Qanunvericilik › Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. çayçılıq - çay plantasiyalarının salınması, çay əkini materiallarının

yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və qida sənayesi sahəsi;

1.0.2. çay - yarpağı, tumurcuqlan və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki;

1.0.3. çay əkini materialları - çay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər;

1.0.4. çay məhsulları - çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri;

1.0.5. çay sənayesi - çay yarpağım ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran qida sənayesi sahəsi;

1.0.6. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar – “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş texniki normativ hüquqi aktlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver