11 fevral 1998-ci il № 4-8
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının sosial sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında” 23 sentyabr 1996-cı il tarixli 427 nömrəli Sərəncamı ilə respublikanın sosial sahələrində (eləcə də təhsil) çalışan işçilərin, “Pedaqoji işçilərin, ahıl vətəndaşların, sosial pensiyaçıların, Çernobıl qəzası əlillərinin, birinci və ikinci qrup əlillərinin sosial müdafiəsi haqqında” 17 iyun 1997-ci il tarixli 597 nömrəli fərmanı ilə pedaqoji işçilərin və büdcədən maliyyələşdirilən bir sıra sahələrin işçilərinin aylıq tarifi (vəzifə) maaşlarının artırılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası
Digər müəssisə, idarə və təşkilatlar bu qərarla təsdiq edilmiş stavkaları tədris məşğələlərinin aparılmasına cəlb edilən saathesabı ödənişlə işləyən işçilər üçün minimum təminat kimi qəbul etsinlər, lazımi hallarda kollektiv müqavilələrdə onların daha yüksək məbləğlərini diferensiallaşdırmaqda nəzərdə tutsunlar.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılması üçün cəlb edilən saathesabı ödənişlə işləyən işçilərin əməyinin stavkaları məbləğlərinin təsdiqi haqqında” 11 sentyabr 1996-cı il tarixli 7-5 nömrəli kollegiya qərarı qüvvəsini itirmiş hesab edilsin.
KOLLEGİYANIN SƏDRİ prof. Ə.NAĞIYEV
1. 3 may 2019-cu il tarixli 190500027 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı