100.1. Peşəsi və ya ixtisası olmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində peşə təhsil i və ya peşə hazırlığı həyata keçirilir.
100.2. Hamilə və ya cəzaçəkmə müəssisələri nəzdindəki uşaq evlərində uşaqları olan məhkum qadınlar, altmış yaşından yuxarı kişi və əlli beş yaşından yuxarı qadın məhkumlar, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlar, əlilliyi olan məhkum uşaqlar peşə təhsilinə və ya peşə hazırlığına öz arzularına görə cəlb edilirlər.
100.3. Tərbiyə müəssisələrində peşə təhsili və ya peşə hazırlığı məhkumların iş günü müddəti ərzində həyata keçirilir.
100.4. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar peşə təhsili üzrə imtahan vermək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Bu müddət üçün onlara əmək haqqı hesablanmır, lakin yemək pulsuz verilir.
100.5. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların peşə təhsili üzrə imtahan verməsi dövründə onların maddi təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.
100.6. Məhkumların peşə təhsili və ya peşə hazırlığı həvəsləndirilir və onların islah edilməsi müəyyən edilərkən nəzərə alınır.
100.7. Peşə təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
100.8. ləğv edilmişdir. Maddə 100. … təhsili və ya peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
100.8. ləğv edilmişdir. XIII fəsil Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə işi