.

5.2. Tənzimləyici həcmin φ1 və φ2 nisbi qiymətləri təyin edilməlidir:

a) maksimum su tələbatının (istilik tələbatının) hesablama müddətində (sutka, növbə) nasos qurğularının (su qızdırıcıların) müxtəlif məhsuldarlıqlarla fasiləsiz işində və ya nasos qurğularının uzun müddətli işə salınmasında (5.4) düsturu ilə

b) ən çox su tələbatı (istilik tələbatı) saatını da özündə ehtiva edən su tələbatı (istilik tələbatı) müddətinin müəyyən hissəsində nasos qurğusunun (su qızdırıcının və ya istilik generatorunun) müntəzəm və fasiləsiz işlədiyi zaman (5.5) düsturu ilə

(5.4) və (5.5) düsturları ilə istilik akumulyatorlarını hesablayan zaman və əvəzinə və qəbul edilməlidir.

φ1 və φ2-nin (5.4) və (5.5) düsturları ilə hesablanmış qiymətləri 5.1 və 5.2 cədvəllərində verilir.

5.3. Sistem üçün maksimum su tələbatı sutkasında (növbəsində) saatlıq qeyri-müntəzəmlik əmsalı (5.6) düsturu ilə hesablanmalıdır.

5.4. Maksimum su tələbatı sutkasında (növbəsində) suyun nasoslarla verilməsinin saatlıq qeyri-müntəzəmlik əmsalı (5.7) düsturu ilə hesablanmalıdır.

5.5. İsti suyun maksimal tələbatı dövründə T, st, (sutkalar, növbələr) isti su təchizatı sisteminin istilik tələbatının saatlıq qeyri-müntəzəmlik əmsalı (5.8) düsturu ilə hesablanmalıdır.

5.6. İsti su təchizatı sistemləri üçün isti suyun maksimal tələbatı dövründə T, st, (sutkalar, növbələr) istilik verilməsinin saatlıq qeyri-müntəzəmlik əmsalı (5.9) düsturu ilə hesablanmalıdır.

burada Q – isti su təchizatı sisteminin suqızdırıcısının, qazanının və onlara bənzər avadanlığının hesablama gücüdür, kVt.

5.7. Həcmlərin tam tutumları V, m, (5.10), (5.11) və (5.12) düsturları ilə hesablanmalıdır.

a) hidropnevmatik çən üçün

b) su-basqı çəni və ya rezervuar üçün

c) istilik akkumulyatoru üçün

(5.10), (5.11), (5.12) düsturlarında:

W1 – yanğın söndürülməsinə su ehtiyatı, m;

A – mütləq minimal təzyiqin maksimal təzyiqə nisbəti olub, basqı ilə işləyən qurğular üçün 0,8; basqısı 50 m-ə qədər olan qurğular üçün 0,75; basqısı 50 m-dən artıq olan qurğular üçün 0,7 qəbul edilir;

B – çənin tutumunun ehtiyat əmsalı olub təkrar – qısa müddətli rejimdə işləyən nasoslardan istifadə edilən qurğular üçün 1,2-1,3; nasoslarının məhsuldarlığı maksimal saatlıq sərfdən az olan qurğular üçün 1,1; istilik akumulyatorları üçün B =1 qəbul edilir.

6.1. Havalandırılan (ventilyasiya olunan) dik borular

6.1.1. Havalandırılan dik borulara birləşdirilmiş cihazların hidravlik sifonların hündürlüyü 50-60 mm olduqda onun diametrini borunun materialının növündən asılı olaraq 6.1 cədvəlindən qəbul etmək lazımdır.

Tullantı sularının sərfi cədvəl 6.1-də göstərilən maksimal qiymətlərdən çox olduqda, ya dik borunun diametrini artırmaq, ya da sərfi bir neçə dik boru arasında paylamaq lazımdır.

6.1.2. Hidravlik sifonun digər verilmiş hündürlüyündə və mərtəbələrdə dik borulara birləşdirilən sukənarlaşdırıcı boruların digər diametrində havalandırılan dik borunun suburaxma qabiliyyəti (6.1) düsturu ilə hesablanmalıdır.

burada - dik borunun maksimal suburaxma qabiliyyəti, m/s;

α - mərtəbə sukənarlaşdırıcı borusunun dik boruya birləşmə bucağı, dərəcə;

Δp - dik boruda yaranan vakuum, mm.s.s.;

Havalandırılan və havalandırılmayan kanalizasiya dik borularında yaranan vakuumun yol verilən qiyməti 0,9hç-dən artıq olmamalıdır.

hç - kanalizasiya dik borusuna birləşdirilmiş sanitar-texniki cihazların hidravlik sifonların ən kiçik hündürlüyü;

Dd - dik borunun daxili diametri, m;

dd - mərtəbə sukənarlaşdırıcı borunun daxili diametri, m;

Li.h - dik borunun işçi hündürlüyüdür, m.

İşçi hündürlüyü Li.h ³ 90Dd olduqda 90Dd qəbul etmək lazımdır.

qs hesablama sərfdə havalandırılan kanalizasiya dik borusunda yaranan vakuumun yol verilən qiyməti (6.2) düsturu ilə hesablanmalıdır.

burada Δp – dik boruda yaranan vakuumun qiyməti, mm.s.s.;

qs – tullantı suyunun sərfi, m/s;

Dd - dik borunun daxili diametri, m;

ds.k - mərtəbə birləşmələrinin daxili diametri, m;

Li.h - dik borunun işçi hündürlüyüdür, m.

İşçi hündürlüyü Li.h ³ 90Dd olduqda 90Dd qəbul etmək lazımdır.

6.2. Havalandırılmayan dik borular

6.2.1. Havalandırılmayan dik borulara birləşdirilmiş cihazların hidravlik sifonların hündürlüyü 50-60 mm olduqda onun diametrini borunun materialının növündən asılı olaraq 6.2-6.4 cədvəllərindən qəbul etmək lazımdır.

Dik borunun sorucu hissəsinin qurulması mümkün olmadıqda və tullantı sularının sərfi maksimal qiyməti aşdıqda ya dik borunun diametrini artırmaq, ya da tullantı su sərfini bir neçə havalandırılmayan dik boru arasında paylamaq, ya da ventilyasiya klapanı tətbiq etmək, ya da yuxarıda dörddən az olmayan kanalizasiya dik borularını birləşdirmək lazımdır.

6.2.2. Hidravlik sifonun digər hündürlüyündə havalandırılmayan dik borunun diametri hesabatla təyin edilməlidir.

Dik boruya yuxarıdan aşağı istiqamətlənmiş və hesablama sərfə qs malik tullantı suyu axarı ilə daxil edilən havanın sərfi, m/s (6.3) düsturu ilə hesablanır.

burada qs – tullantı suyunun sərfi, m/s;

α - mərtəbə sukənarlaşdırıcı borusunun dik boruya birləşmə bucağı, dərəcə;

Dd - dik borunun daxili diametri, m;

ds.k - mərtəbə birləşmələrinin daxili diametri, m;

Li.h - dik borunun işçi hündürlüyüdür, m.

İşçi hündürlüyü Li.h ³ 90Dd olduqda 90Dd qəbul etmək lazımdır.

Hava qarışığının hesablama sürəti (6.4) düsturu ilə hesablanır.

burada Qh - dik boruya yuxarıdan aşağı istiqamətlənmiş tullantı suyu axarı ilə daxil edilən havanın sərfi, m/s;

qs – tullantı suyunun sərfi, m/s;

ω – dik borunun en kəsik sahəsidir, m.

Havalandırılmayan kanalizasiya dik borularında yaranan vakuum (6.5) düsturu ilə hesablanır.

Aşağı təzyiqli polietilen və polivinilxlorid dik boruların aşağıdakı xarici diametrlərində, mm, suburaxma qabiliyyəti, l/s

Yüksək təzyiqli polietilen dik boruların aşağıdakı xarici diametrlərində, mm, suburaxma qabiliyyəti, l/s

Qeyd. Suburaxma qabiliyyətinin cədvəldə verilən qiymətləri hava axınının canlı en kəsik sahəsi 1650 mm olan klapanlı, diametri 50 mm olan dik borular üçün və 3170 mm olan klapanlı, diametri 110 (100) mm olan dik borular üçün qəbul edilə bilər.

d50 - diametri 50 mm olan yanğın kranının yanında qoyulmuş diafraqmanın deşiyinin diametri;

d70 - diametri 70 mm olan yanğın kranının yanında qoyulmuş diafraqmanın deşiyinin diametridir.

d10 (d15) - şərti keçid diametri d = 10 və 15 mm olan qarışdırıcı armaturun birləşdirici borularında qoyulan diafraqmanın deşiyinin diametri;

v15 - diametri 15 mm olan boruda suyun hərəkət sürətidir, m/s.

1.1. Bu normaların tələbləri maddələrin, materialların, məhsulların və xammalın saxlanılması üçün nəzərdə tutulmuş funksional yanğın təhlükəliyi sinfi F5.2 olan anbar binaları və yerləşgələrin inşası və istismarının bütün mərhələlərinə, o cümlədən daxili mühitin verilən parametrlərini saxlamaq üçün xüsusi tikinti tədbirləri tələb olunmayan digər funksional yanğın təhlükəli binalarda yerləşdirilmiş anbar yerləşgələrinə şamil edilir.

Bu normalar bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin, partlayıcı, radioaktiv və güclü təsir edən zəhərli maddələrin, yanar qazların, 70 kPa-dan (0,7 kqq/sm) yuxarı təzyiq altında qablarda olan yanmayan qazların, neft və neft məhsullarının, kauçuk, sellüloid, yanan plastmas və kinoplyonkaların, sementin, pambığın, kombinəedilmiş yemlərin, xəzlik dərilərin, xəz və xəz məmulatlarının, kənd təsərrüfatı məhsullarının, o cümlədən unun, saxlanılması üçün anbar binaları və yerləşgələrinin layihələndirilməsinə, həmçinin soyuducu və taxıl anbarları üçün bina və yerləşgələrin layihələndirilməsinə şamil edilmir.

1.2. Anbarlarda əlil əməyindən istifadənin mümkünlüyü nəzərdə tutulan hallarda, orqanizminin funksiyalarının pozulması faizindən asılı olaraq DTN 3.2-01-in müvafiq bəndlərində qeyd olunmuş əlavə tələblər yerinə yetirilməlidir.

2. Normativ istinadlar

Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilib:

Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilib);

Bina və qurğuların yanğın təhlükəsizliyi;

Təbii və süni işıqlanma;

İnzibati və məişət binaları;

Siqnal rəngləri və təhlükəsizlik işarələri;

Rels izi 1520 (1524) mm olan dəmir yolları nəqliyyat vasitələrinin və tikililərin yaxınlaşma qabaritləri;

Mobil (inventar) binalar. Ümumi texniki şərtlər.

Qeyd: Mətndə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur:

TNvəQ – Tikinti Norma və Qaydaları;

DÜİST – Dövlət Ümumittifaq Standartı (dövlətlərarası standart);

DTN – Dövlətlərarası Tikinti Normaları;

F5.2 – anbar binalarının funksional yanğın təhlükəliyi sinfi;

A, B, C, D və E – anbar binalarının uyğun olaraq yanğından yüksək partlayış təlükəliliyi, yanğından partlayış təlükəliliyi, yanğın təhlükəliliyi, orta yanğın təhlükəliliyi və zəif yanğın təhlükəliliyi kateqoriyaları.

Bu normalarda aşağıdakı anlayışlardan istifadə olunur:

rampa - yükləmə-boşaltma əməliyyatı üçün nəzərdə tutulan qurğu. Rampanın bir tərəfi anbarın divarına bitişik, digər tərəfi dəmir yolu xətti (dəmir yolu rampası) və ya avtomobillərin giriş yolu boyu (avtomobil rampası) yerləşir;

platforma - rampa ilə analoji təyinata malik qurğu. Rampadan fərqli olaraq platforma bir tərəfdən dəmir yolu xətti, əks tərəfdən – avtomobillərin giriş yolu istiqamətlərində ikitərəfli layihələndirilir;

hündür stellajda saxlama - hündürlüyü 5,5 m-dən çox olan stellajlarda üst-üstə yığmaqla saxlama;

binanın mühəndis avadanlıqları - mayenin, qazların, elektrik enerjisinin verilməsini və ötürülməsini təmin edən cihazlar, aparatlar, maşın və kommunikasiya təminatı sistemləri (su kəməri, qaz kəməri, istilik, elektrik, kanalizasiya və havalandırma avadanlıqları);

meydança - binanın daxilində və ya ondan kənarda yerləşdirilmiş müstəqil dayaqların və ya binanın konstruksiyası üzərində olan və avadanlıqların quraşdırılması, təmiri və xidməti üçün nəzərdə tutulan biryaruslu qurğular (divarsız);

texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbə. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələr arası ola bilər.

4.1. Bu normaların yanğın təhlükəsizliyi tələbləri DTN 2.02-01-də qəbul edilmiş müddəa və siniflərə əsaslanır.

4.2. Saxlanılan maddə, material, məhsul, xammaldan və onların qablaşdırılmasından asılı olaraq anbar bina və yerləşgələri partlayış - yanğın və yanğın təhlükəsinə görə A, B, C, D və E kateqoriyalarına bölünür.

Bina və yerləşgələrin kateqoriyaları yanğın əleyhinə təhlükəsizlik normalarının tələblərinə uyğun müəyyən edilir.

Qeyd. Sonradan mətn üzrə termin “maddələr, materiallar, məhsullar və xammallar” birləşdirilərək “yüklər” termini ilə əvəz olunur.

4.3. Anbarlarda işləyənlər üçün inzibati, məişət bina və yerləşgələri qüvvədə olan TNvəQ 2.09.04 normativ sənədin tələblərinə müvafiq layihələndirilməlidir.

4.4. Anbar binalarının ümumi sahələrinin hesablanması “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na müvafiq olaraq aparılmalıdır.

4.5. Texnoloji proseslərin ardıcıllığını təmin etmək üçün xammal və yarımfabrikatların texnoloji layihələndirmə normaları ilə müəyyən edilmiş miqdarda aralıq anbarlarının bilavasitə istehsalat binalarında açıq vəziyyətdə və ya tor arakəsmələr arasında yerləşdirilməsinə yol verilir. Texnoloji layihələndirmə normaları ilə müəyyən edilməyən digər hallarda isə sözügedən yüklərin miqdarı növbə üzrə (və ya gündəlik) tələbdən çox olmamalıdır.

4.6. Müxtəlif kateqoriyalı yerləşgələrin anbar binalarında yerləşdirilməsi və onların bir-birindən ayrılması, təxliyə yolları və çıxışlarının, tüstükənarlaşdıran qurğuların, şlüz, tambur-şlüz, pilləkən qəfəsəsi və pilləkənlərin, dam örtüyünə çıxışların qurulması DTN 2.02-01, DTN 3.02-01-in və qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə müvafiq olaraq qəbul edilməlidir.

4.7. Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya vasitələri, yanğın barədə xəbərdarlıq sistemləri yanğın əleyhinə təhlükəsizlik normalarının tələblərinə müvafiq nəzərdə tutulmalıdır.

5. Həcm-planlaşdırma və konstruktiv həllər

5.1. Anbar binalarının həcm-planlaşdırma həlləri bu binalarda əhəmiyyətli dərəcədə yenidənqurma işləri aparılmadan yüklərin üst-üstə yığılma texnologiyasının dəyişdirilməsinin mümkünlüyünü təmin etməlidir.

5.2. Yaşayış məntəqəsinin ərazisində anbar binaları yerləşdirildikdə ətraf tikililərin memarlıq həlləri nəzərə alınmalıdır.

5.3. Anbar binalarının həndəsi parametrləri (aşırımların ölçüləri, sütunların addımı və mərtəbələrin hündürlüyü) texnologiyanın tələblərinə uyğun olaraq müəyyən edilir. Mobil (inventar) binaların həndəsi parametləri isə DÜİST 22853-ün tələblərinə müvafiq olmalıdır.

5.4. Texnoloji, sanitariya və yanğın əleyhinə tələblərə zidd olmayan hallarda yüklərin saxlanılması, ekspedisiyası, qəbulu, çeşidlənməsi və komplektləşdirilməsi üçün nəzərdə tutulmuş anbar yerləşgələri, həmçinin məişət, inzibati və digər yerləşgələr bir binada cəmləşdirilməlidir.

5.5. İstismar şəraiti yol verdikdə sanitar-texniki və energetika avadanlıqları yerində zəruri örtülmələr nəzərə alınmaqla açıq meydançalarda yerləşdirilir.

5.6. Binanın hündürlüyü və mərtəbələrin sayı (bu normanın cədvəl 1-də təyin olunmuş hüdudlarında) müxtəlif mərtəbəli binalarda anbar yerləşgələrinin yerləşmə variantlarının texniki-iqtisadi göstəricilərinin müqayisəli nəticələri əsasında qəbul olunmalıdır.

5.7. Anbar yerləşgələrinin hündürlüyü anbar proseslərində tətbiq olunan mexanikləşdirilmə səviyyəsi nəzərə alınaraq təyin olunur. İnsanların müntəzəm gedişi olan yerlərdə və təxliyə yollarında döşəmədən yükdaşıyan konstruksiyanın aşağısına və kommunikasiya elementlərinin və avadanlıqların çıxıntısına qədər olan hündürlük 2 m-dən az olmamalıdır.

5.8. Hündür stellajlı birmərtəbəli anbar binalarında stellaj konstruksiyalardan xarici divarların qoruyucu konstruksiyalarının bərkidilməsi və örtük dayaqları üçün istifadə edilməsinə yol verilir.

5.9. A və B kateqoriyalı anbar binalarının xarici mühafizə konstruksiyaları DTN 3.02-01-in tələblərinə uyğun olaraq asan atıla bilən konstruksiyalar kimi layihələndirilməlidir.

5.10. Qida məhsulları saxlanılan anbar yerləşgələrində aşağıdakılar nəzərdə tutulmalıdır:

- gəmiricilərin dağıda bilmədiyi materiallardan boşluqsuz mühafizə konstruksiyaları;

- boşluqsuz və bütöv laylardan hazırlanmış xarici qapılar, darvazalar və lyuk qapaqları;

- ventilyasiya sistemləri kanallarının dəliklərinin bağlanılması üçün qurğu;

- divarlarda və hava kəmərlərində döşəmə səviyyəsindən 0,6 m-ə qədər hündürlükdə yerləşən ventilyasiya dəliklərinin və zirzəmi mərtəbələrində pəncərələrin polad torlarla (oyuqlarının ölçüləri 12×12 mm-dən çox olmayan) mühafizəsi. Pəncərələrin polad torlarla mühafizə konstruksiyaları açılan və ya çıxarılan olmalıdır.

Belə anbar binalarının layihələrində boru kəmərlərinin keçdiyi boşluqların (divar, arakəsmə və örtüklərdə) və yerləşgələrin mühafizə konstruksiyalarının birləşdiyi yerlərdə yarana bilən aralıqların (daxili və xarici divarların, arakəsmələrin bir-biri ilə, döşəmə ilə və ya örtüklərlə) tam doldurulması nəzərdə tutulmalıdır.

Qida məhsullarının saxlanılması üçün nəzərdə tutulmuş anbar yerləşgələrinin döşəmə örtüklərində qətran və qətran mastikaların tətbiqinə yol verilmir.

5.11. Anbar daxilində yüklərin daşınması, boşaldılması, yerləşdirilməsi və sair məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerlərdə anbar binalarının sütunları və boşluqlarının haşiyələri mexaniki zədələnmələrdən mühafizə olunmalı və DÜİST 12.4.026 -ın tələblərinə müvafiq rənglənməlidir.

5.12. Yükləmə-boşaltma rampaları və platformaları yüklərin və yükləmə-boşaltma mexanizmlərinin atmosfer yağıntılarından mühafizə edilməsi tələbləri nəzərə alınmaqla layihələndirilməlidir.

Dəmiryol yükləmə-boşaltma rampaları və platformaları üzərindəki talvar dəmir yolu xəttinin oxunu 0,5 m-dən az, avtomobil rampaları üzərindəki talvar isə avtomobil keçidini rampanın kənarından 1,5 m-dən az olmayaraq örtməlidir.

5.13. Yükləmə-boşaltma rampasının uzunluğu anbarın yük dövriyyəsindən və tutumundan, həmçinin binanın həcm-planlaşdırma həllindən asılı olaraq təyin olunmalıdır.

Yükləmə-boşaltma rampasının və platformanın eni yükləmə-boşaltma işlərinin texnologiyası və təhlükəsizlik texnikasının tələblərinə müvafiq qəbul olunmalıdır.

5.14. Yükləmə-boşaltma rampa və platformalarının ən azı iki pilləkəni və ya pandusu olmalıdır.

5.15. Avtomobil nəqliyyatı üçün avtomobillərin girişi tərəfdən yükləmə-boşaltma rampasının kənarının hündürlük səviyyəsi ilə yolun hərəkət hissəsinin və ya yükləmə-boşaltma meydançasının səthi səviyyəsi arasındakı məsafə 1,2 m-ə bərabər olmalıdır.

5.16. Dəmiryol nəqliyyatı vasitələri üçün yükləmə-boşaltma rampa və platformaları DÜİST 9238-ə müvafiq layihələndirilməlidir.

5.17. Yüklərin daşınması, boşaldılması, yerləşdirilməsi və sair məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələrinin keçidi üçün pandusların eni yüklənmiş nəqliyyat vasitələrinin maksimal enindən ən azı 0,6 m artıq olmalıdır. Pandusların mailliyi bağlı yerləşgələrdə yerləşdikdə 16%-dən çox və binadan kənarda yerləşdikdə 10%-dən çox olmamalıdır.

5.18. Darvaza qurğularını, dəmir yolların girişlərini, zenit fənərlərini, daxili suaxanlarını, parapetləri və pəncərə şüşələrinin təmizlənməsi və təmiri üçün mexanizmləri DTN 3.02-01-in tələblərinə müvafiq qəbul etmək lazımdır.

5.19. Anbar yerləşgələrində temperatur, nisbi rütubət və havanın hərəkət sürəti qüvvədə olan normativ sənədlərə görə yüklərin saxlanma texnologiyasının tələblərinə uyğun olaraq qəbul edilməlidir.

5.20. Anbar binaları və yerləşgələrinin döşəməsinin əsası, örtüyünün konstruksiyası və materialı anbara yığılan yüklər, anbar daxilində istifadə edilən nəqliyyat vasitələrinin və tozkənarlaşdıranların mexaniki təsirlərinin növü və intensivliyi nəzərə alınmaqla qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə müvafiq təyin edilməlidir.

6. Yanğının yayılmasının qarşısının alınması

6.1. Anbar binalarının odadavamlılıq dərəcəsi, konstruktiv yanğın təhlükəliyi sinfi, yanğın bölməsinin hüdudlarında binanın hündürlüyü və mərtəbənin sahəsi cədvəl 1 üzrə qəbul edilməlidir.

Qonşu mərtəbələrin örtüklərində açıq texnoloji boşluqlar olduqda bu mərtəbələrin sahələrinin cəmi cədvəl 1-də verilən mərtəbə sahəsini aşmamalıdır.

Anbar yerləşgələri avtomatik yanğınsöndürən qurğularla təchiz edildikdə, IV dərəcəli odadavamlı binalar (CO, C1, C2 və C3 sinifli) istisna olunmaqla, Cədvəl 1-də göstərilən mərtəbələrin sahəsinin 100% artırılmasına yol verilir.

Anbarlar istehsalat binalarında yerləşdikdə yanğın bölməsinin hüdudlarında anbar yerləşgəsinin mərtəbə sahəsi və onların hündürlüyü (mərtəbələrin sayı) cədvəl 1-də göstərilənlərdən çox olmamalıdır.

Cədvəl 1-də binaların odadavamlılıq dərəcəsi və yanğın təhlükəliyi sinfi göstəriciləri arasındakı uyğunluq nəzərə alınmaqla, anbar binalarının və yerləşgələrinin kateqoriyaları və yanğın bölmələri üçün normalar müəyyən olunmuşdur. Bu cədvəldə nəzərdə tutulmayan digər hallarda binanın mərtəbəsinin sahəsi və hündürlüyü müvafiq kateqoriyalı binanın ən aşağı göstəricilərinə görə qəbul edilir və ya DTN 2.02-01-in 1.6-cı bəndi ilə müəyyən olunmuş qaydada razılaşdırılır.

*Bu cədvəldə binanın hündürlüyü texniki mərtəbə daxil olmaqla 1-ci mərtəbənin döşəməsindən yuxarıdakı mərtəbənin tavanına qədər ölçülür; tavanın hündürlüyü dəyişən olduqda, mərtəbənin orta hündürlüyü qəbul olunur.

I, II və III dərəcəli odadavamlı, konstruktiv yanğın təhlükəliyi sinfi CO olan birmərtəbəli binaların hündürlüyü normalaşdırılmır.

IV dərəcəli odadavamlı, konstruktiv yanğın təhlükəliyi sinifləri CO və C1 olan birmərtəbəli binaların hündürlüyü 25 m-dən, C2 və C3 sinifləri üçün isə 18 m-dən çox qəbul olunmamalıdır (döşəmədən dayaqda örtüyün yükdaşıyan konstruksiyasının aşağı hissəsinə qədər).

6.2. B və C kateqoriyalı çoxmərtəbəli anbar binalarının eni 60 m-dən çox olmayaraq layihələndirilməlidir.

6.3. Birinci mərtəbənin mərtəbəarası örtüyü 1-ci tip yanğın əleyhinə olduqda, çoxmərtəbəli anbar binalarının birinci mərtəbəsinin sahəsinin birmərtəbəli binaların normalarına görə qəbul edilməsinə yol verilir.

6.4. Məhsullar 1-ci tip yanğın əleyhinə divarları və örtükləri olan hündür stellajlarda saxlanıldıqda, kateqoriyası C olan istehsalat binalarının anbar yerləşgələri bir-birindən yanğın əleyhinə 1-ci tip arakəsmələrlə və 3-cü tip örtüklərlə ayrılmalıdır. Bu halda istehsalat binalarında yerləşən C kateqoriyalı anbarların hazır məhsul yerləşgələri, bir qayda olaraq, xarici divarların yanında yerləşdirilməlidir.

6.5. Hündür stellajlı, C kateqoriyalı anbar binaları tüstünün kənarlaşdırılması üçün fənərləri və ya dam örtüyündə sorucu bacaları olan CO sinifli, I-IV dərəcəli odadavamlı, birmərtəbəli layihələndirilməlidir.

Stellajlar hündürlük boyu addımı 4 m-dən çox olmamaqla yanmayan materialdan hazırlanmış üfüqi yanğın ekranlarına malik olmalıdır.

Ekranlar stellajların bütün üfüqi kəsiklərini, o cümlədən qoşalaşdırılmış stellajların aralarındakı məsafələri örtməlidir və yükləmə-boşaltma işlərinə mane olmamalıdır. Ekranlar, qabların və altlıqların aşağı tərəfi 150 mm olan kvadrat şəklində müntəzəm yerləşdirilmiş 10 mm diametrli deşiklərə malik olmalıdır

Stellajlarda hər 40 m-dən bir hündürlüyü 2 m-dən və eni 1,5 m-dən az olmayan eninə keçidlər nəzərdə tutulmalıdır. Stellajların hüdudlarındakı keçidlər stellajların konstruksiyalarından yanğın əleyhinə arakəsmələrlə ayrılmalıdırlar. Stellajların eninə keçidlər qurulmuş yerlərində xarici divarlarda qapı oyuqları nəzərdə tutulmalıdır.

Tüstükənarlaşdıran sorucu bacalar (lyuklar) stellajlar arasındakı keçidlərdə yerləşdirilməlidir.

Stellajların borulu yükdaşıyan konstruksiyalarından bu konstruksiyaların möhkəmliyi, ötürmə qabiliyyəti və germetikliyi təmin olunmaq şərtilə yanğınsöndürən maddələrin nəql edilməsində istifadə oluna bilər.

6.6. Yanğın təhlükəsi eyni olan yüklərin saxlanıldığı anbar yerləşgələri texnoloji və ya sanitariya şərtləri baxımından arakəsmələrlə ayrıldıqda, həmin arakəsmələrə dair tələblər layihənin texnoloji hissəsində müəyyən edilir.

Saxlanma texnologiyasının tələblərindən asılı olaraq yüklərin bilavasitə arakəsmələrlə ayrılmayan anbarlarda ekspedisiyasına, qəbuluna, çeşidlənməsinə, komplektləşdirilməsinə və saxlanılmasına yol verilir. Bu halda əmtəəşünasların, ekspertlərin, anbardarların, keyfiyyətə nəzarət edənlərin, hesabdarların və operatorların iş yerlərinin odadavamlılıq həddi və yanğın təhlükəliyi sinfi normalaşdırılmayan arakəsmələrlə (quraşdırılıb-sökülən və açılıb-yığıla bilən şüşələnmiş və ya bütöv hissəsinin hündürlüyü 1,2 m-dən çox olmayan tor arakəsmələr) mühafizə olunmasına yol verilir.

6.7. Anbar binalarının yüklərin saxlanıldığı yerləşgələrində pəncərə oyuqlarının sahəsi, yanğın zamanı tüstükənarlaşdırmanın hesablanması yolu ilə təyin olunan sahədən az olmamalı, qalan yerləşgələrdə DTN 2.04-05-in tələblərinə uyğun olmalıdır.

Yüklərin saxlanıldığı yerləşgələrdə qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq tüstükənarlaşdırma nəzərdə tutularsa, bu zaman pəncərə oyuqlarının qurulmamasına yol verilir.

Pəncərə oyuqlarında şüşə bloklardan istifadə olunduqda ümumi sahəsi yanğın zamanı tüstükənarlaşdırmanın hesablanması ilə təyin olunan açılan pəncərə framuqaları qurulmalıdır.

6.8. Yanğın təhlükəliyi sinfi CO və C1 olan I, II, III və IV dərəcəli odadavamlı binalara bitişik rampaların və talvarların konstruksiyaları yanmayan materiallardan qəbul olunmalıdır.

Tətbiq sahəsi..........................................................................................................

Normativ istinadlar................................................................................................

Əsas anlayışlar.......................................................................................................

Əsas müddəalar.....................................................................................................

Həcm-planlaşdırma və konstruktiv həllər............................................................

Yanğının yayılmasının qarşısının alınması..........................................................

1.1. Bu normalar fərdi yaşayış evlərinin layihələndirilməsi, tikintisi və təhlükəsiz istismarına dair əsas tələbləri tənzimləyir.

1.2. Bu normaların tələbləri fərdi yaşayış evlərinin daxilində, bitişik və ya həyətyanı sahəsində yerləşdirilən yardımçı tikililərə də şamil olunur.

2. Normativ istinadlar

Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilmişdir:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi;

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi;

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” (Azərbaycan Respublikası Prezidentinin 08.07.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmişdir);

“Elektrik qurğularının quraşdırılması Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.02.2020-ci il tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

“Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-ci il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

“Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

“Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2005-ci il 74 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

“Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir);

Yüklər və təsirlər. Layihələndirmə normaları;

Seysmik rayonlarda tikinti;

Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması;

Qazanxana qurğuları. Layihələndirmə normaları;

İsitmə, ventilyasiya, havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları;

Binaların istilik mühafizəsi. Layihələndirmə normaları;

Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları;

Qaz təchizatı. Layihələndirmə normaları;

Bina və qurğuların qrunt əsasları;

Svay bünövrələr. Layihələndirmə normaları;

Beton və dəmir-beton konstruksiyalar. Layihələndirmə normaları;

Daş və armaturlanmış daş konstruksiyalar. Layihələndirmə normaları;

Polad konstruksiyalar. Layihələndirmə normaları;

Ağac konstruksiyalar. Layihələndirmə normaları;

Dam örtükləri. Layihələndirmə normaları;

Bina və qurğuların yanğın təhlükəsizliyi;

Ərazi, bina və qurğuların təhlükəli geoloji proseslərdən mühəndis mühafizəsi. Əsas müddəalar;

Təbii və süni işıqlandırma;

İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular;

İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi;

İctimai binalar və qurğular;

Əlillərin və məhdud hərəkət imkanlı əhali qruplarının ehtiyacları nəzərə alınmaqla həyat fəaliyyəti mühitinin layihələndirilməsi;

İnşaat konstruksiyalarının və əsaslarının etibarlılığı;

Yaşayış və ictimai binaları. Otaqlarda olan mikroiqlimin parametrləri;

Tikinti materialları. Yanmaya qarşı sınaq metodları.

Qeyd: Mətndə göstərilən işarələnmələr aşağıdakı kimi oxunur:

TN və Q – Tikinti Norma və Qaydaları;

DTN – Dövlətlərarası Tikinti Normaları;

STN - Sahə Tikinti Normaları;

DÜİST – Dövlət Ümumittifaq Standartı (1991-ci ildən sonra dövlətlərarası standart).

Y3 - normal yanar tikinti materialları və Y4 - güclü yanar tikinti materialları.

Bu normalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

balkon – fasadın divar səthindən çıxan, məhəccərlə hüdudlanmış meydança;

eyvan – binaya bitişik və ya içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgə;

fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi;

otaq – fərdi yaşayış evinin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi;

lociya – xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahə;

dəhliz – fərdi yaşayış evində girişlə (və ya soyuq tamburla) bitişik yerləşən, yaşayış otaqlarına (otağa) və ya yardımçı sahələrə keçid funksiyası daşıyan yardımçı yerləşgə;

yardımçı tikililər - fərdi yaşayış evinin sakinlərinin təsərrüfat-məişət ehtiyaclarının ödənilməsi məqsədilə nəzərdə tutulan tikililər (qaraj, anbar, talvar, yay mətbəxi, su quyusu, hovuz, istixana və s);

həyətyanı torpaq sahəsi – fərdi yaşayış evinə bitişik və ona bilavasitə çıxışı olan torpaq sahəsi;

terras – fərdi yaşayış evinə bitişik məhəccərlə hüdudlanmış açıq meydança və ya aşağı mərtəbənin damında yerləşdirilmiş meydança;

çardaq – sonuncu mərtəbə örtüyü ilə evin dam örtüyü və sonuncu mərtəbə örtüyündən yuxarıda olan xarici divarlar arasındakı məkan;

evin mərtəbəsi – evin mərtəbəarası örtüyün üstündən (və ya qrunt üzrə döşəmədən) yuxarıda yerləşən mərtəbəarası örtüyün (dam örtüyünün) üstünə qədər aralıqda olan hissəsi.

4.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

4.2. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən yerli şəraitdən asılı olaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən müəyyən edilir.

Fərdi yaşayış evinin mövcud torpaq sahəsində əlavə fərdi yaşayış evinin tikintisi zərurəti yarandıqda, həmin torpaq sahəsi yerquruluşu işləri aparılaraq yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri təmin edilmək şərtilə hər bir fərdi yaşayış evinə aid edilən ayrı-ayrı hissələrə bölünməklə yerquruluşu layihələri mülkiyyətçilər tərəfindən təsdiq edilməlidir.

4.3. Şəhərlərdə fərdi yaşayış evlərin tikintisi təsdiq olunmuş ərazi planlaşdırma sənədləri əsasında yaşayış zonasının həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin zonasında həyata keçirilir.

4.4. Fərdi yaşayış evlərinin otaq sayı, tərkibi və ölçüləri, həmçinin onların mühəndis-kommunikasiya təminatı sistemi ilə təchizatı bu normalarının tələbləri nəzərə alınmaqla sifarişçi tərəfindən layihə tapşırığında müəyyən edilir.

4.5. Fərdi yaşayış evlərinin həyətyanı sahəsinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalar”a uyğun qəbul edilməlidir.

4.6. Fərdi yaşayış evləri yerli əhəmiyyətli küçələrin qırmızı xəttindən 3 m-dən, ümumşəhər və rayon əhəmiyyətli küçələrin qırmızı xəttindən isə 5 m-dən az olmayan məsafədə yerləşdirilməlidir. Yaşayış məntəqələrinin müfəssəl planlarının hazırlanması şəraitində mövcud şəhərsalma vəziyyəti nəzərə alınmaqla qeyd olunan məsafənin azaldılmasına və ya fərdi yaşayış evinin yerli əhəmiyyətli küçənin qırmızı xəttində yerləşdirilməsinə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri təmin edilməklə yol verilir.

4.7. Fərdi yaşayış evlərində yaşayış otaqları və yardımçı sahələr - mətbəx (o cümlədən mətbəx-yemək otağı), dəhliz (holl), sanitar qovşağı nəzərdə tutulmalıdır.

Bundan əlavə fərdi yaşayış evinin daxilində (o cümlədən kürsülük və zirzəmi mərtəbələrində) divariçi dolabların, buxar hamamının və ya saunanın, həmçinin zirzəmisində, birinci mərtəbəsinin daxilində və ya ona bitişik qarajın yerəşdirilməsinə yol verilir.

Fərdi yaşayış evlərinin kürsülük və zirzəmi mərtəbələrində yaşayış otaqlarının yerləşdirilməsinə yol verilmir.

4.8. Sanitariya normaları və qaydalarına və yanğın təhlükəsizliyi normalarına riayət edilməklə evin həyətyanı sahəsində istilik və (və ya) elektrik təchizatı generatoru, bərk yanacaq anbarı, hovuz, sauna, yay mətbəxi, istixana, həmçinin layihə tapşırığı üzrə Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilən digər yardımçı tikililər də yerləşdirilə bilər.

Fərdi yaşayış evinin həyətyanı sahəsində (həmçinin birinci və kürsülük mərtəbələrində) ev sakinlərinin fərdi əmək fəaliyyəti ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin, normativ hüquqi aktlarla təsdiq edilmiş sanitariya normaları və qaydalarına, ekoloji, yanğın təhlükəsizliyi və səs-küydən mühafizə normalarının tələblərinə riayət edilməklə ictimai təyinatlı obyektlərin (partlayış-yanğın təhlükəli maddə və materiallar olan mağazalar, tezalışan mayelər istifadə olunan məişət xidməti müəssisələri, ixtisaslaşmış tikinti materialları mağazaları, eləcə də vibrasiya, səs-küy çirklənməsi mənbələri olan, istismarı ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən digər obyektlər istisna olmaqla) yerləşdirilməsinə yol verilir.

Həmin obyektlərin ümumi sahəsi və hündürlüyü fərdi yaşayış evinin ümumi sahəsindən və hündürlüyündən çox olmamalıdır.

4.9. Evin daxilində və ya ona bitişik tikilən yerləşgələrdə və həyətyanı sahədə sanitar norma və qaydalarına əsasən insan və ətraf mühit üçün təhlükəli elektromaqnit sahələri yaradan mənbələrin quraşdırılmasına, həmçinin ətraf mühitə zərərli, partlayış-yanğın təhlükəli amillərin təsir mənbəyi olan maddələrin saxlanılmasına yol verilmir.

Qeyd. Evin yaşayış sahələrinin səs-küydən mühafizəsi tələbləri “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na cavab verməlidir.

4.10. Fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikililər arasında məsafə normalaşdırılmır.

Kənd yaşayış məntəqələrində və şəhərlərin yaşayış zonasının həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin zonasında yerləşdirilən mal-qara, əhliləşdirilmiş ev heyvanları və quşlar saxlanılan tikililərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Yaşayış otaqlarının pəncərələrindən mal-qara, əhliləşdirilmiş ev heyvanları və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: 2 tikilidən artıq olmazsa 10 m-dən, 8-dək tikili olarsa 25-dən, 8-30 tikili olarsa 50 m-dən az olmamalıdır. Bloklaşdırılmış tikililərin tikinti sahəsi 800m-dən çox olmamalıdır.

Qeyd. Normativ hüquqi aktlarla təsdiq edilmiş sanitariya normaları və qaydalarına və yanğın təhlükəsizliyi normalarının tələblərinə riayət edilməklə təsərrüfat tikililərin (o cümlədən mal-qara və quşlar üçün), qarajların, hamam və elektrik, buxar və su ilə qızdırılan istixanaların həyətyanı sahəsi olan fərdi yaşayış evlərinin pəncərəsiz divarına bitişik tikilməsinə yol verilir.

4.11. Fərdi yaşayış evlərində istilik təchizatı, havalandırma, su təchizatı, kanalizasiya, elektrik təchizatı nəzərdə tutulmalıdır.

4.12. Fərdi yaşayış evlərinin layihələndirilməsində yaşayış şəraiti və yaşayış otaqlarının mikroiqlimi üzrə normalaşdırılmış parametrlər, sanitariya-epidemioloji qaydalar nəzərə alınmaqla DÜİST 30494-ə və AzDTN 2.6-1-ə müvafiq təmin edilməlidir.

4.13. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonaları istisna olmaqla, fərdi yaşayış evlərinin tikintisi sərhədlərindən meşə massivlərinin kənarınadək məsafə15 m-dən az olmamalıdır.

4.14. Fərdi evlərin tikintisi zonalarında ərazinin yaşıllaşdırılması, abadlaşdırılması, mühəndis-kommunikasiya təminatı obyektlərinin və qurğularının, gündəlik istifadə olunan xidmət müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulmalıdır.

4.15. Fərdi yaşayış evləri yerləşən sahələrin sanitariya normaları və qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

4.16. Layihə tapşırığına uyğun olaraq fərdi yaşayış evlərində liftlərin, əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş evlərdə isə xüsusi qaldırıcı qurğuların quraşdırılmasına yol verilir.

4.17. Əlilliyi olan şəxslər (o cümlədən təkərli oturacaq təyin edilmiş) yaşayan fərdi evlərdə STN 62-yə uyğun münasib həyat və fəaliyyət şəraitinin təmin olunması tövsiyə edilir.

5. Həcmi-planlaşdırma və konstruktiv həllərə aid tələblər

5.1. Fərdi yaşayış evlərində otaqların sahəsinin və həcminin hesablanması, evin mərtəbəliyinin müəyyən edilməsi “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun olaraq yerinə yetirilir.

Layihələndirilən və yenidən qurulan fərdi evlərin yerləşgələrinin sahələri aşağıdakılardan az olmamaqla qəbul edilməsi tövsiyə edilir:

- ümumi otaqlar (və ya qonaq otağı) - 16 m;

- yataq otağı – 9 m (iki nəfərə 12 m, mansardda yerləşdirdikdə - 8 m);

- təkərli oturacaq təyin edilmiş əlilliyi olan şəxslərin: yataq otağı- 9 m;

- mətbəx-yemək otağında mətbəx zonası - 6 m;

- hamam otağı - 3,2 m;

- birləşdirilmiş sanitar qovşağı - 3,8 m.

Otaq və yerləşgələrin eni aşağıda qeyd olunan ölçülərdən az olmayaraq qəbul edilməlidir:

- yaşayış otaqları - 3,0 m;

- ayaqyolu - 0,8 m, əl-üz yuyanla olduqda - 1,2 m.

Yaşayış otağının uzunluğunun eninə nisbətən 2 dəfədən çox olmayaraq qəbul edilməsi tövsiyə olunur.

5.2. Fərdi yaşayış evlərində yaşayış otaqlarının, mətbəxin hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmayaraq qəbul edilir. Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Dəhlizlərdə və antresol qurulduqda hündürlük (döşəmədən tavanadək) 2,1 m-dən az olmayaraq qəbul edilir.

Fərdi evlər üçün yaşayış otaqlarının və yardımçı sahələrin layihələndirilməsinə tələblər layihə tapşırığına əsasən nəzərdə tutulmalıdır.

5.3. Qrunt əsasların və yükdaşıyan konstruksiyaların layihələndirilməsi və inşası prosesi tikinti və istismar dövründə konstruksiyaların zədələnməsi və dağılması, eləcə də istismar xassələrinin pisləşməsi səbəbindən evin istismarının dayandırılmasına imkan verməməlidir. Damın layihələndirilməsi AzDTN 2.22-1-in tələblərinə əsasən həyata keçirilməlidir.

5.4. Evin qrunt əsası və konstruksiyaları AzDTN 2.1-1-in tələblərinə görə müvafiq normativ yüklərə və təsirlərə hesablanmalıdır. DÜİST 27751 üzrə evlərin etibarlılığının təmin edilməsi məqsədi ilə layihələndirmədə evin istismar şəraiti, ətraf mühitün təsiri və istifadə olunan materialların xüsusiyyətləri nəzərə alınmalıdır.

Yüklərin əlverişsiz birləşməsini və ya onlara müvafiq qüvvələri nəzərə alan yüklərin normativ qiymətləri, konstruksiyanın əyintilərinin və yerdəyişmələrinin həddi qiymətləri, həmçinin yükə görə etibarlılıq əmsalları AzDTN 2.1-1-in tələblərinə müvafiq qəbul olunmalıdır.

5.5. Fərdi yaşayış evinin birinci mərtəbəsinin döşəmə səviyyəsi ilə torpaq səviyyəsi arasındakı fərqin 0,5 m-dən az olmaması tövsiyə olunur.

5.6. Konstruksiyanın layihələndirilməsində istifadə olunan hesablama metodları onların yükdaşıma qabiliyyətləri və yol verilən deformasiya həddi, müvafiq materiallardan olan konstruksiyalar üçün qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə cavab verməlidir.

Evlər işlənmiş ərazilərdə və batan qruntlarda yerləşdirildikdə TNvəQ 2.01.09-un, seysmik rayonlarda layihələndirildikdə isə AzDTN 2.3-1 -in tələbləri nəzərə alınmalıdır. Mürəkkəb geoloji şəraitli ərazilərdə layihələndirildikdə DTN 2.03-02-yə əsasən təhlükəli geoloji proseslərə qarşı mühəndis mühafizə tələbləri nəzərə alınmalıdır.

5.7. Evlərin bünövrələri AzDTN 2.15-1-ə əsasən qruntların fiziki-mexaniki xarakteristikaları, tikinti meydançasında hidrogeoloji rejim xarakteristikaları, həmçinin qruntların bünövrəyə və yeraltı mühəndis şəbəkəsinə münasibətdə qrunt sularının aqressivlik dərəcəsi nəzərə alınmaqla layihələndirilməlidir.

Bünövrə qrunt əsasın yolverilən bərabər çökməsini təmin etməlidir. Svay bünövrələr AzDTN 2.15-2-yə müvafiq olaraq layihələndirilməlidir.

5.8. Evin əsas yükdaşıyan konstruksiyaları və elementləri, onları təşkil edən materiallara aid olan inşaat konstruksiyalarına aid normalar (AzDTN 2.16-1; AzDTN 2.17-1; AzDTN 2.18-1; AzDTN 2.19-1) və DÜİST 27751-in tələbləri nəzərə alınmaqla öz xassələrini yol verilən hədlərdə saxlamalıdır.

5.9. Konstruksiya və detalların TN və Q 2.03.11-nin tələbləri nəzərə alınmaqla rütubətliyin, aşağı temperaturun, aqressiv mühitin, bioloji və digər əlverişsiz amillərin mümkün təsirlərinə qarşı korroziyadan mühafizəsi təşkil olunmalıdır.

Zəruri hallarda yağış, qar, qrunt sularının evin yükdaşıyan və xarici divarlarının daxilinə nüfuz etməsini aradan qaldıran, həmçinin xarici divar konstruksiyalarında yolverilməz miqdarda kondensasiya nəmliyinin yaranmasının qarşısını almaq üçün konstruksiyanın kifayət qədər germetikləşdirilməsi və ya qapalı məkanlarda və ara havalaylarında havalandırmanın qurulması üzrə tədbirlər görülməlidir.

5.10. Yığma elementlərin sonuclarının birləşmələri və laylı konstruksiyalar qrunt əsasın qeyri-bərabər çökməsindən və digər istismar təsirlərindən yaranan temperatur-nəmlik deformasiyalarına və digər təsirlərə hesablanmalıdır.

Açıq birləşmələrdə istifadə olunan sıxlaşdırıcı və germetikləşdirici materiallar mənfi temperatur və islanma təsirindən elastiklik və adgeziya xassələrini saxlamalı və ultrabənövşəyi şüalara dayanıqlı olmalıdır. Germetika materialları konstruksiyaların qovuşma yerlərində onların mühafizə və mühafizə-dekorativ örtük materialları ilə birləşə bilən olmalıdırlar.

6. Yanğın təhlükəsizliyi tələbləri

6.1. Funksional yanğın təhlükəsinə görə fərdi yaşayış evlərin layihələndirilməsində və tikintisində DTN 2.02.01-ə müvafiq yanğın təhlükəsizliyinin təmin olunması, yanğının yaranmasının qarşısının alınması, alovun qonşu evlərə, tikililərə və binalara yayılmaması, yanğının söndürülməsi və insanların xilas edilməsi məqsədi ilə yanğından mühafizənin şəxsi heyətinin evə maneəsiz daxil olması üzrə tədbirlər nəzərdə tutulmalıdır.

6.2. I, II və III odadavamlılıq dərəcəsi olan fərdi yaşayış evləri üçün mərtəbələrin sayı normallaşdırılmır, IV və V odadavamlılıq dərəcəsi olan fərdi yaşayış evləri üçün mərtəbələrin sayı 2-dən artıq olmamalıdır.

6.3. İki və üç mərtəbəli fərdi evlərdə sakinlərin təxliyəsi hər mərtəbədən pilləkən qəfəsələri vasitəsilə nəzərdə tutulmalıdır. Yaşayış otaqlarından çıxışın bilavasitə pilləkən qəfəsəsinə nəzərdə tutulmasına yol verilir.

Pilləkən elementlərinin yanğın təhlükəsi sinfi və odadavamlılıq həddi, həmçinin onun eni və mailliyi tənzimlənmir.

6.4. Üçmərtəbəli evlərdə daxili açıq pilləkənlərlə xaricə çıxmaq üçün bir səviyyədən (mərtəbədən) çox olmayaraq qalxmaq və ya düşmək mümkündürsə, onlar təxliyə pilləkənləri kimi qəbul edilir.

Üçmərtəbəli evin üst mərtəbəsindən xaricə çıxmaq üçün iki səviyyə (mərtəbə) aşağı düşmək lazım gələrsə, onda açıq daxili pilləkənlərin yalnız aşağıdakı şərtlərin eyni zamanda təmin olunduğu hallarda təxliyə pilləkəni kimi qəbul edilməsinə yol verilir:

a) yataq otağının döşəmə səviyyəsindən 1,0 m-dən çox olmayan hündürlükdə yerləşən, ən azı bir pəncərəsi olmalıdır;

b) yerləşgələrin balkona çıxışı olan dəhlizə və ya hola birbaşa çıxışı olmalıdır;

c) qeyd olunan pəncərə və balkonların yer səviyyəsindən yerləşmə hündürlüyü 7 m-dən çox olmamalıdır.

Üçmərtəbəli evlərin pilləkən qəfəsi qurulduqda onun hüdudlarında giriş vestibülünün və mərtəbələr üzrə holların yerləşdirilməsinə yol verilir. Vestibül və holları tərkibində birləşdirən bu cür pilləkən qəfəslərinin örtük və divar konstruksiyalarının DTN 2.02-01-ə müvafiq odadavamlılıq həddi REI 45-dən və konstruktiv yanğın təhlükəsi sinfi K1-dən az olmamalıdır. Pilləkən qəfəsi yuxarıdan işıqlandırıldığı halda divarlarında pəncərələr olmaya bilər. Pilləkənlər ağacdan qurula bilər.

6.5. Fərdi evlərdə təkərli oturacaqdan istifadə edən əlilliyi olan şəxslərin yaşayış otaqlarının birinci mərtəbədə yerləşdirilməsi tövsiyə edilir.

6.6. Üçmərtəbəli fərdi yaşayış evləri DTN 2.02.01-üzrə I, II və III odadavamlılıq dərəcəsi olan binaların konstruksiyalarına olan tələblərə müvafiq olmalıdır. Yükdaşıyan elementlərin odadavamlılıq həddi R 45-dən, mərtəbəarası örtüklərin REI 45-dən, öz yükünü daşıyan xarici divarların E 15-dən, çardaqsız örtük panellərin RE 15-dən, çardaqsız örtüklərin açıq fermalarının, tirlərinin və proqonların R 15-dən az olmamalıdır. Üçmərtəbəli evlərin konstruktiv yanğın təhlükəsi sinfi C2-dən aşağı olmamalıdır. Evdaxili arakəsmələrin və içəridə qoyulmuş mebelin odadavamlılıq həddi tənzimlənmir.

6.7. Evlərin inşaat konstruksiyaları yanmanın gizli yayılmasına şərait yaratmamalıdır. Divarlarda, arakəsmələrdə, örtüklərdə və dam örtüklərində DÜİST 30244-ə görə normal yanan (Y3) və (və ya) güclü yanan (Y4) qruplara aid tikinti materiallarından olan elementlərin yaratdığı və minimal ölçüsü 25 mm-dən çox olan boşluqlar, həmçinin çardağın və mansardın çatılararası boşluqları bütöv diafraqmalarla ölçüləri qorunan yerləşgənin konturu ilə məhdudlaşan sahələrə bölünməlidir. Bütöv diafraqmalar yanma qrupu Y3 və (və ya) Y4 olan materiallardan yerinə yetirilməməlidir.

6.8. Avtomatik yanğınsöndürmə sistemləri qurulduqda və (və ya) yanğınsöndürmə məntəqəsinə yanğın həyəcan siqnalı ötürüldükdə üçmərtəbəli evlər avtonom optik-elektron tüstü yanğın xəbərvericiləri ilə müstəqil və ya diğər analoji xarakterli xəbərverici avadanlıqlarla təchiz oluna bilər. Bu halda evin hər mərtəbəsində yanğın mənbəyinin yaranması haqqında vaxtında xəbər ötürmək üçün ən azı bir yanğın xəbərvericisi quraşdırılmalıdır. Tüstü xəbərvericiləri mətbəxdə, həmçinin vanna, duş və ayaqyolu otaqlarında quraşdırılmamalıdır.

6.9. Mərkəzləşdirilmiş istilik təchizatı olmadıqda qaz və ya maye yanacaqla işləyən istilik enerji mənbəyi kimi zavodda hazırlanmış avtomatik istilik generatorları tətbiq olunmalıdır. Göstərilən istilik generatorları AzDTN 2.13-1-in, AzDTN 2.12-1-in və AzDTN 2.12-2-nin tələblərinə uyğun olaraq evin havalandırılması olan sahələrində quraşdırılmalıdır. 35 kVt-a qədər gücü olan istilik generatorlarının mətbəxdə quraşdırılmasına yol verilir.

Qaz və ya maye yanacaqla işləyən istilik generatorları yerləşən sahələr AzDTN 2.12-1-in təhlükəsizlik tələblərinə cavab verməlidir.

Qaz xətləri bilavasitə mətbəxə və ya istilik generatoru olan sahəyə daxil edilməlidir. Evin daxili qaz xətti AzDTN 2.13-1 üzrə layihələndirilməli və aşağı təzyiqli qaz xətlərinə verilən tələblərə cavab verməlidir.

Mətbəx sobalarının qazla təchizatı üçün mərkəzləşdirilmiş qaz təchizatı olmadıqda evin xaricində, həm də daxilində maye karbohidrogen qazlı qaz balonları qurğularının yerləşdirilməsinə yol verilir. Bu halda iki mərtəbədən çox olmayan evin daxilində qaz balonunun yerləşdirilməsi “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın və AzDTN 2.13-1-in tələblərinə uyğun olmalıdır.

6.10. İstilik generatorları, o cümlədən bərk yanacaqla işləyən soba və buxarılar (kaminlər), bişirmə tavaları və tüstü bacaları evin yanğın təhlükəsizliyini təmin edən konstruktiv tədbirlər həyata keçirməklə AzDTN 2.12-2 və AzDTN 2.13-1-in tələblərinə müvafiq yerinə yetirilməlidir. İstilik generatorları və zavod istehsalı olan bişirmə pilətələri istehsalçı müəssisənin təlimatında olan təhlükəsizlik tələbləri nəzərə alınaraq quraşdırılmalıdır.

Bərk yanacaq anbarının evin birinci, kürsülük mərtəbələrində və ya zirzəmidə yerləşdirilməsinə yol verilir.

6.11. Zavodda istehsal olunan qaz buxarılardan (kaminlərdən) istifadə olunması tövsiyə olunur. Yanma məhsulların xaric edilməsi tüstü bacaları ilə nəzərdə tutulmalıdır. Buxarıların yerləşdirilməsi və onların təhlükəsiz avtomatik qazyandıran qurğular ilə təchizatı, istehsalçı-müəssisənin təlimatında olan tələblərə əməl edilməklə aparılmalıdır.

6.12. Elektrik qurğuları DTN 2.02-01-nin tələblərinə və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun olmalı və mühafizə açma qurğularla təchiz olunmalıdır. Fərdi yaşayış evində xəbərdaretmə şəbəkəsi qurulduqda “Elektrik qurğularının quraşdırılması Qaydası” rəhbər tutulmalıdır.

İnşaat konstruksiyalarının bilavasitə səthi ilə və ya onların daxilində gizli çəkilən elektrik xətləri yanmayan örtüklə izolyasiya olunmuş kabel və ya naqillərlə yerinə yetirilməlidir. Bu cür naqil və ya kabellərin evin bilavasitə konstruksiyasından (boru şlanqlardan istifadə edilmədən) çəkilməsinə yol verilir.

Buxar saunalarda istifadə olunan elektrik sobalarının avtomatik qoruyucusu və 8 saat fasiləsiz işlədikdən sonra ayırıcı qurğusu olmalıdır.

6.13. Bərpa olunan enerji mənbələrinin avadanlıqları, onların tətbiqi üzrə istehsalçı müəssisənin təlimatlarına uyğun layihələndirilməlidir.

7. Təhlükəsiz istismara aid tələblər

7.1. Fərdi yaşayış evi elə layihələndirilməli, tikilməli və təchiz olunmalıdır ki, hərəkət zamanı onun daxilində və yanında, giriş və çıxışda, həmçinin evdaxili avadanlıqlardan istifadə etdikdə sakinlərin zədələnməsi riskinin qarşısı alınmış olsun.

7.2. Pilləkən marşlarının və pandusların mailliyi və eni, pillələrin hündürlüyü və pillə çıxıntılarının eni, pilləkən meydançalarının eni, pilləkənlərə, zirzəmiyə, istismar olunan çardağa keçidlərin hündürlüyü, döşəmə səviyyəsində fərqlilik, həmçinin qapı ölçüləri rahat və təhlükəsiz hərəkətə, mebel və avadanlıqların daşınmasına imkan verməlidir. Pillələrin hündürlüyü müxtəlif olan pilləkənlərin tətbiqinə yol verilmir.

7.3. Pilləkən, balkon, lociya, terras, dam və digər təhlükəli hündürlük fərqi olan yerlərdə yıxılmanın qarşısını almaq üçün mühafizə məhəccərinin hündürlüyü 0,9 m-dən az olmamalıdır. Məhəccər kəsilməz-davamlı olmalı, tutacaq ilə təchiz olunmalı və 0,3 kN/m-dən az olmayan yükə hesablanmalıdır.

7.4. Fərdi yaşayış evinə və həyətyanı sahəyə icazəsiz daxil olmalara qarşı mühafizə tədbirlərinin nəzərdə tutulması tövsiyə edilir.

7.5. Fərdi yaşayış evinin elementlərinin konstruktiv həllərində (o cümlədən boşluqların yerləşdirilməsi, boru xətlərinin çəkilmə yerlərinin kipləşdirmə üsulları, havalandırma boşluqlarının qurulması və istilik izolyasiyasının yerləşməsi və s.) gəmirici və həşəratların evə daxil olmasına qarşı mühafizə tədbirləri nəzərdə tutulmalıdır.

7.6. Fərdi yaşayış evinin mühəndis (qaz, elektrik, su, istilik təchizatı və s) sistemləri layihələndirilərkən və quraşdırılarkən, istifadə olunan avadanlıqları hazırlayan müəssisələrin təlimatlarındakı göstərişlər nəzərə alınmalıdır.

Bununla yanaşı, qızdırıcı avadanlıqların əlçatan hissələrinin və istilik ötürən boru kəmərlərinin səthlərindəki temperatur, əgər insanın onlara toxunmasını məhdudlaşdıran tədbirlər görülməyibsə C-ni və digər hallarda -ni aşmamalıdır. Digər boru kəmərlərinin və tüstü bacalarının səthinin temperaturu - ni, hava istilik cihazlarının buraxılış deşiyindən 10 sm məsafədə isti havanın temperaturu C-ni, isti su təchizatı sistemində isti suyun temperaturu C-ni aşmamalıdır.

7.7. Seysmik rayonda tikilən evlərdə yerdəyişməsi yanğına və ya partlayışa səbəb ola biləcək aqreqat və cihazlar etibarlı bərkidilməli və AzDTN 2.12-6-ya uyğun olaraq konstruksiyalardan təcrid edilməlidirlər.

8. Sanitariya epidemioloji tələblər

8.1. Fərdi yaşayış evlərində kommunal xidmətləri həyata keçirən avadanlıqlar nəzərdə tutulmalıdır.

8.2. Yeraltı sudaşıyıcı laylardan və ya su hövzələrindən fərdi su təchizatı mənbələrinin nəzərdə tutulmasına yol verilir.

8.3. Fərdi yaşayış evlərində avadanlıqların aşağıdakı mühəndis - kommunikasiya sistemlərinə qoşulması kommunal xidmətləri həyata keçirən paylayıcı təşkilatlar tərəfindən verilmiş texniki şərtlər əsasında yerinə yetirilir:

- “Elektrik qurğularının quraşdırılması Qaydası”na müvafiq elektrik təchizatı sisteminə;

- mərkəzləşdirilmiş və (və ya) mərkəzləşdirilməmiş su təchizatı sisteminə;

- isitmə sisteminə (olduqda);

- qaz təchizatı sisteminə (olduqda).

Mexaniki havalandırma, havanın kondisiyalaşdırılması, rabitə şəbəkəsi və texnoloji həllər layihə tapşırığı üzrə nəzərdə tutulmalıdır.

8.4. Tullantı sularının kənarlaşdırılması üçün fərdi kanalizasiya sistemi nəzərdə tutulmalıdır.

Tullantı suları və bərk tullantılar “Sanitariya-epidemioloji salamatlıq haqqında“ Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ərazini və yeraltı lay sularını çirkləndirmədən kənarlaşdırılmalıdır.

8.5. İsitmə dövründə, müvafiq tikinti rayonlarında xarici havanın hesablama parametrləri üzrə evin istilik sistemi və qoruyucu konstruksiyaları, evdə daxili havanın temperaturunun DÜİST 30494 ilə yol verilən hüdudlarda təmin olunmasına hesablanmalıdır. AzDTN 2.12-2-yə əsasən insanların daimi olduğu bütün yerləşgələrdə C-dən, mətbəxlərdə (mətbəx-yeməkxana və mətbəx-dolablarda) və ayaqyolularda С-dən, vanna otaqlarında, duşlarda və sanitar qovşaqlarda C-dən az olmayan temperatur nəzərdə tutulmalıdır.

Evlərdə hava ilə isitmə sistemi qurulduqda bu sistem DÜİST 30494-ə əsasən (temperatur, nisbi rütubətlik və havanın hərəkət sürəti) yerləşgələrdə mikroiqlimin optimal parametrlərinin təmin olunmasına hesablanmalıdır. Havanın kondisiyalaşdırma sistemi qurulduqda optimal parametrlər ilin isti dövründə də təmin olunmalıdır.

8.6. AzDTN 2.12-2-yə müvafiq havalandırma sistemi yerləşgələrdə havanın təmizliyini (keyfiyyətini) və onun müntəzəm daxil olmasını və paylanmasını təmin etməlidir. Havalandırma aşağıdakı kimi həll edilə bilər:

- havalandırma kanalları ilə havanın təbii yolla xaric edilməsi;

- mexaniki yolla havanın daxil edilməsi və xaric edilməsi, o cümlədən hava ilə isitmə sistemi ilə birləşdirilmiş;

- təbii axınla havanın verilməsi və qismən mexaniki yolla havalandırma kanalları vasitəsilə xaric edilməsi üzrə kombinasiya edilmiş.

Havanın xaric edilməsi mətbəxdən, ayaqyoludan, vanna otaqlarından, duşxanalardan, sanitar qovşaqlarından və ehtiyac olduqda başqa sahələrdə (yerləşgələrdə) də nəzərdə tutulmalıdır.

Tərkibində zərərli maddələr və ya pis qoxu olan hava digər sahələrə, o cümlədən havalandırma kanallarına daxil olmasının qarşısı alınmaqla yerləşgədən birbaşa çölə xaric edilməlidir.

Təbii havalandırmanı təmin etmək üçün yerləşgənin pəncərələr, nəfəsliklər, framuqalar (xəfəng) və digər havalandırma deşikləri vasitəsilə küləklənməsi nəzərdə tutulmalıdır.

8.7. Fərdi yaşayış evlərinin havalandırma sisteminin xidmət rejimində minimal məhsuldarlığı, insanların yerləşgələrdə daimi olması şərti ilə, 1 saat ərzində hava həcminin bir dəfədən az olmayaraq dəyişməsinin hesablanması ilə müəyyənləşdirilməlidir. Xidmət rejimində 1 saat ərzində mətbəxdən 60 m-dən, vanna otağı, ayaqyolu, duşxana və sanitar qovşağından 25 m-dən az olmayaraq hava xaric edilməlidir.

Digər yerləşgələrdə, həmçinin bütün havalandırma olan, lakin iş rejimində olmayan yerləşgələrdə 1 saat ərzində havadəyişmə misli otaqların həcminin 0,2 mislindən az olmamalıdır.

8.8. Avadanlıq və boru kəmərləri evin inşaat konstruksiyalarına elə bərkidilməlidir ki, konstruksiyanın mümkün yerdəyişmələrində onların funksiyası pozulmasın. Avadanlıq və boru kəmərləri, onların işinə mənfi təsir edə biləcək aşağı temperatura qarşı AzDTN 2.12-6-ya uyğun olaraq izolyasiya olunmalıdır.

8.9. Seysmik təsirlərə, çökməyə və qruntun digər yerdəyişmələrinə, o cümlədən şaxtadan qabarmaya məruz qalan mürəkkəb geoloji şəraitə malik rayonlarda evlərin tikintisi zamanı mühəndis kommunikasiyalarının giriş xətləri əsasın mümkün yerdəyişmələrinin kompensasiyası zərurəti nəzərə alınmaqla yerinə yetirilməlidir.

8.10. Evlərin mühəndis sisteminin cihazlarına və onların birləşmələrinə baxışın keçirilməsi, texniki xidmətin göstərilməsi, təmir edilməsi və dəyişdirilməsi üçün əlçatma mümkünlüyü təmin olunmalıdır.

8.11. Evlərin layihələndirilməsində və tikintisində insanların sağlamlığının və ətraf təbiət mühitinin mühafizəsində sanitariya-epidemioloji tələblərin yerinə yetirilməsini təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bərk kommunal tullantıların və ictimai təyinatlı sahələrin istismarından tullantıların yığılması və kənarlaşdırılması “Sanitariya-epidemioloji salamatlıq haqqında“ Azərbaycan Respublikasının Qanunu rəhbər tutularaq sanitariya-gigiyenik tələblərə müvafiq təşkil olunmalıdır.

8.12. Mühəndis axtarışların nəticələrinə görə evlərin tikintisi aparılan ərazilərdə qrunt qazların (radon, metan) ayrılması aşkarlanarsa, həmin qazların yerləşgələrə daxil olmasının qarşısını almaq üçün qruntla təmasda olan döşəmə və zirzəmi divarları izolyasiya edilməli və (və ya) təbii küləklənmə yaratmaq üçün tədbirlər görülməlidir.

8.13. Yerləşgələrin xarici və daxili divar konstruksiyalarının, hava və boru kəmərlərinin səs izolyasiyası xarici səs-küy mənbələrindən, həmçinin mühəndis sistemi avadanlıqlarından yaranan səs təzyiqinin DTN 2.04-03 üzrə yol verilən həddə qədər azaldılmasını təmin etməlidir.

8.14. Evin yerləşgələrində aşağıdakılar nəzərdə tutulmalıdır:

- insolyasiya - şəhərsalma və tikintiyə dair normativ sənədlərin və sanitariya-gigiyena tələblərinə uyğun;

- təbii və süni işıqlanma - DTN 2.04-05-ə və sanitariya-gigiyena tələblərinə uyğun.

İşıq boşluqları sahələrinin yaşayış otaqlarının və mətbəxin döşəmə sahəsinə nisbəti 1:8-dən az olmamalıdır. Mansarda mərtəbələri üçün verilən nisbətin 1:10-dan az olmamasına yol verilir.

Yaşayış otaqlarında və mətbəxdə təbii işıqlanma təmin olunmalıdır.

Evin daxilində yerləşdirilmiş ictimai təyinatlı sahələr üçün təbii işıqlanmanın zərurəti TN və Q 2.08.02-ə uyğun olaraq müəyyənləşdirilməlidir.

8.15. Evin xarici divar konstruksiyaları aşağıdakıların təmin edilməsi üçün, xaricdən soyuq havanın daxil olmasının qarşısını alan istilik izolyasiyasına və daxili sahələrdən isə su buxarının diffuziyasına qarşı buxar izolyasiyasına malik olmalıdır:

- konstruksiyaların daxili səthlərində lazım olan temperaturu və yerləşgələrin daxilində rütubətin kondensasiyasının olmamasını;

- konstruksiyalarda rütubətin toplanmasının qarşısının alınmasını.

Daxili havanın hesablama temperaturunda daxili hava və xarici divarın konstruksiyasının daxili səthi arasında temperatur fərqi C-ni, birinci mərtəbənin döşəmə konstruksiyası üçün isə C-ni aşmamalıdır. Pəncərələrin konstruktiv elementlərinin daxili səthlərinin temperaturu xarici havanın hesabi temperaturunda C-dən aşağı olmamalıdır.

Evlərin yerləşgələri yağış, qar, qrunt sularının nüfuz etməsindən və məişət suyunun daxilə sızmalarından mühafizə olunmalıdır.

9. Enerji səmərəliliyi

9.1. Evlər layihələndirildikdə, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa və DÜİST 30494-ə uyğun olaraq otaqların mikroiqliminin və havasının buraxılabilən parametrləri və göstəriciləri nəzərə alınmaqla enerji resurslarının səmərəli və qənaətli sərfi təmin edilməlidir.

9.2. Evlərin enerji səmərəliliyi üzrə normalara uyğunluğu inşaat konstruksiyalarının və evin mühəndis sistemlərinin xarakteristikaları üzrə və (və ya) evin isitməsinə enerjinin xüsusi sərfinin kompleks göstəricisinə görə qiymətləndirilməlidir.

9.3. Evin enerji effektivliyinin qiymətləndirilməsi AzDTN 2.12-4-ə müvafiq olaraq əsasən onun inşaat konstruksiyalarının və evlər üçün enerji səmərəliliyi tələblərinə uyğun mühəndis sistemlərinin xarakteristikaları üzrə aşağıdakı şərtləri təmin etməklə həyata keçirilməlidir:

- xarici qoruyucu konstruksiyaların istilikötürməsinin və havakeçirməsinin çevrilmiş müqavimətinin qiymətinin AzDTN 2.12-4 - də göstərilən tələblərdən az olmaması;

- istilik, havalandırma, havanın kondisiyalaşdırılması və isti su təchizatı sistemlərinin əl ilə və ya avtomatik tənzimlənməyə malik olması;

- mərkəzləşdirilmiş enerji resursları təchizatının mühəndis sistemləri istilik və elektrik enerjisinin, soyuq və isti suyun, qazın sərfiyyatını aparan nəzarət ölçü cihazları ilə təmin olunması.

9.4. Evin isitməsinə enerjinin xüsusi sərfinin kompleks göstəricisi üzrə enerji səmərəliliyini qiymətləndirdikdə, yerləşgələrdə mikroiqlimin və havanın keyfiyyətinin normalaşmış parametrlərini saxlamaq üçün enerjinin xüsusi sərfinin hesablama qiyməti q, AzDTN 2.12-4-də göstərilən normativ qiyməti -ni aşmamalıdır.

9.5. İsitməyə istilik enerjisinin xüsusi sərfinin hesabi qiyməti q, isitmə dövründə evin (xarici divar konstruksiyalarından və havalandırma hesabına) istilik itkilərinin cəmi kimi müəyyənləşdirilməlidir. Bu qiymət isidilən sahələrin 1 m-nə aid edilir və isitmə dövrünün dərəcə-sutka ölçü vahidi üzrə hesablanır.

9.6. Evin səmərəli texniki-iqtisadi xarakteristikalarına nail olunması və isitməyə enerjinin xüsusi sərfinin gələcəkdə azaldılması məqsədilə aşağıdakılar nəzərdə tutulmalıdır:

- yığcamlıq göstəricilərinin yaxşılaşdırılmasını təmin edən həcmi-planlaşdırma həlləri;

- soyuq küləyin üstün istiqamətləri və günəş radiasiya selini nəzərə almaqla evin və onun sahələrinin rasional istiqamətlənməsi;

- faydalı iş əmsalını artırmaqla səmərəli mühəndis avadanlıqlarının tətbiqi;

- enerji qoruyan süni işıqlandırma mənbələrinin tətbiqi;

- kənarlaşdırılan hava və tullantı sularının istiliyindən, bərpa olunan enerji mənbələrindən (günəş, külək) istifadə edilməsi.

Əgər görülmüş tədbirlərin nəticəsində xarici divar konstruksiyaların istilikötürmə müqavimətinin AzDTN 2.12-4 üzrə tələb olunan qiymətindən kiçik qiymətlərində bu Normaların 9.4-cü bəndindəki şərtlərə riayət edilməsi təmin edilirsə, onda AzDTN 2.12-4-ün tələbləri ilə müqayisədə divarın istilikötürmə müqavimətinin göstəricilərinin azaldılmasına yol verilir.

9.7. Fərdi yaşayış evlərinin mühəndis təminatı işlənərkən bərpa olunan enerji mənbələrindən istifadə olunması üçün avadanlıqlarının qurulmasına yol verilir.

1.Tətbiq sahəsi ……………………………………………………………………………..

2.Normativ istinadlar ……………………………………………………………………….

3. Əsas anlayışlar ………………………………………………………………………......

4. Ümumi müddəalar …………………………………………………………………….....

5. Həcmi-planlaşdırma və konstruktiv həllərə aid tələblər ……………………………...

6. Yanğın təhlükəsizliyi tələbləri …………………………………………………………..

7. Təhlükəsiz istismara aid tələblər ………………………………………………………..

8. Sanitariya epidemioloji tələblər................................................................................

9. Enerji səmərəliliyi ……………………………………………………………………....

1.1. Bu normativ sənəd “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələbləri müəyyən edir.

1.2. Bu enerji sistemləri müxtəlif təyinatlı binaların (yaşayış, ictimai, istehsalat, kənd təsərrüfatı, anbar binaları) dam konstruksiyalarında quraşdırılmaqla binalarının enerji təchizatında enerji və ekoloji səmərəliliyin artırılması məqsədləri üçün tətbiq olunur.

2. Normativ istinadlar

Bu tələblərdə aşağıda qeyd olunan normativ sənədlərdən istifadə edilmişdir:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı;

“Elektrik qurğularının quraşdırılması Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmişdir);

“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2023-cü il tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

Binaların istilik mühafizəsi. Layihələndirmə normaları;

Bina və qurğuların yanğın təhlükəsizliyi;

Yükdaşıyan və qoruyucu konstruksiyalar;

Bina və qurğuların yanğın avtomatikası;

İnşaat klimatologiyası və geofizika;

Əməyin mühafizəsi standartları sistemi. Elektrotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri;

Bina və qurğuların ildırımdan mühafizəsinin qurulması üzrə təlimat.

Qeyd: Mətn üzrə işarələnmələr aşağıdakı kimi oxunur:

AzDTN – Azərbaycan Dövlət Tikinti Normaları;

TN və Q -Tikinti Normaları və Qaydaları;

DTN - Dövlətlərarası Tikinti Normaları;

RS - Rəhbəredici Sənəd;

DÜİST - Dövlət Ümumittifaq Standartı (dövlətlərarası standart).

Bu normativ sənəddə aşağıdakı anlayışlardan istifadə olunmuşdur:

fotovoltaik modul – günəş batareya paneli;

enerji resurslarından səmərəli istifadə – ətraf mühitə texnogen təsirin azaldılması şərtilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsi;

aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs.

4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə - “günəş” panellərinin quraşdırılmasının əsas prinsipləri

4.1. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, təchizatı və istehlakı, bu sahədə texniki, təşkilati tələblər “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna müvafiq yerinə yetirilməlidir.

4.2. İşğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması, təbii resurslardan səmərəli və effektiv istifadə olunması, ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən geniş istifadənin nəzərdə tutulması, eləcə də bina və qurğularda enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınmaqla yerinə yetirilməlidir və respublikanın digər əraziləri üzrə iqtisadi səmərəlilik, ekoloji təhlükəsizlik təmin olunmaqla elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə tətbiq olunur.

4.3. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna və “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”na müvafiq yerinə yetirilir, eləcə də aktiv istehlakçının tikinti obyektinin güc həddi texniki şərtlərdə nəzərdə tutulan tələblərə əsasən müəyyənləşdirilir. Aktiv istehlakçının elektrik stansiyasının maksimal güc həddi aktiv istehlakçının tikinti obyektinin güc həddi ilə məhdudlaşdırılır.

Günəş panellərinin cəhətlərə və bucaqlara görə quraşdırılması

4.4. Fotovoltaik modulların quraşdırılması onların günəşə optimal cəhətlənməsini və quraşdırma yerlərində müxtəlif növ səthlərə etibarlı bərkidilməsini təmin edən konstruksiyalar üzərində aparılmalıdır.

Maksimum enerji istehsal etmək üçün fotovoltaik modullar elə quraşdırılmalıdır ki, günəş şüaları modulun işçi səthinə 90° bucaq altında düşsün.

4.5. Günəş şüalarının aylar, eləcə də cəhətlər üzrə üfüqi və şaquli səthlərə düşməsi TN və Q 2.01.01 normativ sənədinə əsasən təyin olunur. Günəş enerji sistemlərində buna nail olmaq yalnız iki oxlu günəş izləmə sistemi olan xüsusi fırlanan strukturlardan - izləyici sistemlərdən istifadə edildikdə təmin edilir. Fotovoltaik sistemlərdə, əsasən, stasionar konstruksiyalardan istifadə olunur. Bu cür konstruksiyalar azimut üzrə kiçik yayınmalarla cənuba cəhətlənməli, eləcə də sabit və ya dəyişən maillik bucağı ilə quraşdırılmalıdır. Günəş fotovoltaik panellərinin quraşdırılması, çirklənməsinin qarşısının alınması və yağış suları vasitəsi ilə səthinin yuyulmasının təmin edilməsi məqsədi ilə üfüqə nəzərən mailliyi 10-dən az olmamaqla yerinə yetirilməlidir. Zərurət olduqda səthinin mütəmadi təmizlənməsi mümkün olmalıdır.

4.6. Fotovoltaik modulların quraşdırıldığı səth düz və hamar olmalıdır, onların dayaq bərkitmə elementlərində mexaniki gərginliklər yaranmamalı və fotovoltaik modullarda hər hansı çatların yaranmasının qarşısı alınmalıdır. Quraşdırılma zamanı “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələbləri nəzərə alınmalıdır.

4.7. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 7-ci fəsli nəzərə alınmaqla həyata keçirilməlidir.

Quraşdırılma konstruksiyasının növündən asılı olaraq fotovoltaik enerji sisteminin məhsuldarlığı

4.8. Günəş panellərinin optimal maillik bucağı ərazinin coğrafi en dairəsindən asılıdır və enerji istehsalında hansı optimallaşdırmaya nail olmaq lazım olmasına əsasən tənzimlənə bilər. Fotovoltaik enerji sisteminin yay mövsümündə istifadəsi nəzərdə tutularsa (optimal yay mövsümü), optimal maillik bucağının göstəricisi azaldıla, payız-qış mövsümündə istifadəsi nəzərdə tutulduğu halda optimal maillik bucağı artırıla və ya onun illik istismarı nəzərdə tutulubsa orta maillik bucağı təyin oluna bilər.

4.9. İlin bütün fəsilləri üçün gün ərzində fotovoltaik modulların üzərinə kölgə düşməməli və ya onun qarşısı alınmalıdır.

4.10. Günəş panel konstruksiyalarının bir neçə sıra üzrə yerləşməsi zamanı düzgün cəhətin və maillik bucağının seçilməsindən əlavə, modulların səthinin qarşı sıradakı günəş sistemlərinin özündən sonrakı sıra günəş sistemlərinə kölgə salmasına yol verilməməklə sıralar arasında məsafə təyin olunmalıdır. Günəş panellərinin məhsuldarlığının artması üçün damın hansı istiqamətə cəhətlənməsi və gün ərzində nə qədər günəş işığı aldığı müəyyən edilir. Panellər cənuba, cənub-qərbə və ya cənub-şərqə cəhətlənməklə quraşdırıldıqda maksimum səmərə əldə edilir. Panellərin şərqə və ya qərbə yönəldilməsi elektrik enerjisinin istehsalını azaldır. Orta sıralarda, sabit maillik bucağında yerləşdirilmədə, əksər hallarda, məsafə d = 3h ifadəsi ilə təyin olunmalıdır. Burada, d- sıralar arasında məsafə, h – günəş panelinin optimal maillik bucağı altında hündürlüyüdür (Şəkil 1).

Qeyd. Fotovoltaik modul sıralarından birinin yuxarıda olması səbəbindən, aşağıdakı digər sıraların üzərinə kölgə saldığı halda, elektrik kabellərinin çəkilişi mümkün qədər elə aparılmalıdır ki, kölgədə olan modullar bir ayrıca zəncirvarı düzülüşə malik olsun. Bu zaman aşağı sırada fotovoltaik modulların kölgədə olmasına baxmayaraq, yuxarı sırada yerləşən fotovoltaik modulların elektrik enerjisi istehsalını davam etdirməsinə imkan vermiş olacaq.

4.11. Maillik 30 ° -li bucaq altında olduqda, fotovoltaik sistem altında sahənin istifadə əmsalı 33% -dir. Panellər üçün damların ideal maillik bucağı 30 ilə 45 dərəcə arasındadır, lakin 15 dərəcə ilə 50 dərəcə arasında quraşdırmaq mümkündür. Qeyd edilən interval aralığından aşağı və ya yuxarı maillik bucaqlarında enerji istehsal gücü azalır.

Quraşdılmaya digər tələblər

4.12. Günəş fotovoltaik generatorun quraşdırılmasından əvvəl onun gələcək istifadəçilərinin və onların qonşularının həyat tərzi və vərdişləri barədə məlumatlar əldə edilməlidir və fotovoltaik modulların zədələnmə mümkünlüyünün olmadığı yerlər düzgün təyin olunmalıdır.

4.13. Elektrotexniki məmulatlar və onların konstruksiyalarının təhlükəsizliyinin təmin olunması, eləcə də insana təsirlərin qarşısının alınması və ya yol verilən həddə azaldılması üzrə təhlükəsizlik tədbirləri DÜİST 12.2.007.0 standartının tələblərinə müvafiq yerinə yetirilməlidir.

4.14. Ekoloji risklərə xüsusi diqqətin və layihəçilərin yerli sosial mənzərə barədə biliklərinin olması sistemin uzunömürlüyünün təmin olunması ilə əlaqədardır.

1 kVt üçün orta hesabla 8 m sahə tələb olunur. Dam sahəsi hesablanarkən tüstü bacaları, ağaclar, ətrafdakı binalar, su çənləri, lift şaxtaları kimi amillər nəzərə alınmalı, gün ərzində fasiləsiz günəş işığı düşən ərazilərə panellər quraşdırılmalıdır.

4.15. Damüstü günəş panellərinin quraşdırılması nəzərdə tutulan binaların layihələndirilməsi və istismarı mərhələlərində yanğın təhlükəsizliyinin ümumi tələbləri, eləcə də binaların, onların element və hissələrinin, inşaat konstruksiya və materiallarının yanğın-texniki təsnifatı DTN 2.02-01 normativ sənədinin tələblərinə uyğun nəzərə alınmalı və TN və Q 2.04.09 normativ sənədinin tələbləri yerinə yetirilməlidir.

4.16. Damüstü günəş enerji sistemlərinin quraşdırılması və texniki xidməti üzrə işlər, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun 4.0.7-ci maddəsinə uyğun olaraq müvafiq peşəkar mütəxəssislər tərəfindən yerinə yetirilməlidir.

Günəş panellərinin konstruksiyasına və komponentlərinə müdaxilə - dəyişikliklər edilməsinə yol verilməməlidir.

4.17. Quraşdırma komplektinə daxil olan elementlərin siyahısı və günəş panellərinin quraşdırılması ilə bağlı digər zəruri texniki sənədlər, o cümlədən quraşdırılma və istismar üzrə təlimatlar tətbiq olunması nəzərdə tutulan qurğunun modelindən asılı olaraq istehsalçı müəssisələr tərəfindən təqdim olunmalı və quraşdırma işləri yerinə yetirilərkən həmin sənədlərin tələbləri nəzərə alınmalıdır.

Damüstü günəş panellərinin quraşdırılması üçün konstruksiyalar

4.18. Düz damlarda fotovoltaik modulların quraşdırılması üçün korroziyaya uğramayan polad dayaq elementli alüminium profil konstruksiyalardan istifadə olunmalıdır. Bu cür konstruksiyaların üzərində panellər şaquli və ya üfüqi müstəvi üzrə cəhətlənməklə bir və ya bir neçə pillədən ibarət quraşdırılır (Şəkil 2).

4.19. Azimut və maillik bucağı üzrə cənuba cəhətlənmiş maili damlarda günəş panellərinin quraşdırılması dam örtükləri üzərində dayaq elementləri bərkidilmiş alüminium profillər vasitəsi ilə yerinə yetirilməlidir (Şəkil 3).

4.20. Günəş fotovoltaik modulların binaya bərkidilməsində dam örtüyünün bütövlüyünü və binanın mexaniki etibarlılığını saxlamaq lazımdır və AzDTN 2.1-1 normativ sənədinin tələbləri yerinə yetirilməlidir.

4.21. Fotovoltaik modulların hər hansı aşağı keyfiyyətli konstruksiyalarla təchiz olunmuş damlarda quraşdırılması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Çalışmaq lazımdır ki bu cür konstruksiyalar bina ilə konstruktiv tamamlanmış olsun, yəni sonradan əlavə olunmuş olmasın. Fotovoltaik panellərdən birinin çəkisi orta hesabla 16 kq-dır. Bir kvadrat metrə təxminən 10 kq yük düşür.

Binanın istismarı zamanı fotovoltaik modulların yerinin dəyişdirilməsi zərurəti olmadıqda və onlara 6-12 ayda bir texniki baxışın yerinə yetirilməsi əlçatan olduqda xüsusi bərkitmə məmulatlarından istifadə etmək mütləqdir. Əks halda, standart bərkitmə tətbiq olunmalıdır. Böyük olmayan qurğular (qurğuda bir neçə fotovoltaik modul) üçün oğurlanma hallarının qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.

Fotovoltaik batareyanın gərginlik göstəricisinin qiyməti modulların maksimum yolverilən işçi gərginlik göstəricisinin qiymətindən (istehsalçı tərəfindən göstərilən) çox olmamalıdır.

4.22. Günəş fotovoltaik batareyaların elektrik kabellərinin çəkilişi xətlərdə qısa qapanmaların yaranma mümkünlüyünü minimuma endirmək şərti ilə yerinə yetirilməlidir.

4.23. İstismara verilmə və istismar dövründə qısa qapanmaların və mümkün ola biləcək elektrik qövslərinin yaranma riskini azaltmaq üçün quraşdırılma zamanı bütün birləşmələr deffektlərin və təyin olunmuş bucaq mailliyindən kənaraçıxmaların mövcudluğuna yoxlanmalıdır.

5. Müasir memarlıq həllərinin saxlanılması üçün günəş panellərinin quraşdırılmasının qeyri-standart sistemləri

Binaların dam və xarici divar konstruksiyalarına inteqrasiya edən fotovoltaik modullar

5.1. Bərpa olunan enerji mənbələrinin aktiv istifadəsi binaların fasad üzlüyündə günəş elementlərinin geniş tətbiqinə zəmin yaradır. Binanın xarici konstruksiyalarına inteqrasiya olunmuş fotovoltaik modullar yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmayaraq öz üzərilərinə yeni funksiyaları qəbul edirlər. Belə sistemlərdə möhkəmliyin və dayanıqlığın təmin olunması kimi tələblər yerinə yetirilməlidir.

Fotovoltaik modullar düz və ya elastik səthli olmaqla boşluqlu və ya çoxqatlı quruluşlu olurlar. Onları bina səthinin istənilən hissəsinə yerləşdirmək olar və öz xarakteristikaları (ölçüləri, elastikliyi, forması və xarici görünüşü) sayəsində onlar dizayn elementi kimi də tətbiq oluna bilər. Fotovoltaik modullar qeyri-şəffaf və yarımşəffaf variantlarda olmaqla ənənəvi inşaat materiallarından, o cümlədən şüşə və metaldan (memarlıq elementi) tətbiq olunur.

5.2. Binaların dam örtükləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 61-ci maddəsinin tələblərinə uyğun olmalı və 63-cü maddəsinin şərtləri nəzərə alınmalıdır.

5.3. İnsanların təhlükəsizliyinin təmin olunması, binaların, qurğuların, avadanlıqların və materialların ildırım təsiri nəticələri olaraq, partlayış, yanğın və dağılmalardan mühafizə etmək üçün RS 34.21.122 tələbləri nəzərə alınmaqla kompleks tədbirlər yerinə yetirilməlidir.

Binanın xarici konstruksiyasının bir hissəsi kimi fotovoltaik modullar

5.4. Fotovoltaik modullar binaların damında, fasadlarda və günəş mühafizə çıxıntı konstruksiyalarında quraşdırıla bilər və TN və Q 3.03.01 normativ sənədinin tələbləri yerinə yetirilməlidir (Şəkil 4). Bu sistemlərin quraşdırılması üçün 3 üsul tətbiq olunur: fotovoltaik modulların əlavə olunması, xarici konstruksiya hissələrinin dəyişdirilməsi və modulların xarici konstruksiyalara inteqrasiyası. Bu üsulların tətbiqi zamanı xarici konstruksiyaların xüsusiyyətləri, memarlığı, eləcə də binanın energetik xarakteristikası nəzərə alınmalıdır. Misal üçün yarımşəffaf ikitərəfli şüşələnmiş modulun binanın şüşələnmiş fasadında istifadəsi eyni zamanda tələb olunan istilik izolyasiya xarakteristikalarına malik izolyasiya elementi, insolyasiyanı tənzimləmə, parıltıdan mühafizə funksiyasını yerinə yetirməlidir.

Əlavə olunan və inteqrasiya edilən fotovoltaik panellər

5.5. Fotovoltaik panellərin binalarda istifadəsi əsas iki variantda yerinə yetirilir:

- fotovoltaik panellərin binaların xarici konstruksiyalarının üzərinə əlavə olunması ilə;

- binaların xarici konstruksiyalarının hissələrinin fotovoltaik panellər yerləşdirilməklə əvəz olunması - dəyişdirilməsi ilə.

Birinci halda bu məqsədlər üçün müvafiq quraşdırma sistemləri ilə ənənəvi fotovoltaik modullar tətbiq olunur. Bunlar, adətən, tikinti işləri başa çatdıqdan sonra yerinə yetirilir. Bu zaman fotovoltaik modullara xüsusi tələblər qoyulmur, çünki onlar bina üçün heç bir əlavə funksiya yerinə yetirmir.

İkinci halda isə fotovoltaik modullar binaların xarici konstruksiyalarının ənənəvi elementlərini əvəz etdikdə onlar xaric olunan elementin bütün funksiyalarını kompensasiya etməlidir. Bu məsələlərin tənzimlənməsi üçün tətbiq olunan sistem bir neçə normativin tələbinə, eləcə də inşaat materialları standartlarına cavab verməlidir.

5.6. İstismarda olan binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlər, həmin binaların yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı həyata keçirilməlidir. Binalar yenidən qurularkən, o cümlədən yük daşıyan konstruksiyalarda dəyişikliklər edildikdə və ya konstruksiyalar əvəzləndikdə bu normaların tələblərinin binaların yalnız dəyişiklik edilmiş -konstruksiyaları əvəzlənmiş hissəsinə şamil edilməsinə yol verilir. Bu halda AzDTN 2.12-4 normalarının tələbləri nəzərə alınmalıdır.

Qeyd. İşğaldan azad edilmiş ərazilərdə tikinti layihələrinin icrası zamanı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması Konsepsiyası”na uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilməlidir.

Tətbiq sahəsi.......................................................................................................

Normativ istinadlar.............................................................................................

Əsas anlayışlar...................................................................................................

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən

istifadə - “günəş” panellərinin quraşdırılmasının əsas prinsipləri.................

Günəş panellərinin cəhətlərə və bucaqlara görə quraşdırılması...........................

Quraşdırılma konstruksiyasının növündən asılı olaraq fotovoltaik enerji

sisteminin məhsuldarlığı.......................................................................................

Quraşdılmaya digər tələblər..................................................................................

Damüstü günəş panellərinin quraşdırılması üçün konstruksiyalar..........................

Müasir memarlıq həllərinin saxlanılması üçün günəş panellərinin quraşdırılmasının qeyri-standart sistemləri...................................................

Binaların dam və xarici divar konstruksiyalarına inteqrasiya edən

fotovoltaik modullar...............................................................................................

Binanın xarici konstruksiyasının bir hissəsi kimi fotovoltaik modullar...................

Əlavə olunan və inteqrasiya edilən fotovoltaik panellər..........................................

1. 28 dekabr 2024-cü il tarixli 3-35/3-2-9/2024 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202412285329, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 yanvar 2025-ci il)

2. 11 iyul 2025-ci il tarixli 3-35/3-2-6/2025 nömrəli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202507115326, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyul 2025-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver