“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1203-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 iyul tarixli 189 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 26 noyabr 2018-ci il
1.1. Bu Qayda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan və həmin Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmayan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müəyyən edir.
1.2. Bu Qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinə (bundan sonra – təşkilatlar) şamil edilir.
2.1. Büdcə təşkilatları tərəfindən illik maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 1 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
2.2. Səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətləri tərəfindən illik maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 2 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
2.3. Dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən tərtib etdikləri halda, onlar tərəfindən maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 1 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
2.4. Dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcədənkənar dövlət fondları illik maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib etdikləri halda, onlar tərəfindən maliyyə fəaliyyəti haqqında məlumatlar, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyalar bu Qaydanın 2 nömrəli əlavəsindəki formaya uyğun olaraq açıqlanır.
3.1. Təşkilatlar illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları özlərinin internet informasiya ehtiyatlarında hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq açıqlamalıdırlar.
3.2. Təşkilatların internet informasiya ehtiyatlarında açıqlanan informasiyaya çıxış sərbəst və ödənişsiz olmalıdır. Açıqlanmış informasiyaya müraciət edilməsi zamanı istifadəçinin qeydiyyatdan keçməsi, istifadəçi barədə fərdi və digər məlumatların daxil edilməsi tələb edilmir.
3.3. İnternet informasiya ehtiyatlarında açıqlanan informasiya standart proqram təminatları vasitəsilə oxuna bilən, həmçinin mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formatında olmalıdır.
“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na
Təşkilatın adı _______________________________________________________________
____________________________________________________________________________
Ünvan _____________________________________________________________________
Elektron poçt ünvanı_________________________________________________________
qeyri-birja əməliyyatlarından gəlir
birja əməliyyatlarından gəlir
sair əməliyyatlar gəlirləri
əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları
maliyyə yardımları və sair transfer ödənişləri
sərf edilmiş materialların dəyəri
amortizasiya xərcləri
sair əməliyyat xərcləri
o cümlədən, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərclər
Baş mühasib “___”__________20____ il
“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na
Təşkilatın adı ________________________________________________________________
_____________________________________________________________________________
Ünvan ______________________________________________________________________
Elektron poçt ünvanı __________________________________________________________
əsas əməliyyat gəlirləri
o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər
sair əməliyyat gəlirləri
o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər
fəaliyyətin dayandırılmasından yaranan gəlirlər
Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)
Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər
istifadə edilmiş material ehtiyatları
işçi heyəti üzrə xərclər
amortizasiya xərcləri
digər əməliyyat xərcləri
sair əməliyyat xərcləri
fəaliyyətin dayandırılmasından yaranan xərclər
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay
Baş mühasib “___”__________20____ il