Qanunvericilik › Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər

Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Növbəti büdcə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir:

12.1.1. növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;

12.1.2. Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;

12.1.3. büdcə-vergi siyasətinin əsas istiqamətləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydaya uyğun ortamüddətli dövr üçün hədəf göstəriciləri;

12.1.4. dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;

12.1.5. büdcə gəlirləri təsnifatının, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

12.1.6. dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat;

12.1.7. növbəti il üzrə icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi;

12.1.8. növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğlərini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi;

12.1.10. qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri və qanun layihələrinə dair izahat;

12.1.11. növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və inzibati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi;

12.1.13. büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

12.1.14. cari ilin ötən dövrü üçün xalis maliyyə aktivləri barədə arayış;

12.1.15. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver