6.0. Çayçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.0.1. çayçılığın təşkili, çay əkini materiallarının yetişdirilməsi, çay məhsullarının istehsalının, dövriyyəsinin və keyfiyyətinin yüksəldilməsi tədbirlərinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;
6.0.2. çay məhsulları bazarını öyrənmək, proqnozlar vermək, sahənin inkişafı üzrə məqsədli dövlət proqramları hazırlamaq və həyata keçirmək;
6.0.3. məqsədli proqramlar əsasında çaya yararlı torpaqlarda yeni çay plantasiyalarının salınmasını, mövcud çay plantasiyalarının bərpasını, çay əkini materiallarının yetişdirilməsini, çayçılığın elmi təminatının yaxşılaşdırılmasını, çay məhsullarının ixracının artırılmasını və keyfiyyətinin yüksəldilməsini stimullaşdırmaq;
6.0.4. çay məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək;
6.0.5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
II fəsil
ÇAYÇILIĞIN İNKİŞAFINA DÖVLƏT HİMAYƏSİ