QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 110

Maddə 110. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin cərimə

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılması şərtləri

110.1. Cərimə təcridxanalarına keçirilmiş məhkumlara görüşlər, telefon danışıqları, videogörüşlər verilmir, qida məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq qadağan edilir. Onların hər gün bir saatlıq gəzinti hüquqları vardır.

110.2. Tənbeh tədbiri qaydasında kamera tipli otaqlarda və ya birdəfəlik kameralarda saxlanılan məhkumlar aşağıdakı hüquqlara malikdirlər:

110.2.1. qida məhsulları və ən zəruri malların əldə edilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş məbləğində pul xərcləmək;

110.2.2. bir bağlama, sovqat və ya banderol almaq;

110.2.3. hər gün bir saat gəzintidən istifadə etmək;

110.2.4. cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə bir qısa müddətli görüş almaq.

110.3. Kamera tipli otaqlarda və ya birnəfərlik kameralarda saxlanılan məhkumlar digər məhkumlardan ayrı işləyirlər.

110.4. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda özünə xəsarət yetirmə və özünü xəstəliyə vurma halları istisna olmaqla, müalicə müəssisələrinə və cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrinə keçirilmiş məhkumların burada saxlanılma vaxtı verilən tənbehin çəkilmə müddətinə hesablanır.

110.5. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məh Maddə 110. … verilən tənbehin çəkilmə müddətinə hesablanır.

110.5. Cərimə təcridxanalarında, kamera tipli otaqlarda və birnəfərlik kameralarda saxlanılan məhkumların maddi-məişət təminatı həbsxanalarda ümumi saxlanma şəraitində olan məhkumlar üçün müəyyən edilmiş normalara uyğun müəyyən edilir.

110.6. Bir təqvim ili ərzində cərimə təcridxanasında saxlanma müddəti altmış gündən, kamera tipli otaqlarda və birnəfərlik kameralarda isə altı aydan çox ola bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver