Bütün növlərdən olan və büdcədən maliyyələşdirilən ümum-təhsil məktəblərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin və elmi idarələrin rəhbər, pedaqoji və elmi işçilərinin vəzifə maaşlarının və tarif dərəcələrinin artırılması haqqında
Qiymətlərin sərbəstləşdirilməsi ilə əlaqədar olaraq və büdcədən maliyyələşdirilən ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin və elmi idarələrin rəhbər, pedaqoji və elmi işçilərinin rifahını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. 1992-ci il aprelin 1-dən bütün növlərdən olan və büdcədən maliyyələşdirilən bütün tipli ümumtəhsil məktəblərinin, məktəbə - qədər uşaq tərbiyə müəsSisələrinin və elmi idarələrin rəhbər, pedaqoji və elmi işçilərinin vəzifə maaşları və tarif dərəcələri 50 faiz artırılsın və əmək haqqının artırılmış məbləği üçün sosial sığortaya ayırmalar* 1992-ci ildə tətbiq edilməsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərini həll etsin.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 31 mart 1992-ci il.