QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 117

Maddə 117. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzanın icrası şərtləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

117.1. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlar:

117.1.1. kamera tipli otaqlarda və ya adi yaşayış binalarında saxlanılırlar;

117.1.2. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda otuz beş manatadək miqdarda pul xərcləyə bilərlər;

117.1.3. il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər;

117.1.4. il ərzində səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

117.2. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

117.2.1. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

117.2.2. il ərzində qısa müddətli iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər;

117.2.3. il ərzində üç bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver