Qanunvericilik › Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən verilən təsdiqedici sənədin forması və verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Dövlət Turizm Agentliyi, 19.02.2024) › Tam mətn

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən verilən təsdiqedici sənədin forması və verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Dövlət Turizm Agentliyi, 19.02.2024)

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən verilən təsdiqedici sənədin forması və verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Dövlət Turizm Agentliyi, 19.02.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2461 nömrəli Fərmanının 7-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 5.9.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Kollegiyası

1. “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən verilən təsdiqedici sənədin forması və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Agentliyin Aparatının Hüquq sektoruna (F.Ömərov) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi tarixdən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2461 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası”na (bundan sonra – Qayda) uyğun olaraq hazırlanmışdır və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr (bundan sonra – layihə) üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (bundan sonra – Agentlik) tərəfindən verilən təsdiqedici sənədin (bundan sonra - təsdiqedici sənəd) formasını və verilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Təsdiqedici sənəd Qaydaya uyğun olaraq, sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditləri üzrə faiz subsidiyalarının əldə edilməsi məqsədilə layihə üçün verilir.

2.2. Təsdiqedici sənədin verilməsi üçün layihə özündə tədbir müddətində qonaqların və təşkilatçıların tələb və ehtiyaclarının ödənilməsini təmin etmək üçün malların satın alınması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsinin nəzərdə tutulması meyarına uyğun olaraq qiymətləndirilir.

2.3. Layihə təklifinə aşağıdakı sənədlər əlavə edilməlidir:

2.3.1. layihənin icra planı (biznes-plan);

2.3.2. layihənin xərclər smetası.

3.1. Sahibkar təsdiqedici sənədin verilməsi üçün ərizə (2 nömrəli əlavə) ilə Agentliyə müraciət edir.

3.2. Müraciətlərə baxılması və təsdiqedici sənədin verilib-verilməməsi ilə bağlı qərar qəbul edilməsi məqsədilə Agentliyin sədri tərəfindən Komissiya yaradılır.

3.3. Komissiyanın tərkibini (sədr müavini və üzvlərini) Agentliyin sədri müyyən edir. Komissiyanın sədri Agentliyin sədri, o olmadıqda isə onun vəzifələrini müvəqqəti icra edən şəxs olmalıdır.

3.4. Komissiyanın iclaslarında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, Komissiyanın sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

3.5. Komissiya 5 (beş) nəfər tərkibdə formalaşdırılır və ictimai əsaslarla fəaliyyət göstərir.

3.6. Komissiya müvafiq müraciətə baxarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Qaydanın və bu Qaydanın tələblərini rəhbər tutur.

3.7. Komissiya sahibkarlar tərəfindən təqdim edilmiş layihənin bu Qaydanın 2.2-ci bəndində müəyyən edilmiş meyara uyğunluğunu yoxlamaqla və baxılan layihə ilə bağlı təsdiqedici sənədin verilib-verilməsinə dair ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günü müddətində qərar qəbul edir.

4.1. Komissiya sahibkara təsdiqedici sənədin verilməsinə dair qərar qəbul etdikdə, 2 (iki) iş günü müddətində bu Qaydaya 1 nömrəli Əlavə ilə müəyyən edilmiş formada təsdiqedici sənəd tərtib edilir və sahibkarın müraciətində qeyd olunmuş ünvanına poçt vasitəsilə göndərilir.

4.2. Komissiya sahibkara təsdiqedici sənədin verilməsindən imtina olunmasına dair qərar qəbul etdikdə, 2 (iki) iş günü müddətində əsaslandırılmış inzibati akt tərtib edilir və akta Komissiyanın təsdiqedici sənədin verilməsindən imtina olunmasına dair qərarı əlavə olunmaqla ərizəçinin müraciətində qeyd olunmuş ünvanına poçt vasitəsilə göndərilir. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

4.3. Agentlik təsdiqedici sənəd verilmiş layihənin bu Qaydanın 2-ci hissəsində göstərilən tələblər pozulmaqla həyata keçirildiyi haqqında əsaslandırılmış məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, təsdiqedici sənədin ləğvinə dair qərar qəbul edərək, bu barədə 1 (bir) iş günü ərzində sahibkara və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna məlumat verir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədrinə

__________________________________

1. Ərizəçi haqqında məlumatlar:

1.1. Hüquqi şəxsin tam adı / fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar:

_____________________________________________________________________________

1.2. Hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı:

_____________________________________________________________________________

1.3. Hüquqi şəxsin / fərdi sahibkarın VÖEN-i: ____________________________________

1.4. Əlaqə telefonu: ___________________________________________________________

1.5. İnternet ünvanı (vebsaytı) (əgər varsa): ______________________________________

1.6. Elektron poçtu (əgər varsa): _______________________________________________

1.7. Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin / fərdi sahibkarın səlahiyyətli nümayəndəsinin (əgər varsa):

1.7.1. soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar:

____________________________________________________________________________

1.7.2. ünvanı: ________________________________________________________________

1.7.3. əlaqə telefonu: __________________________________________________________

1.7.4. elektron poçtu (əgər varsa): ______________________________________________

1.7.5. etibarnamə haqqında məlumatlar:

___________________________________________________________________________

___________________________________________________________________________

1.9. Layihənin həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi:

___________________________________________________________________________

1.10. Layihənin həyata keçiriləcəyi ünvan:

___________________________________________________________________________

2. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi məqsədilə təsdiqedici sənədin verilməsini xahiş edirəm.

Qeyd: ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim olunduqda etibarnamə əlavə edilir.

3. Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin / fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin

____________________________________________________________________________

(vəzifəsi, soyadı, adı)

4. Ərizənin tərtib edildiyi tarix:________________________________________________

5. Hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin / fərdi sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzası və möhürü (əgər varsa):

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver