Qanunvericilik › Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Çay məhsullarının dequstasiyası

Çayçılıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Çay məhsullarının yeni markası tərkibinə və fiziki-kimyəvi göstəricilərinə görə oxşar məhsullardan fərqlənməlidir.

16.2. Çay məhsullarının yeni markası və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə qablaşdırılmazdan əvvəl müvafiq icra hakimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir.

16.3. Çay məhsullarının yeni markasının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.

16.4. Çay məhsullarının yeni markası “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patentləşdirilir.

ÇAY MƏHSULLARININ DÖVRİYYƏSİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver