17.1. Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən edir.
17.2. Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 (beş) iş günü müddətində büdcə təşkilatlarına çatdırılır.
17.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən cari il dekabrın 25-dək dövlət investisiya proqramına daxil edilmiş və maliyyələşməsi dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən həyata keçirilən layihələrin icra vəziyyətinə baxılır və bunun əsasında icrası növbəti ilə keçəcək layihələr də nəzərə alınmaqla, növbəti ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü həmin il yanvarın sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
17.4. Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmamasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.