Qanunvericilik › Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları üçün kompensasiya və güzəştlər

Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1986-1990-cı illərdə bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində göstərilən işlərdə iştirak etmiş şəxslər bu Qanunun 6-cı maddəsinin 1—3, b, 7, 12, 14—20-ci bəndlərində nəzərdə tutulmuş kompensasiya və güzəştlər hüququna, həmçinin aşağıdakı hüquqlara malikdirlər:

1. Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı əmələ gələn xəstəlik və ya xəsarət nəticəsində dəymiş və əmək qabiliyyətinin uzun müddət itirilməsinə gətirib çıxarmış zərər fəhlə və qulluqçulara öz əmək vəzifələrini yerinə yetirərkən dəymiş zərərin ödənilməsi halları üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunmaq.

4. İllik məzuniyyətdən onlara əlverişli vaxtda istifadə etmək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada ildə bir dəfə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq (nəqliyyat xərcləri daxil olmaqla).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver