29.1. Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsi bu Qanunla müəyyən edilmiş dövlət büdcəsinin təqviminə və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib olunur.
29.2. Növbəti il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsdiq edilir və Naxçıvan Muxtar Respublikasının mətbuatında dərc olunur.
29.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası bu Qanuna və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
29.4. Naxçıvan Muxtar Respublikasının büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.
29.5. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.
29.6. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara dair rəy verir.
IV fəsil
Yerli büdcələrin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət