Qanunvericilik › Cəza çəkmədən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.04.2001) › Tam mətn

Cəza çəkmədən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.04.2001)

Cəza çəkmədən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydasının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 05.04.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Cəza çəkməkdən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. "Müəyyən edilsin ki, "Cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi Qaydası"na əsasən tələb olunan vəsait Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə 2001-ci il üçün təsdiq edilmiş büdcə dairəsində ödənilir.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 5 aprel 2001-ci il

Cəza çəkməkdən azad edilmiş şəxslərin qida, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 176-cı maddəsinə uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün mövsümi geyim, ayaqqabı, qida məhsulları və gediş haqqı ilə təmin olunurlar.

1. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin zəruri mövsümi geyim və ayaqqabı əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ya ayaqqabı ilə təmin olunurlar.

2. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün yolda olduğu müddət nəzərə alınmaqla qida məhsulları ilə təmin olunurlar. Qida məhsullarının müəyyən səbəblərə görə natura şəklində verilməsi mümkün olmazsa, onlara yolda olduqları hər sutkaya 1 manat 10 qəpik pul kompensasiyası ödənilir.

3. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə, onların şəxsi hesablarında özlərindən asılı olmayan səbəblərə görə pul vəsaiti olmazsa, 11 manat birdəfəlik müavinət verilə bilər.

4. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə Naxçıvan Muxtar Respublikasına getmək üçün sərnişin biletinin haqqı və digər bölgələrdəki yaşayış yerlərinə getmək üçün marşrut avtobuslarında gediş haqqı ödənilir. Onların arzusu ilə başqa nəqliyyat xidmətindən istifadə edilərsə, gediş haqları arasındakı fərq özləri tərəfindən ödənilməlidir.

5. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə: qida məhsulları, geyim, ayaqqabı, gediş haqqı, həmçinin birdəfəlik pul müavinəti alınması üçün vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilir.

6. Cəza çəkməkdən azad edilmiş şəxslərin qida məhsulları, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir.

1. 3 may 2021-cı il tarixli 128 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 may 2021-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 507)

2. 4 sentyabr 2024-cü il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1055)

3. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver