Qanunvericilik › “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.06.2013) › Tam mətn

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.06.2013)

“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 10.06.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 10 iyun 2013-cü il

1.1. Bu siyahı “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən hazırlanmışdır və bu qanuna uyğun olaraq çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısını müəyyən edir.

2.1. Valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

2.1.1. valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin arayışı;

2.1.2. hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) arayışı;

2.1.3. valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

2.1.4. valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

2.1.5. valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;

2.1.6. uşağın qəyyumluğa və ya himayəyə verilməsi barədə yerli icra hakimiyyəti başçısının sərəncamı;

2.1.7. uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi;

2.1.8. valideynlərin birinin orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) qərarı.

3.1. Əlilliyi olan uşağın çətin həyat şəraitində olması onun əlilliyini təsdiq edən TSEK-in qərarı ilə müəyyən edilir.

4.1. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsin çətin həyat şəraitində olması Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın qərarı ilə təsdiq edilir.

5.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan, habelə ona qulluq və kömək göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

5.1.1. tibb müəssisələri tərəfindən verilmiş tibbi arayış;

5.1.2. şəxsin əlilliyini müəyyən edən TSEK-in qərarı;

5.1.3. şəxsə qulluq və kömək göstərə biləcək qohumlarının və ya qanuni nümayəndələrinin olmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarının qərarı.

6.1. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxsin çətin həyat şəraitində olması müayinənin nəticələri barədə ərazi üzrə tibb müəssisələri tərəfindən verilmiş tibbi arayış əsasında təsdiq edilir.

7.1. İnsan alverinin qurbanı olan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

7.1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsi nəzərə alınmaqla, şəxsin insan alveri qurbanı olması barədə istiqamətləndirici məktubu;

7.1.2. cinayət prosesini həyata keçirən orqanın şəxsin insan alveri ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarı və ya məhkəmənin hökmü.

8.1. Məişət zorakılığından zərərçəkən şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

8.1.1. məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi;

8.1.2. cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarı;

8.1.3. məişət zorakılığı ilə bağlı şikayət üzrə zərərçəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı;

8.1.4. məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı;

8.1.5. məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı.

9.1. Müəyyən yaşayış yeri olmayan şəxslərin çətin həyat şəraitində olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanları tərəfindən verilmiş şəxsin yaşayış yerinin olmaması barədə arayış əsasında təsdiq edilir.

10.1. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış və bu müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

10.1.1. şəxsin sosial xidmət müəssisələrini, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı;

10.1.2. şəxsin yaşayış yerinin olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanlarının arayışı.

11.1. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxsin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər aşağıdakılardır:

11.1.1. şəxsin sosial yadırğama (dezadaptasiya) vəziyyətində olması barədə tibb müəssisələri (həkim - psixoloq) tərəfindən verilən arayış;

11.1.2. şəxsin sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması barədə tibb müəssisələri tərəfindən verilən arayış.

1. 28 fevral 2017-ci il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2017-ci il, № 47Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 325)

2. 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518)

3. 25 aprel 2020-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 aprel 2020-ci il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 4, maddə 495)

4. 5 iyun 2021-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, IV kitab, maddə 667)

5. 5 noyabr 2021-ci il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 noyabr 2021-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1264)

6. 15 oktyabr 2022-ci il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 19 oktyabr 2022-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1221)

7. 7 mart 2023-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 10 mart 2023-cü il, “Xalq” qəzeti, 11 mart 2023-cü il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 423)

8. 5 fevral 2024-cü il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 fevral 2024-cü il, “Xalq” qəzeti, 7 fevral 2024-cü il, № 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 204)

9. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

10. 11 sentyabr 2025-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 861)

11. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

12. 25 iyun 2026-cı il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver