QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 124-1

Maddə 124-1. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən həvəsləndirmə tədbirləri

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

124-

1.1. Tərbiyə müəssisələrində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara bu məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərindən əlavə tərbiyə müəssisəsi nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə bir dəfə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər. 124-

1.2. Həvəsləndirmə tədbiri qaydasında tərbiyə müəssisəsinin nümayəndəsinin müşayiəti ilə müəssisəsinin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə verilmiş məhkumlara tədbir zamanı onlara məxsus mülki paltarlar verilir. 124-

1.3. Tərbiyə müəssisəsindən kənara çıxma müddəti səkkiz saatdan çox olmamaq şərti ilə müəssisənin müdiriyyəti tərəfindən müəyyən edilir. 124-

1.4. Məhkumların gecə vaxtı keçirilən idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver