1.1. Bu Təlimat cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini təmin etmək, məhkumların davranışına və cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş gündəlik qaydaya daimi nəzarəti həyata keçirmək məqsədi ilə hər bir cəzaçəkmə müəssisəsində təşkil olunan növbətçi xidmətinin fəaliyyətini tənzimləyir.
Növbətçi xidmətinə rəis heyətinin tərkibindən cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçiləri (bundan sonra MRNK) təyin olunan dörd əməkdaş daxildir.
1.2. MRNK-lar təcrübəli, hazırlıqlı, cəzaçəkmə müəssisəsinin spesifik xüsusiyyətlərini yaxşı bilən, fövqəladə hallarda sərbəst qərar çıxarmağı bacaran və çalışqan əməkdaşlardan təyin olunur.
1.3. Xidmət müddəti ərzində MRNK cəzaçəkmə müəssisəsinin rəisinə və onun müavinlərinə tabedir. MRNK-lara bilavasitə rəhbərliyi cəzaçəkmə müəssisəsinin rəisinin əməliyyat-rejim işləri üzrə müavini həyata keçirir.
1.4. Cəzaçəkmə müəssisəsinin rəisi və onun müavinləri müəssisədə olmadıqda, MRNK müəyyən olunmuş daxili qaydaların təmin olunmasına görə tam məsuliyyət daşıyır.
2.1. MRNK xidmətə başlayarkən keçən növbə ərzində baş vermiş hadisələr barəsində dəyişəcəyi MRNK-nın məlumatını dinləyir. əməliyyat şəraiti, məhkumlar üzərində nəzarətin təşkili planı, habelə növbə ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə tanış olur. Müəyyən olunmuş qaydada nəzarətçilər növbəsinin heyəti ona təqdim olunur, MRNK nəzarətçilər növbəsinin tərkibi və onların öz vəzifələrini bilmələri ilə tanış olub, bu heyəti cəzaçəkmə müəssisəsi rəisinin əməliyyat və rejim işləri üzrə müavininə, o olmadıqda isə, müəssisə rəisinə təqdim edir. Cəzaçəkmə müəssisəsi rəisinin əməliyyat və rejim işləri üzrə müavini və ya müəssisə rəisi əməliyyat şəraiti haqqında son məlumatları nəzarətçilər növbəsinin nəzərinə çatdırır və bu növbənin qarşısında əlavə tapşırıqlar qoyur.
Əməliyyat şəraiti mürəkkəbləşərkən MRNK-ya tapşırığı şəxsən müəssisə rəisi və ya onu əvəz edən şəxs verir.
2.2. Xidmət aparmaq üçün tapşırıq aldıqdan və nəzarətçilər növbəsinin heyətinə xidmətə başlamağa icazə verildikdən sonra, xidmətə başlayan MRNK xidməti təhvil verən MRNK-dan sənədləri qəbul edir, məhkumların sayını və olduqları yerləri dəqiqləşdirir, onların kamera tipli otaqlarda, birnəfərlik kameralarda və cərimə (intizam) təcridxanasında saxlanılmasının qanuniliyini, habelə rabitə və siqnalizasiya vasitələrinin sazlığını yoxlayır.
2.3. Bundan sonra, növbəni qəbul edən və təhvil verən MRNK-lar cəzaçəkmə müəssisəsi rəisinin və ya onu əvəz edən şəxsin adına yazılı raport (əlavə 1) tərtib edirlər. Raportla növbəni təhvil verən MRNK növbənin nəticələri, növbəni qəbul edən MRNK isə növbənin qəbulu zamanı xidmət sahələrinin işində aşkar edilmiş nöqsanlar haqqında məruzə edir.
2.4. MRNK cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq olunmuş 12 saatlıq cədvəl üzrə xidmət aparır. MRNK-ların dəyişilməsi nəzarətçilər növbəsinin dəyişilməsi ilə eyni zamanda həyata keçirilir. Azərbaycan Respublikasının Ədliyyə Naziri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin (bundan sonra — PX) rəisi müstəsna hallarda, yerli şəraiti nəzərə almaqla 24 saatlıq cədvəl üzrə xidmət aparma qaydasını müəyyən etmək hüququna malikdirlər.
2.5. Növbə ərzində MRNK-ya müəssisə rəisinin müəyyən etdiyi saatlarda yemək qəbulu və istirahət üçün 12 və 24 saatlıq iş cədvəllərinə müvafiq olaraq, iki və ya dörd saatlıq fasilə verilir.
2.6. MRNK-lardan biri uzun müddət (təhsil və ya xəstəliklə əlaqədar) olmadıqda, cəzaçəkmə müəssisəsinin rəisi öz sərəncamı ilə onun vəzifəsinin icrasına rəis heyətindən olan, bunun üçün hazırlıqlı əməkdaşa həvalə edə bilər. MRNK-lardan biri növbəti məzuniyyətə çıxdıqda, o, bu müddət ərzində digər əməkdaşla əvəz olunmur.
2.7. MRNK sıra üçün gündəlik geyim formasında və silahsız xidmət aparır. Hava şəraitindən asılı olaraq MRNK-nın geyim forması müəssisə rəisinin sərəncamı ilə müəyyən edilə bilər.
Növbətçi sol döşünün üstündə müəyyən edilmiş nümunədə döş nişanı (əlavə 2) gəzdirir.
2.8. Cəzaçəkmə müəssisəsinin bütün xidmət sahələri və mühafizə bölüyü ilə sıx qarşılıqlı fəaliyyətin təşkili məqsədi ilə MRNK aşağıdakıları həyata keçirir.
- müəyyən olunmuş qaydada müntəzəm olaraq cəzaçəkmə müəssisəsinin mühafizəsi üzrə qarovul rəisi, habelə PX-in növbətçisi ilə telefon əlaqəsi saxlayır;
- əməliyyat marağı kəsb edən məlumatları dərhal müəssisənin əməliyyat xidmətinə bildirir, məhkumların kamera tipli otaqlarda və cərimə (intizam) təcridxanasının kameralarında yerləşdirilməsini, habelə axtarış və baxışların keçirilməsi üzrə qəbul etdiyi qərarları əməliyyat xidməti ilə razılaşdırır.
2.9. MRNK üçün nəzarət-buraxılış məntəqəsində və ya cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən binada rabitə və siqnalizasiya vasitələri ilə, habelə müəyyən olunmuş siyahıya (əlavə 3) əsasən inventarla təchiz olunmuş xidməti otaq ayrılır.
3.1. MRNK aşağıdakı hüquqlara malikdir:
- müəssisə rəisi və onun müavinləri olmadıqda, müəyyən olunmuş daxili qaydaların təmin olunması ilə bağlı məsələlər üzrə bütün xidmət sahələrinin əməkdaşlarına göstərişlər və sərəncamlar vermək;
- cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında nəzərdə tutulmuş qaydada məhkumların müvəqqəti olaraq 24 saat müddətinədək cərimə (intizam) təcridxanasına keçirilməsi barədə qərarlar çıxarmaq;
- qanunvericilikə müəyyən olunmuş hallarda məhkumlara qarşı əl qandallarının tətbiq edilməsi barədə sərəncam vermək;
- müstəsna hallarda, nəzarət — buraxılış məntəqəsində mütləq baxış keçirmək şərti ilə cəzaçəkmə müəssisəsinə və məhkumların işlədiyi istehsalat obyektlərinə bağlamaların, çantaların və cəzaların icrası qanunvericiliyi ilə qadağan olunmayan digər əşyaların keçirilməsinə icazə vermək;
- cəzaların icrası qanunvericiliyinə uyğun olaraq, cəzaçəkmə müəssisəsinin ərazisinə və istehsalat obyektlərinə daxil olan və oradan çıxan şəxslərin üzərində, habelə onların əşyalarına baxış keçirilməsi haqqında qərar qəbul etmək.
3.2. MRNK-nın vəzifələri aşağıdakılardır:
- cəzaların icrası qanunvericiliyini, habelə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların çəkilməsinin qayda və şərtlərini tənzimləyən normativ sənədləri bilmək və qanunvericiliyin tələblərinə ciddi əməl olunmasını təmin etmək;
- cezaçəkmə müəssisəsinin bütün xidmət sahələrinin vəzifələrini və funksiyalarını bilmək;
- cezaçəkmə müəssisəsində yaranan əməliyyat şəraitini bilmək; əməliyyat şəraitinin dəyişilməsi barədə vaxtında müəssisənin rəhbərliyinə məruzə etmək, bu məlumatları nəzarətçi heyətinə və öz xidmət sahələri üzrə əməliyyat şəraitinə təsir göstərə biləcək əməkdaşların nəzərinə çatdırmaq;
- nəzarətçilər növbəsinin xidmətinə, onun hərəkətlərinə daima nəzarət etməkla və qarşısında gündəlik nəzarət planının yerinə yetirilməsi üzrə konkret tapşırıqlar qoymaqla rəhbərlik etmək;
- müəyyən olunmuş siqnalların və komandaların vaxtında verilməsini, məhkumlar tərəfindən gün bölgüsünə riayət edilməsini və onların cəzaçəkmə müəssisəsinin ərazisində dəstə şəklində yalnız sıra ilə hərəkət etməsini, təcrid olunmuş sahələrin hüdudlarından nəzarətsiz çıxmamalarını təmin etmək;
- yoxlamaların keçirilməsini, məhkumların yerləşdirilməsini, onlar üzərində axtarışların aparılmasını təşkil etmək;
- məhkumların qohumları və digər şəxslərlə görüşlərinə, bağlamaların, sovqatların və banderolların qəbul olunmasına və verilməsinə nəzarəti həyata keçirmək;
- cəzanın çəkilməsi qaydasını pozmuş məhkumların cəzaçəkmə müəssisəsinin cərimə (intizam) təcridxanasına, kamera tipli otaqlara, birnəfərlik kameralara keçirilməsinə rəhbərlik etmək;
- qarovul rəisi və xüsusi hissənin əməkdaşı ilə birlikdə müəssisəyə yeni daxil olan məhkumları qəbul etmək;
- məhkumlar üçün yeməyin vaxtında və keyfiyyətli hazırlanmasına nəzarət etmək;
- dərhal baxılması tələb olunan ərizə və şikayətlərin həll edilməsi üçün tədbirlər görmək;
- məhkumlarla birlikdə işləyən şəxslərin təhlükəsizliyini təmin etmək; hansı əməkdaşın mühafizə edilən zonanın ərazisində olmasını bilmək; mülki işçilərin müəyyən olunmuş vaxtdan artıq müəssisənin ərazisində ləngimələrinin səbəblərini müəyyənləşdirmək; həyəcan siqnalizasiyasının kommutatorlarına daimi müşahidəni təmin etmək və daxil olan siqnallara dərhal reaksiya vermək;
- məhkum kişilərin cəza çəkdiyi müəssisənin ərazisində qadınların müşayiətsiz hərəkət etmələrinə yol verməmək və onların nəzarətçilər və ya digər əməkdaşlar tərəfindən müşayiət olunmasını təşkil etmək;
- müstəqil və ya nəzarətçilərlə birlikdə müntəzəm olaraq müəssisənin yaşayış və istehsalat sahələrinin ərazilərinə, məişət və yaşayış otaqlarına, habelə qaçma üçün istifadə edilməsi ehtimal edilən yerlərə baxış keçirmək;
- yaşayış binaları üzrə növbətçi məhkumların, müəssisənin təsərrüfat və məişət xidməti işlərində çalışan məhkumların işinə nəzarət etmək;
- mədəni-kütləvi və digər tədbirlərin keçirildiyi yerlərdə lazımi qayda yaratmaq;
- məhkumların özfəaliyyət təşkilatlarının hüquq pozuntularının profilaktikası bölmələrinin nümayəndələrini təlimatlandırmaq və onların işinə nəzarət etmək;
- məhkumlar tərəfindən yol verilmiş cəzanın çəkilməsi qaydasının pozuntuları haqqında raportları kitabda (əlavə 4) qeydiyyata almaq;
- yükləmə (boşaltma) işlərinə, yaşayış və istehsalat sahələrində nəqliyyat vasitələrinin müşayiətinə nəzarət etmək üçün təyin olunmuş şəxslərin işinə rəhbərlik etmək; müəssisəyə daxil olan (çıxan) nəqliyyata baxış keçirilməsi qaydasına vaxtaşırı nəzarəti təmin etmək.
3.3. MRNK-ya aşağıdakı hərəkətləri etmək qadağandır:
- qəflətən xəstələnmə halları istisna olmaqla, nəzarətçilər növbəsinin tərkibindən hər hansı bir əməkdaşı növbədən azad etmək;
- xidmət apardığı yeri tərk etmək.
4.1. Cəzaçəkmə müəssisəsində fövqəladə hadisə baş verdikdə, MRNK fövqəladə hadisələr zamanı şəxsi heyətin müvafiq hərəkət planını rəhbər tutur.
4.2. İtaətsizlik və kütləvi ixtişaş zamanı MRNK:
- hadisə barədə dərhal müəssisə rəisinə məruzə edir və onun göstərişinə uyğun hərəkət edir. Bundan başqa, o, hadisə barədə müəssisə rəisinin müavinlərinə məruzə edir, mühafizə bölüyünün, PX-in və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin növbətçi hissələrinin növbətçilərinə məlumat verir;
- xəbər vermə sxeminə uyğun olaraq şəxsi heyətin toplanmasını elan edir;
- məhkumların davranışına nəzarətin gücləndirilməsini təmin edir;
- cəzaçəkmə müəssisəsinin yaşayış və istehsalat sahələrində olan əməkdaşların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür;
- nəzarətçilər növbəsi ilə birlikdə cəzaçəkmə müəssisəsinin yaşayış və istehsalat sahələri arasında, imkan daxilində bütün müəssisə üzrə məhkumların hərəkətlərini dayandırmaq üçün tədbirlər görür;
- yanğınsöndürmə komandasının və yanğınsöndürmə texnikasının döyüş hazırlığının yoxlanılması haqqında yanğınsöndürmə komandasının rəisinə göstəriş verir.
4.3. Məhkumlar tərəfindən qaçma hadisəsi baş verdikdə MRNK:
- hadisə barədə dərhal müəssisənin rəisinə və ya onu əvəz edən şəxsə məruzə edir, mühafizə bölüyünün növbətçisinə, cəzaçəkmə müəssisəsinin əməliyyat xidmətinin rəisinə, habelə PX-in və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin növbətçi hissələrinin növbətçilərinə məlumat verir;
- qaçmış məhkumun tutulması üçün ondan asılı olan bütün qanuni tədbirləri görür;
- cinayət yerinin və izlərinin mühafizəsini təmin edir;
- müəssisə rəisinin və ya onu əvəz edən şəxsin göstərişinə əsasən həyəcan siqnalı üzrə müəssisənin rəis heyətini toplayır;
- qaçmış məhkumun şəxsiyyətini müəyyən etmək məqsədi ilə məhkumların ad-baad yoxlamasını təşkil edir;
- nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verir.
4.4. Ölüm hadisəsi baş verdikdə və ya bədən xəsarəti yetirildikdə MRNK:
- hadisə barədə dərhal müəssisənin rəisinə və ya onu əvəz edən şəxsə məruzə edir, mühafizə bölüyünün növbətçisinə, cəzaçəkmə müəssisəsinin əməliyyat və rejim xidmətlərinin rəislərinə, PX-in, Tibb baş idarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin növbətçi hissələrinin növbətçilərinə məlumat verir;
- cinayət yerinin və izlərinin mühafizəsini təmin edir;
- maddi sübutların qorunması, cinayətin şahidlərinin müəyyənləşdirilməsi, cinayətin törədilməsində şübhəli şəxslərin tutulması və zərərçəkənə tibbi yardımın göstərilməsi üçün tədbirlər görür;
- məhkumların davranışına nəzarəti gücləndirir və müəssisədə şəraitin mürəkkəbləşməsinə yol verməmək üçün tədbirlər görür.
4.5. Yanğın, sel, çovğun və sair təbii fəlakət zamanı MRNK:
- hadisə barədə dərhal müəssisənin rəisinə və ya onu əvəz edən şəxsə məruzə edir, mühafizə bölüyünün növbətçisinə, cəzaçəkmə müəssisəsinin əməliyyat xidmətinin rəisinə, PX-in və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin növbətçi hissələrinin növbətçilərinə məlumat verir;
- yanğın zamanı yanğınsöndürmə komandasını çağırır, mövcud vasitələrlə yanğının söndürülməsi, insanların, sənədlərin və maddi dəyərli əşyaların xilas edilməsi üçün tədbirlər görür;
- insanların həyatı üçün təhlükə olduqda, onları təhlükəsiz yerə çıxarmaq üçün tədbirlər görür;
- məhkumların davranışına nəzarətin gücləndirilməsini təmin edir.
4.6. Zəhərlənmə hallarında MRNK:
- hadisə barədə dərhal müəssisənin rəisinə və ya onu əvəz edən şəxsə məruzə edir, cəzaçəkmə müəssisəsinin əməliyyat xidmətinin rəisinə, PX-in, Tibb baş idarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin növbətçi hissələrinin növbətçilərinə məlumat verir;
- tibb işçilərini hadisə yerinə çağırır;
- zəhərlənmənin mənbəyi olan qida və ya digər məhsulların götürülməsini və mühafizəsini təmin edir;
- mövcud qüvvə və vasitələrlə müəssisədə qayda-qanunun təmin olunması üçün tədbirlər görür.
5.1. MRNK-da aşağıdakı sənədlər olur:
- cəzaçəkmə müəssisəsi üzrə növbələrin təhvil-təslim raportları kitabı (əlavə 1);
- məhkumlar tərəfindən cəzanın çəkilməsi qaydasının pozulması hallarının qeydiyyatı kitabı (əlavə 4);
- qaçmağa meyilli məhkumların fotoşəkillərinin və müəyyənedici məlumatlarının olduğu albom (əlavə 5);
- məhkumlardan götürülmüş qiymətli əşya və pulların qeydiyyatı kitabı (əlavə 6);
- fövqəladə vəziyyət zamanı şəxsi heyətin hərəkət planından çıxarış;
- həyəcan siqnalı üzrə şəxsi heyətə xəbərvermə sxemi;
- binalar, otaqlar və yeraltı kommunikasiya xətləri göstərilməklə müəssisənin yaşayış və istehsalat sahələrinin ərazilərinin sxemi və gündəlik nəzarət planı;
- istehsalat üzrə, nəqliyyatın müşayiəti və baxışı üzrə növbətçilərin, habelə özfəaliyyət təşkilatlarının hüquq pozuntularının profilaktikası bölmələrinin nümayəndələrinin aylıq növbətçilik cədvəlləri;
- müəssisədə müəyyən olunmuş gün bölgüsü, habelə ümumtəhsil və peşə məktəblərinin, tibb-sanitariya hissəsinin, hamamın, bərbərxananın, dükanın və digər məişət obyektlərinin iş cədvəlləri;
- telefon sorğu kitabçası və cəzaçəkmə müəssisəsinin işçi heyətinin ünvanlarının siyahısı.
Başlanıb: «______» ________________________ 200 _____ il
Qurtarıb: «______» ________________________ 200 _____ il
Növbələrin təhvil-təslim raportlarının kitabı nömrələnməli, qaytanlanmalı və möhürlənməlidir. Kitabda qeydlər növbənin təhvil-təslim ardıcıllığına müvafiq aparılır.
Raportda növbənin dəyişilmə tarixi və vaxtı, növbəni qəbul edənin və təhvil verənin soyadları, müəssisədə saxlanılan məhkumların sayı və hərəkəti, növbə ərzində baş vermiş hadisələr, növbə ərzində xidmət sahələrinin işində aşkar olunmuş nöqsanlar, məhkumların davranışına nəzarət üzrə qeydlər və bu nöqsanların aradan qaldırılması üçün növbətçinin gördüyü tədbirlər göstərilir.
1. Yazı masası, 3-4 kətil (kürsü)
2. Paltar üçün dolab (asılqan)
3. Sənəd saxlamaq üçün seyf (dəmir yeşik)
4. Telefon, radio, divar saatı
5. Elektromeqafon, elektrik fənəri, əl qandalı
8. Əlüzyuyan, sabun, dəsmal
9. Kağız üçün zibil qabı
10. Təhvil-təslim verilən əmlakın siyahısı
MRNK-nın xidməti otağı kompleks texniki vasitələrlə, rabitə və siqnalizasiya vasitələri ilə təmin edilir.
Başlanıb: «_____» ______________________ 200_____ il
Qurtarıb: «_____» ______________________ 200_____ il
1. Cəzaçəkmə qaydasının pozulması halları barədə növbə ərzində daxil olmuş raportlar kitabda qeydiyyata alınır.
2. 7-ci və 8-ci qrafalar yoxlamanı aparan əməkdaşlar tərəfindən sənədlər alındığı vaxtdan 3 gündən gec olmayaraq doldurulur.
Qeyd: Albom rübdə bir dəfədən az olmayaraq təzələnir.
Başlanıb: «_____» ______________________ 200_____ il
Qurtarıb: «_____» ______________________ 200_____ il
1. Kitabda məhkumlardan götürülmüş və ya əməkdaşlar tərəfindən müəssisənin ərazisində tapılmış pul və qiymətli əşyalar göstərilir.
2. 8-ci, 9-cu və 10-cu qrafalar əməliyyət xidmətinin əməkdaşları tərəfindən doldurulur.
3. Kitabın aparılması və götürülmüş pul və qiymətli əşyaların mühasibatlığa təhvil verilməsi MRNK-ya həvalə olunur.
1. 20 iyun 2007-ci il tarixli 3335 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06)
2. 16 iyun 2010-cu il tarixli 10-T (Qeydiyyat № 3894) nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu il, № 7-8)
3. 27 dekabr 2018-ci il tarixli 33-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı