“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Birgə bazalı aerodromların dövlət qeydiyyatına alınması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 24 aprel 2009-cu il
1.1. Bu Qayda (bundan sonra - Qayda) "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.6-cı bəndinin ("Aviasiya haqqında" Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli Qanununun müvafiq olaraq 9.8-ci maddəsinin ikinci hissəsi) icrası məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət qeydiyyatı, zəruri sənədlərin rəsmiləşdirilməsi və verilməsi, habelə sözügedən aerodromların dövlət reyestrindən çıxarılması qaydasını müəyyən edir.
Azərbaycan Respublikasının ərazisini, hava məkanının müdafiəsini və respublikanın müdafiə maraqlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisində mövcud olan bütün aerodromlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırıldıqdan sonra birgə bazalı aerodrom hesab edilir. Bu aerodromlarda təyyarə və vertolyotlar üçün dayanacaqların, uçuşların təmin edilməsi məqsədi ilə qurğu və vasitələrin yerləşdirilməsinə xüsusi yerlər ayrılır. Mülki aviasiya beynəlxalq hava limanlarının aerodromlarından birgə bazalı aerodrom kimi istifadə olunması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. mülki, dövlət və (və ya) eksperimental aviasiya aerodromu - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının istifadəsində olan aerodrom;
2.1.2. birgə bazalı aerodrom (bundan sonra - aerodrom) - mülki, dövlət və (və ya) eksperimental aviasiya hava gəmilərinin birgə baza yeri olan aerodrom. Bu aerodromların mülki aviasiya məqsədi ilə istismarı müqavilələr əsasında həyata keçirilir (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi istisna olmaqla) və onlar mülki aerodromlara irəli sürülən tələblərə cavab verməlidir;
2.1.3. uçuş-enmə zolağı - hava gəmilərinin havaya qalxarkən və yerə endikdən sonra qaçışı üçün nəzərdə tutulan aerodromun bir hissəsi;
2.1.4. aerodromların dövlət reyestri - Azərbaycan Respublikasının qeydiyyata alınmış aerodromlarının siyahısından, habelə onları səciyyələndirən məlumatlardan ibarət qeydiyyat sistemi;
2.1.5. aerodromun dövlət qeydiyyatı haqqında sənəd - aerodromun dövlət reyestrinə daxil edildiyini təsdiq edən sənəd;
2.1.6. aerodromun istismarçısı(ları) - aerodromu qanuni əsaslarla istismar və uçuşlar üçün istifadə edən hüquqi şəxs(lər);
2.1.7. müvafiq dövlət orqanları - istifadəsində mülki, mülki eksperimental, dövlət və dövlət eksperimental aviasiyasına aid hava gəmiləri olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və s.
3.1. Müvafiq dövlət orqanlarının müraciətindən sonra aerodromlar dövlət qeydiyyatına alınmalı və onlar barədə məlumatlar dövlət reyestrinə daxil edilməlidir (yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı mövcud olduqda). Qeydiyyat haqqında müraciətə 15 gün ərzində baxılmalıdır. Bu müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin aerodrom dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – RİNN) müraciət edənə dövlət qeydiyyatı haqqında sənəd verməlidir.
Dövlət reyestrinin forması 1 nömrəli əlavədə verilir.
3.2. Aerodromların birgə bazalı statusunun alınmasına (və yaxud zərurət yarandıqda - ləğvinə) dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılı surətdə müraciət edilməsi və dövlət reyestrinin aparılması RİNN-ya həvalə olunur.
3.3. Aerodrom dövlət reyestrinə aşağıdakılar əsasında daxil edilir:
- 2 nömrəli əlavəyə uyğun tərtib edilmiş ərizə;
- aerodromun formulyarı;
- aerodroma sahibliyi təsdiq edən sənədin surəti;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının surəti.
3.4. Aerodromun sahibi dövlət reyestrinə daxil edilən aerodroma dair məlumatların dəyişməsi barədə RİNN-ya dərhal xəbər verməlidir.
3.5. Dövlət reyestrinə daxil edilən hər bir aerodrom üçün 3 nömrəli əlavəyə uyğun tərtib edilmiş qeydiyyat haqqında müvafiq sənəd verilir.
Bu sənəd aerodromun dövlət qeydiyyatı faktını təsdiq edir.
Qeydiyyat haqqında sənəd itirildikdə, dublikat aşağıdakılar əsasında verilir:
- sahibin 4 nömrəli əlavəyə uyğun tərtib edilmiş ərizəsi;
- itirilmənin səbəblərinin xidməti araşdırılması materiallarına dair rəy. Qeydiyyat haqqında sənəd blankının üzərində “Dublikat” sözü yazılmalıdır.
5.1. Zərurət yarandıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilmiş aerodromun birgə bazalı kimi istismarı dayandırılır. Belə olan halda bu aerodromun dövlət qeydiyyatına alınması ilə bağlı sənəd öz qüvvəsini itirir və onun haqqında məlumatlar birgə bazalı aerodromların dövlət reyestrindən çıxarılması üçün RİNN-ya qaytarılır.
5.2. Aerodromun birgə bazalı statusu ləğv edilərkən istismarçı (istismarçılar) RİNN-ya aşağıdakı sənədləri təqdim edir:
- 5 nömrəli əlavəyə uyğun tərtib edilmiş ərizə;
- aerodromun birgə bazalı statusunun ləğvinə dair qərarın əks olunduğu aktın surəti;
- qeydiyyat haqqında sənəd.
5.3. Aerodrom birgə bazalı aerodromların dövlət reyestrindən çıxarıldıqda, onun dövlət reyestrindən çıxarılması haqqında 6 nömrəli əlavəyə uyğun tərtib edilmiş sənəd verilir. Bu sənədin nömrəsi qeydiyyat haqqında sənədin nömrəsinə uyğun olmalıdır.
Aerodromun Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrindən çıxarılması haqqında sənəd __________________________________________
Arxa səhifənin sağ tərəfi
Aerodromun yeri ________________________________________________________________
________________________________________________________________
1. Birgə bazalı aerodromların dövlət reyestrinin vərəqləri nömrələnir, qaytanlanır, RİNN-in səlahiyyətli orqanında qeyri-məxfi kargüzarlığın aparılmasına görə məsul şəxs tərəfindən təsdiq edilir və onların üzərinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsvir olunduğu möhür vurulur.
2. Birgə bazalı aerodromların dövlət reyestri RİNN-in qeyri-məxfi kargüzarlığında qeyd edilir.
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
______________________________________________________________________ yerləşən
__________________________________________________________________ məxsus olan
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________ istismara verilmiş
_____________________________________________________________________________
Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrinə daxil etməyinizi və ona dövlət qeydiyyatı haqqında sənəd verməyinizi xahiş edirəm.
Aerodrom və istismarçını səciyyələndirən əlavə məlumatlar:
1. Aerodromun dərəcəsi ___________________________________________________
2. Uçuş-enmə zolağı (ölçüləri, qalınlığı, örtüyün növü, hansı növ hava gəmilərinin istismarı üçün yararlıdır) _______________________________________________________
_____________________________________________________________________________
______________________________________________________________________________
_____________________________________________________________________________
3. İstismarçı və onun ünvanı _______________________________________________
_____________________________________________________________________________
______________________________________________________________________________
_____________________________________________________________________________
“___” __________ 20___ il
Rəy: _______________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
“___” __________ 20___ il
Aerodrom ____________________________________________________________________
Aerodromun sinfi _____________________________________________________________
Aerodromun yeri _____________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Aerodromun sahibi ____________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Sahibin ünvanı ________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən aerodrom Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrinə daxil edilmişdir.
Qeyd. Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrində qeydiyyatı haqqında Sənəd RİNN-in üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsvir olunduğu möhürü ilə təsdiq edilir.
_____________________________________________________________________________
_____________________________________________________________________________
___________________________________________________________________ ilə əlaqədar
_____________________________________________________________________________
_____________________________________________________________________________
______________________________________________________________________ yerləşən
______________________________________________________________________ məxsus
______________________________________________________________________________
“____” ______________ 20 ___ il tarixdə verilmiş Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrində qeydiyyatı haqqında Sənədin dublikatını verməyinizi xahiş edirəm.
“___” __________ 20___ il
Rəy: __________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
“___” __________ 20___ il
_____________________________________________________________________________
_____________________________________________________________________________
___________________________________________________________________ ilə əlaqədar
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________ yerləşən
______________________________________________________________________ məxsus
_______________________________________________ Azərbaycan Respublikasının birgə
bazalı aerodromlarının dövlət reyestrindən çıxarmağınızı xahiş edirəm.
“___” ________________ 20___ il tarixdə verilmiş dövlət qeydiyyatı haqqında Sənəd.
“___” __________ 20___ il
Rəy: __________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
______________________________________________________________________________
“___” __________ 20___ il
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Bununla təsdiq edilir ki, yuxarıda qeyd edilən aerodrom Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrindən çıxarılmışdır.
Qeyd. Aerodromun Azərbaycan Respublikasının birgə bazalı aerodromlarının dövlət reyestrindən çıxarılması haqqında sənəd RİNN-in üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsvir olunduğu möhürü ilə təsdiq edilir.
1. 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 161)
2. 4 aprel 2022-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 383)
3. 2 dekabr 2025-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 4 dekabr 2025-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1215)